Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3377/2019 04.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (açar söz: yaşa görə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayo n şöbəsinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi və iddiaçının müvafiq illərdəki iş stajı sosial sığorta stajına daxil edilməklə pensiya hüququnun yarandığı gündən yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1580/2019 saylı 05 sentyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 04.12.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ xx.xx.1954-cü il təvəllüdlü iddiaçı 10.01.1972-ci ildən 05.01.2002-ci ilədək Ağdam rayonu Əhaliyə Məişət Xidməti Kombinatının dərzi sexində dərzi işləmişdir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabde h 18.09.2018-ci il tarixli 15/**********7 saylı imtina məktubu ilə bildirmişdir ki, X2 Xidməti Kombinatı ilə bağlı DSMF-nun Ağdam rayon Şöbəsinə sorğu edilmiş, sorğu nəticəsində məlum olmuşdur ki, 23.07.1993-cü ilədək olan əmr kitabları və əmək haqqı cədvəlləri işğal zonasında qaldığı üçün həmin illərə aid olan iş stajını yoxlamaq mümkün deyil və 23.07.1993-05.01.2002ci illərdə X2 Xidməti Kombinatı rayon ərazisində fəaliyyət göstərməmişdir. Bu səbəbdən yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 18.09.2018-ci il tarixli **********7 nömrəli imtina məktubunun qanunsuz hesab edilməsi, iddiaçının müvafiq illərdəki iş stajı sosial sığorta stajına daxil edilməklə pensiya hüququnun yarandığı gündən yaşa görə əmək pensi yasının təyin edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-352/2019 saylı, 30 yanvar 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 10.01.1972-ci ildən 05.01.2002-ci il tarixədək olan dövr üzrə iş stajı sosial sığorta stajına daxil edilməklə 15 yanvar 2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1580/2019 saylı 05 sentyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-352/2019 saylı, 30 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, Ağdam rayonunun işğal olunması ilə əlaqədar iddiaçının işlədiyi müəssisənin arxiv sənədlərinin mövcud olmamasına görə iddiaçı təqsirli deyildir. Ağdam rayonu Əhaliyə Məişət Xidməti Kombinatının Ağdam rayonu Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsinin 06.07.1984-cü il tarixli arayışı ilə iddiaçının həqiqətən həmin idarədə dərzi işləməsi təsdiqlənir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1580/2019 saylı 05 sentyabr 2019-cu il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə X2 Xidməti Kombinatı ilə bağlı DSMF-nun Ağdam rayon Şöbəsinə sorğu edilmiş, sorğu nəticəsində məlum olmuşdur ki, 23.07.1993-cü ilədək olan əmr kitabları və əmək haqqı cədvəlləri işğal zonasında qaldığı üçün həmin illərə aid olan iş stajını yoxlamaq mümkün deyil və 23.07.1993-05.01.2002-ci illərdə X2 Xidməti Kombinatı rayon ərazisində fəaliyyət göstərməmişdir. Bu səbəbdən yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Kassator Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90, 92.0.6, 96.9- cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-1580/2019 saylı 05 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçı İddiaçı vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1580/2019 saylı 05 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1580/2019 saylı 05 sentyabr 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, xx.xx.1954-cü il təvəllüdlü iddiaçı 10.01.1 972-ci ildən 05.01.2002-ci ilədək Ağdam rayonu Əhaliyə Məişət Xidməti Kombinatının dərzi sexində dərzi işləmişdir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh bundan imtina etmişdir. Cavabdehin imtinasının əsasını Ağdam rayonu Əhaliyə Məişət Xidməti Kombinatının 23.07.1993-cü ilədək olan əmr kitabları və əmək haqqı cədvəlləri işğal zonasında qaldığı üçün həmin illərə aid olan iş stajını yoxlamaq mümkün deyil və 23.07.1993-05.01.2002-ci illərdə Ağdam rayonu Əhaliyə Məişət Xidməti Kombinatı rayon ərazisində fəaliyyət göstərməmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsi Ağdam rayonu Əhaliyə Məişət Xidməti Kombinatının fəaliyyəti ilə bağlı AR Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl iyi yanında Dövlət Sosial Müdafiə Fonduna, AR Milli Arxiv İdarəsinə sorğular ünvanlamışdır. AR Əmlak Məsələləri Dövlət Komitəsi sorğuya cavab olaraq bildirmişdir ki, Ağdam rayonu Əhaliyə Məişət Xidməti Kombinatının neçənci illərdə fəaliyyət göstərməsi və nə zaman ləğv edilməsi, həmin müəssisənin sənədlərinin hansı arxivə təhvil verilməsi barədə məlumat aşkar edilməmişdir. AR X1 Filialı sorğuya cavab olaraq bildirmişdir ki, Ağdam rayonu Əhaliyə Məişət Xidməti Kombinatına məxsus sənədlər Dövlət Arxivinə təqdim edilmədiyindən onun fəaliyyəti barədə arxivdə məlumat yoxdur. İşə baxan apellyasiya instansiya məhkəməsi isə Ağdam rayonu Əhaliyə Məişət Xidməti Kombinatının fəaliyyəti ilə bağlı məlumatın olmamasını iddiaçının təqsiri hesab etməyərək iddia tələbini təmin etmiş, eyni zamanda Ağdam rayo nu Əhaliyə Məişət Xidməti Kombinatının Ağdam rayonu Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsinin 06.07.1984-cü il tarixli arayışına istinad etmişdir. Həmin arayışda isə iddiaçının 05.12.1984-22.12.1984-cü illərdə əmək məzuniyyətinə buraxıldığı qeyd edilmişdir. Sözügedən arayış mötəbər sübut kimi qəbul olunaraq iddiaçının həmin müəssisədə işləməsi faktını təsdiq edən sənəd kimi qiymətləndirilsə belə, həmin arayış iddiaçının 1984-cü il tarixdə həmin müəssisədə işləməsini güman etməyə əsas verir. İddiaçının tələbi isə onun sözügeədn müəssisədə 1972-2002-ci illər üzrə işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsidir. İşə baxan apellyasiya instansiya məhkəməsi iddiaçının işlədiyi müəssisənin arxiv sənədlərinin mövcud olmamasını Ağdam rayonunun işğal olunması ilə əlaqələndirsə də, A ğdam rayonu 23.07.1993-cü il tarixdə işğal olunmuşdur. İddiaçının əmək kitabçasında isə onun 05.01.2002-ci ilədək həmin müəssisədə işləməsi qeyd olunmuşdur. Belə olan halda, iddiaçının 23.07.1993-05.01.2002-ci illər üzrə fəaliyyətinə dair məlumatın olmamasını Ağdam rayonunun işğal olunması ilə əlaqələndirilməsi düzgün deyildir. İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırkı iş üzrə cavabdeh iddiaçının işlədiyi müəssisənin fəaliyyətini mübahisələndirdiyindən işə baxan məhkəmə İPM-nin 12.1-ci maddəsinin tələbi baxımından müə ssisənin fəaliyyəti ilə bağlı ətraflı araşdırma aparmalı idi. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etməyərək qərar qəbul etmişdir. İPM-nin 96.5.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi İPM-nin İPM-nin 12.1-ci maddəsinin tələbi baxımından müəssisənin fəaliyyət ilə bağlı ətraflı araşdırma aparmalı və bundan sonra qərar qəbul etməlidir. QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1580/2019 saylı 05 sentyabr 2019-cu i l tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-1(102)-3377/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3377/2019
04.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver