Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3369/2019 24.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı işə dair QƏRAR Açar sözlər: icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarının ləğvi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X4 və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələl əri Dövlət Komitəsinə (bundan sonra cavabdeh) qarşı “Xətai rayon icra və probasiya şöbəsinin icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2314/2019 saylı, 17 sentyabr 2019-cu il tarixli qərardadından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 24 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı cavabdehə qarşı “xxxx” ASC-nin emissiya prospektində (özəlləşdirmə planında) əksini tapmış əsas vəsaitlərin inventarlaşdırılması və qiymətləndirilməsi aktının, müəssisənin balansının və onun əlavələrinin təsdiq edilmiş surətlərinin təqdim edilməsi” tələbinə dair iddiası 2 saylı Bakı İnzibati iqtisadi Məhkə məsinin 5 oktyabr 2017-ci il tarixli, 2- 1(82)-3543/2017 saylı qərarı ilə təmin edilmiş, “xxxx” ASC-nin emissiya prospektində (özəlləşdirmə planında) əksini tapmış əsas vəsaitlərin inventarlaşdırılması və qiymətləndirilməsi aktının, müəssisənin balansının və onun əlavələrinin təsdiq edilmiş surətlərinin iddiaçıya təqdim edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Qanuni qüvvəsini almış məhkəmə qərarı cavabdeh inzibati orqan tərəfindən icra edilmədiyinə görə 5 noyabr 2018-ci il tarixdə iş üzrə icra vərəqəsi verilmiş və icra edilməsi üçün Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsinin 22.02.2019-cu il tarixli qərarı ilə icra sənədinə xitam verilmişdir. İcra sənədi üzrə tələbka r İddiaçı 8 may 2019-cu il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsinin 22.02.2019-cu il tarixli “icraata xitam verilməsi haqqında” qərarının ləğv edilməsini, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.11,2018-ci il tarixli, 2-1(82)-3543/2017 saylı icra vərəqəsinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Tələbkar şikayətini onunla əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ona nizamnamə kapitalı ********** AZN olan “xxxx” ASC-nin maliyyə göstəricilərinin əvəzinə nizamnamə kapitalı ********* (yüz milyon yüz dörd min) AZN olan BTŞİDTKİ Birliyinin tabeliyində olmuş Təmir Tikinti İdarəsinə aid maliyyə göstəriciləri, “xxxx” ASC-nin emissiya prospektində olan “əsas vəsaitlərinin inventarlaşdırılması və qiymətləndirilməsi aktı”nın əvəzinə 10.01.2001-ci il tarixdə tərtib edilmiş “əsas vəsaitlərin inventarlaşdırılması aktı” göndərilmişdir. Bundan əlavə, ona göndərilmiş sənədlərdə “xxxx” ASC-nin nizamnamə kapitalı və əsas vəsaitlərin tərkibi öz əksini tapmamışdır. Tələbkar hesab edir ki, göstərilən səbəblərdən icra sənədi üzrə tələb icra edilməmiş sayılmalıdır və Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsinin 22.02.2019-cu il tarixli “icraata xitam verilməsi haqqında” qərarı ləğv edilib, sözügedən icra sənədi yenidən icraya yönəldilməlidir. 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X5, 2-1(82)-3543/2019 saylı iş) 20 may 2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsinin 22.02.2019-cu il tarixli “icraata xitam verilməsi haqqınd a” qərarı ləğv edilmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli, 2-1(82)3543/2017 saylı icra vərəqəsi lazımi qaydada icra edilməsi üçün yenidən Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X3-məruzəçi, X1 və X2, 2-1(103)-2314/2019 saylı iş) 17 sentyabr 2019-cu il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 20 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, icra sənədi üzrə borclu Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ona nizamnamə kapitalı ********** AZN olan “xxxx” ASC-nin m aliyyə göstəricilərinin əvəzinə nizamnamə kapitalı ********* AZN olan BTŞİDTKİ Birliyinin tabeliyində olmuş Təmir Tikinti İdarəsinə aid maliyyə göstəriciləri, “xxxx” ASC-nin emissiya prospektində olan “əsas vəsaitlərinin inventarlaşdırılması və qiymətləndirilməsi aktı”nın əvəzinə 10.01.2001ci il tarixdə tərtib edilmiş “əsas vəsaitlərin inventarlaşdırılması aktı” göndərilmişdir. Tələbkara göndərilmiş sənədlərdə “xxxx” ASC-nin nizamnamə kapitalı və əsas vəsaitlərin tərkibi öz əksini tapmamışdır. Belə ki, İddiaçı ləğv edilmiş “xxxx” ASC-nin səhmdarı olmuşdur (100 ədəd adi səhm məxsus olub) və həmin hüquqi şəxsin təsisçisi də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi olmuşdur. Göründüyü kimi, borclu tələbkara icra sənədində göstərilən xxxx” ASC-yə aid olan sənədlərin əvəzinə Təm ir Tikinti İdarəsinin sənədlərini göndərmişdir. Cavabdeh kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçı şikayət ərizəsində qeyd olunan faktları məhkəmədən gizlədərək icra vərəqəsi üzrə cavabdeh tərəfindən təqdim edilməli olan sənədlərin ona təqdim edilmədiyini bildirmişdir. Halbuki, icra vərəqəsinin icrası ilə əlaqədar bütün sənədlər cavabdeh tərəfindən iddiaçıya göndərilmiş, iddiaçı bundan sonra icra icraatına xitam verilməsi ilə bağlı icra məmuruna müraciət etmiş və icra icraatına xitam verilmişdir. “xxxx” ASC dövlət müəssisəsinin səhmdar cəmiyyətə çevrilməsi nəticəsində həmin müəssisənin bazasında yaradılmışdır ki, bu da özəlləşdirmə planı əsasında həyata keçirilmişdir. tərəflərin izahatları: Cavabdehin nümayəndəsi məhkəmə iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat vermişdir. İddiaçı vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. əsaslandırma hissəsi: Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçının cavabdehə qarşı “xxxx” ASC-nin emissiya prospektində (özəlləşdirmə planında) əks ini tapmış əsas vəsaitlərin inventarlaşdırılması və qiymətləndirilməsi aktının, müəssisənin balansının və onun əlavələrinin təsdiq edilmiş surətlərinin iddiaçıya təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 5 oktyabr 2017-ci il tarixli, 2- 1(82)-3543/2017 saylı qərarının icrasına dair tərtib edilmiş icra vərəqi Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə təqdim edilmiş, iddiaçının icra şöbəsinə təqdim etdiyi 19 fevral 2019-cu il tarixli ərizəsi nəzərə alınaraq şöbə tərəfindən 22 fevral 2019-cu il tarixli qərarla icra sənədi üzrə icraata xitam verilmişdir. İddiaçı məhkəməyə müraciət edərək icraata xitam verilməsinə dair qərarın ləğvini xahiş etmiş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. İ ddiaçı hesab edir ki, icra sənədində qeyd edilən sənədlər ona təqdim edilməmişdir. İcraata xitam verilməsinin əsasları və qaydası “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulmuşdur. Mübahisə olunan qərarda icra və probasiya şöbəsi icraata xitam verilməsini iddiaçının 19 fevral 2019-cu il tarixli ərizəsi ilə əsaslandırmışdır. İddiaçı həmin ərizəsində icra vərəqi üzrə tələbin tam şəkildə icra edildiyini bildirib icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı sonradan icraata xitam verilməsi barədə qərardan məhkəməyə təqdim etdiyi şikayətində icra vərəqində göstərilən sənədlərin deyil, ona aidiyyəti olmayan sənədlərin ona təqdim edildiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsinin araşdırmasından görünür ki, icra sənədində adları qeyd edilən sənədlər iddiaçıya təqdim edilməmişdir. “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. İşdə olan sənədlərlə icra sənədinin tam icra edildiyi müəyyən olunmamışdır. “İcra haqqında” Qanunun 20.4-cü maddəsinə əsasən, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə, həmin qərarı ləğv edir. İşə baxan məhkəmə “İcra haqqında” Qanunun tələblərinin pozulmasını müəyyən etdiyindən haqlı olaraq icraata xitam barədə qərarı ləğv etmişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansi yası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2314/2019 saylı, 17 sentyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-3369/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3369/2019
24.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver