Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3375/2019 03.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: qarşılıqlı yoxlama, məcburi dövlət sosial sığorta haqları ödənilməyən fəaliyyət dövrünün sosial sığorta stajına daxil edilməsi. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), X4, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, cavabdehin vəkili X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı yaşa görə əmək pensiyanın təyin edilməsitələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1245/2019 saylı iş üzrə 16 avqust 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 03 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin 27 mart 2018-ci il tarixli, 13/01-1320 saylı məktubu ilə İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, vətəndaşın fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğuna görə yaşa görə əmək pensiyası təyin edilməsi qanuna ziddir. Bundan əlavə, onun pensiya təyin edilərkən şöbəyə təqdim etdiyi əmək kitabçasında qeyd olunan 04.01.1992-ci ildən 27.11.1997-ci ilədək sosial sığorta stajının yoxlanılması zərurəti yaranmışdır. Lakin qeyd edilən dövrlərin yoxlanılması mümkün olmadığından həmin illərin sosial sığorta stajına daxil edilməsi qanuna ziddir. İmtinanı qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək, 04.01.1992-ci ildən 27.11.1997-ci ilə qədər “xxxx” şirkətində 4-cü dərəcəli radiomexanik peşəsində işlədiyi iş illərinin sosial sığorta stajına daxil edilməklə, ona yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında müraciəti ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlillərə istinadla iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsinə dair ərizə verərək 1977-ci ildən 1980cı ilədək Bakı Rabitə Elektro texnikumunda orta ixtisas təhsil aldığı müddətin, 1972-ci ildən 1974-cü ilə qədər hərbi xxxxdə olduğu müddətin, 04.01.1992-ci il tarixindən 27.11.1997-ci il tarixinədək “xxxx” şirkətində işlədiyi iş illərinin ümumi sosial sığorta stajına daxil edilməklə ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə d air qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 may 2018-ci il tarixli, 2-1(82)-1967/2018 saylı qərarı ilə (hakim - X.X.İmanov) iddia təmin edilərək, İddiaçı 1977-ci ildən 1980-cı ilədək Bakı Rabitə Elektro texnikumunda orta ixtisas təhsil aldığı, 1972-ci ildən 1974-cü ilə qədər hərbi xxxxdə olduğu müddətin, 04.01.1992-ci il tarixindən 27.11.1997-ci il tarixinədək “xxxx” şirkətində işlədiyi iş illərinin ümumi sosial sığorta stajına daxil etməklə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Nərimanov rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2240/2018 saylı, 08 noyabr 2018-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – H.Ü.Həmidov, hakimlər – E.E.Nağıyeva və M.A.Məmmədov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 may 2018-ci il tarixli, 2-1(82)-1967/2017 saylı qərarı ləğv olunaraq iddianın təmin edilməməsinə dair yeni qərar çıxarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 mart 2019cu il tarixli, 2-1(102)-770/2019 saylı qərarı (sədrlik edən və məruzəçi hakim – İ.A.Dadaşov, hakimlər – K.N.Bədəlov və S.Ə.Hüseynova) ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 noyabr 2018-ci il tarixli, 2-1(103)-2240/2018 saylı qərarı ləğv edilmiş, iş təkr ar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1245/2019 saylı, 16 avqust 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – S.S.Seyidova, hakimlər – V.M.Məmmədov və İ.B.Əhmədov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 may 2018-ci il tarixli, 2-1(82)-1967/2018 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddiaçının tələbi təmin olunmamışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 avqust 2019-cu il tarixli qərarını ləğv edərək iddia tələbinin təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya inst ansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarıldığından və işin halları tam araşdırılmadığından ləğv edilməlidir. Belə ki, inzibati orqan, yəni Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi “xxxx” şirkətində (əvvəlki adı “xxxx” şirkəti) 04.01.1992-ci il tarixdən 02.01.2001-ci il tarixədək işlədiyi müddətin 04.01.1992-ci ildən - 27.11.1997-ci il tarixədək olan illərin sosial stajın yoxlanılmasının mümkün olmadığını əsas gətirərək iddiaçıya hüququnun yarandığı tarixdən pensiya təyin etməkdən imtina etmişdir. Belə olan halda, inzibati orqan iddiaçının xeyrinə olan halları araşdırmaqdan yayınmış və bununla da,inzibati qanunvericiliyin inzibati orqanın öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğuna dair imperativ tələblərini pozmuşdur. Digər tərəfdən, apellyasiya məhkəməsi işə baxarkən iddiaçının 04.01.1992-ci il tarixdən 02.01.2001-ci il tarixədək işləmiş olduğu müəssisənin, yəni “xxxx” şirkətinin (əvvəlki adı “xxxx” şirkəti) arxiv sənədlərini araşdırmamış, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə, Azərbaycan Respublikasının Dövlət Arxivinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və sair aidiyyəti qurumlara sorğular edilməmişdir. Yalnız Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında HŞDQİ-nə “xxxx Kommersiya” adlı bir şirkətin qeydiyyatdan keçibkeçməməsilə bağlı sorğu edilmişdir. Halbuki, xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr 2007-ci il tarixli sərəncamına əsasən sahibkarlıq fəaliyyəti subyektlərinin fəliyyətində “bir pəncərə” prinsipi tətbiq edilmiş və bu p rinsip üzrə vahid dövlət qeydiyyatı orqanı kimi Azərbaycan Respublikasının Vergilər Nazirliyi müəyyən edilmişdir. Bundan başqa, Azərbaycan Respublikasının ərazisində X5 qeydiyyatının və dövlət reyestrinin aparılmasının hüquqi və təşkilati əsaslarını 12 dekabr 2003-cü iltarixli Azərbaycan Respublikasında X5 qeydiyyatı və dövlət reyestri haqqında qanunvericiliyi ilə tənzimlənir. Belə olan halda “xxxx” şirkətinin (əvvəlki adı “xxxx” şirkəti) 2007-ci il tarixədək AR Vergilər Nazirliyində qeydə alınması absurd məsələdir. Bundan başqa, iddiaçının 04.01.1992-ci il tarixdən 02.01.2001-ci il tarixədək işləmiş olduğu müəssisənin, yəni “xxxx” şirkətində (əvvəlki adı “xxxx” şirkəti) işləməsini həmin vaxt onunla bir yerdə orada çalışmış iş yoldaşları da təsdiq edə bilər və apellyasiya məhkəməsi işə bax arkən bu hala da diqqət yetirməmişdir. İddiaçının 25 ildən artıq iş stajının olması ona məxsus 15.05.1975-ci il tarixli, 01.10.1988ci il tarixli və 1989-cu il tarixli əmək kitabçaları, 1972-ci ildə verilmiş H3 seriyalı ******* saylı hərbi bilet və 30.06.1980-ci il tarixli, BT seriyalı, 042529 nömrəli diplom ilə təsdiqlənir. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin vəkili kassasiya şikayətinin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim ed ilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilərək apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xxxxi vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində təsbit edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə va sitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 96.11-ci maddəsinə əsasən isə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, kassasiya məhkəməsinin əvvəlki qərarında verilmiş göstərişlərdən irəli gələn zəruri araşdırmalar aparılmamışdır. Belə ki, işin hallarından göründüyü kimi cavabdehin pensiya təyin etməkdən imtina edərkən istinad etdiyi hal ondan ibarət olmuşdur ki, iddiaçının əmək kitabçasında qeyd olunan 04.01.1992-ci ildən 27.11.1997-ci ilədək sosial sığor ta stajının yoxlanılması zərurəti yaranmışdır. Lakin qeyd edilən dövrlərin yoxlanılması mümkün olmadığından həmin illərin sosial sığorta stajına daxil edilməsi qanuna ziddir. Apellyasiya məhkəməsi özünün əvvəlki 08 noyabr 2018-ci il tarixli qərarında cavabadehin mövqeyini haqlı hesab edərək qeyd etmişdir ki, əmək kitabçasında iddiaçının 04.01.1992-ci ildən 27.11.1997-ci ilədək “xxxx” şirkətində (indiki adı “xxxx” şirkəti) işlədiyi göstərilsə də, lakin həmin illərdə iddiaçının sığorta stajının qarşılıqlı yoxlanılması, işgötürən tərəfindən həmin illərdə məcburi sosial sığorta haqları üzrə ayırmaların edilib-edilməməsi müəyyən edilə bilməmiş, həmçinin sözügedən şirkətin arxiv sənədləri aşkar edilməmişdir. Kassasiya məhkəməsinin əvvəlki qərarında isə apellyasiya məhkəməsinin qərarını ləğv edər kən məhkəmə özünün mövqeyini aşağıdakı kimi ifadə etmişdir. “Cavabdehin etirazı və apellyasiya şikayətinin eyni məzmunlu dəlili ilə razılaşan apellyasiya məhkəməsi İPM-nin 12.1 və 12.2-ci maddələrinin tələblərini pozaraq İddiaçı 04.01.1992-ci-27.11.1997-ci illər ərzində, əmək kitabçasında qeyd olunmuş “xxxx” şirkəti, “xxxx” Kommersiya müəssisəsində işləyib-işləmədiyini, müvafiq əmək haqqı alıb-almadığını, “xxxx” şirkətinin, “xxxx” Kommersiya müəssisəsinin hüquqi şəxs kimi qeydiyyatdan keçibkeçmədiyini müvafiq sorğular verməklə dəqiq müəyyən etməmişdir. Bu məsələlər dəqiq müəyyən edilmədən isə hazırkı mübahisənin obyektiv və qanuni həlli mümkün olmasa da cavabdehin həmin dəlili ilə razılaşan apellyasiya məhkəməsi bu istiqamətdə hər hansı araşdırma aparmamış, məhkəmə iclasında bilavasitə təd qiq edilməmiş, konkret və mötəbər sübutlara istinad etmədən, iddiaçının 25 il sığorta stajının olmadığı barədə iş materialları ilə təsdiq edilməyən, faktiki olaraqsa əsaslandırılmamış məhkəmə aktı qəbul etmişdir. Apellyasiya məhkəməsinin, sözügedən şirkətin arxiv sənədlərinin aşkar edilmədiyi barədə gəldiyi nəticə də, bu barədə hər hansı arxiv sənədi iş materiallarında mövcud olmadığı halda anlaşılan deyildir, cavabdeh tərəfindən də işə baxmış məhkəmələrə İPM-nin 14.3-cü maddəsinin tələblərinə müvafiq olaraq buna dair sübutlar təqdim edilməmişdir. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, iddiaçı İddiaçı 04.01.1992-ci-27.11.1997-ci illər ərzində, əmək kitabçasında qeyd olunmuş “xxxx” şirkəti, “xxxx” Kommersiya müəssisəsində işləyib-işləmədiyi, müvafiq əmək haqqı a lıb-almadığı, “xxxx” şirkətinin, “xxxx” Kommersiya müəssisəsinin hüquqi şəxs kimi qeydiyyatdan keçibkeçmədiyi müvafiq sorğular verilməklə dəqiq müəyyən edilməli, nəticəsindən asılı olaraq mübahisənin qanuni və obyektiv həlli təmin edilməlidir”. Təkrar apellyasiya baxışı zamanı isə məhkəmə qeyd etmişdir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş minimum 25 il sığorta stajını toplamamışdır. Belə ki, AR Ali Məhkəməsinin göstərişinə əsasən məhkəmə kollegiyası tərəfindən “xxxx” şirkəti və ya “xxxx Kommersiya” müəssisəsinin hüquqi şəxs kimi qeydiyyatdan keçib-keçməməsi barədə AR Vergilər Nazirliyi yanında X5 Qeydiyyatı İdarəsinə müraciət edilmiş, AR Vergilər Nazirliyi yanında X5 Qeydiyyatı İdarəsi tərəfindən məhkəmə kollegiyasına ünvanlanmış 27.06.2019-cu il tarixli, **********087200 saylı mə ktubda qeyd edilmişdir ki, “xxxx” şirkəti və ya “Elektorn Kommersiya” müəssisəsi adlı kommersiya qurumları aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının 04.01.1992-ci ildən 27.11.1997-ci ilədək “xxxx” şirkəti və ya “xxxx Kommersiya” müəssisəsində işləməsi öz təsdiqini tapmadığından həmin dövr onun sığorta stajına aid edilə bilməz. Kollegiya aşağıda göstərilənlərə əsasən apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir. Belə ki, cavabdeh iddiaçının əmək kitabçasında qeyd olunan 04.01.1992- 27.11.1997-ci illəri onun sosial sığorta stajına daxil etməkdən imtina edərkən qeyd edilən dövrlərin yoxlanılmasının mümkün olmadığına istinad etmişdir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiy yət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xxxx, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorl ar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xxxx siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyal arının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.1.1-ci bəndinə əsasən isə Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə ilk növbədə nəzərə alınmalıdır ki, mübahisəli məsələ 1992-1997ci illərdəki əmək fəaliyyəti ilə bağlı olduğundan, iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqlənir. Qanunvericiliyin yuxarıda istinad olunan müddəaları isə sözügedən dövrün iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməli olduğunu təsbit edir. Bununla bağlı yerləşmiş məhkəmə təcrübəs i ondan ibarətdir ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq kollegiya həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə kollegiya qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərli yini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin yuxarıda göstərilmiş normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Bu mənada, cavabdeh iddiaçıya məxsus əmək kitabçasında göstərilən 1992-1997-ci illərdəki əmək fəaliyyətini şübhə altına aldığı üçün buna dair sübutlar verməlidir. Öz növbəsində məhkəmənin də cavabdehin şübhəsini əsaslı hesab etdiyi hallarda həmin məsələləri xxxxi vəzifəsinə görə aydınlaşdırmaq borcu vardır. Lakin hazırkı işdə məhkəmə tam və hərtərəfli araşdırma aparmadan iddiaçının 1992-1997-ci illərdəki əmək fəaliyyətini sosial sığorta stajına aid etməmişdir. Belə ki, kassasiya məhkəməsinin qərarından sonra məhkəmə yalnız Vergilər Nazirliyinə sorğu göndərmiş və həmin sorğuya AR Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X5 Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 27.06.2019-cu il tarixli, **********087200 saylı cavab məktubundakı məlumata əsaslanmaqla mübahisə üzrə nəticəyə gəlmişdir. Lakin məhkəmənin Vergilər Nazirliyinə ünvanladığı sorğunun məzmunu natamam olmuşdur. Belə ki, sorğuda “xxxx” şirkəti və ya “xxxx Kommersiya” müəssisəsi barədə məlumat verilməsi tələb olunmuş, verilmiş cavab da sorğuda qoyulmuş məsələyə uyğun olmuşdur. Bu zaman cavabda həmçinin hüquqi şəxslərə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verilməsi xahiş edilmişdir. Bununla bağlı, iddiaçının əmək kitabçasındakı məlumatlardan görünür ki, onun işlədiyi müəssisəsinin adı əvvəllər “xxxx” Azərbaycan Respublikası Şirkəti olmuş, daha sonra isə özəlləşmə nəticəsində “xxxx” X1 çevrilmişdir. Göründüyü kimi apellyasiya məhkəməsi iddiaçı ilə bağlı məlumatları dəqiqləşdirmək məqsədilə sorğu versə də, onun işlədiyi müəssisələrin adlarını düzgün göstərməmişdir. Halbuki, bu hal olduqca vacib olmuşdur. Digər tərəfdən isə kollegiya kassasiya şikayətinin dəlilləri ilə razılaşır ki, söhbət 19921997-ci illərdəki əmək fəaliyyətindən getdiyindən “xxxx” Azərbaycan Respublikası Şirkəti və ya “xxxx” X2 barədə məlumatların Vergilər Nazirliyində olması ağl abatan görünmür. Təkrar apellyasiya baxışında məhkəmə bu halları aydanlaşdırmaq üçün digər əlaqədar dövlət orqanlarına (məsələn, Ədliyyə Nazirliyinə, özəlləşdirmə aparıldığını nəzərə almaqla Əmlak Məsələləri Dövlət Komitəsinə, arxiv idarəsinə və s.) sorğular verə bilər. Məhkəmə həmçinin düzgün ünvana sorğunun verilməsinə və sorğunun məzmununun təfsilatlı göstərilməsinə nail ola bilmək üçün iddiaçı ilə həmin məsələləri müzakirə edə bilər. Eyni zamanda, qeyd olunmalıdır ki, iddiaçının əmək kitabçasındakı məlumatlardan görünür ki, o, “xxxx” Azərbaycan Respublikası Şirkətində (daha sonra isə “xxxx” X2) 04.01.1992-ci il tarixdən 02.01.2001-ci il tarixədək işləmişdir. Lakin cavabdeh həmin dövrün yalnız bir hissəsini - 1992-1997-ci illəri staj kimi nəzərə almaqdan imtina etmişdir. Bu mövqenin ö z daxilində ziddiyyətli olması məsələsinə də məhkəmə münasibət bildirməmişdir. Belə ki, görünən odur ki, cavabdeh müəssisənin mövcudluğunu və iddiaçının orada 1997-2001-ci illərdə işlədiyini qəbul etmişdir. Bu halda, 1997-ci ilədək olan dövrün nəyə görə qəbul edilmədiyi anlaşılmaz olaraq qalır. Hər halda, təkrar baxışda məhkəmə bu məsələləri cavabdehlə müzakirə etməklə aydınlıq gətirməli və qiymətləndirməlidir. Apellyasiya məhkəməsinin 08 noyabr 2018-ci il tarixli əvvəlki qərarında göstərilmiş işgötürən tərəfindən həmin illərdə (1992-1997-ci) məcburi sosial sığorta haqları üzrə ayırmaların edilib-edilməməsinin müəyyən edilə bilmədiyinə dair mövqe ilə əlaqədar olaraq isə kollegiya aşağıdakılar qeyd edir. Alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bu nun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının 1992-1997-ci illərdəki işlədiyin dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1245/2019 saylı iş üzrə 16 avqust 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçü
Məhkəmə qərarları › İş №2-1(102)-3375/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3375/2019
03.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver