Məhkəmə qərarları › İş №2-1(102)-338/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-338/2022

13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-338/2022 13.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraatın dayandırılması üçün əsasların olmaması) Hakimlər: Kərimov Səyyad Əli oğlu-məruzəçi, Quliyev Zakir Müslüm oğlu Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bak ı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 avqust 2020-ci il tarixli, 2-1(103)235/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 24 dekabr 2004-cü il tarixli, 305 saylı Sərəncamı, 28 oktyabr 2005-ci il tarixli inşaat pasportu əsasında iddiaçı (“İcarəçi”) ilə Bakı şəhər İcra Hakimiyyəti (“İcarəyə verən”) arasında 23 noyabr 2005-ci il tarixli, 0641 nömrəli torpaq icarə müqaviləsi bağlanılmış və 110000 kv.m olan torpaq sahəsi 49 il müddətinə iddiaçının istifadəsinə verilmişdir.

2. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 21 iyun 2007-ci il tarixli, 287 saylı Sərəncamı ilə Əzizbəyov Rayon İcra Hakimiyyətinin 14 iyun 2007-ci il tar ixli, 753 saylı razılıq məktubu, "xxxx" MMC-nin 18 iyun 2007-ci il tarixli məktubu nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 24 dekabr 2004-cü il tarixli, 305 saylı Sərəncamı ilə iddiaçıya ayrılmış 11 ha torpaq sahəsinin 7 ha hissəsi həmin məqsədlə "xxxx" MMC-yə verilmişdir.

3. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, Dənizkənarı istirahət zonasında istifadədə olan 0,6566 ha torpaq sahəsində yerləşən 3048 kv.m ümumi, 1714,3 kv.m əsas, 1333,7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi kimi müəssisə (mehmanxana və istirahət kompleksi) tam mülkiyyət hüququ üzrə i ddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 202 nömrəli vərəqində reyestr nömrəsi **********41-12301, qeydiyyat nömrəsi ********* olmaqla, 08 iyun 2007-ci il tarixdə qeydiyyata alınmışdır. 4. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2-(81)-1961/2010 saylı, 27 avqust 2010-cu il tarixli qərardadına əsasən cavabdeh İddiaçı MMC borcun əvəzinə Azərbaycan Respublikası Nazirlər Kabineti (hazırda Əmlak Məsələləri Dövlət Komitəsi) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2 nömrəli reyestr kitabının 202 nömrəli vərəqində qeydiyyata alınmış reyestr nömrəsi **********41-12301, qeydiyyat nömrəsi ********* olmaqla 08 iyun 2007-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* saylı çıxarış əsasında ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dənizkənarı istirahət zonasında yerləşən, ümumi sahəsi 3048 kv.m olan əmlak kompleksinin bir hissəsini iddiaçı “Kapitol” firmasına vermişdir. Barışıq razılaşması haqqında müqaviləyə əlavə ilə “Kapitol” firmasının mülkiyyətinə keçən tikililərin altında və ətrafında olan 2,5 ha torpaq sahəsi “Kapitol” firmasının istifadəsinə keçmişdir. 5. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2-(81)-2302/2010 saylı, 30 sentyabr 2010cu il tarixli qərardadı ilə iddiaçı “Kapitol” firması ilə cavabdeh İddiaçı MMC arasında bağlanmış barışıq sazişi təsdiqlənmiş, cavabdeh iddiaçıya olan borcun əvəzinə 08 iyun 2007-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* saylı çıxarış əsasında ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dənizkənarı istirahət zonasının ümumi sahəsi 4410 kv.m olan 18 ədəd kotteci və həmin kotteclərin altında yerləşən 1,5 ha torpaq sahəsini “Kapitol” firmasına vermişdir.

6. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Azərbaycan Respublikası Vergilər Nazirliyinə ünvanladığı 7-2583/4 saylı, 08.08.2019-cu il tarixli məktuba əsasən, nazirliyin Bakı Şəhər icra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış 0641 saylı, 23.11.2005-ci il tarixli torpaq icarə müqaviləsinə xitam verilib-verilməməsi ilə bağlı məktubuna baxılmış və bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında Xəzər rayonu, Mərdəkan qəsəbəsi, dənizkənarı istirahət çimərlik zonalarının cənub hissəsində ayrılmış, 11 ha torpaq sahəsinə 0641 saylı, 23.11.2005-ci il tarixli torpaq icarə müqaviləsi bağlanmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 21.06.2007-ci il tarixli, 287 saylı sərəncamına əsasən 0641 saylı, 23.11.2005-ci il tarixli bağlanmış torpaq icarə müqaviləsinə 08.01.2010-cu il tarixdə dəyişiklik edilərək, 110000 kv.m torpaq sahəsi azaldılaraq 40000 kv.m müəyyən edilmişdir. Bakı şəhər Vergilər Departamentinə bu barədə 09 saylı, 25.01.2010-cu il tarixli məktubla məlumat göndərilmişdir. 0641 saylı, 23.11.2005-ci il tarixli torpaq icarə müqaviləsinə və ona edilmiş 08.01.2010-cu il tarixli dəyişikliyə xitam verilməmişdir.

7. Cavabdeh orqanın kameral yoxlama nəticəsində 2016, 2017, 2018, 2019-cu illər üzrə müvafiq olaraq 28.08.2019-cu il tarixli, **********596000 saylı, 28.08.2019-cu il tarixli, **********598400 saylı, 28.08.2019-cu il ta rixli, **********597700 saylı, 21.08.2019-cu il tarixli, **********977200 saylı “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması” barədə qərarları ilə iddiaçı müəssisəyə hər il üçün 7000 manat olmaqla, ümumilikdə 28000 manat məbləğində torpaq vergisi hesablanmışdır.

8. İddiaçı MMC-nin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə xitam verilməsi” tələbi barədə ilk iddiasına, Bakı Şəhər İcra Hakimiyyətinin İddiaçı MMC–yə qarşı “İcarə haqqı borcunun və cərimənin tutulması” barədə qarşılıqlı iddiasına dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-140/2019 saylı, 14.03.2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Oruczadə) ilk iddia tələbi təmin edilmiş, cavabdehmBakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC a rasında bağlanmış “torpaq sahəsinin icarəyə verilməsi” haqqında 23 noyabr 2005ci il tarixli, 0641 saylı müqavilə ləğv edilmiş, qarşılıqlı iddia tələbi təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması” barədə 28.08.2019-cu il tarixli, **********596000 saylı, 28.08.2019-cu il tarixli, **********598400 saylı, 28.08.2019-cu il tarixli, **********597700 saylı, 21.08.2019-cu il tarixli, **********977200 saylı qərarlarının ləğv edilməsi və iddiaçıya 2016, 2017, 2018 və 2019-cu illər üzrə hesablanmış 28.000 manat torpaq vergisinin silinməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

10. İddiaçı tələbini işin faktiki hallarına uyğun olaraq əsaslandırmaqla qeyd etmişdir ki, 2011-ci il tarixdən etibarən iddiaçının həmin obyektlər və onların yerləşdiyi torpaq sahəsi üzərində nə istifadə, nə də mülkiyyət hüquqları qalmamışdır. Lakin buna baxmayaraq, cavabdeh orqan tərəfindən 28.08.2019-cu il tarixli, **********596000 saylı, 28.08.2019-cu il tarixli, **********598400 saylı, 28.08.2019-cu il tarixli, **********597700 saylı, 21.08.2019-cu il tarixli, **********977200 saylı “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması” barədə qərarlarla 2016, 2017, 2018 və 2019-cu illər üzrə həmin torpaq sahəsindən istifadəyə görə iddiaçıya 28.000 manat vergi borcu hesablanmışdır. İddiaçının həmin torpaq sahəsi üzərində hər hansı bir hüququ olmadığından, torpaq sahəsi başqa şəx slərin mülkiyyətində, həmçinin istifadəsində olduğundan, cavabdehin iddiaçıya 28.000 manat torpaq vergisi hesablaması qanunsuzdur.

11. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz verərək qeyd etmişdir ki, aparılan araşdırma zamanı cəmiyyətin mülkiyyətində və ya istifadəsində torpaq sahəsinin olmasına baxmayaraq, cəmiyyət tərəfindən 2016-2017-ci illər üçün torpaq vergi bəyannamələrinin göstəricisiz olaraq təqdim edildiyi, 2018-2019-cu illər üçün isə torpaq vergi bəyannaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, vergi ödəyicisinə 20.05.2016-cı il tarixli, **********294800 nömrəli və 19.05.2017-ci il tarixli, **********092500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktublar göndərilmiş, cəmiyyət tərəfind ən əsaslandırılmış izahat, müvafiq təsdiqedici sənədlər və ya kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim edilmədiyi üçün cavabdeh tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə müvafiq olaraq kameral vergi yoxlaması ilə 2016-cı il üçün 7000,0 manat və 2017-ci il üçün 7030,0 manat torpaq vergisi hesablanmış, müvafiq olaraq 01.08.2016 tarixli, **********604700 nömrəli, 05.07.2017-ci il tarixli, **********523400 nömrəli “Vergilərin hesablanması barədə” qərarlar qəbul edilərək iddiaçıya göndərilmişdir. Eyni zamanda 2018-ci və 2019-cu illər üçün iddiaçı tərəfindən torpaq vergisi bəyannaməsi təqdim edilmədiyindən “Vaxtında təqdim edilməmiş bəyannamənin təqdim edilməsi barədə” 29.05.2018-ci il tarixli, **********1683 nömrəli və 30.05.2019-cu il tarixli, **********0834 nömrəli xəbərdarlıqlar göndərilərək torpaq vergisi bəyannaməsinin təqdim olunması bildirilsə də, iddiaçı tərəfindən həmin dövrlər üzrə bəyannamə təqdim edilməmişdir. Bu səbəbdən cavabdeh tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə müvafiq olaraq, kameral vergi yoxlaması ilə 2018-ci il üçün 7000,0 manat və 2019-cu il üçün 7000,0 manat torpaq vergisi hesablanmış, müvafiq olaraq 25.05.2018-ci il tarixli, **********350600 nömrəli və 19.06.2019-cu il tarixli, **********563100 nömrəli “Vergilərin hesablanması barədə” qərarlar qəbul edilərək iddiaçıya göndərilmişdir. Bundan sonra vergi ödəyicisi tərəfindən 2016-cı il üçün 24.11.2016-cı il, 30.11.2016-cı il, 23.12.2016-cı il, 11.10.2017-ci il, 26.09.2018-ci il, 22.10.2018-ci il və 24.07.2019-cu il tarixl ərdə, 2017-ci il üçün 11.10.2017-ci il, 12.10.2017ci il, 26.09.2018-ci il, 22.10.2018-ci il, 01.03.2019-cu il və 24.07.2019-cu il tarixlərdə, 2018ci il üçün 26.09.2018-ci il, 22.10.2018-ci il, 01.03.2019-cu il və 24.07.2019-cu il tarixlərdə, 2019-cu il üçün isə 24.07.2019-cu il tarixdə mövcud kənarlaşma aradan qaldırılmadan dəqiqləşdirilmiş torpaq vergisi bəyannamələri təqdim edildiyi üçün, vergi orqanı tərəfindən hesablanmış vergi məbləğləri bərpa edilərək 2016-cı il üçün 28.08.2019-cu il tarixli, **********596000 nömrəli, 2017-ci il üçün 28.08.2019-cu il tarixli, **********598400 nömrəli, 2018-ci il üçün 28.08.2019-cu il tarixli, **********597700 nömrəli, 2019-cu il üçün isə 21.08.2019-cu il tarixli, **********977200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının he sablanması barədə” qərarlar qəbul edilmişdir. Keçirilmiş yoxlama zamanı Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC (VÖEN: **********) arasında Xəzər rayonu, Mərdəkan qəsəbəsi, dənizkənarı istirahət-çimərlik zonalarının cənub hissəsində yerləşən 11 ha torpaq sahəsinin icarəsi üzrə bağlanmış 23.11.2005-ci il tarixli, 0641 nömrəli müqaviləyə xitam verilib-verilməməsi ilə bağlı məlumatın Vergilər Nazirliyinə təqdim edilməsi üçün 10.07.2019-cu il tarixli məktubla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətindən Vergilər Nazirliyinə daxil olmuş 08.08.2019-cu il tarixli, 7-2583/4 nömrəli cavab məktubunda Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC (VÖEN: **********) arasında Xəzər rayonu, Mərdəkan qəsəbəsi, dənizkənarı istirahət-çimərlik zonalarının cənub hissəs ində yerləşən 11 ha torpaq sahəsinin icarəsi üzrə bağlanmış 23.11.2005-ci il tarixli, 0641 nömrəli müqaviləyə və torpaq sahəsinin 7 ha azaldılması barədə ona edilmiş dəyişikliyə xitam verilmədiyi qeyd edilmişdir. Eyni zamanda, aparılmış araşdırma zamanı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamına əsasən “Torpaq sahəsinin icarəyə verilməsi” haqqında 23.11.2005-ci il tarixli, 0641 saylı müqaviləyə xitam verilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsində 2-2(103)-438/2019 saylı iş üzrə məhkəmə çəkişməsinin olduğu müəyyən edilmiş, qeyd olunan müqaviləyə xitam verilməsinə dair hər hansı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi cavabdeh vergi orqanına təqdim edilməmişdir. Göründüyü kimi, Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC (VÖEN: **********) arasında bağlanmış 23.11.2005ci il tar ixli, 0641 nömrəli müqaviləyə və ona edilmiş dəyişikliyə xitam verilmədiyindən 20162019-cu illərin torpaq vergisi üzrə vergi məbləğlərinin hesablanması qanuni və əsaslıdır. 12. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 2-1(81)3783/2019 nömrəli qərarı ilə (hakim Elçin Məmmədov) iddia təmin edilmiş, cavabdehin 28.08.2019-cu il tarixli, **********596000 saylı, 28.08.2019-cu il tarixli, **********598400 saylı, 28.08.2019-cu il tarixli, **********597700 saylı, 21.08.2019-cu il tarixli, **********977200 saylı “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması” barədə qərarlarının ləğv edilməsi və həmin qərarlar üzrə iddiaçıya 2016, 2017, 2018 və 2019-cu illər üzrə hesablanmış 28.000 manat torpaq vergisinin silinməsi qərara alınmışdır.

13. Birinci i nstansiya məhkəməsi Vergi Məcəlləsinin 204, 208.1 və 208.2-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, cavabdeh tərəfindən vergilərin hesablanmasına əsas olaraq göstərilmiş hal öz təsdiqini tapmamış, 29 dekabr 2013-cü il tarixdən iddiaçının mülkiyyətində və ya istifadəsində torpaq sahəsinin olması müəyyən edilməmişdir. Belə olan halda, iddiaçı həmin tarixdən sonra torpaq vergisinin ödəyicisi ola bilməzdi. İddiaçının istifadəsində və mülkiyyətində torpaq sahəsi olmadığı halda, iddiaçının 2016-2017-ci illər üçün torpaq vergi bəyannamələrini göstəricisiz olaraq təqdim etdiyi, 2018-2019-cu illər üçün isə torpaq vergi bəyannaməsini təqdim etmədiyi əsas götürülərək cavabdeh tərəfindən mübahisələndirilən qərarların qəbul edilməsi və iddiaçının üzərinə torpaq vergisi öhdəliyinin qoyulması qanu nvericiliyin tələblərinə zidd olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir.

14. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.08.2020-ci il tarixli, 21(103)-235/2020 nömrəli qərardadına əsasən (sədrlik edən Elmira Nağıyeva, hakimlər Həmid Həmidov, Vidadi Məmmədov) iş üzrə icraat Bakı Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı MMC-nin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “icarə müqaviləsinə xitam verilməsi” tələbinə dair ilkin iddia tələbi, Bakı şəhər İcra Hakimiyyətinin isə İddiaçı MMC-yə qarşı icarə haqqı borcunun ödənilməsinə dair iddia tələbi üzrə yekun məhkəmə aktı qanuni qüvv əyə minənədək dayandırılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 7.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, məhkəmənin icraatında olan hazırki işin həlli hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı MMC-nin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “icarə müqaviləsinə xitam verilməsi” tələbinə dair ilkin iddia tələbi, Bakı şəhər İcra Hakimiyyətinin isə "xxxx" MMC-yə qarşı “icarə haqqı borcunun ödənilməsi” barədə iddia tələbi ilə bağlı 2-2(103)-376/2020 saylı (sədrlik edən hakim C. Yusifov) kommersiya işi ilə müəyyən edilmiş hallardan asılı olduğundan və həmin asılılıq hazırki işə baxılmasını qeyri-mümkün etdiyindən, qeyd olunan inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, hazırki iş üzrə icraat dayandırılmalı dır.

17. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04.08.2020-ci il tarixli, 2-1(103)-235/2020 nömrəli qərardadının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

18. Apellyasiya məhkəməsi iş üzrə icraatın dayandırılması ilə bağlı halları nəzərə almamışdır. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə cavabdeh arasında Xəzər rayonu, Mərdəkan qəsəbəsi, dənizkənarı İstirahət-çimərlik zonalarının cənub hissəsində yerləşən 11 ha torpaq sahəsinin icarəsi üzrə bağlanmış 23 noyabr 2005-ci il tarixli 0641 nömrəli müqaviləyə xitam verilib-verilməməsi ilə bağlı məlumatın Vergilər Nazirliyinə təqdim edilməsi üçün 10 iyul 2019-cu il tarixli məktubla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Aparatından Vergilər Nazirliyinə daxil olmuş 08 avqust 2019-cu il tarixli, 7- 2583/4 nömrəli cavab məktubunda Bakı Şəhər İcra Hakimiyyəti ilə iddiaçı arasında Xəzər rayonu, Mərdəkan qəsəbəsi, dənizkənarı istirahət-çimərlik zonalarının cənub hissəsində yerləşən 11 ha torpaq sahəsinin icarəsi üzrə bağlanmış 23 noyabr 2005-ci il tarixli, 0641 nömrəli müqaviləyə və torpaq sahəsinin 7 ha azaldılması barədə ona edilmiş dəyişikliyə xitam verilmədiyi qeyd edilmişdir.

19. Göründüyü kimi, Bakı Şəhər İcra Hakimiyyəti ilə iddiaçı arasında bağlanmış 23 noyabr 2005-ci il tarixli, 0641 nömrəli müqaviləyə və ona edilmiş dəyişikliyə xitam verilmədiyindən, iş üzrə icraatın Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “icarə müqaviləsinə xitam verilməsi tələbinə dair” ilkin iddia ərizəsi üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması əsassızdır.

20. Həmçinin vergilərin hesablanması barədə mübahisələndirilən qərarların torpaq icarə müqaviləsinin ləğvi ilə hər hansı bir əlaqəsinin olmadığını iş materiallarından görmək mümkündür.

21. Bundan başqa, hətta qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçı ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında olan müvafiq müqavilələr ləğv edilsə belə, həmin məhkəmə qətnaməsi onun qüvvəyə minməsindən sonrakı illər üzrə iddiaçı müəssisəyə torpaq vergisinin hesablanmaması üçün əsas götürülə bilər. Hazırki vəziyyətdə isə, iddiaçının mübahisələndirdiyi inzibati aktlar qəbul edildiyi tarixdə göstərilən müqavilələr qüvvədə olduğundan, həmin inzibati aktların qəbulu qanunsuz hesab edilə bilməz. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir TƏTBİQ EDİLƏN HÜQUQ

23. Vergi Məcəlləsi Maddə

203. Torpaq vergisi 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır.... Maddə

204. Verginin ödəyiciləri

204. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Maddə

205. Vergitutma obyekti Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Maddə

208. Torpaq vergisinin hesablanması və ödənilməsi qaydaları 208.1. Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur.

24. İnzibati Prosessual Məcəllə Maddə 7.1. Mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hal larda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. Maddə 7.2. İnzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apell yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

26. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası mübahisə üzrə işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, k assasiya şikayəti əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə məhkəmə tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslandığından, şikayət təmin edilməli, apellyasiya məhkəməsinin qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

28. İş üzrə icraatın dayandırılması ilə bağlı nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmənin icraatında olan hazırkı işin h əlli hazırda Bakı Apelyasiya Məhkəməsinin icraatında olan İddiaçı MMC-nin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “icarə müqaviləsinə xitam verilməsi” tələbinə dair ilkin iddia ərizəsi, Bakı şəhər İcra Hakimiyyətinin isə "xxxx" MMC-yə qarşı icarə haqqı borcunun ödənilməsinə dair iddia tələbi ilə bağlı 2-2(103)-376/2020 saylı kommersiya işi ilə müəyyən edilmiş hallardan asılıdır və həmin asılılıq hazırki işə baxılmasını qeyri-mümkün etdiyindən qeyd olunan inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək hazırki iş üzrə icraat dayandırılmalıdır.

29. Bu Qərarın 23-cü bəndində istinad olunan Vergi Məcəlləsinin 208.1-ci maddəsinin müddəalarına görə, torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur.

30. Vergi Məcəlləsinin 203.1-ci maddəsinə əsasən torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə şəklində hesablanır.

31. Mübahisəyə dair işin apelyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, vergi orqanı tərəfindən mübahisələndirilən qərarlarla iddiaçıya hesablanmış torpaq vergisi iddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış 23 noyabr 2005-ci il tarixli, 0641 nömrəli torpaq icarə müqaviləsi və ona 08 yanvar 2010-cu il tarixli dəyişiklik əs asında, yəni torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilmişdir.

32. Bununla bağlı nəzərə alınmalıdır ki, hal-hazırda torpaq vergisinin hesablanmasına əsas olmuş iddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış icarə müqaviləsinin ləğvi barədə məhkəmə mübahisəsi mövcud olması və icarə müqaviləsinə xitam verilməsi ilə bağlı məsələnin kommersiya məhkəməsi tərəfindən həll edilməsi (müqaviləyə xitam verilməsi və ya xitam verilməməsi) həmin iş üzrə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan sonrakı dövrdə yaranan münasibətlərə şamil olunacaqdır. Halbuki, iddiaçıya münasibətdə torpaq vergisi 2016, 2017, 2018 və 2019-cu illər üzrə hesablanmışdır.

33. Belə ki, Mülki Məcəllənin 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və y a ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.

34. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

35. Nəzərə almaq lazımdır ki, apellyasiya məhkəməsinin istinad etdiyi mülki məhkəmə icraatının predmetini torpaq icarə müqaviləsinə xitam verilməsi barədə tələb təşk il edir (iddiaçı tərəfindən müqavilənin etibarsızlığı mübahisələndirilmir).

36. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd olunan səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, hazırda Bakı Apelyasiya Məhkəməsi tərəfindən İddiaçı MMC-nin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “icarə müqaviləsinə xitam verilməsi” tələbinə dair ilkin iddia tələbi, Bakı şəhər İcra Hakimiyyətinin isə "xxxx" MMC-yə qarşı “icarə haqqı borcunun ödənilməsi” barədə iddia tələbi ilə bağlı mülki mübahisəyə baxılmasının, başqa sözlə, həmin məhkəmə icraatı çərçivəsində icarə müqaviləsinə xitam verilməsi barədə mübahisənin həllinin torpaq vergisinin hesablanmasına hər hansı təsiri olmadığı üçün hazırkı inzibati iş üzrə icraatın dayandırılmasını İPM-nin 7-ci maddəsi anlamında zəruri edən hər hansı əs as mövcud deyildir.

37. Odur ki, iş üzrə icraatın dayandırılması barədə apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

38. Yuxarıda şərh olunanlara və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 avqust 2020-ci il tarixli, 21(103)-235/2020 nömrəli qərardadı ləğv edilir. İş mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar