Məhkəmə qərarları › İş №2-1(102)-337/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-337/2022

26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-337/2022 26.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X1 iştirakı ilə) qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kassasiya şikayətinin mümkünlüyü, prosessual müddətin ötürülməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X1 iştirakı ilə) qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.10.2021-ci il tarixli, 2-1(103)-2318/2021 nömrəli qərardadından idd iaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə 26 yanvar 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İŞİN HALLARİ

1. İddiaçı MMC cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsinin 7-ci abzasında qeyd olunmuş Azərbaycan Respublikasının 20.09.2005-ci il tarixli, 997-İİQ nömrəli Qanunun iddia tələbindən çıxarılmasını və 16.08.2000-ci il tarixli, 1180 nömrəli Suraxanı Rayon İcra Hakimiyyətinin sərəncamın üçüncü şəxs X2 düşən 34 №-li sahədə 400 kv.m olan hissənin ləğv edilməsi barədə iddia ərizəsi ilə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

2. Bakı İnzibati Məhkəməsinin 1 0.06.2021-ci il tarixli, 2-1(112)-261/2021 nömrəli (sədrlik edən hakim Şəlalə Həsənova) qərarı ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin Başçısının 1180 №-li, 16.08.2000-ci il tarixli sərəncamı, Yeni Suraxanı qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində fərdi yaşayış evi tikmək üçün X2 34 №-li sahədə 400 kv.m torpaq sahəsinin ayrılması hissəsində, ləğv edilmiş və aparılmış tədqiqatın dəyəri 50 manat cavabdeh Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır.

3. Məhkəmənin qeyd olunan qərarından narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 10.06.2021-ci il tarixli, 21(112)-261/2021 nömrəli qərarın l əğv olunmasını və iddianın rədd olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. apellyasiya instansiya məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apellyasiya instansiyası məhkəməsi) 14.10.2021-ci il tarixli, 2-1(103)-2318/2021 nömrəli (hakimlər Cahangir Yusifov - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Elmira Nağıyeva) qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 10.06.2021-ci il tarixli, 2-1(112)-261/2021 nömrəli qərarının ləğv edilməsi, iddiaçının iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır.

5. Apellyasiya instansiyası məhkəməsinin 14.10.2021-ci il tarixli, 21(103)-2318/2021 nömrəli qərardadından iddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kolle giyasına kassasiya şikayəti verilmişdir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

6. İddiaçının kassasiya şikayəti prosessual müddət buraxılmaqla verilmiş və müddətin bərpası barədə ərizə (vəsatət) təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

7. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prose ssual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 95.1. Kassasiya şikayəti daxil olduqdan sonra, apellyasiya instansiyası məhkəməsi şikayətlə bağlı aşağıdakı formal tələblərə kassasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır: apellyasiya şikayəti verən şəxsin adının, soyadının, atasının adının və ünv anının göstərilməsini; barəsində şikayət verilən məhkəmə qərarı və ya qərardadının tarixi və nömrəsi barədə məlumatların göstərilməsini; şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin göstərilməsini; şikayətə əlavə edilən sənədlərin siyahısının olmasını. Maddə 95.2. Bu Məcəllənin 95.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə kassasiya şikayəti verən şəxsə yardım etməlidir. Maddə 96.2. Ali Məhkəmə kasasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şik ayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.

8. Mülki Prosessual Məcəllə: Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı səbəblərdən kassasiya şikayəti mümkün sayılmamalıdır.

10. İddiaçının kassasiya şikayəti prosessual müddət buraxılmaqla verilmiş və müddətin bərpası barədə ərizə (vəsatət) təqdim edilməmişdir.

11. Məhkəmə kollegiyası iş materiallarını araş dıraraq müəyyən etmişdir ki, iddiaçı Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.10.2021-ci il tarixli qərardadının surətini 10.11.2021-ci il tarixdə almışdır. İddiaçı həmin qərardaddan 26.11.2021-ci il tarixdə kasasiya şikayəti vermişdir.

12. Göründüyü kimi, iddiaçı prosessual qanunvericilikdə nəzərdə tutulmuş kasasiya şikayətinin verilməsi müddətini 10 gündən çox ötürmüşdür.

13. Ali Məhkəmə tərəfindən iddiaçıya göndərilmiş 21.12.2021-ci il tarixli bildirişdə kassasiya şikayətində olan nöqsanlar barədə ona məlumat verilmiş, məhkəmə tarixinin təyin olunduğu vaxtadək (21.01.2022-ci il) həmin nöqsanların aradan qaldırılması təklif olunmuş, əks halda kassasiya şikayətinin mümkün sayılmayacağı barədə iddiaçıya xəbərdarlıq olunmuşdur. Buna baxmayaraq iddiaçı qeyd olunan tarixədək müddətin bərpasına dair əsaslandırılmış ərizəni təqdim etməmişdir.

14. Beləliklə, kassasiya şikayəti qanunda nəzərdə tutulmuş tələblərə əməl edilməməklə verildiyindən, bununla bağlı qərardadın 7-8-ci bəndlərində göstərilən normaların tələblərinə görə kassasiya şikayəti mümkün sayılmayaraq onun qəbulundan imtina edilməlidir.

15. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçının Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyaının 14.10.2021-ci il tarixli, 2-1(103)-2318/2021 nömrəli qərardadından verdiyi kassasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. İş Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar