Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-338/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ünvanlı sosial yardımın təyin edilməsi, ailə tərkibi barədə məlumatların düzgün göstərilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “01 yanvar 2021-ci il tarixdən ünvanlı dövlət sosial yardım məbləğinin təyin edilərək birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)317/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona ünvanlı sosial yardım təyin edilməsini xahiş etmişdir.
2. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-ci il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın 3.7.1-ci bəndinə istinad edərək ( “Ərizə-bəyannaməmdə qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar edilməsi) müraciətin təmin edilməsindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ünvanlı dövlət sosial yardımın 01 yanvar 2021-ci il tarixdən təyin olunaraq hər ay üçün 260 AZN olmaqla ünvanlı dövlət sosial yardım məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir
4. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, 3 nəfərdən ibarət ailə tərkibinin olmasını bildirərək ünvanlı sosial yardımın təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən qanunsuz olaraq imtina etmişdir. İmtinanın əsası kimi isə “ailə tərkibinin düzgün göstərilmədiyi” qeyd edilmişdir.
5. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə ünvanlı dövlət sosial yardım almaq üçün elektron qaydada X7 və X9 müraciət etmiş (bundan sonra VEMTAS) və onun həmin tarixli **********910 nömrəli müraciətinə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-ci il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın 3.7.1-ci bəndinə əsasən “Ərizə-bəyannaməmdə qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğuns uzluq aşkar edilməsi səbəbindən imtina verilmişdir. Belə ki, ailə üzvü İddiaçı son 12 aydakı gəlirləri barədə tam olmayan məlumatların təqdim etmişdir. Ailə üzvü vergi orqanında müvafiq qaydada qeydiyyatdan keçməsinə baxmayaraq, məlum olmayan səbəblərdən onun əvvəlki ardıcıl gələn 12 ay müddətində sahibkarlıq fəaliyyəti olmamış və ya digər vergi tutulan əməliyyat aparmamışdır. Ailə üzvünün sahibkarlıq fəaliyyətindən əldə etdiyi faktiki gəlirləri vergi və sığorta qanunvericiliyi ilə müəyyən edilmiş sənədlərlə təsdiq edilmir. Bu səbəbdən ailənin gəlirinin və ünvanlı dövlət sosial yardımın məbləğinin düzgün hesablanması mümkün deyildir. Əvvəlki ardıcıl gələn 12 ay müddətində sahibkarlıq fəaliyyəti olmayan və ya digər vergi tutulan əməliyyat aparmayan sahibkarın üzv olduğu ailənin orta aylıq g əliri ondan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan- aztəminatlı ailəyə aid olmasını müəyyən etmək mümkün deyildir. Bu səbəbdən “Ünvanlı dövlət sosial yardımı haqqında“ Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən həmin ailəyə ünvanlı dövlət sosial yardımın verilməsindən imtina edilmişdir. “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən ailənin əmək qabiliyyətli üzvü İddiaçı orta aylıq gəlirinin ondan asılı olan səbəblərdən sıfra bərabər olması səbəbindən, ailə ünvanlı dövlət sosial yardımı almaq hüququna malik deyildi.
6. Daha sonra iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbinin “01 yanvar 2021-ci il tarixdən ünvanlı dövlət sosial yardım məbləğinin təyin edilərək bi rdəfəlik ödənilməsi öhdəliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilməsini xahiş etmişdir.
7. Şəki İnzibati Məhkəməsinin 20 fevral 2023-cü il tarixli protokol qərarı ilə iddia tələbinin dəyişdirilməsi qəbul edilmişdir.
8. Şəki İnzibati Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2-1(116)-130/2023 saylı qərarı ilə (hakim X4) iddia təmin edilmiş, 01 yanvar 2021-ci il tarixdən ünvanlı dövlət sosial yardım məbləğinin təyin edilərək birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmuşdur.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının ailəsinə ünvanlı sosial yardımın təyin edilməsindən imtina etməkdə cavabdeh orqan haqlı olmamışdır.
10. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-317/2023 nömrəli iş üzrə 07 sentyabr 2023-ci il tarixli qərarı ilə (hakimlər X2 (məruzəçi), X5 və X3) apelyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 20 fevral 2023-ci il tarixli, 2-1(116)-130/2023 nömrəli qərarı İddiaçı 01 yanvar 2021-ci il tarixdən ünvanlı dövlət sosial yardım məbləğinin təyin edilərək birdəfəlik ödənilməsi hissəsində dəyişdirilmiş, iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı 01 yanvar 2021-ci il tarixdən ünvanlı dövlət sosial yardım məbləğinin təyin edilərək 01 yanvar 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməli olan məbləğin birdəfəlik ödənilməsi öhdəliyi qoyulmuşdur.
12. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının valideynləri ilə birgə yaşama halının mövcudluğu onlarla ümumi birgə təsərrüfat aparmasını birbaşa sübuta yetirən hal kimi nəzərdən keçirilə bilməz. İddiaçının valideynləri ilə bir ünvanda yaşamasının yoxlanılması yetərli deyil, onların ümumi ev təsərrüfatına malik olubolmaması da müəyyən edilməlidir. Belə ki, şəxslərin eyni ünvanda yaşaması faktı özlüyündə birgə yaşayan şəxslərin birgə ev təsərrüfatı aparması qənaətini yaratmır. Ümumi ev təsərrüfatının aparılması dedikdə isə, əldə olunan qazancın ailənin ümumi ehtiyaclarına sərf edilməsi, o cümlədən mövcud əmlakın birgə təsərrüfat fəaliyyətinin nəticəsində əldə edilməsi başa düşülür. Cavabdeh in zibati orqan iddiaçının valideynləri ilə eyni ünvanda yaşama faktını birgə təsərrüfatın aparılması kimi qiymətləndirərək yanlış nəticəyə gəlmiş, ümumi birgə təsərrüfatın aparılması halının mövcudluğunu müəyyən etmədən iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.
13. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində “Ünvanlı dövlət sosial yardım haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
15. Belə ki, iddiaçı rəsmi nikahda olmadığı əri və ərinin valideynləri ilə bir mənzildə yaşamışdır. Lakin davamlı olaraq müraciətlərində ailə tərkibinin 3 nəfərdən özü və 2 övladından ibarət olmasını qeyd etmişdir. Bununla belə maddi-məişət şəraitinin müayinəsini həyata keçirən əməkdaşlar mütəmadi olaraq təmsilçinin ünvanda keçmiş həyat yoldaşı və onun valideynləri ilə birgə yaşadığını müəyyən etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər; Maddə
3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asıl ı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” Bənd 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Bənd 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmi ş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddə-sində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. Bənd 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Bənd 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imt ina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Bənd 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X1 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyas iya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslıl ığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad et məklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Kassasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, id diaçının müraciəti ilə əlaqədar onun maddi-məişət şəraitinin yoxlanılması zamanı “ərizə-bəyannamə”-də qeyd edilmiş məlumatlarda uyğunsuzluq aşkar edilmiş və bu səbəbdən ona sosial yardım təyin olunmasından imtina edilmişdir. Qaydaların 3.7.1-ci bəndinə əsasən isə “ərizəbəyannamə”-də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda sosial yardımın təyin olunmasından imtina edilir. 27 Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı müraciət edərkən ondan ailə üzvləri barədə məlumat verilməsi də tələb olunmuşdur. Bu məlumatların elektron qaydada doldurulması zamanı iddiaçıdan həm öz ailə üzvləri barədə, həm də əgər varsa, onunla eyni ünvanda yaşayan digər ailə(lər) barədə də məlumat verilməsi istənilmişdir. İddiaçı da məlumatları məhz elektron sistemin ondan tələb etdiyi qaydada doldurmuşdur.
28. Cavabdeh bildirir ki, iddiaçı özünün ailə tərkibini səhv göstərmişdir, iddiaçının qaynanası, qaynatası və keçmiş həyat yoldaşı onunla eyni ünvanda yaşadıqları üçün məhz onun ailə üzvləri olmuşlar və iddiaçı müraciətində onları da özünün ailə üzvləri kimi göstərməli olduğu halda, bunu etməmiş, nəticədə isə ərizə-bəyannamədə göstərilən məlumatlarda uyğunsuzluq yaranmışdır. Bu isə ünvanlı dövlət sosial yardımın təyin edilməsində imtina üçün əsas vermişdir.
29. Cavabdehin arqumentlərini əsassız hesab edən məhkəmə kollegiyası öz mövqeyini aşağıdakı kimi əsaslandırır. 30. “Ünvan lı dövlət sosial yardımı haqqında” Qanunda ailəyə belə anlayış vermişdir qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər.
31. Məhkəmə kollegiyası qeyd edir ki, Qanunun mənasına görə, ünvanlı dövlət sosial yardımla bağlı mübahisələrdə məhz bu anlayış əsas götürülməlidir. Yəni, ailə hesab edilə bilmək üçün digər tələblərlə yanaşı, birgə yaşayan şəxslərin ümumi ev təsərrüfatına malik olmaları, yəni birgə təsərrüfat aparmaları müəyyən olunmalıdır.
32. Cavabdeh ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edərkən yalnız birgə yaşama halının mövcudluğuna istinad etmiş, birgə yaşayan şəxslərin ümumi birgə təsərrüfat apardıqlarını ümumiyyətlə araşdırmamış və müəy yən etməmişdir. Cavabdeh bu zaman sübut kimi yalnız öz əməkdaşları tərəfindən iddiaçının maddi-məişət şəraitinin müayinəsinə əsaslanmışdır.
33. Eyni zamanda, məhkəmə kollegiyası bildirir ki, nikahı ləğv edilmiş şəxslərin, həmçinin keçmiş ərin atası və anası ilə iddiaçının bir yerdə birgə təsərrüfat idarə etməsi ağlabatanlıq baxımından inandırıcı hesab edilmir.
34. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən, iddiaçının ailəsinin, keçmiş ərinin ailəsi ilə eyni ünvanda bir yerdə yaşamaları faktının müəyyən edilməsi iddiaçıya ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilməsi üçün yetərli əsas sayıla bilməz, Qaydaların 3.7.1-ci bəndində təsbit edilmiş uyğunsuzluq halının mövcudluğuna istinad edilə bilməsi üçün bu zaman həm də birgə yaşay an sözügedən şəxslərin ümumi birgə təsərrüfat aparması halı da müəyyən olunmalı idi. Cavabdeh isə ümumi birgə təsərrüfat aparılma halının mövcudluğunu müəyyən etmədən ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina etmişdir. Ona görə də, ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı qərarın qəbul edilməsindən imtina olunması qanuni olmamış, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Müvafiq olaraq məhkəmələr cavabdehin üzərinə iddiaçının tələbini təmin edən inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoymaqda haqlı olmuşlar.
35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, şikayət təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsas ən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-317/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.