Məhkəmə qərarları › İş №2-1(102)-3371/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3371/2019

04.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3371/2019 04.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı MMC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar söz: yeni açılmış hallarla bağlı icraatın təzələnməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı MMC-nin cavabdehin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın, torpaq s ahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 sentyabr 2019-cu il tarixli, 2-1(103)-2351/2019 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 04.12.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 543 saylı, 18 sentyabr 2002-ci il tarixli sərəncamı və 0159 saylı, 21 yanvar 2003-cü il tarixli müqaviləsi ilə İddiaçı MMC-yə (əvvəllər “X” fi rması) ayrılan Ünvan1 ümumi sahəsi 1840 kv.metr olan torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınması, “çıxarış” və “torpaq sahəsinin plan və ölçüsü”nün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.07.2018-ci il tarixli, 2-1(81)-2569/2018 saylı qərarı ilə iddia təmin edilərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 543 saylı, 18 sentyabr 2002-ci il tarixli sərəncamı və 0159 saylı, 21 yanvar 2003-cü il tarixli müqaviləsi ilə İddiaçı MMC-yə (əvvəllər “X” firması) ayrılan Ünvan1 ümumi sahəsi 1840 kv.metr olan torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabd ehə həvalə olunması qərara alınmışdır. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 noyabr 2018-ci il tarixli, 2-1(103)2319/2018 saylı qərarı ilə təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-2569/2018 saylı, 04 iyul 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.04.2019-cu il tarixli 2-1(102)-1059/2019 saylı qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 noyabr 2018-ci il tarixli, 2-1(103)-2319/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmə sinin 04.07.2018-ci il tarixli, 2-1(81)-2569/2018 saylı qərarının icraya yönəldilməsi məqsədi ilə 25.06.2019-cu il tarixdə icra məktubu tərtib edilərək, icra edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. 10.07.2019-cu il tarixdə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə 04.07.2019-cu il tarixli, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəsi və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətlə müraciət olunmuşdur. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06.08.2019-cu il tarixli, 2-1(81)-2569/2018 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Mə sələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatət təmin edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi qərardaddan şikayət verərək, qərardadın ləğv edilib, ərizənin və vəsatətin təmin edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, işin məhkəmə araşdırması zamanı cavabdehin iddiaya etirazı, apellyasiya və kassasiya şikayətinin dəlilləri mahiyyət etibarı ilə yeni açılmış hallar ilə bağlı ərizədə göstərilənlərlə eyni olmuşdur. Həmin dəlillə rə isə məhkəmələr tərəfindən hüquqi qiymət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 sentyabr 2019-cu il tarixli, 2-1(103)-2351/2019 saylı qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06.08.2019-cu il tarixli, 2-1(81)2569/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 sentyabr 2019-cu il tarixli, 2-1(103)-2351/2019 saylı qərardadından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.07.2018-cı il tarixli, 2-1(81)-2569/2018 saylı qərarında qeyd olunan müvafiq daşınmaz əmlakla bağlı Azərbaycan Respublikası Əmlak Məsəl ələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən 24.06.2019-cu il tarixdə müvafiq ünvanda yoxlama-ölçü işləri aparılarkən və mövcud sənədlərin ətraflı və təkrar araşdırılması zamanı birinci instansiya məhkəməsində və digər məhkəmə instansiyalarında müvafiq inzibati işə baxılarkən əvvəlcədən məlum olmayan və müvafiq icra sənədinin icrasını mümkünsüz edən yeni hallar və sübutlar aşkar edilmişdir. Belə ki, müvafiq torpaq sahəsinin faktiki ölçüsü 1840,0 kv.m-dir. Bundan başqa, müvafiq torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının 543 saylı, 18.09.2002-ci il tarixli sərəncamı və torpaq sahəsinin icarəyə verilməsi haqqında 0159 saylı, 21 yanvar 2003-cü il tarixli torpaq icarə müqaviləsi Azərbaycan R espublikasının torpaq qanunvericiliyinin tələblərinə uyğun deyil və qanunvericiliyə əsasən dövlət əmlakı olan tikililərin altında yerləşən torpaq sahələrinin özgəninkiləşdirilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi səlahiyyətinə aiddir. Qeyd olunanlardan əlavə idarəyə təqdim edilmiş ayrıc aktına əsasən torpaq sahəsi üzərində müxtəlif təyinatlı tikililər mövcuddur. Belə ki, müvafiq torpaq sahəsi üzərində ümumi tikinti sahəsi 950 kv.m olan 2 mərtəbəli yarımzirzəmili yaşayış binaları, 120 kv.m tikintialtı sahəsi olan qeyriyaşayış binası (kafe) və 530 kv.m tikintialtı sahəsi olan 12 mərtəbəli, 1 bloklu yaşayış binası mövcuddur. Həmçinin sözügedən ünvanda yerləşən yaşayış binalarında yaşayan sakinlər köçürülməmiş, yaşayış və qeyri-yaşayış binalarının sökülməsi işləri ye kunlaşmamışdır. Habelə İdarəyə söküntü və əmlakların məhv olmasına dair müvafiq sənədlər təqdim edilməmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 543 saylı, 18.09.2002-ci il tarixli sərəncamı və torpaq sahəsinin icarəyə verilməsi haqqında 0159 saylı, 21 yanvar 2003-cü il tarixli torpaq icarə müqavilə və yerləşmə cizgisi qanunvericiliyin tələblərinə zidd olduğundan sübutlar siyahısından çıxarılmalıdır. Qeyd olunan hallar işə əvvəllər məhkəmədə baxılarkən məlum olmadığından və məhkəmə tərəfindən nəzərə alınmadığından yeni açılmış hallar üçün əsasdır. Kassator Torpaq Məcəlləsinin 46.1, 46.2, 55, 60.1, 67, 68, 11.1-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 8, 11.1-ci maddələrinə, MM-nin 150.1-ci maddəsinə, İPM-nin 91, 96.9-cu maddələrinə istinad edərək Bakı Apel lyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 sentyabr 2019-cu il tarixli, 2-1(103)2351/2019 saylı qərardadının ləğv edilməsini, cavabdeh tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin və müvafiq məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətin təmin edilməsini, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsının 04.07.2018-ci il tarixli, 2-1(81)-2569/2018 nömrəli qərarının ləğv edilməsi, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi,, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Az ərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyi müvafiq inzibati iş üzrə üçüncü şəxş qismində cəlb edilməlsi, ekspertiza təyin edilməsi və işə sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla yenidən baxılaraq İddiaçı MMC-nin iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 13 sentyabr 2019-cu il tarixli, 2-1(103 )-2351/2019 saylı qərardadı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. Həmin Məcəllənin 106.2-ci maddəsinə əsasən icraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş ə saslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən icrəatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 105.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi məhkəmə qərarının icrasını dayandırmır. Hazırkı iş üzrə cavabdeh yeni açılmış hallarla bağlı ərizəsini onunla əsaslandırmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.07.2018-cı il tarixli, 2-1(81)-2569/2018 s aylı qərarında qeyd olunan müvafiq daşınmaz əmlakla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən 24.06.2019-cu il tarixdə müvafiq ünvanda yoxlama-ölçü işləri aparılarkən və mövcud sənədlərin ətraflı və təkrar araşdırılması zamanı birinci instansiya məhkəməsində və digər məhkəmə instansiyalarında müvafiq inzibati işə baxılarkən əvvəlcədən məlum olmayan və müvafiq icra sənədinin icrasını mümkünsüz edən yeni hallar və sübutlar aşkar edilmişdir. Belə ki, müvafiq torpaq sahəsinin faktiki ölçüsü 1840,0 kv.m-dir. Bundan başqa, müvafiq torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının 543 saylı, 18.09.2002-ci il tarixli sərəncamı və torpaq sahəsinin icarəyə ver ilməsi haqqında 0159 saylı, 21 yanvar 2003-cü il tarixli torpaq icarə müqaviləsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyinin tələblərinə uyğun deyil və qanunvericiliyə əsasən dövlət əmlakı olan tikililərin altında yerləşən torpaq sahələrinin özgəninkiləşdirilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi səlahiyyətinə aiddir. Qeyd olunanlardan əlavə idarəyə təqdim edilmiş ayrıc aktına əsasən torpaq sahəsi üzərində müxtəlif təyinatlı tikililər mövcuddur. Belə ki, müvafiq torpaq sahəsi üzərində ümumi tikinti sahəsi 950 kv.m olan 2 mərtəbəli yarımzirzəmili yaşayış binaları, 120 kv.m tikintialtı sahəsi olan qeyri-yaşayış binası (kafe) və 530 kv.m tikintialtı sahəsi olan 12 mərtəbəli, 1 bloklu yaşayış binası mövcuddur. Həmçinin sözügedən ünvanda yerləşən yaşayış bin alarında yaşayan sakinlər köçürülməmiş, yaşayış və qeyri-yaşayış binalarının sökülməsi işləri yekunlaşmamışdır. Habelə İdarəyə söküntü və əmlakların məhv olmasına dair müvafiq sənədlər təqdim edilməmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 543 saylı, 18.09.2002-ci il tarixli sərəncamı və torpaq sahəsinin icarəyə verilməsi haqqında 0159 saylı, 21 yanvar 2003-cü il tarixli torpaq icarə müqavilə və yerləşmə cizgisi qanunvericiliyin tələblərinə zidd olduğundan sübutlar siyahısından çıxarılmalıdır. Qeyd olunan hallar işə əvvəllər məhkəmədə baxılarkən məlum olmadığından və məhkəmə tərəfindən nəzərə alınmadığından yeni açılmış hallar üçün əsasdır. Halbuki işin məhkəmə araşdırması zamanı cavabdehin iddiaya etirazı, apellyasiya və kassasiya şikayətinin dəlilləri mahiyyət etibarı ilə yeni açılm ış hallar ilə bağlı ərizədə göstərilənlərlə eyni olmuşdur. Həmin dəlillərə isə məhkəmələr tərəfindən hüquqi qiymət verilmişdir. Göründüyü kimi, İPM-nin 100-cü maddəsinin tələbi baxımından icraat o halda proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər ki, yeni sübutlar və ya hallar aşkar olunmalıdır və həmin sübutlar və ya hallar ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmamalı olmalıdır. Lakin cavabdehin ərizəsində qeyd etdiyi hallar İPM-nin 100-cü maddəsinə uyğun deyildir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 sentyabr 2019-cu il tarixli, 2-1(103)-2351/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar