Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3379/2019 18.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-3379/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər:apellyasiya şikayətinin iş üçün əhəmiyyətli dəlillərinə müfəssəl hüquqi qiymət verilməmişdir) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X1 ibarət tərkibdə, cavabdehn vəkili Vəkil iştirakı, N.Əhmədovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalini n Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1830/2019 saylı qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.1966-cı ildə Nef tçala rayonunda anadan olduğunu, xxxx 1984-cü ildən xxxx 1986-cı ilədək olan müddətdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olduğunu, xxxx 1987-ci ildən əmək fəaliyyətinə başladığını, xxxx 1987-ci ildən bu günədək işləməklə 31 il 10 ay 24 gün iş stajının olduğunu, ona 52 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etdiyini, həmin ərizə xxxx 2018-ci ildə ****** nömrəsi ilə qeydiyyata alınsa da, heç bir cavab verilmədiyini bildirərək, xxxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığından, ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin xxxx 2019-cu il tarixli, 2-1(82)-764/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 52 yaşının tamam olduğu - 14.04.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir (hakim – X.X.İmanov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1830/2019 saylı qərarı ilə (sədrlik edən, hakimlər) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin xxxx 2017-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi və onun vək ili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, hazırki işlə bağlı məhkəmə tərəfindən heç bir araşdırma aparılmamış, iddiaçının hansı sahədə və məhz hansı vəzifələrdə çalışmış olması, o vəzifələrdən hansının, Nazirlər Kabinetinin müvafiq siyahısındakı məhz hansı koda uyğun gəlməsi, həmin vəzifələrdən hansında dəqiq olaraq nə qədər müddət çalışdığı müəyyən edilməmiş, nəticədə mövcud qanunvericiliyə uyğun olmayan əsassız qərar qəbul edilmiş, iddiaçının güz əştli şərtlərlə əmək pensiyası hüququ verən işlərdə işləməsi barədə arayış iş materiallarına əlavə edilməmiş, iş materiallarında olan sənədlərə əsasən isə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmasını müəyyən etmək mümkün deyil”, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 2.4.1-ci bəndinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı olmalıdır. Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzi batiİqtisadi Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxs lərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehn vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)1830/2019 saylı qərarı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin kassasiya şikayəti qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsinin m övqeyi ilə razılaşan apellyasiya məhkəməsi ona istinad etmişdir ki, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının xxxx 2006-cı il tarixədək azı 20 il sığorta stajına malik olması və bu müddətin azı 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması, eləcə də 52 yaş həddinə çatması tələb olunur ki, qanunla müəyyən edilmiş göstərilən şərtlər hazırki iş üzrə iddiaçıya münasibətdə ödənilir, iddiaçı xx.xx.1966-cı il təvəllüdlü olmaqla 52 yaşını xxxx 2018-ci il tarixdə tamamlamış, İddiaçı xxxx 1984-cü ildən xxxx 1986-cı ilədək olan müddətdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş, əmək kitabçasına görə İddiaçı 1987-ci ildən əmək fəaliyyətinə başlamış, xxxx 2006-cı il tarixədək 20 ildən çox ümumi əmək stajını topl amış, bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı”nın 10-cu, yəni Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları 1100000a—19861, buruq qurğularının rəisləri və onların müavinləri 1100000b—24094 və quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, geoloqlar, texnikləri, ustaları11000000—17541 nəzərdə tutulmuş vəzi fələrdə işləməklə 10 ildən artıq güzəştli iş stajı vardır, iddiaçıya 52 yaşının tamam olduğu vaxtdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə uyğundur, həmçinin «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə xxxx 997-ci il tarixli ******* nömrəli qanunla edilmiş dəyişiklik (xxxx 1997-ci il tarixdən qüvvəyə minmişdir) bununla hüquqi vəziyyəti ağırlaşdırılan halların iddiaçıya münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinin Vİİ hissəsinə görə geriyə şamil oluna bilməz, bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq hüquqi sənədlərdə də öz əksini tapmışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiy i nəticə ilə razılaşmır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin ed ilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa... Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin xxxx başlayaraq 2000-ci ilin axxxx hər il 6 ay artırılır. İddiaçı güzəştli şərtlərlə pensiya hüqu qunu Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə 1100000a—19861 (bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları,) 1100000b—24094 (buruq qurğularının rəisləri və onların müavinləri), 1100000b— 17541(quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları) saylı kodlarda nəzərdə tutulmuş peşələrdə işləməsi ilə əsalandırmışdır. İş materiallarındakı iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərə əsasən o, 1987ci ildə Qaraqaşlı broyler fabrikində elektrik montyoru, 1991-1992-ci illərdə Bakı Sahil Soyuducu idarəsində elektrik montyoru işləmi ş, 1987-1992-ci illərdə Neftr Akademiyasında təhsil almış, yalnız 1997-ci ildə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində əməliyyatlar üzrə mühəndis vəzifəsinə qəbul edilmiş, beləliklə, xxxx 2006-cı il tarixədək onun yalnız Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində 9 ilə yaxın iş stajı vardır və bu müddət ərzində iddiaçının bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyoru, buruq qurğularının rəisi və yaxud onun müavini, quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları qismində işləməsinə dair əmək kitabçasında hər hansı qeyd olmadığından işə baxmış məhkəmələrin iddia tələbi nin təmin edilməsi barədə gəldiyi nəticə anlaşılan deyildir. Qanunvericiliyin tələbinə əsasən isə ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısında nəzərdə tutulmuş konkret peşələrdə 10 ildən artıq işləməsi əsas şərtdir. Məhkəmələr isə İddiaçı vaxtilə işləmiş olduğu vəzifələrin istinad olunan Siyahının konkret kodunu müəyyən etmədən, iddia tələbinin təmin edilməsi barədə əsaslandırılmamış qərar qəbul etmişlər. Cavabdehin etiraz və şikayətlərində qeyd edilmişdir ki, məhkəmə tərəfindən heç bir araşdırma aparılmamış, iddiaçının hansı sahədə və məhz hansı vəzifələrdə çalışmış olması, o vəzifələrdən hansının, Nazirlər Kabinetinin müvafiq siyahısındakı məhz hansı koda uyğun gəlməsi, həmin vəzifələrdən hansında dəqiq olaraq nə qədər müddət çalışdığı müəyyən edilməmiş, iddiaçının çalışdığı vəzifələr 1 nömrəli Siyahıda nəzərdə tutulmadığından onun 52 yaşından güzəştli şərtlərlə pensiya hüququ yaranmır. Azərbaycan Respublikası İPM-nin 12.1 və 12.2-ci maddələrinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digə r zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Avropa İnsan Hüquqlarının Məhkəməsinin “Bidjiyeva Rusiyaya qarşı” xxxx 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin birinci paraqrafında göstərilən güman edilən zəmanətlər ədalət məhkəməsinin qərarları əsaslandırmaq öhdəliyindən ibarətdir, belə ki, tərəflərdən birin in gətirdiyi arqument icraatın nəticəsi üçün qəti xarakter daşıyır, həmin arqument öz növbəsində spesifik və aydın cavab tələb edir (X2rşı, xxxx 1994-cü il, paraqraf 29-30, seriya A no: 303-A). Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xxxx 2008-ci il tarixli qərarı). "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xxxx 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinə əsasən kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda, qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Cavabdehin apellyasiya şikayətinin iş üçün əhəmiyyətli dəlillərinə müfəssəl hüquqi qiymət verməməklə, apellyasiya məhkəməsi həmçinin bu qərarlarda vurğulanmış hüquqi mövqeyə riayət etməmişdir. Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. İş üzrə əlavə sübutların əldə edilməsi və qiymətləndirilməsi, hərtərəfi məhkəmə tədqiqatı aparılması, zərurətini nəzərə alan məhkəmə kollegiyası hazırkı halda kassasiya şikayətinin tam təmin edilməsini mümkün saymır. İşə kassasiya qaydasında məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)1830/2019 saylı qərarı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə gönd ərilməli, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin kassasiya şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.5 və 96.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1830/2019 saylı qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin kassasiya şikayəti qismən təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(102)-3379/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3379/2019
18.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver