Məhkəmə qərarları › İş №2-1(102)-3372/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3372/2024

26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3372/2024 26.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayəti üzrə müddət bərpasına dair vəsatət, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 may 20 19-cu il tarixli 2-1(103)-929/2019 nömrəli qərarından iddiaçı tərəfindən kassasiya şikayəti ilə bağlı buraxılmış prosessual müddətin bərpasına dair vəsatə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteran adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli 2-1(82)1990/2018 nömrəli qərarı ilə (hakim X3) iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” öhdəliyinin qoyulması qərara alınmışdır.

3. Məhkəmə qeyd etmişdir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı işdə olan sənədlərlə müəyyən edildiyindən və belə status alınmasına yol verilməyən hallar ona münasibətdə mövcud olmadığından iddiaçı “Veteranlar haqqında” Qanunun 3-cü maddələsinin tələblərinə əsasən müharibə veteranı sayılır.

4. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 may 2019-cu il tarixli, 2-1(103)-929/2019 nömrəli qərarı ilə (hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və X4) apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli 2-1(82)-1990/ 2018 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir.

6. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının iş materiallarında olan hərbi biletində (surətində) onun döyüşlərdə iştirakı barədə qeyd olsa da, həmin döyüşlərdə birbaşa iştirakı arxiv arayışının məlumatları ilə öz təsdiqini tapmır.

7. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir. Ərizədə iddiaçı qeyd etmişdir ki, kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət üzrlü səbəbdən ötürülmüşdür. Belə ki, o, apellyasiya instansiya məhkəməsinin qərarını qərar qəbul edildikdən uzun müddət sonra əldə edə bilmişdir. Bundan əlavə o iştirak etdiyi müharibədə yaranmış olan travmalardan uzun müddət müayinə və müalicə olund uğundan kassasiya şikayəti verə bilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ:

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı mə lumatın təqdim edildiyi gündən başlanır. Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.... 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəmə sinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə kollegiyası ərizədə qeyd edilmiş xüsusatları təhlil edərək bu qənaətə gəlir ki, vəsatətin təmin edilməsi və buraxılmış müddətin bərpa edilməsi üçün qanuni əsaslar mövcud deyildir.

10. İddiaçı kassasiya şikayəti veirlməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülmə səbəbi kimi apellyasiya instansiya məhkəməsinin qərarının ona çox ge c verilməsi, eləcə də uzun müddət ərzində səhhətində yaranmış problemlərlə əlaqələndirmişdir.

11. Apellyasiya instansiya məhkəməsinin qərarının iddiaçıya qərar qəbul edildiyindən xeyli gec verilməsi ilə əlaqədar vəsatətdə qeyd edilmiş halla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, iş materiallarına nəzər yetirdikdə göstərilmiş xüsusatın həqiqəti əks etdirmədiyi müəyyən edilir.

12. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 may 2019-cu il tarixli, 2-1(103)-929/2019 nömrəli qərarı 30 may 2019-cu il tarixdə iddiaçının iddia ərizəsində qeyd etdiyi ünvana göndərilmiş, iddiaçı isə öz növbəsində 13 iyun 2019cu il tarixdə müvafiq poçt qəbzində imza etməklə həmin qərarı qəbul etmişdir (iş vər 77)

13. Odur ki, apellyasiya instansiya məhkəməsinin qərarının iddi açıya gec təqdim edilməsi ilə bağlı dəlili qəbul edilən sayıla bilməz.

14. Kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin digər əsası kimi iddiaçı uzun müddət xəstə olması ilə əlaqələndirmişdir.

15. Məhkəmə kollegiyası bildirir ki, iddiaçı uzun müddət xəstə olmasını təsdiq edən hər hansı sübutu təqdim etmədiyindən onun bu dəlili də qəbul edilə bilən sayılmır. 16. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında bildirdiyi hüquqi mövqeyə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız el ə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır.

17. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.

18. İş materiallar ından da göründüyü kimi iddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarını aldıqdan təxminən 5 ildən artıq müddət keçdikdən sonra ondan kassasiya şikayəti vermişdir.

19. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətlərinin tətbiq edilməsinin əhəmiyyəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarlarında da öz əksini tapmışdır.

20. Belə ki, “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı qaydaların əhəmiyyəti barədə qeyd edilmişdir ki, imperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir.

21. Avropa İnsan Hüquqları Məhkəməsi "Miraqall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, "atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar".

22. Avropa Məhkəməsi "Staqno Belçikaya qarşı" iş üzrə 07 iyul 20 09-cu il tarixli qərarında isə qeyd etmişdir ki, iddia müddətləri iddiaçılar üçün son tarix müəyyən etməklə, potensial cavabdehləri gecikdirilmiş şikayətlərdən qorumaqla və məhkəmələr tərəfindən vaxtın ötdüyünə görə qeyri-müəyyən, natamam sübutlara əsaslanmaqla qarar çıxarılmasının qarşısını almaqla hüquqi müəyyənliyi təmin etmək məqsədi daşıyır.

23. Məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayəti verilməsi müddəti iddiaçı tərəfindən üzrlü səbəb olmadan ötürüldüyü üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

24. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Yaqubov Namiq Şaqaim oğlunun kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddiaçı Yaqu bov Namiq Şaqaim oğlunun Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 16 may 2024-cü il tarixli 2-1(103)-929/2019 nömrəli qərarından verdiyi kassasiya şikayəti mümkün sayılmasın. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar