Məhkəmə qərarları › İş №2-1(102)-337/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-337/2021

02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-337/2021 02.03.2021 ALİ MƏHKƏMƏ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı1, iddiaçının vəkili Vəkil 1, üçüncü şəxsin vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, üçüncü şəxs Üçüncü şəxsə qarşı “çıxarışın və orderin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apell yasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.06.2020-ci il tarixli, 2-1(103)-920/2020 nömrəli qərardadından iddiaçı İddiaçı2 qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Bakı şəhəri, Binəqədi rayon Bələdiyyəsinin 03.04.2006-cı il tarixli, 114 saylı qərarına və 03.04.2006-cı il tarixli 373 saylı icarə müqaviləsinə əsasən İddiaçı2 qızına 600 kv. metr və 06.04.2006-cı il tarixli, 396 saylı icarə müaviləsinə əsasən İddiaçı1 600 kv. metr torpaq sahəsi Ünvan1 kəndində bağ kimi istifadə edilməsi məqsədilə 22.03.2006-cı ildən 22.03.2105-ci ilə qədər icarəyə verilmişdir. 2017-ci ildə cavabdeh tərəfindən üçüncü şəxs Üçüncü şəxs oğlunun adına Ünvan2 bağ sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınm ışdır və RX xxxxx24 nömrəli, xxxxx35 qeydiyyat nömrəli çıxarış verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən cavabdeh Üçüncü şəxs oğluna Ünvan2 bağ sahəsinə dair verilmiş 23.10.2017ci il tarixli (seriya RX N xxxxx24), xxxxx35 nömrəli dövlət qeydiyyat nömrəsinin ləğv edilməsi, bununla bağlı verilmiş müvafiq sənədlərin (çıxarış və s.) və xx.xx.1991-ci il tarixli, B/S nömrəli orderin etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsasland ırmışdır ki, Bakı şəhəri, Binəqədi rayon Bələdiyyəsinin 03.04.2006-cı il tarixli,114 nömrəli qərarına, 03.04.2006-cı il tarixli, 373 nömrəli müqaviləsinə əsasən İddiaçı2 600 kv.m. və 06.04.2006-cı il tarixli, 396 nömrəli müqaviləsinə əsasən İddiaçı1 oğluna 600 kv.m. torpaq sahəsi bağ kimi istifadə məqsədilə 22.03.2006-cı il tarixdən 22.03.2105-ci il tarixədək icarəyə verilmişdir. Binəqədi bələdiyyəsi tərəfindən onlara ayrılmış torpaq sahəsində bələdiyyə tərəfindən yerində torpaq sahəsinin dönmə nöqtələri göstərilməklə təhvil verildikdən sonra bələdiyyənin razılığı əsasında qeyd olunan ərazidə 2006-cı ilin may ayında bir metr hündürlüyündə hasar inşa edilmiş və dəmir qapı qoyulmuşdur. İcarəyə götürülmüş ərazi daxilində bu müddət ərzində təsərrüfat işləri aparılmış, torpağın münbitliyi və ek oloji şərait qorunmuş, yaxşılaşdırılmış, müxtəlif meyvə, bəzək ağacları əkilmişdir. Onların icarəsinə ayrılmış torpaq sahəsinin ətrafında yerləşən digər torpaq sahələri də Binəqədi bələdiyyəsi tərəfindən fiziki şəxslərin mülkiyyətinə və ya icarəsinə verilmişdir. Bu ərazilər vətəndaşların istifadəsinə verilərkən ərazi boş və yararsız sahədən ibarət idi. Bu sahədə tikinti işləri aparılarkən heç bir şəxs bu torpaq sahəsində bu işlərin aparılması ilə bağlı hər hansı müraciət etməmişdir. Bağ sahələri yan-yana olduğundan bağa gələrkən birbirilərinin bağ sahəsinə iddiaçılar nəzarət edirdilər. Lakin bir gün İddiaçı1 bağ sahəsinə gələrkən onun və İddiaçı2 bağ sahəsində kənar şəxslərin olduğunu görmuş, onlardan hansı səbəbdən bu bağa icazəsiz daxil olduqlarını və burada hansı səbəbdən tikinti işlə rinin aparıldığını soruşmuşdur. Məlum olmuşdur ki, həmin torpaq sahəsi 23.10.2017-ci il tarixdə cavabdeh tərəfindən üçüncü şəxsin adına Ünvan2 bağ sahəsi kimi mülkiyyət hüququ ilə qeydə alınmışdır. Qeyd olunan bağ sahəsinə dair ilkin torpaq ayırma sənədləri olmalıdır və bu sənədlər verildiyi gündən istifadəçi tərəfindən bağ sahəsi istifadə olunmalıdır ki, bu da edilməmişdir. Digər tərəfdən torpaq sahəsinin plan və ölçüsündə göstərilir ki, plan və ölçünün tərtib edilməsinə əsas olan sənəd Bakı şəhəri İH-nin Bağlar təsərrüfatının inkişafı və ictimai birliyinin xx.xx.1991ci il tarixli, B/S nömrəli orderidir. Həmin dövrdə adı çəkilən qurum fiziki və hüquqi şəxslərə torpaq sahəsi ayırmırdı. Həmin dövrdə Azərbaycan SSR-nin Nazirlər Kabinetinin qərarı əsasında vətəndaşlara torpaq sahəsi müəssisəl ər tərəfindən yaradılmış kooperativlər tərəfindən ayrılırdı. Eyni zamanda torpaq sahəsi ayrılsa idi onun ayrıc aktı da olmalı idi. Çünki ayrıc aktı orderin ayrılmaz hissəsidir.Lakin torpağın ayrıc aktı da mövcud deyildir.İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər.

4. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Ünvan2 bağ sahəsi Üçüncü şəxs oğlunun adına Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin xx.xx.1991-ci il tarixli, B/S nömrəli bağ sahəsinin verilməsi orderi əsasında qeydiyyatdan keçirilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməs inin 06.09.2019-cu il tarixli, 2-1(81)84/2019 nömrəli qərarına əsasən iddia tələbi təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən üçüncü şəxs Üçüncü şəxs oğluna Ünvan2 bağ sahəsinə dair verilmiş 23.10.2017-ci il tarixli, (Seriya RX N xxxxx24) xxxxx35 nömrəli dövlət qeydiyyat nömrəsi ləğv edilsin, bununla bağlı verilmiş müvafiq sənədlər (çıxarış və s.) və xx.xx.1991-ci il tarixli, B/S nömrəli order etibarsız hesab edilməsi qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, cavabdeh Ünvan2 bağ sahəsini Üçüncü şəxs oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində yalnız Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Biryinin Göradil bağlar sahəsindəki 1 94 nömrəli kooperativnin b/s nömrəli orderi əsasında qeydə almışdır. Halbuki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 30.08.2018-ci il tarixli, 2432 nömrəli məktubuna əsasən keçmiş Bakı şəhər XDSİK-nin arxiv fondu üzrə 27.03.1991-ci il tarixli, 3/318 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcud olsa da həmin qərarda vətəndaş Üçüncü şəxsə torpaq sahəsinin ayrılması barədə heç bir məlumat mövcud deyildir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh tərəfindən çıxarışın verilməsi zamanı yeganə əsas kimi qəbul edilmiş orderin əsli də məhkəməyə təqdim edilməmişdir.

7. Qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli, 2-1(81)-84/2019 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. b. A pellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.06.2020-ci tarixli 21(103)-920/2020 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – Valeh Ağayev, hakimlər –Afaq Nuriyeva və Aida Hüseyn) apellyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06.09.2019-cu il tarixli, 2-1(81)-84/2019 nömrəli qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır.

9. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı Ünvan2 bağ sahəsinə dair verilmiş 23.10.2017-ci il tarixli (seriya RX N xxxxx24), xxxxx35 nömrəli dövlət qeydiyyat nömrəsinin ləğv edilməsi, bununla bağlı verilmiş müvafiq sənədlərin (çıxarış və s.) və xx.xx.1991-ci il tarixli, B/S nömrəli orderin etibarsız hesab edilməsini mübahisələndirir. Kons titusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19.05.2014-cü il tarixli Qərarı ilə bu kateqoriyadan olan işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğu müəyyən edilmişdir.

10. Məhkəmə qərardadından iddiaçı İddiaçı2 10.11.2020-ci il tarixində kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Ali Məhkəmənin İnzibati Kollegiyasının 09.02.2021-ci il tarixli, 2-1(102)337/2021 nömrəli qərardadı ilə kassasiya şikayəti mümkün hesab edilərək məhkəmə baxışı təyin edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, M ƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a. Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı tərəfindən 30.09.2020ci ildə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət olunmuş, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Üçüncü şəxs oğluna Ünvan2 bağ sahəsinə dair verilmiş, 23.10.2017-ci il tarixli xxxxx35 nömrəli dövlət qeydiyyat nömrəsi ləğv edilmiş, bununla bağlı xx.xx.1991-ci il tarixli B/S nömrəli orderin və çıxarışın etibarsız hesab edilməsi, tikilinin əvvəlki vəziyyətinə qaytarılması ilə bağlı qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Binəqədi Rayon Məhkəməsinə müraciətinə əsasən 06.10.2020-ci il tarixli 2(001)-5939/2020 saylı qəra rdad qəbul edilmiş və iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Qərardadda qeyd olunur ki, “orderin, çıxarışın etibarsız hesab edilməsi və tikilinin sökülərək əvvəlki vəziyyətinə qaytarılmasına dair” iddiaçı tərəfindən verilmiş iddia ərizəsi mülki icraat qaydasında baxılmalı deyildir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı üçüncü şəxs etiraz təqdim edərək qeyd etmişdir ki, hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğundan iddia tələbi mümkün sayıla bilməz və apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslı olduğundan kassasiya şikayəti rədd edilməlidir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassas iya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili izahat verərək kassasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.

16. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati-Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilmə si və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli 4 nömrəli Qərarı:

17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alın malıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

19. Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19.05.2014-cü il tarixli Qərarı:

1. Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə ak tının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Belə ki, hazırkı qərarın 18-19-cu bəndlərində göstərilən Ali Məhkəmə Plenumunun və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən görünür ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların t əsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır.

24. Konstitusiya Məhkəməsi Plenumunun mövqeyi aşağı instansiya məhkəmələri üçün məcburi xarakter daşıdığından apellyasiya instansiyası məhkəməsi haqlı olaraq göstərilən hüquqi mövqeyə istinad edərək iddia tələbini mümkün saymamışdır.

25. Belə ki, işin apellyasiya instansiyası məhkəməsində müəyyən edilən hallarından görünür ki, iddiaçı hazırda Ünvan2 bağ sahəsinə dair Üçüncü şəxsə verilmiş 23.10.2017-ci il tarixli (seriya RX N xxxxx24), xxxxx35 nömrəli dövlət qeydiyyat nömrəsinin ləğv edilməsini, bununla bağlı verilmiş müvafiq sənədlərin etibarsız hesab edilməsini xahiş etsə də, sözügedən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas olan xx.xx.1991-ci il tarixli, B/S nömrəli order qüvvədədir.

26. Nə qədər ki, xx.xx.1991-ci il tarixli order qüvvədədir, həmin order əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüquqlarına dair çıxarış mübahisələndirilə bilməz.

27. İddiaçı hazırkı iddia tələbi ilə həmin orderin də etibarsız hesab olunmasını xahiş etsə də, həmin order Bakı Şəhər İcraiyyə Komitəsi tərəfindən qəbul edildiyindən orderin etibarsız hesab edilməsi tələbi də hazırkı cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə yox, Bakı Şəhər İcra Hakimiyyətinə qarşı verilməli idi.

28. Göründüyü kimi, iddiaçı tərəfindən iddianın mümkünlük şərtlərinə əmək edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslıdır və kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən sa xlanılmalıdır.

29. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.06.2020-ci tarixli 21(103)-920/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar