Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-337/2024 09.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-337/2024) (Açar sözlər: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1974-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhali nin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 sentyabr 2023-cü il tarixli, 2-1(105)26/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli, 319 nömrəli qərarına əsasən, Siyəzən RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü il tarixdə aldığı və xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək MN MHKH-da müayinə və müalicə olunduğu yaralanma – diaqnoz: “Döş qəfəsinin dəlib keçən odlu güllə yaralanması, Hemopnevmotoraks” və xx.xx.1993-cü ildə MN MHKH cərrahiyyə profil hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticəsi – diaqnoz: “Döş qəfəsinin sol yarasına nüfuz edən dəlib küçən güllə yaralanması, hemopnevmotoraks (xx.xx.1993), yaranın birincili cərrahi işlənməsi, torakosentez əməliyyatının nəticələri, xarici tənəffüs funksiyasının pozulması ilə, Sol bazunun yumşaq toxumasını dəlib keçən güllə yarası” (Siyəzən rayon bölməsinin xx.xx.2013-cü il tarixli, 63 nömrəli göndərişi; xx.xx.2013-cü il tarixli,4/117 nömrəli arayışı; MN Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş xx.xx.1993-cü il tar ixli çıxarış epikrizi; xx.xx.2013-cü il tarixli, 614 nömrəli arayış; MN MHHK-nin həkim mütəxəssisi – cərrahın və hüquq məsləhətçisinin rəyləri ilə təsdiq edilir) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilmişdir.
2. Tibbi-Sosial Ekspert Komissiyasının elektron informasiya sistemindən çıxarışlara əsasən, iddiaçı ilk dəfə xx.xx.2013-cü il tarixində Tibbi Sosial Ekspert Komissiyasında müayinədən keçmiş və ona “Döş qəfəsini dəlib keçən odlu silah yaralanması, hemopnevmotoraks, sol bazunun yumşaq toxumalarını dəlib keçən güllə yaralanmasından s\v TÇ İİ dərəcə soltərəfli postravmatik çiyin pleksopatiyası” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra ə lillik müddəti hər dəfə 1 il müddətinə olmaqla 2016-cı il tarixədək, 2016-cı il tarixində isə 5 il müddətinə uzadılmışdır.
3. Əlillik müddəti bitdikdən sonra iddiaçıya Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün Siyəzən Rayon Mərkəzi Poliklinikası tərəfindən “Əsas xəstəlik: W33 Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş, Sol döş qəfəsinin və sol nahiyəsinin dəlib keçən yarasından sonrakı vəziyyət, ağrı ilə (xx.xx.1993) Ağırlaşma: R06.8 Digər və dəqiqləşdirilməmiş anormal tənəffüs, Tənəffüs çatmazlığı İİ dərəcə. Ağırlaşma: R52.9 Dəqiqləşdirilməmiş ağrı” diaqnozu ilə xx.xx.2021-ci il tarixli, 0317003AADA6 nömrəli göndəriş verilmişdir.
4. Həmin göndəriş cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş, “Göndərişin natamam doldurulması – Səbəb: Xəst ə ixtisaslaşmış tibbi müəssisəsində müayinə olunmalı, patofunksional dəyişikliklər dəqiqləşdirilməlidir” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir.
5. Bundan sonra iddiaçı barəsində Siyəzən Rayon Mərkəzi Poliklinikası tərəfindən “Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş, Sol döş qəfəsinin və sol nahiyəsinin dəlib keçən yarasından sonrakı vəziyyət, ağrı ilə (xx.xx.1993). Digər və dəqiqləşdirilməmiş anormal tənəffüs, Tənəffüs çatmazlığı İİ dərəcə” diaqnozu ilə xx.xx.2021-ci il tarixli, 0317003AADC6 nömrəli göndəriş tərtib edilərək Tibbi-Sosial Ekspert Komissiyasına göndərilmişdir.
6. Həmin göndəriş cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş, “Diaqnozun əlillik əlaməti təyin etməməsi – Səbəb: diaqnoz və ağırlaşması əlilli yin təyininə əsas vermir” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən yenidən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xəstəliyinə görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1974-cü il tarixdə doğulmuş, xx.xx.1992-ci ildə N nömrəli hərbi hissədə müddətdən artıq hərbi xidmət edən əsgər kimi xidmət etmiş, xidmət zamanı onda xəstəliklər əmələ gəlmişdir. Belə ki, iddiaçı özünü Birinci Qarabağ müharibəsindən sonra narahat hiss etmiş, xəstəliyi baş beyin travma ağrıl arı, ürəyində güllə yarasının ağrıları, qarın nahiyyəsində kəskin ağrılar, iştahsızlıq, qəbizlik kimi əlamətlərlə başlamışdır. Bununla bağlı iddiaçı hərbi hospitalda bir sıra müayinələrdən keçmiş, Hərbi Həkim Hospitalının rəyi nəzərə alınaraq ona məzuniyyət verilmişdir. Həmin vaxt müalicələr də almış, lakin bundan sonra da yenidən ağrıları başlamış və Hərbi Həkim Komissiyasının Qərarı ilə sülh dövründə yararsız, müharibə dövründə məhdud yararlı qismində ordudan tərxis olunmuşdur. Qərarda iddiaçının xəstəliyinin xidmət dövrünə təsadüf etməsi də vurğulanmışdır. İddiaçıya cavabdeh tərəfindən son dəfə xx.xx.2016-cı il tarixdə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyin edildiyi tarixdən 2021-ci ilin oktyabrına qədər iddiaçıya əlilliyə görə əmək pensiyası ödənilmişdir. 2021-ci ilin ok tyabr ayında əlilliyinin ləğv edilməsi barədə iddiaçı xx.xx.2022ci il tarixində məlumat almışdır. Cavabdeh tərəfindən ona imtina məktubu verilmiş və qeyd edilmişdir ki, əlavə müayinə və müalicəyə ehtiyacı var və müalicə potensialı tükənməyib. Müharibədən sonra səhhəti ilə bağlı heç yerdə işləyə bilmir. Hesab edir ki, cavabdeh hərbi həkim komissiyasının qərarında göstərilənləri nəzərə almamışdır, imtina əsassızdır.
9. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək iddianın təmin edilməməsini xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı müraciətinə 1 ay ərzində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi cavabdehə həvalə edilmişdir.
11. Cavabdeh tərəfindən iddiaçı xx.xx.2022-ci il tarixdə əyani müayinə olunmuş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilərək iddiaçıya əlilliyin təyin edilməsindən yenidən imtina edilmişdir.
12. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********3 nömrəli qərarının 14-cü hissəsində qeyd edilmişdir ki, iddiaçının hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş. Sol döş qəfəsinin sol nahiyəsinin dəlib keçən yarasından sonrakı vəziyyət, ağrı ilə (xx.xx.1993). Digər və dəqiqləşdirilməmiş anormal tənəffüs. Tənəffüs çatmamazlığı İİ dərəcə” araşdırılmış, müayinə zamanı boğulmalardan, baş ağrılarından şikayətlənmiş, sol bazu və döş qəfəsin sol yarısının ön səthini toxunub keçən güllə yaralanması, torakosentez əməliyyatından sonrakı drenaj müşahidə edilmişdir. Auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs, keçiriciliyi simmetrik, SpO2 97% müəyyən edilmişdir. Əlillik təyinatına əsas verən xroniki tənəffüs çatmazlığı əlamətləri aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
13. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: Ceyhun Məmmədov) 18 may 2022-ci il tarixli, 2-1(118)-995/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə cavabdeh tərəfi ndən aparılmış yenidən müayinə nəticəsində iddiaçı əyani müayinə olunmuş və ona təyin edilmiş diaqnozun əlilliyin təyininə əsas verməməsi öz təsdiqini tapmışdır. Bundan başqa, iddiaçıya əlilliyin təyini üçün qanunvericiliyin tələbinə əsasən eyni xəstəliklə fasiləsiz və ya son bir il ərzində fasilələrlə 6 aydan çox müddətə müalicənin aparılması, müalicə nəticəsində orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və bu xəstəlik nəticəsində şəxsin əmək fəaliyyətinin mümkün olmaması və ya çətinləşməsi kimi halların mövcudluğu aşkar olunmamışdır. Məhkəmə hesab edir ki, iddiaçıda olan xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndində səciyyələnmiş sənədlərin əhatə dairəsinə düşmədiyindən cavabdehin imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir.
15. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
16. İddiaçıya xx.xx.2022-ci il tarixdə Quba Rayon Psixonevroloji Reabilitasiya Mərkəzində həkim psixiatrik komissiyası tərəfindən “F48 Kəskin astenonevrotik vəziyyət” diaqnozu qoyulduğundan apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı barəsində tərtib edilmiş 0317003AADA6 nömrəli Forma 88 göndərişində əsas xəstəlik və ağırlaşmaları kimi qeyd edilmiş “Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odl u silahdan atəş. Sol döş qəfəsinin sol nahiyəsinin dəlib keçən yarasından sonrakı vəziyyət, ağrı ilə, Digər və dəqiqləşdirilməmiş anormal tənəffüs. Tənəffüs çatmazlığı İİ dərəcə, Dəqiqləşdirilməmiş ağrı” və yanaşı xəstəlik kimi qeyd edilmiş “Periferik sinir sisteminin digər pozğunluqları” xəstəlikləri və əlavə olaraq “F48 Kəskin astenonevrotik vəziyyət” xəstəliyinin aşkar edilib-edilməməsi ilə bağlı iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün iş üzrə məhkəmə-tibbi ekspertiza təyin edilmişdir.
17. Həmin ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, T428/2022 nömrəli ekspert rəyindən ekspertiza tədqiqatının prosessual qanunvericiliyin tələbinə zidd olaraq təkcə Məhkəmə-Tibbi Ekspertiza və X1 məhkəmə-tibb eksperti tərəfindən deyil, həmçinin cavabdehin tibbi-sosial ekspertinin iştirakı ilə həyata keçirildiyi müəyyən edilmişdir. Ekspertiza tədqiqatı qanunvericiliyin tələbləri pozulmaqla aparıldığından apellyasiya instansiyası məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli qərardadla iş üzrə təkrar məhkəmə-tibbi ekspertiza təyin edilmiş və ekspertizanın keçirilməsi cavabdehin ekspertləri cəlb edilmədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 başqa ekspertlərinə tapşırılmışdır.
18. Məhkəmə-Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 998 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə iddiaçı məhkəmə-tibbi müayinədən keçirilmişdir. İddiaçıda Siyəzən Rayon Mərkəzi Poliklinikasında xx.xx.2021-ci il tar ixdə müayinə zamanı “W33 Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş. Sol döş qəfəsinin sol nahiyəsinin dəlib keçən yarasından sonrakı vəziyyət, ağrı ilə (xx.xx.1993) R06.8 Digər və dəqiqləşdirilməmiş anormal tənəffüs. Tənəffüs çatmamazlığı İİ dərəcə” müəyyən edilmişdir. Quba Rayon Psixonevroloji Reabilitasiya Mərkəzində “F48 Kəskin astenonevrotik vəziyyət” müəyyən edilmişdir”.
19. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Hökümə Babayeva /sədrlik edən və məruzəçi/, İlqar Dəmirov və Gülnar Cabbarova) 01 sentyabr 2023-cü il tarixli, 2-1(105)-26/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, iddiaçıya “Azərbaycan Re spublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh eyni diaqnoz əsasında iddiaçıya 2013-cü il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin etsə də, hazırda həmin diaqnozun əlillik təyini üçün əsas olmadığını iddia edir. 2013-cü ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda müəyyən edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati or qandan qanuni gözləntisi yaranmışdır.
21. Həmçinin iş materiallarından görünür ki, Siyəzən Rayon Mərkəzi Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında iddiaçıya 2016-cı il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.9-cu bəndinə müvafiq olaraq (qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...) “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Əsasnamənin 2.2.9-cu bəndindən görünür ki, həmin normada XBT G kodlu “Qaba rıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəkikoordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri” təsbit edilmişdir. İşin hallarından da göründüyü kimi, iddiaçı barəsində tərtib edilmiş 2021-ci il tarixli, 0317003AADA6 nömrəli və 0317003AADA6 nömrəli göndərişlərdə yanaşı xəstəlik kimi G64 “Periferik sinir sisteminin digər pozğunluqları” diaqnozlu xəstəlik göstərilmişdir. Yəni cavabdeh tərəfindən 2016-cı il tarixdə iddiaçıya əlilliyin təyin edilməsinə əsas olmuş xəstəliklərdən biri də G64 kodlu xəstəlik olmuşdur. Cavabdeh dəlillərində əvvəlki mövqeyindən fərqli olaraq təkrar əlilliyin təyini zamanı diaqnozun əlilliyə əsas verməməsi halına istinad etsə də, o, əvvəlki davranışından fərqli qaydada hərəkət etməsinin hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, iddiaçıya münasibətdə eyni halla bağlı fərqli yanaşma sərgiləmiş, imtinasını əsaslandırmamış, bununla da əsassız olaraq iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnu pozmuşdur.
22. Həmçinin iş üzrə verilmiş ekspert rəyindən müəyyən edilir ki, iddiaçı canlı müayinə olunmaqla onda “W33 Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş. Sol döş qəfəsinin sol nahiyəsinin dəlib keçən yarasından sonrakı vəziyyət, ağrı ilə (xx.xx.1993) R06.8 Digər və dəqiqləşdirilməmiş anormal tənəffüs. Tənəffüs çatmamazlığı İİ dərəcə” və “F48 Kəskin astenonevrotik vəziyyət” diaqnozlu xəstəliklər aşkar edilmişdir. Göründüyü kimi, iddiaçıya ilkin və təkrar “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə əlilliyin təyinatı zamanı əsas olmuş xəstəlik hazırda da aşkar edilmişdir. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, cavabdeh iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsindən imtina cavabı verərkən haqlı olmamışdır.
23. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtinasının, iddiaya və apellyasiya şikayətinə qarşı etirazının dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh yalnız göndərişdə əlillik üçün əsaslar olduqda əlillik təyin etmək səlahiyyətinə malikdir. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi hüquq normalarının heç bir tətbiqi əsası yoxdur, bu isə, kobud pozuntu hesab edilərək qərarın ləğvi üçün əsas təşkil edir. Həmçinin apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri daxilində olmadan tibbi əsaslandırma apararaq iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir. Əlilliyin təyini və bərpası cavabdehin müstəsna səlahiyyəti olsa da, məhkəmə faktiki olaraq dövlət orqanının əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan iddiaçıya əlillik təyin etmişdir. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş prosedurlar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31 may 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənə qədər qüvvədə olmuş “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 25 avqust 1992-ci il tarixli Azərbaycan Respublikasının Qanunu Maddə
3. Tibbi-sosial ekspertiza Tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir. Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir. Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 27. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada) Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi v ə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir 28. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr ta rixli, 595 nömrəli Fərmanı
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 6.1. birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin; 29. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli, 595 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilsin (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada). 30. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”
1. Ümumi müddəalar 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşıl aşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hi ssiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.
5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur....
2. Əlilliyin müəyyən olunması meyarları... 2.3. Üçüncü dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir:... 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F4 5.9, F48-F48.9).
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.... 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir.... 1.6. (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada) Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə mü əyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.... 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxs i əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması;... 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi;... 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gü cləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
33. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 26 dekabr tarixli, 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat” 1.1. Bu Təlimat Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 163-cü maddəsinin birinci hissəsinə əsasən hazırlanmışdır və Azərbaycan Ordusunda və başqa silahlı birləşmələ rdə (bundan sonra Silahlı Qüvvələr), hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda), habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində hərbi xidmət (hərbi toplanış) keçmiş şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması qaydalarını tənzimləyir. 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra – Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; (xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyası – “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar”) (çıxarılmışdır) 2.1.3. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik; 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 2.1.5. Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik; 2.1.6. Ümumi xəstəliklə əlaqədar əlillik.
34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSAS İYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
36. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
37. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olu nmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
38. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
39. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, e ləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
40. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
41. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
42. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
43. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
44. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar m əsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
45. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Ş əxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
46. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
47. Bu mənada kassasi ya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
48. Odur ki, bu qərarın 44-47-ci bəndlərində qeyd olunanlar baxımından cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.
49. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qə rar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.
50. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegi yasının 01 sentyabr 2023-cü il tarixli, 2-1(105)-26/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.