Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3373/2019 04.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Bakı şəhəri Cavabdeh1nə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyi) iş üzrə QƏRAR (Açar sözlər: dövlət ehtiyacları üçün torpaqların alınması) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçının vəkili X5, cavabdhein vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyi) kompensasiyanın ödənilməsi tələbi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı (üçüncü şəxs Azərbaycan Respub likası Maliyyə Nazirliyi) qarşı 14 600 manat kompensasiya verilməklə mülkiyyətə xitam verilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1333/19 saylı 21 avqust 2019-cu il tarixli qərarından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 04.12.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 88/180 hissəsinin paylı mülkiyyətçisidir. Azərbaycan Respublikasının Nazirlər Kabineti «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarına əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan kimi Bakı şəhər Cavabdeh1 müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Bakı şəhəri Cavabdeh1nə tapşırılmışdır ki, göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq həyata keçirməsi və bu barədə Az ərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim edilməsi qərara alınmışdır. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı 16 fevral 2018-ci il tarixli qərarının təsiri altına düşmüşdür. İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında ümumi sahəsi 59,8 kv.metr olan fərdi yaşayış evinin 29,2 kv.metr pay hissəsinin ümumi bazar dəyəri həcmində (cavabdehlərin sökülən bu fərdi yaşayış evinin bir kv.metr sahəsi üçün müəyyən etdikləri bazar dəyərinin 2588 manat hesabı ilə) vurulmuş 75570 manat zərərə görə kompensasiya ödəmək öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə 15114 manat məbləğin cavabdehlərdən tutularaq ona ödənilməsi, çətinliklə əlaqədar kompensasiya məbləğinin 10 faizi miqdarında 7557 manatın ona ödənilməsi, fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahələri vərəsəlik qaydasında onun sərəncamına keçdiyindən qanuni istifadəsində olan 29,2 kv.metr torpaq sahəsinə görə 29000 manat kompensasiya məbləğinin cavabdehlərdən tutulmasına dair, cəmi 127241 manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ünvan1 yerləşən 26 saylı fərdi yaşayış evi Yasamal Rayon Məhkəməsinin 2004-cü il tarixli, 2-1367/046 saylı qətnaməsinə uyğun olaraq dövlət reyestrində qeydə alınmış paylı mülkiyyətdir. Qeyd olunan paylı əmlakın ümumi sahəsi 59,8 kv.metr olmaqla tərəflərin hər birinin payı müəyyən edilməklə, 02 mart 2005-ci ildə 166 saylı reyestr kitabında 6832-ci səhifədə 30/101 nömrəsi ilə qeydə alınmaqla seriya FM olmaqla 035491 saylı “Qeydiyyat Vəsiqəsi” verilmişdir. Bu fərdi ev vərəsəlik qaydasında mülkiyyətinə keçmiş, hazırda paylı müıkiyyətdədir: İddiaçı 88/180 payda: (29,2 kv.metr),
2. X1 23/180 payda: (7,6 kv.metr),
3. X8 23/180 payda: (7,6 kv.metr),
4. X9 23/180 payda: (7,6 kv.metr),
5. X4 23/180 payda (7,6 kv.metr). Bakı şəhərinin Baş planına uyğun olaraq X2 Xətlərinin çəkilməsi məqsədilə Yasamal rayonunun keçmiş “Sovetski” adlanan ərazisində yaşayan və qeyri-yaşayış obyektlərinin satın alınması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı əsasında alan orqan kimi Cavabdeh1nə “Torpaqların dövlət ehtiya cları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq satınalınmanın keçirilməsi həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin göstərişi və Bakı Şəhər İcra Hakimiyyətinin Sərəncamına uyğun olaraq, Sovetski deyilən ərazidə yaşayış evlərinin söküntüsü ilə əlaqədar kompensasiya qaydasında hər kv.metrə görə 1500 manat təşkil etdiyi halda, Bakı şəhər Cavabdeh1 ona son dərəcə əlverişsiz şərtlərlə müqavilə bağlamağı faktiki olaraq təklif edilmişdir. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyi alan orqan Cavabdeh1 tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehə 14600 manat məbləğində kompensasiya ödənilməsi və mülkiyyətə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı şəhər Cavabdeh1 müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Cavabdeh1 “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbay can Respublikasının Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarının təsiri dairəsinə düşən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 15.09.2015-ci il tarixdə verilmiş ******* nömrəli Çıxarışa əsasən X12, X6, X3, X10 və cavabdeh İddiaçı həmin daşınmaz əmlakın paylı mülkiyyətçiləri olmuşlar. Cavabdeh ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın paylı mülkiyyətçisi olmaqla 59.8 kv.metr ümumi sahənin 88/180 hissəsində paya malikdir. Lakin qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi texniki pasport unda qeyd edilən strukturundan fərqli formada icra hakimiyyətinə təqdim edilmişdir. Səbəb kimi həmin ünvanda yaşayan mülkiyyətçilər X7, X6, X3, X10 qeyd olunan mülkün məhv olduğunu, mövcud tikilinin onlar tərəfindən tikildiyini və digər köhnə mülkiyyət üzrə payçı İddiaçı istisna olmaqla hər bir mülkiyyətçinin istifadəsində ayrıca sahələr (əsas və köməkçi sahələr) olduğu bildirilmişdir. Cavabdeh İddiaçı isə istifadəsində hər hansı sahə olmamış, həmin şəxs qeyd olunan ünvanda heç vaxt yaşamamış, faktiki mövcud olmayan sahəyə mülkiyyət hüququnu vərəsəlik üzrə əldə etmişdir. Mülkiyyətçilərin, habelə ünvan üzrə mənzil kommunal istismar sahəsinin məlumatlarından, “Daşınmaz əmlakın alınması qrupu”nun gəldiyi nəticədən belə görünür ki, onlar tərəfindən sökülərək yerində digər payçılar olan X12, X6, X3, X10 tərəfindən istifadə olunan fərdi yaşayış evləri tikilmişdir. Lakin cavabdehin adı isə sadəcə olaraq Çıxarışda qalmışdır. Cavabdeh İddiaçı istisna olmaqla ünvan üzrə digər mülkiyyətçilər mülkiyyətlərində və faktiki sahibliklərində olan, uzun illər qulluq etdikləri daşınmaz əmlaka görə kompensasiya alaraq köçürülmüşlər. Belə ki, çıxarışdakı paya malik olan və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərinə faktiki sahiblik edən X11, X6, X3, X10 “Daşınmaz əmlakın alınması Qrupu”na dəvət olunmuş və onların hər biri müəyyən kompensasiya məbləği qarşılığında fərdi yaşayış evlərini alan orqan olan Bakı şəhəri Cavabdeh1 tərəfindən alınaraq sökülməsinə razılıq vermişlər. Cavabdeh isə çıxarışda qeyd olunan payına münasibətdə mülkiyyətini icra hakimiyyətinə təqdim edə bilməmişdir. Dövlət ehtiyacları üçün alınmaya cəlb edilmiş müstəqil qiymətləndirici tərəfindən tikililər onların təyinatından (yaşayış otağı, açıq və ya bağlı eyvan, təsərrüfat otağı, anbar, zirzəmi, yarızirzəmi və s.), konstruksiyasından, təmir vəziyyətindən, strukturundan, istismara yararlılığından və digər göstəricilərdən asılı olaraq (qanunvericiliklə nəzərdə tutulmuş bütün əlavələrlə birlikdə) ***-**** manat arasında qiymət müəyyən edilmişdir. Cavabdehin faktiki olaraq sahəsi mövcud deyildir. Həmçinin cavabdeh öz adına olan sahəni göstərə bilməmişdir. Sadəcə olaraq Çıxarışda belə bir payı mövcuddur. Reallıqda faktiki sahəyə malik olmasa da, Çıxarışda paya malik olduğundan “Daşınmaz əmlakın alınması Qrupu” tərəfindən könüllü alqı-satqı yolu ilə cavabdehə 88/180 payına, yəni 29.2 kv.metrə mütənasib olara q 14600 manat məbləğində kompensassiya təklif edilmiş, lakin cavabdeh təklif olunan kompensasiyanı almaqdan imtina etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1002/2019 saylı 08 fevral 2019cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh1nə qarşı kompensasiyanın ödənilməsi tələbi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı 14 600 manat kompensasiya verilməklə mülkiyyətə xitam verilməsi tələbinə dair inzibati işlər birləşdirilmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-808/2019 saylı 29 mart 2019-cu il tarixli qərarı ilə İddiaçı və Cavabdeh1 iddiaları qismən təmin edilərək ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın alan orqan Cavabdeh1 tərəfindən alınmasının «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbayca n Respublikası Qanununun tələblərinə uyğun olması təsdiq edilmiş və İddiaçı ümumi paylı mülkiyyətində olan Ünvan1 yerləşən 26 saylı fərdi yaşayış evinin 29,2 kv.metr hissəsinə görə hər kv.metr sahə üçün 1500 manatdan hesablanmaqla (29,2 kv.metr x 1500 manat) ümumilikdə 43800 (qırx üç min səkkiz yüz) manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin Cavabdeh1nə həvalə edilmiş və həmin daşınmaz əmlakla bağlı İddiaçı mülkiyyət hüququna xitam verilmiş, iddia tələblərinin qalan hissələrdə rədd edilməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının iddianın təmi edilməmiş hissəsində ləğv edilərək iddia tələbinin kompensasiyanın verilməsi hissəsində tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instans iya məhkəməsinin qərarının “İddiaçı ümumi paylı mülkiyyətində olan Ünvan1 yerləşən 26 saylı fərdi yaşayış evinin 29,2 kv.metr hissəsinə görə hər kv.metr sahə üçün 1500 manatdan hesablanmaqla (29,2 kv.metr x 1500 manat) ümumilikdə 43800 (qırx üç min səkkiz yüz) manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin Cavabdeh1nə həvalə edilməsi” hissəsində ləğv edilməsini, qalan hissədə qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1333/19 saylı 21 avqust 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-808/2019 saylı 29 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, digər mülkiyyətçilər kimi İddi açı da mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyətçiyə ödənilməli olan kompensasiya məbləği müəyyən edilərkən analoji mübahisələr artıq üzrə təşəkkül tapmış məhkəmə təcrübəsinə istinad edilməsi tərəflərin mənafelərinə uyğun və ədalətli olacaqdır. Cavabdeh1 tərəfindən paylı mülkiyyətin digər mülkiyyətçilərinə hər kv.metr sahəyə görə 2500 manatdan yüksək məbləğdə kompensasiya məbləği ödənilmişdir. Cavabdeh1 iddia etdiyi kimi mülkiyyətçinin ona məxsus əmlakdan daimi istifadə etməməsi ona həmin yaşayış sahəsinə görə payçılara ödənilən məbləğdən dəfələrlə az, yəni 500 manat məbləğində kompensasiya ödənilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetini n «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarının icrası ilə bağlı analoji mübahisələr üzrə çoxsaylı məhkəmə qərarları qəbul edilmiş və məhkəmə təcrübəsi formalaşdırılmışdır. Qeyd olunan işlər üzrə Cavabdeh1 qaldırdığı iddialarında həmin ərazi üzrə mülkiyyətçilərə ödənilməli olan kompensasiya məbləğinin yaşayış sahəsinin hər kv.metri üçün 1500 manat məbləğində ödənilməli olmasını əsaslandırmış və həmin ərazidə söküntü işləri aparılacaq mülkiyyətçilərə yaşayış sahəsinin hər kv.metri üçün 1500 manatdan bütün kompensasiya növləri nəzərə alınmaqla, habelə 20% əlavə olunmaqla ödənilməsi müəyyən edilmiş və buna dair çoxsaylı qərarlar qəbul edilərək, artıq məhkəmə presedenti formalaşmışdı r. Odur ki, İddiaçı ümumi paylı mülkiyyətində olan 29,2 kv.metr sahəyə görə 1500 manatdan (29,2 kv.metr x 1500 manat) ümumilikdə 43 800 manat məbləğində kompensasiya məbləğinin hesablanaraq ödənilməli olması barədə birinci instansiya məhkəməsinin nəticəsi əsaslı olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1333/19 saylı 21 avqust 2019-cu il tarixli qərarından Cavabdeh1 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 15.09.2015-ci il tarixdə verilmiş ******* nömrəli Çıxarışa əsasən X12, X6, X3, X10 və İddiaçı həmin daşınmaz əmlakın paylı mülkiyyətçiləri olmuşlar. İddiaçı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın paylı mülkiyyətçisi olmaqla 59.8 kv.metr ümumi sahənin 88/180 hissəsində paya malikdir. Lakin qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi texniki pasportunda qeyd edilən strukturundan fərqli formada icra hakimiyyətinə təqdim edilmişdir. Səbəb kimi həmin ünvanda yaşayan mülkiyyətçilər X7, X6, X3, X10 qeyd olunan mülkün məhv olduğunu, mövcud tikilinin onlar tərəfindən tikildiyini və digər köhnə mülkiyyət üzrə payçı İddiaçı istisna olmaqla hər bir mülkiyyətçinin istifadəsində ayrıca sahələr (əsas və köməkçi sahələr) olduğu bildirilmişdir. İddiaçı isə istifadəsində hər hansı sahə olmamış, həmin şəxs qeyd olunan ünvanda heç vaxt yaşamamış, faktiki mövcud olmayan sahəyə mülkiyyət hüququnu vərəsəlik üzrə əldə etmişdir. Mülkiyyətçilərin, habelə ünvan üzrə mənzil kommunal istis mar sahəsinin məlumatlarından, “Daşınmaz əmlakın alınması qrupu”nun gəldiyi nəticədən belə görünür ki, onlar tərəfindən sökülərək yerində digər payçılar olan X12, X6, X3, X10 tərəfindən istifadə olunan fərdi yaşayış evləri tikilmişdir. Lakin İddiaçı adı isə sadəcə olaraq Çıxarışda qalmışdır. İddiaçı istisna olmaqla ünvan üzrə digər mülkiyyətçilər mülkiyyətlərində və faktiki sahibliklərində olan, uzun illər qulluq etdikləri daşınmaz əmlaka görə kompensasiya alaraq köçürülmüşlər. Belə ki, çıxarışdakı paya malik olan və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərinə faktiki sahiblik edən X11, X6, X3, X10 “Daşınmaz əmlakın alınması Qrupu”na dəvət olunmuş və onların hər biri müəyyən kompensasiya məbləği qarşılığında fərdi yaşayış evlərini alan orqan olan Bakı şəhəri Cavabdeh1 tərəfindən alın araq sökülməsinə razılıq vermişlər. İddiaçı isə çıxarışda qeyd olunan payına münasibətdə mülkiyyətini icra hakimiyyətinə təqdim edə bilməmişdir. Dövlət ehtiyacları üçün alınmaya cəlb edilmiş müstəqil qiymətləndirici tərəfindən tikililər onların təyinatından (yaşayış otağı, açıq və ya bağlı eyvan, təsərrüfat otağı, anbar, zirzəmi, yarızirzəmi və s.), konstruksiyasından, təmir vəziyyətindən, strukturundan, istismara yararlılığından və digər göstəricilərdən asılı olaraq (qanunvericiliklə nəzərdə tutulmuş bütün əlavələrlə birlikdə) ***-**** manat arasında qiymət müəyyən edilmişdir. İddiaçı faktiki olaraq sahəsi mövcud deyildir. Həmçinin İddiaçı öz adına olan sahəni göstərə bilməmişdir. Sadəcə olaraq Çıxarışda belə bir payı mövcuddur. Reallıqda faktiki sahəyə malik olmasa da, Çıxarışda paya mal ik olduğundan “Daşınmaz əmlakın alınması Qrupu” tərəfindən könüllü alqı-satqı yolu ilə İddiaçı 88/180 payına, yəni 29.2 kv.metrə mütənasib olaraq 14600 manat məbləğində kompensassiya təklif edilmiş, lakin İddiaçı təklif olunan kompensasiyanı almaqdan imtina etmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsi faktiki mövcud olmayan tikiliyə görə kompensasiya hesablamış, lakin kompensasiyanın hansı meyarlar əsasında hesablanması aydın deyildir və bu zaman mütəxəssis rəyinə istinad etməmiş, formalaşmış məhkəmə presedentinə əsaslanmışdır. Kassator MM-nin 139.1, 157.9, 246.1-ci maddələrinə, Mənzil Məcəlləsinin 16-cı maddəsinə, MPM-nin 88, 286, 387.1, 289, 390, 417.1.4-cü maddələrinə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 52.2.3-cü maddəsinə istinad edərək Bakı Apell yasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1333/19 saylı 21 avqust 2019-cu il tarixli qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X13 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1333/19 saylı 21 avqust 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1333/19 saylı 21 avqust 2019-cu il tarixli qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instans iya məhkəməsinə göndərilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1333/19 saylı 21 avqust 2019-cu il tarixli qərarının ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, İddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 88/180 hissəsinin mülkiyyətçisidir. Azərbaycan Respublikasının Nazirlər Kabineti «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarına əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağız adə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan kimi Bakı şəhər Cavabdeh1 müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Bakı şəhəri Cavabdeh1nə tapşırılmışdır ki, göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq həyata keçirməsi və bu barədə Azərbaycan Respublikasının N azirlər Kabinetinə təkliflər təqdim edilməsi qərara alınmışdır. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı 16 fevral 2018-ci il tarixli qərarının təsiri altına düşmüşdür. Hazırkı iş üzrə mübahisə predmeti olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin Cavabdeh1 tərəfindən dövlət ehtiyacları üçün alınması ilə əlaqədar «xxxx» MMC-ni müstəqil qiymətləndirici olaraq cəlb edilmiş, ekspert tərəfindən 12.10.2018-ci il tarixdə tərtib olunmuş «Qiymətləndirmə hesabatından çıxarış»a əsasən olan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 29,2 kv.metr sahəyə hər kv.metri 500 manatdan hesablanmaqla, ümumilikdə 14600 manat məbləğində kompensasiya ödənilməli olduğu müəyyən olunmuşdur.Digər tərəfdən İddiaçı o na ödəniləcək kompensasiyanın məbləğinin az olması səbəbindən həmin kompensasiya məbləği ilə razılaşmamış, ümumi mülkiyyətlərində olan əmlakın digər mülkiyyətçilərinin paylarına kompensasiya məbləğinin hər kv.metrə görə minimum 2588 manat məbləğində müəyyən olunduğunu, ona ödəniləcək kompensasiya məbləğinin hər kv.metrinə görə həmin məbləğdə müəyyən edilməsini, həmçinin kompensasiya məbləğinə əlavələrin hesablanmasını tələb etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-808/2019 saylı 29 mart 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsində yerləşən 26 saylı fərdi yaşayış evinin 29,2 kv.metr hissəsinə görə hər kv.metr sahə üçün 1500 manatdan hesablanmaqla (29,2 kv.metr x 1500 manat) ümumilikdə 43800 (qırx üç min səkkiz yüz) manat məbləğində kompe nsasiyanın ödənilməsi vəzifəsinin Cavabdeh1nə həvalə edilmiş və həmin daşınmaz əmlakla bağlı İddiaçı mülkiyyət hüququna xitam verilməsi qərara alınmış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1333/19 saylı 21 avqust 2019-cu il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-808/2019 saylı 29 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, həmin qərardan yalnız Cavabdeh1 kassasiya şikayəti verdiyindən məhkəmə kollegiyası iddia tələbinin təmin edilmiş hissəsinə qiymət verir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpa q və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ond an istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin müvafiq layihə üçün alınmasının zəruri olmadığını iddia edən, habelə ödənilən kompensasiyanın məbləği ilə razı olmayan alınmanın təsirinə məruz qalan şəxs qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 54.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Hazırkı iş üzrə Cavabdeh1 İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsində yerləşən 26 saylı fərdi yaşayış evinin 29,2 kv.metr hissəsinə görə hər kv.metr sahə üçün 500 manat hesablasa da, bu mövqeyini belə əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın paylı mülkiyyətçisi olmaqla 59.8 kv.metr ümumi sahənin 88/180 hissəsində paya malikdir. Lakin qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi texni ki pasportunda qeyd edilən strukturundan fərqli formada icra hakimiyyətinə təqdim edilmişdir. Səbəb kimi həmin ünvanda yaşayan mülkiyyətçilər X12, X6, X3, X10 qeyd olunan mülkün məhv olduğunu, mövcud tikilinin onlar tərəfindən tikildiyini və digər köhnə mülkiyyət üzrə payçı İddiaçı istisna olmaqla hər bir mülkiyyətçinin istifadəsində ayrıca sahələr (əsas və köməkçi sahələr) olduğu bildirilmişdir. İddiaçı isə istifadəsində hər hansı sahə olmamış, həmin şəxs qeyd olunan ünvanda heç vaxt yaşamamış, faktiki mövcud olmayan sahəyə mülkiyyət hüququnu vərəsəlik üzrə əldə etmiş, İddiaçı adı isə sadəcə olaraq Çıxarışda qalmışdır. Cavabdeh1 qeyd etdiyi bu hallar eyni ünvanda yerləşən eyni evin digər payçı mülkiyyətçilərinə münasibətdə İddiaçı daha az kompensasiya ödənilməsinə əsas verən hallar hesab edilə bilməz. Belə ki, İddiaçı da digər mülkiyyətçiləri kimi toxunulmaz mülkiyyət hüququ vardır və onun həmin evdə yaşamaması onun mülkiyyət hüququnu məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Göründüyü kimi AR Konstitusiyasının 13-cü maddəsinə əsasən İddiaçı mülkiyyəti toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Cavabdeh1 dəlilləri əsasında İddiaçı mülkiyyət hüququnun digər payçı mülkiyyətçilərə münasibətdə daha az kompensasiya ödənilməklə xitamı Konstitusiyaya ziddir və mütənasib deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, digər mülkiyyətçilər kimi İddiaçı da mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyətçiyə ödənilməli olan kompensasiya məbləği müəyyən edilərkən analoji mübahisələr artıq üzrə təşəkkül tapmış məhkəmə təcrübəsinə istinad edilməsi tərəflərin mənafelərinə uyğun və ədalətli olacaqdır. Cavabdeh1 tərəfindən paylı mülkiyyətin digər mülkiyyətçilərinə hər kv.metr sahəyə görə 2500 manatdan yüksək məbləğdə kompensasiya məbləği ödənilmişdir. Cavabdeh1 iddia etdiyi kimi mülkiyyətçinin ona məxsus əmlakdan daimi istifadə etməməsi ona həmin yaşayış sahəsinə görə payçılara ödənilən məbləğdən dəfələrlə az, yəni 500 manat məbləğində kompensasiya ödənilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Torpağın alın masını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarının icrası ilə bağlı analoji mübahisələr üzrə çoxsaylı məhkəmə qərarları qəbul edilmiş və məhkəmə təcrübəsi formalaşdırılmışdır. Qeyd olunan işlər üzrə Cavabdeh1 qaldırdığı iddialarında həmin ərazi üzrə mülkiyyətçilərə ödənilməli olan kompensasiya məbləğinin yaşayış sahəsinin hər kv.metri üçün 1500 manat məbləğində ödənilməli olmasını əsaslandırmış və həmin ərazidə söküntü işləri aparılacaq mülkiyyətçilərə yaşayış sahəsinin hər kv.metri üçün 1500 manatdan bütün kompensasiya növləri nəzərə alınmaqla, habelə 20% əlavə olunmaqla ödənilməsi müəyyən edilmiş və buna dair çoxsaylı qərarlar qəbul edilərək, artıq məhkəmə presedenti formalaşmışdır. Odur ki, İddiaç ı ümumi paylı mülkiyyətində olan 29,2 kv.metr sahəyə görə 1500 manatdan (29,2 kv.metr x 1500 manat) ümumilikdə 43 800 manat məbləğində kompensasiya məbləğinin hesablanaraq ödənilməli olması barədə birinci instansiya məhkəməsinin nəticəsi əsaslı olmuşdur. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdi r. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1 333/19 saylı 21 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.