Məhkəmə qərarları › İş №2-1(102)-3376/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3376/2025

02.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3376/2025 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Cəmilova (məruzəçi), Rahib Nəbizadə və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## #### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı İddiaçı ##.##.1992-ci il tarixli, *** nömrəli əmrlə N nömrəli hərbi hissənin şəxsi heyət siyahısına daxil edilmiş və faktiki olaraq hərbi xidmətə başlamışdır.

2. Cavabdeh İşlər İdarəsi Mərkəzi Arxivinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinə ünvanlanmış ##.##.2020-ci il tarixli */*-**** nömrəli məktubuna əsasən N nömrəli hərbi hissə komandirinin ## ###### 1993-cü il tarixli *** №-li əmrlə N nömrəli hərbi hissənin hərbi qulluqçusu, İddiaçı Şamxar oğlu döyüş əməliyyatları zamanı itkin düşdüyü üçün qazan təminatından çıxarılmışdır.

3. Eyni zamanda N nömrəli hərbi hissə komandirinin ## #### 1994-cü il tarixli *** №-li əmrində sıravi X1 ##.##.1993-cü il tarixdə Füzuli rayonun Cuvarlı kəndində güllə yarasından həlak olduğuna görə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılması barədə məlumat vardır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ## ###### 1991-ci il tarixdən Fizuli rayon Hərbi Komissarlığında hərbi qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər ərəfəsində könüllü olaraq döyüşə getmiş və N nömrəli hərbi hissə komandirinin ## ###### 1992-ci il tarixli, *** nömrəli əmri ilə hərbi hissənin İ bölüyünə qəbul edilmişdir. ## #### 1993-cü il tarixdə döyüş zamanı bir qrup döyüşçü ilə birlikdə mühasirəyə düşmüşlər və ermənilərin silahlı dəstəsi tərəfindən əsir götürülmüşlər. 2 ilə yaxın əsirlikdə qalmışdır və Dövlət Komissiyası tərəfindən ## ### 1995-ci ildə əsirlikdən azad edilmişdir. Əsirlikdən azad edildikdən sonra onunla birlikdə azad olunanlara bildirilmişdir ki, avtomatik olaraq onlara müharibə veteranı adı veriləcək. Lakin, bu günədək bu ad verilməyib. Özü təxminən 10 il müddətində ağır psixi vəziyyətdə olmuşdur və müharibə veteranı adı verilməsi üçün müraciət edə bilməmişdir. Hazırkı işlə bağlı ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinə ərizə ilə müraciət etsə də, cavabdeh orqan hərəkətsizlik göstərmiş, ərizəyə bu günə qədər heç bir cavab verilməmişdir. Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli *** saylı qərarı ilə tənzimlənir. Həmin Qərara əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək silahlı birləşmələrdə olmuş şəxslərə müharibə veteranı adı verilir.

6. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli məktubda göstərilmişdir ki, Cavabdeh İşlər İdarəsi Mərkəzi Arxivinin ##.##.2020-ci il tarixli */*-**** nömrəli məktubuna əsasən İddiaçı ##.##.1992-ci il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətin siyahısına daxil edilmiş, N nömrəli hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli *** nömrəli əmrində döyüş əməliyyatları zamanı itkin düşdüyünə görə qazan təminatından çıxarılması barədə məlumat vardır.

7. Füzuli Hərbi Prokurorluğu tərəfindən məhkəməyə göndərilmiş ##.##.2024-cü il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Hərbi prokurorluğuna vətəndaş İddiaçı barəsində cinayət işi və ya təqsirləndirici material olub-olmaması haqqında yazdığı müraciət baxılması üçün Füzuli hərbi prokurorluğuna göndərilmişdir. İddiaçı barəsində Füzuli hərbi prokurorluğunda cinayət işi və ya təqsirləndirici material olmamışdır.

8. Məhkəmənin sorğusuna əsasən Cavabdeh ünvanladığı ##.##.2025-ci il tarixli məktubda göstərilmişdir ki, 848 (N) №-li hərbi hissə komandirinin ##.##.1992-ci il tarixli *** nömrəli əmrlə (əsas: səh-27, sıra-2, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) İddiaçı hərbi hissənin 1-ci bölüyünə qəbul edilmişdir. N №-li hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli *** nömrəli əmrlə (əsas: §-2 səh-153, sıra-2, əmrdə hərbi rütbəsi və vəzifəsi yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) N nömrəli hərbi hissənin hərbi qulluqçusu, «Parимов Xaледдин Шанхар» oğlu döyüş əməliyyatları gedən zamanı itkin düşdüyü üçün qazan təminatından çıxarılmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “N №-li hərbi hissənin şəxsi heyətinin qayıtmaz itkinlərinin, itkin düşmüşlərinin və yaralananların adbaad siyahıları” qovluğunda (əsas: kitab: ##.##.1993- ##.##.1993, səh-129, sıra-59, məlumat olduğu kimi köçürülmüşdüı) yazılmış “N №-li hərbi hissənin yanvar 1992-ci il tarixdən ## ####### 1993-cü il tarixədək itkin düşənlərin siyahısında” N №-li hərbi hissənin hərbi qulluqçusu, Füzuli RHK-nın çağırışçısı, 1971- ci il təvəllüdlü İddiaçı ##.##.1993-cü il tarixdə itkin düşməsi qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli *** nömrəli əmrində (əsas: §-4, səh-119, əmrdə adı “Xaləddin”, atasının adı “Şahmar” yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) kəşfiyyat bölüyünün hərbi qulluqçusu, sıravi İddiaçı ##.##.1993-cü il tarixdə Füzuli rayonun Cuvarlı kəndində xidməti vəzifə borcunu yerinə yetirərkən güllə yarasından həlak olduğuna görə, hərbi hissənin şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılması qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan ##.##.1995-##.##.1997-ci il tarixli “Əsirlikdən azad olunanların siyahısı” qovluğunda İddiaçı əsirlikdən azad olması barədə məlumat aşkar edilməmişdir.

9. Həmçinin məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, X2 Əlaqədar Dövlət Komissiyasının məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, əsirlikdən azad edilmiş şəxs kimi Azərbaycan Respublikasının (AR) Əsir və itkin düşmüş, X2 əlaqədar Dövlət Komissiyasında (Dövlət Komissiyası) qeydiyyata alınmış Füzuli rayonu, Arayatlı kənd sakini, hazırda ünvan 1 ünvanında müvəqqəti məskunlaşmış, 1971-ci il təvəllüdlü İddiaçı MN-in 848 (N) nömrəli hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçərkən 1993-cü ilin iyul ayının 23-də Füzuli rayonunun Cuvarlı kəndi uğrunda gedən döyüşlər zamanı əsir düşmüş və ## ### 1995-ci il tarixdə Dövlət Komissiyasının vasitəçiliyi ilə azad olunmuşdur.

10. Şirvan İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## ### 2025-ci il tarixli qərarı ilə (hakim A.Hüseynova) iddia təmin edilmiş, iddiaçı İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı 1993-cü ilin iyul ayının 23-də Füzuli rayonunun Cuvarlı kəndi uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyi üçün və döyüş zamanı əsir düşərək ## ### 1995-ci il tarixdə Dövlət Komissiyasının vasitəçiliyi ilə azad olunduğu müəyyən olunduğu üçün cavabdeh orqan tərəfindən müharibə veteranı adı və vəsiqəsi ilə təmin edilməlidir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

apellyasiya instansiyası məhkəməsində icraat

13. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## #### 2025-ci il tarixli qərarı ilə (hakimlər: S.Həsənov /sədrlik edən və məruzəçi/, C.Sultanov və C.Quliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, arxiv arayışından və digər sənədlərdən də göründüyü kimi, iddiaçı İddiaçı 848 (N) nömrəli hərbi hissənin şəxsi heyətin siyahısına daxil olmuş, ##.##.1993-cü il tarixdə Füzuli rayonu Cuvarlı kəndi ərazisində əsir düşmüş və 12 may 995-ci il tarixdə Dövlət Komissiyasının vasitəçiliyi ilə əsirlikdən azad olunmuşdur. Lakin İddiaçı hərbi hissədən (hərbi xidmətdən) qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir məlumat (əmrdən çıxarış) olmamışdır. Şəxsə o şərtlə "Müharibə veteranı adı və vəsiqəsi" verilə bilər ki, həmin şəxsin hərbi xidmət keçmələrini sübut edən sənədlər hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilmiş olsun. Hərbi xidmət keçmə dedikdə, şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılması nəzərdə tutulur. Arxiv arayışından və digər sənədlərdən də görünür ki, iddiaçının 12 may 995-ci il tarixdən sonrakı xidməti barədə heç bir məlumat yoxdur, yəni ## ### 1995-ci il tarixdə Dövlət Komissiyasının vasitəçiliyi ilə əsirlikdən azad olunduqdan sonra hərbi hissəyə qayıtmamış, qanuni əsaslarla ehtiyata buraxılmamışdır. Belə olan halda iddiaçı İddiaçı N nömrəli hərbi hissə komandirinin # ###### 1993-cü il tarixli *** nömrəli əmrlə döyüş əməliyyatları zamanı itkin düşdüyü üçün qazan təminatından çıxarılması və ## ### 1995-ci il tarixdə Dövlət Komissiyasının vasitəçiliyi ilə əsirlikdən azad edilməsi onun qanuni əsaslarla ehtiyata buraxılması kimi nəzərə alına bilməz.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (2024-cü il ## ###### tarixli, *** №-li Qərarla edilmiş əlavə və dəyişikliklərlə): Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin: 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur). Həmin Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli *** nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2018 tarixli *** nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması əsaslarının mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.

26. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı müharibə veteranı adının və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir.

27. İşin faktiki hallarına əsasən iddiaçı İddiaçı ##.##.1992-ci il tarixli, *** nömrəli əmrlə N nömrəli hərbi hissənin şəxsi heyət siyahısına daxil edilmiş və faktiki olaraq hərbi xidmətə başlamışdır. Daha sonra iddiaçı ##.##.1993-cü il tarixdə Füzuli rayonunun Cuvarlı kəndi uğrunda gedən döyüş əməliyyatları zamanı bilavasitə döyüş şəraitində əsir düşmüş və yalnız ##.##.1995-ci il tarixdə müvafiq Dövlət Komissiyasının vasitəçiliyi ilə əsirlikdən azad olunmuşdur. Bu hal Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, X2 Əlaqədar Dövlət Komissiyasının rəsmi məlumatı ilə sübuta yetirilir.

28. Bununla yanaşı qeyd olunmalıdır ki, hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli əmri ilə iddiaçı döyüş əməliyyatları zamanı itkin düşmüş şəxs kimi təminatdan çıxarılmış, ##.##.1994-cü il tarixli əmrdə isə onun həlak olduğu qeyd edilmişdir. Lakin sonradan onun sağ olub, əsirlikdən azad olunması bu məlumatların faktiki vəziyyətə uyğun olmadığını üzə çıxarmışdır.

29. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin müvafiq müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı hesab olunurlar. Bu zaman əsas meyar şəxsin döyüş əməliyyatlarında faktiki iştirakı və bunun müvafiq sübutlarla təsdiq edilməsidir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının döyüş əməliyyatlarında iştirakı, hərbi qulluqçu statusu, əsir düşməsi və sonradan müvafiq Komissiya vasitəsilə əsirlikdən azad olunması kifayət qədər rəsmi sənədlərlə təsdiq olunduğundan, onun “müharibə veteranı” statusuna malik olması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün zəruri şərtlər mövcuddur.

31. Bununla yanaşı, kassator iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasını təsdiq edən sənədin olmamasına və əsirlikdən azad olunduqdan sonra xidmətini davam etdirmək üçün hərbi hissəyə qayıtmadığına əsaslanır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, iddiaçı əsirlikdən azad edildikdən sonra bu barədə müvafiq Komissiya tərəfindən Müdafiə Nazirliyinə məlumat verilməli və sonuncu iddiaçının hərbi xidmətə qaytarılması təşəbbüsü ilə çıxış edə bilərdi, yəni, bu məsələ inzibati orqanların birgə səyi və səlahiyyəti daxilində həll edilməli olduğu üçün iddiaçının iradəsinə bağlı olmamışdır. Ona görə də iddiaçının əsirlikdən qaytarıldıqdan sonra xidmət etdiyi hərbi hissəyə qayıtmaması ilə bağlı məsuliyyət onun üzərinə qoyula bilməz və bu, heç bir halda onun hüquqi vəziyyətinə də mənfi təsir etməməlidir.

32. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi, həmin döyüşlər zamanı əsir düşməsi və sonradan əsirlikdən azad olunması faktları tam sübuta yetirildiyindən, o, qanunvericiliyin tələblərinə uyğun olaraq ona müharibə veteranı adının verilməsini tələb etməkdə haqlı olmuşdur. Qeyd olunanlarla bağlı iddiaçının tələbinin təmin edilməsi barədə apellyasiya məhkəməsinin mövqeyi də qanuni və əsaslı olmuşdur.

33. Odur ki, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## #### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar