Məhkəmə qərarları › İş №2-1(102)-337/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-337/2023

07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-337/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (22 avqust 1961-ci il təvəllüdlü, FİN:1UWSOBX) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2199/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1976-cı ildə Bakı şəhəri 5 nömrəli texniki peşə məktəbinə daxil olmuş və 1979-cu ildə həmin məktəbdə elektrik qaz qaynaqçısı peşəsi üzrə tam kursu bitirmişdir. xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək Sovet Ordusunda xidmət etmişdir. O, xx.xx.1979cu ildə “Azsantexmontaj” trestinin Bakı Montaj İdarəsinə 3-cü dərəcə ilə elektrik qaz qa ynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1980-ci ildə Sovet Ordusuna çağırılması ilə əlaqədar olaraq işdən azad edilmişdir. xx.xx.1982-ci ildə “Azsantexmont”’ trestinin Bakı Montaj İdarəsinə 3-cü dərəcə ilə elektrik qaz qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1983-cü ildə BMİ AzNKM köçürdülməsi ilə əlaqədar olaraq işdən azad edilmiş, xx.xx.1983-cü ildə “Azneftkimyamontaj” trestinin Birinci Bakı Montaj İdarəsində “Azsantexmontaj” BMİ-dən köçürülmə yolu ilə 3-cü dərəcə ilə əl ilə qaynaqda elektrik qaynaqçısı qəbul edilmiş, xx.xx.1984-cü ildən xx.xx.1989-cu ilədək əl ilə qaynaqda elektrik qaynaqçısı vəzifəsində çalışmış, xx.xx.1992-ci ildə əl ilə qaynaqda 6-cı dərəcə elektrik qaynaqçısı təyin edilmiş, xx.xx.1999-cu ildə müddətin qurtarması ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilə rək işdən azad edilmişdir. xx.xx.1999-cu ildən xx.xx.2002-ci ildədək “Konseyf (Azərbaycan) LTD” şirkətinin nümayəndəliyində qaynaqçı vəzifəsində çalışmışdır. xx.xx.2002-ci ildə SGB Denholm LTD şirkətinin filialında qaynaqçı vəzifəsinə təyin edilmiş, xx.xx.2003-cü ildə dupleks qaynaqçı vəzifəsinə təyin edilmiş, xx.xx.2003-cü ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2003-cü ildə "xxxx" ASC-də fərdi əmək müqaviləsi əsasında 6-cı dərəcəli qaynaqçı işinə qəbul edilmiş, xx.xx.2011-ci ildə işdən azad edilmişdir. xx.xx.2011-ci ildə "xxxx" Birgə Müəssisəsində qaynaqçı köməkçisi peşəsinə qəbul edilmiş, xx.xx.2011-ci ildə öz ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2011-ci ildə ”SDL Denholm Limited” şirkətinin filialında qaynaqçı peşəsi üzrə işə qəbul edilmiş (karbonlu və aşağı le girli poladların arqon qaynağı), xx.xx.2017-ci ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2017-ci ildə “SDL Nobel MMC” şirkətinə TİG qaynaqçısı (karbon-metal) vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2018-ci ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2018-ci ildə “Konteks” ATSC-də 6-cı dərəcəli elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2019-cu ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2020-ci ildə “X2 Group” MMC-də 6-cı dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə qəbul edilmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmiş, cavabdeh müraciətin təmin olunmasından imtina etmişdir.

3. Cavabdeh ********** saylı, 16 may 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, təqdim edilmiş sənədlərə əsasən İddiaçı xx.xx.1999 - xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində “Konseyf” LTD-də, xx.xx.2002-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “SGB Denholm” LTD-də işlədiyi qeyd edilmişdir. Onun adıçəkilən müəssisələrdə işlədiyi dövrlərin dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədikləri müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) xx.xx.19 99-xx.xx.2003-cü il tarixləri arasındakı dövrü iş stajına daxil etmək mümkün deyil. Qeyd edilən səbəbdən onun ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (24 il 8 ay 4 gün (xx.xx.1976-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1999-cu il və xx.xx.2003xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin təyinatı baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan, yəni hüquq unun yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddianın əsaslarına görə, iddiaçı 22 avqust 1961-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuşdur. O, 01 sentyabr 1976-cı ildən 20 iyul 1979-cu ilə kimi Baki şəhəri 5 saylı Texniki Peşə məktəbində elektrik qaynaqçısı peşəsi üzrə təhsil almış (staj 2 il 10 ay 19 gün), 06 avqust 1979-cu ildən 11 aprel 1980-cı ilə kimi Bakı Quraşdırma İdarəsində elektrik qaynaqçısı peşəsində işləmiş (əmək stajı 8 ay 5 gün), 20 aprel 1980-ci ildən 21 iyun 1982-ci ilə kimi keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur (xidmət müddəti 2 il 2 ay 1 gün). Hərbi xidmətdən qayıdandan sonra 29 iyul 1982-ci ildən 11 yanvar 1983-cü ilə kimi Bakı Quraşdırma İdarəsində (əmək stajı 5 ay 14 gün), 01 fevral 1983-cü ildən 04 yanvar 1999-cu ilə kimi “Azneftkimquraşdırma” Trestinin Birinci Bakı Quraşdırma İdarəsində (həmin müəssisənin adı dəyişdirilməklə "xxxx" Səhmdar Firması və sonra "xxxx" X3 Cəmiyyəti adlandırılmışdır - əmək stajı 15 il 11 ay 27 gün), 05 yanvar 1999-cu ildən 31 mart 2002-ci ilə kimi “Consefe” LTD şirkətində (əmək stajı 3 il 2 ay 26 gün), 01 aprel 2002-ci ildən 13 iyun 2003-cü ilə kimi “SGB Denfolom” LTD şirkətində (əmək stajı 1 il 2 ay 2 gün), 05 may 2003-cü ildən 03 iyun 2011-ci ilə kimi "xxxx" ASC-də (xx.xx.2006-cı il tarixdən ASC "xxxx" MMC adlandırılmışdır) elektrik qaynaqçısı peşəsində (əmək stajı 8 il 28 gün), 07 iyun 2011-ci ildən 20 iyun 2011-ci ilə kimi "xxxx" şir kətində elektrik qaynaqçısı köməkçisi peşəsində (əmək stajı 13 gün), 23 iyun 2011-ci ildən 31 mart 2017-ci ilə kimi ”SDL Denholm Limited” şirkətinin filialında qaynaqçı (karbon-metal) (əmək stajı 5 il 9 ay 7 gün), 01 aprel 2017-ci ildən 01 avqust 2018-ci ilə kimi "xxxx" MMCdə qaynaqçı (karbon-metal) - (əmək stajı 1 il 4 ay), 23 oktyabr 2018-ci ildən 13 may 2019cu ilə kimi "xxxx" X3 Cəmiyyətində elektrik qaynaqçısı (əmək stajı 6 ay 17 gün) işləmişdir. 04 noyabr 2020-ci ildən bu günə kimi “X1 Group” MMC-də elektrik qaz qaynaqçısı peşəsində (əmək stajı 7 aydan artıqdır) işləyir. Cavabdeh təşkilat “Coneyf’ LTD-nin və “SGB Denholm” LTD-nin məcburi dövlət sığorta haqlarını ödəməməsinə əsaslanaraq, bu səbəbdən xx.xx.1999-xx.xx.2002-ci və xx.xx.2002- xx.xx.2003-cü il tarixləri arasındakı dövrü onu n ümumi və xüsusi iş stajınadaxil etmir. Əmək kitabçasından göründüyü kimi, o, həmin müəssisələrdə işləmişdir. Bu səbəbdən cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməmişdən əvvəl qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan pensiya təyin etməkdən əsassız olaraq imtina etmişdir. Əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər hesab edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzətli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin» 2 nömrəli siyahısında (23200000-19906 - əl ilə qaynaq a paran elektrik qaynaqçıları) nəzərdə tutulmuşdur. Əmək kitabçasından göründüyü kimi, o, 42 ildən artıq stajının 35 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdır.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.

7. Bakı İnzibati Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2-1(112)-1266/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzə rinə qoyulması qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin hesablamadığı dövrlər nəzərə alınmasa belə, xx.xx.2006-cı il tarixədək iddiaçının 25 ildən artıq ümumi və 12 il 06 aydan artıq güzəştli iş stajı mövcud olmuşdur. Odur ki, iddiaçı tələbində haqlıdır.

9. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2199/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.Ə.Hüseyn-sədrlik edən, S.İ.Bəktaşi və A.S.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 09 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərarından kassasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlilləri ilə iddiaçının müraciətinə verilmiş imtinanın məzmunu eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş şikayət əsassız olduğundan, formal xarakter daşıdığından və apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv i üçün heç bir əsas olmadığından təmin edilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 17. “Vətəndaşların pensiya təmina tı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddinin 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Maddə

69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 13 2.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münas ibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

22. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

23. Bununla bağlı, məhkəmə kollegiyası qeyd e dir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

24. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd et məyi zəruri sayır.

26. Hazırkı qərarın 20-21-ci bəndlərində göstərilən normaların tələblərindən görünür ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixinədək azı 25 il ümumi və azı 12 il 06 ay güzəştli iş stajı mövcud olmalıdır.

27. Cavabdeh iddiaçının əmək kitabçasında xx.xx.1999-xx.xx.2002-ci il tarixləri arasındakı müddət ərzində “Konseyf” LTD-də, xx.xx.2002-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “SGB Denholm” LTD-də işlədiyi dövrləri, həmin müəssisələr Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi üçün iddiaçının stajına hesablamamış, 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az olduğuna istinad edərək ona güzəştli şər tlərlə yaşa görə əmək pensiyası təyinatının mümkün hesab edilmədiyini bildirilmişdir.

28. Cavabdehin imtinasının, eləcə də kassasiya şikayətinin əsas dəlili xx.xx.2006-cı il tarixdək iddiaçının 25 il ümumi iş stajına malik olmması ilə bağlıdır. Cavabdehin bu dəlilini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus hərbi biletin, diplomun, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətlərindən göründüyü kimi, onun əmək kitabçasında qeyd edilən xx.xx.1999-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində “Konseyf” LTD-də, xx.xx.2002-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “SGB Denholm” LTD-də işlədiyi dövrlər nəzərə alınmasa belə, 01 yanvar 2006-cı ilədək təhsil və hərbi xidmət müddəti də nəzərə alınmaqla, 25 ildən artıq ümumi iş stajı mövcud olmuşd ur.

29. Cavabdeh iddiaçının güzəştli iş stajını mübahisələndirməsə də, iddianın təmin edilməsi üçün bu şərtin də ödənilməsinin vacibliyini nəzərə alaraq, məhkəmə kollegiyası iddiaçının güzəştli iş stajı ilə bağlı aşağıdakıları qeyd edir.

30. İddiaçının xx.xx.1983-cü ildən xx.xx.1999-cu ilədək “Azneftkimyamontaj” trestinin Birinci Bakı Montaj İdarəsində, xx.xx.2002-ci ildən xx.xx.2003- cü ilədək SGB Denholm LTD şirkətinin filialında, xx.xx.2003-cü ildən xx.xx.2011-ci ilədək "xxxx" ASC-də işlədiyi “əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsi” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın (23200000-19906) “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə uyğundur.

31. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahı”da nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 57 yaşda n (xx.xx.2018-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2199/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar