Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3374/2019 27.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: prosessual müddətin bərpasına dair vəsatət) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1, İddiaçının vəkili Abdullayev Loğman Qüdrət oğlunun, Cavabdehin vəkili Ramazanov Nicat Rüfət oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 16 may tarixli 21(103)-817/2019 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpasına dair ərizəni və işin materiallarını nəzərdən keçirib aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1992-ci il 19 avqust tarixdən 1998-ci il 30 iyul tarixədək Bakı 3 saylı Taksomotor parkında sürücü işləməsi və 2006-cı ildən 2016-cı ilin yay aylarınadək fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmasının onun əmək stajına daxil edilməsi və yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişd ir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 28 sentyabr tarixli 2-1(82)2919/2018 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya onun əmək kitabçasında əksini tapmış 1992-ci il 19 avqust tarixdən 1998-ci il 30 iyul tarixədək işlədiyi dövr sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 16 may tarixli 2-1(103)-817/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. Qərar iddiaçıya 2019-cu il 5 iyun tarixdə təqdim olunmuşdur. İddiaçı həmin qərardan 2019-cu il 9 oktyabr tarixdə kassasiya şikayəti vermiş, eyni zamanda, ərizə ilə müraciət edərək qərardan kassasiya ş ikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Ərizənin dəlilləri: İddiaçı prosessual müddətin ötürülməsinin üzrlü səbəbi kimi qeyd edir ki, özünün xəstəliyi və qayınanasının vəfatı ilə əlaqədar olaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 16 may tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və vəkili vəsatətdə göstərilənləri müdafiə edərək şikayət üzrə kassasiyanın mümkün sayılmasını xahiş etdilər. Cavabdehin vəkili məhkəmə iclasında çıxış edərək ərizənin təmin olunmamasını, şikayət üzrə kassasiyanın mümkün sayılmamasını xahiş etdi. Əsaslandırma hissəsi: Ərizə aşağıdakı səbəblərə görə təmin oluna bilməz. İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Normanın məzmunundan göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Məhkəmə aktının təqdim edildiyi 2019-cu il 5 iyun tarixdən iddiaçının sərəncamında 1 ay sərbəst prosessual müddət olmuşdur. Lakin həmin müddətdən iddiaçı istifadə etməmişdir. Bu imkanı mümkünsüz edən və iddiaçının iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır. Belə ki, iddiaçı ərizədə göstərdiyi hallara dair hər hansı sübut təqdim etməmişdir. Beləliklə, prosessual müddətin buraxılmasında iddiaçı təqsirsiz olmamışd ır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 24, 90, 96-cı maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Prosessual müddətin bərpasına dair ərizə təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 16 may tarixli 2-1(103)-817/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.
Məhkəmə qərarları › İş №2-1(102)-3374/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3374/2019
27.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver