Məhkəmə qərarları › İş №2-1(102)-3370/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3370/2019

11.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3370/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-3370/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: Bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən müvafiq icra hakimiyyəti orqanının rəyi alınmamışdır). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X4 ibarət tərkibdə, iddiaçının vəkili X5, üçüncü şəxs “xxxx” MMC-ninvəkili Cavabdeh2 iştirakları, N.Əhmədovun katibliyi ilə, İddiaç ı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, üçüncü şəxslər X2 və “xxxx” MMC-nə qarşı torpaq sahəsinin hüquqi qeydiyyata alınması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsininİnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1081/2019 saylı qərarından İddiaçı və onun vəkili X8 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, o, 2003-cü ildən Bakı şəhəri, Səbail rayonu, Saly an şosesi, 12 ünvanında 600 kv.m-dən ibarət torpaq sahəsini daşla hasara alaraq faktiki sahiblik və istifadə hüququnu həyata keçirməyə başladığını, məqsədi imkan olanda fərdi yaşayış evi tikmək olduğunu, torpaqların alqı-satqısını həyata keçirən Səbail Bələdiyyəsinə müraciət etdiyini, Səbail Bələdiyyəsinin xxxx 2006-cı il tarixli, 132 saylı qərarı ilə alqı-satqı aktına əsasən torpağın onun sahiblik və istifadəsinə verildiyini, torpağın satın alınmasına görə bələdiyyənin hesabına 2496 manat vəsait ödədiyini, lakin fərdi yaşayış tikintisi üçün imkanı olmadığından, bütün tikintiləri dayandırmağa məcbur olduğunu, Bələdiyyə tərəfindən əldə etdiyi sənədlərlə 2017-ci ilin xxx ayında torpağın qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, ona icranın təminindən imtina edildiyini, imtina ya əsas səbəb kimi ayrılmış torpağın digər fiziki şəxsin adına hüquqi qeydiyyatdan keçməsinin göstərildiyini bildirərək, cavabdehin imtinasının əsassız hesab edilməklə, Səbail Bələdiyyəsinin xxxx 2006-cı il tarixli, 132 saylı qərarı, alqı-satqı aktı əsasında müvafiq plan-sxemə uyğun şəkildə 600 kv.m ölçüdə ayrılmış torpaq sahəsinin adına hüquqi qeydiyyatdan keçirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(81)-304/2018 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir (hakim – E.Q.Məmmədov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-1710/2018 saylı qərarı ilə (sədrlik edən E.E.Nağıyeva, hakimlər H.Ü.Həmidov və X.Ə.Sarıyev) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019cu il tarixli, 2-1(102)-580/2019 saylı qərarı ilə (sədrlik edən X.S.Məmmədov, hakimlər A.S.Hüseynov və R.S.Nəbizadə) İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1081/2019 saylı qərarı ilə (sədrlik edən İ.B.Əhmədov, hakimlər S.S.Seyidova və V.M.Məmmədov) İddiaçı apellyasiya şikayət i təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından İddiaçı kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddiaçı məhkəmədə cavabdehə sorğu verilməsi haqqında vəsatətlər vermiş, vəsatətlərdə iddiaçıya ayrılmış torpaq sahəsinin sonradan digər şəxsin adına qeydə alınmasına əsas olmuş bü tün sənədlərin cavabdehdən tələb edilməsi xahiş edilmiş, lakin cavabdeh sorğuya cavab olaraq ilkin qeydə alınmaya əsas olan sənədləri deyil, torpağın X.Muxtarova adlı şəxsin adına qeydə alınması və sonradan həmin torpağın “xxxx” MMCyə satılması ilə bağlı alqı-satqı müqavilələrinin və çıxarışların surətlərini məhkəməyə göndərmiş, torpağın adına qeydə alındığı şəxs məhkəməyə cəlb olunmalı olduğu halda, birinci instansiya məhkəməsi bunu etməmiş, məhkəmə yalnız Xuraman Muxtarovanı və “xxxx” MMC-nin nümayəndəsini məhkəmə iclasına dəvət etməklə işi bitmiş hesab etmiş, eyni zamanda cavabdehin imtina məktubunda imtinaya əsas kimi həmin torpaq sahəsinin digər fiziki şəxsin adına qeydiyyatdan keçməsi göstərilmiş, lakin imtinada göstərilən fiziki şəxsin kim olmasını, hansı fiziki şəxslə iddiaçının to rpaq sahəsinin üst-üstə düşməsini araşdırmaq tam hüquqlu məhkəmə kimi apelyasiya məhkəməsinin vəzifəsi olduğuna baxmayaraq bu barədə hər hansı araşdırma aparmamış, belə ki, təkrar apellyasiya baxışında iddiaçının iddia etdiyi torpaq sahəsinin imtinada göstərildiyi kimi hansı fiziki şəxsin adma qeydiyyatdan keçməsi, hansı şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsi, xüsusi ilə iddiaçı ilə üçüncü şəxslər Xuraman Muxtarova və “xxxx” MMC-nin hansı maraqlarının toqquşması, iddiaçının torpaq sahəsi ilə işə cəlb edilmiş şəxslərin torpaq sahələrinin koordinatlarının eyni sərhədlər daxilində olub-olmaması, hazırki iddia ilə üçüncü şəxslərin hansı qanuni maraq və mənafelərinin pozulması araşdırılmamış, mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. İddiaçının vəkili Vəkil oğlu məhkəmə kollegiyasının icl asında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs “xxxx” MMC-ninvəkili Cavabdeh2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxs X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxs X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxı lmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materia llarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq iddiaçının vəkili Vəkil oğlunun, üçüncü şəxs “xxxx” MMC-nin vəkili X1 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1081/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 12 ünvanında yerləşən torpaq sahələri Xuraman Muxtarovanın adına dövlət reyestrində qeydiyyata alınmış, xxxx 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən Xuraman Muxtarova Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 12 ünvanında yerləşən, tam mülkiyyət hüququ ilə ona məxsus olan 0,12 ha. torpaq sahəsi ni “xxxx” MMC-nin mülkiyyətinə vermiş, həmin torpaq sahələri müvafiq çıxarışlara əsasən “xxxx” MMC-nin adına dövlət qeydiyyatına alınmış, həmçinin həmin torpaq sahəsi X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və həmin şəxs tərəfindən Xuraman Muxtarovaya satılmışdır. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, Bakı şəhəri, Səbail Bələdiyyəsinin 132 saylı, xxxx 2006-cı il tarixli qərarı ilə ayrılmış Səbail rayonu, Salyan şosesi, 32 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi ilə bağlı müvafiq icra hakimiyyətinin rəyi məhkəməyə təqdim edilməmiş, torpaq sahəsinin planlaşdırılması layihəsinin Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılması, eləcə də iddiaçının müraciətindən çıxarışın torpaq sahəsinin planının hazırlanması üç ün həmin dövrdə fəaliyyət göstərən DTXK Bakı şəhər şöbəsinə göndərilməsi, sonuncunun bələdiyyənin və iddiaçının iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirməsi və ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu işlərini (planlama) aparması, həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda hazırlaması iş materialları ilə təsdiqini tapmamış, iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı həmin torpaq sahəsinin onun mülkiyyətinə qanuni əsaslarla ayrıldığını sübut etməmiş, həmçinin Bakı şəhər Prokurorluğu tərəfindən təqdim edilmiş sənədlərlə iddiaçı tərəfindən təqdim edilmiş sənə dlər eyniyyət təşkil etsə də, qeyd edilmiş sənədlərin tarixləri arasında ziddiyyətlər müəyyən edilmiş, həmçinin Bakı şəhər Səbail Bələdiyyəsinə verilmiş sorğuda “qeydiyyat kitabının (kitabı təqdim etmək mümkün olmadıqda tərəflərə aid hissədə kitabdan təsdiq edilmiş çıxarışları)” məhkəməyə təqdim edilməsi tələb edilmiş, lakin qeyd edilmiş tələblə əlaqədar məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Apellyasiya Məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, torpaq sahəsi ilə bağlı “xxxx” MMC-nin adına Şəhadətnamə və müqavilələr ləğv edilməmiş və tərəflər üçün hüquqi nəticələr yaratmaqla öz hüquqi qüvvəsini saxlayır, torpaq sahəsinin ayrılması üçün əvvəlcə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi alınmalı, ayrılması nəzərdə tutulan torpaq sahəsinin yeri, habelə torpa q sahəsinin yerləşdiyi zona və torpağın normativ qiyməti Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müəyyən edilməli, yalnız bələdiyyəyə torpağın dəyəri ödənildikdən sonra torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə qərar qəbul edə bilər, Səbail Bələdiyyəsi iddiaçıya Bakı şəhəri, Salyan şosesi, 12 ünvanında 600 kv.m ibarət torpaq sahəsini ayırarkən ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerinin müəyyənləşdirilməsi üçün həmin dövrdəki müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini həyata keçirən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət etməmiş, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyini almadan mübahisəli torpaq sahəsinə sərəncam vermiş, Bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin ayrılması məsələsi bələdiyyə iclasında kollegial qaydada qərar qəbul edilməklə həyata keçirildiyi halda, iddiaçının müraciəti bələdiyyə üzvlərinin iştirakı ilə iclasda müzakirə edilmədən Bələdiyyə sədri X1 xxxx ( sərəncamın digər nüsxəsində 19 dekabr tarixi göstərilmişdir) 2006-cı il tarixli, 132 saylı təkbaşına sərəncamı əsasında iddiaçıya torpaq sahəsi ayrılmış, mübahisə predmeti olan torpaq sahəsi üçüncü şəxsin mülkiyyətində olduğundan, cavabdeh orqanın imtinası qanuni olmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Prezidentinin xxxx 2015-ci il tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komit əsi haqqında Əsasnamə” yə (3.0.2) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək; (3.0.3.) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq; (3.0.4.) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək; (3.0.5.) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək; (3.0.7.) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasın dan imtina etmək; (3.0.11) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və s.. Qanunun 15.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şə xs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Torpaq sahəsinin ayrılmasına dair sərəncam qəbul edilərkən qüvvədə olan: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texnikinormalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafıq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xxx x 2001-ci il tarixli Fərmanına əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyrikənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşması qaydaları haqqında” Əsasnamənin 17-18-ci maddələrinə əsasən bələdiyyə hüquqi və fıziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir. Müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Həmin Əsasnamənin 22-ci bəndinə əsasən, bələdiyyə müvafıq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşması qaydaları haqqında” Əsasnaməninin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentini n 06 may 2002-ci il tarixli 696 saylı Fərmanına əsasən həmin Əsasnamənin 17-ci, 18-ci, 19-cu, 21-ci, 22-ci bəndlərində nəzərdə tutulmuş “müvafıq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları həyata keçirirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının 29.06.2001-ci il tarixli Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyə əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. “X1 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiy asının xxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xxxx 2015-ci il atrixli Qərarında göstərilir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci bəndinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Mülki Məcəllənın 156.1ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə isə daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Bu mülki hü quq normalarının birgə təhlilindən göründüyü kimi, daşınmaz əmlaka, eləcə də torpağa mülkiyyət hüququ, o cümlədən bələdiyyələrə məxsus olan əmlak üzərində onların mülkiyyət hüququ qanuna müvafiq qaydada qeydə alındığı halda yaranmış hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsnə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsa ssızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (qanuni sahib). Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası Səbail Bələdiyyəsinin iddiaçıya Bakı şəhəri, Salyan şosesi, 12 ünvanında 600 kv.m-dən ibarət torpaq sahəsini ayırarkən ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerinin müəyyənləşdirilməsi üçün həmin dövrdəki müvafiq icra hakimiyyəti orqanın ın səlahiyyətini həyata keçirən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət etmədiyini və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyini almadan mübahisəli torpaq sahəsinə sərəncam verdiyini, Bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin ayrılması məsələsi bələdiyyə iclasında kollegial qaydada qərar qəbul edilməklə həyata keçirildiyi halda, iddiaçının müraciəti bələdiyyə üzvlərinin iştirakı ilə iclasda müzakirə edilmədən Bələdiyyə sədri X1 xxxx 2006-cı il tarixli, 132 saylı təkbaşına sərəncamı əsasında iddiaçıya torpaq sahəsinin ayrıldığını, mübahisə predmeti olan torpaq sahəsi üçüncü şəxsin mülkiyyətində olduğuna görə cavabdeh orqanın imtinasının qanuni və əsaslı olduğunu nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesa b edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1759/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellya siya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1081/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar