Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3384/2025 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinə görə ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qeydə alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI
1. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ##.##.1955-ci ildə anadan olmuşdur. Iddiaçının yaşa görə əmək pensiyası hüququ 64 yaş yarımda, yəni ##.##.2020-ci il tarixdə yaranmışdır.
2. ##.##.1997-ci il tarixli, JN-0022 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən, ** saylı cizgidə göstərilən 4,10 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir.
3. ##.##.2013-cü il tarixli, ** nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən X2 Filialına 5 manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir.
4. Dövlət Sosial Müdafiə Fondunun ##.##.2020-ci il tarixli, *********** nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı tərəfindən 2011-ci il üzrə təqdim edilmiş “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən” şəxs kimi “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”a (Forma B2) uyğun “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ı (Forma B3) təqdim edilmədiyi üçün müraciətdə qeyd olunan ödənilmiş məcburi dövlət sosial sığorta haqqı iddiaçı İddiaçı və ailə üzvlərinin fərdi şəxsi hesablarında əks olunmamışdır.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, qəbz nəzərə alınmaqla, hüququnun yarandığı tarixdən avtomatlaşdırılmış qaydada pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, fiziki şəxs kimi, çöl pay torpaq sahəsinə görə ## ###### 2013-cü ildə ** saylı qəbzlə Saatlı rayonu YXO-nun hesabına 5 (beş) manat məcburi dövlət sığorta haqqı ödəmişdir. Lakin həmin pul sığorta haqqı kimi onun kartına düşməmişdir. O, Dövlət Sosial Müdafiə X1 Şəxsin ** saylı Regional Ərazi Filialına müraciət edərək, ## ###### 2013-cü ildə ** saylı qəbzlə Saatlı rayonu YXO-nun hesabına 5 (beş) manat məbləğində ödədiyi vəsaitin fərdi şəxsi hesabına işlənilməsini tələb etmişdir. Lakin sözügedən idarə tərəfindən göndərilən ## ###### 2022-ci il tarixli, *********** saylı məktubla ona imtina verilmişdir və məcburi sosial sığorta haqları üzrə hesabatlar təqdim edilməmişdir.
7. Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış ##.##.2024-cü il tarixli, *- **-*/*-*****/**** nömrəli məktubda qeyd edilmişdir ki, MEIS-də qeydə alınmış İddiaçı fərdi şəxsi hesabında hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat aşkar edilməmişdir. MEIS-də “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaedənlərin reyestri” bölümündə “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi uçota alınmış İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs “Ailə üzvləri” bölməsində məlumat aşkar edilməmişdir.
8. Şirvan Inzibati Məhkəməsinin (hakim: Ş.C.Musayev) ## ### 2024-cü il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı ödədiyi qəbz nəzərə alınmaqla hüququnun yarandığı tarixdən avtomatlaşdırılmış qaydada pensiyanın təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə X1 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici tərəfindən müəyyən edilmiş iki mühüm şərtə cavab verməlidir 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qədər qeydə alınmış və ya qeydə alınmalı olan pensiya kapitalının mövcud olması. ## #### 2019-cu il tarixdən ##.##.2020-ci il tarixədək kişilər üçün pensiya yaşı 63 yaş yarım müəyyən edilmişdir ki, iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ 63 yaş yarımının tamam olduğu ##.##.2020-ci il tarixdən yaranmışdır. Ikinci şərtə münasibətdə isə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ##.##.2013-cü il tarixli, ** saylı qəbzə əsasən İddiaçı tərəfindən fiziki şəxs kimi torpaq sahəsinə görə Saatlı rayonu YXO-nun hesabına 5 (beş) manat məcburi dövlət sığorta haqqı ödənişi həyata keçirilmiş, ödəniş iş materialları ilə öz təsdiqini tapmışdır. Inzibati orqan tərəfindən isə həmin ödənişin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmaması, onun konstitusion səviyyədə tanınan sosial təminat hüququnun, yəni pensiya hüququnun məhdudlaşdırılması üçün əsas qismində çıxış edə bilməz. Bununla yanaşı, cavabdehin iddiaya qarşı müvafiq B2 və B3 hesabatlarının iddiaçı tərəfindən təqdim edilməli olması, lakin təqdim edilməməsi kimi formal xarakterli tələblərdən irəli gələn arqumentləri əsassızdır. Vəsaitin iddiaçının fərdi hesabında düzgün əks olunması isə iddiaçının vəzifəsi olmadığından onun ziyanına şərh edilə bilməz. Işin faktiki hallarına yuxarıda qeyd olunan normaların tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, hər iki tələb iddiaçıya münasibətdə ödənilməkdədir. Beləliklə, məhkəmə araşdırması ilə sübut olunur ki, iddiaçının məcburi dövlət sığorta haqqı ödənişi qəbul etməkdən və hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Iddiaçı İddiaçı apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək iddia tələbində dəyişiklik etdiyini, tələbinə “##.##.2013-cü il tarixli, ** nömrəli qəbz əsasında İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına qeydə alınmış 5 (beş) manat məcburi dövlət sosial sığorta haqqının onun adından çıxarılaraq ##.##.2013-cü il tarixinə öz adına işlənməsi öhdəliyinin cavabdeh DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir.
12. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmiş, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.
13. Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış ##.##.2025-ci il tarixli, *- **-*/*-*****/**** nömrəli məktuba əlavə edilmiş “Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin uçot sənədi”ndən görünür ki, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ##.##.2014-cü il tarixdə məcburi dövlət sosial sığortası üzrə uçota alınmışdır.
14. Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli, *-**-*/*-H-******/**** nömrəli məktubunda qeyd edilmişdir ki, ##.##.2025-ci il tarixində 3-17-1/1-H-130777/2025 nömrə ilə qeydiyyata alınmış 2013cü il üzrə ödəniş qəbzində qeyd olunan 5,00 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəniş qəbzinin “Ödənişin təyinatı” bölməsində qeyd olunan “63006574” saylı köhnə uçot nömrəsi hal-hazırda MEIS-də *********** saylı SUN-la “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs kimi” uçota alınmış İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs fərdi şəxsi hesabında öz əksini tapır.
15. Apellyasiya instansiyası məhkəməsinin ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs öz izahatında bildirmişdir ki, ##.##.2013-cü il tarixdə İddiaçı tərəfindən ödənilmiş 5 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ona aid deyildir. Həmin vəsait atası İddiaçı aiddir və həmin vəsait atası tərəfindən ödənilmişdir. Üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs sözügedən vəsaitin atası İddiaçı adına işlənilməsinə etiraz etmədiyini bildirmişdir.
16. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: S.F.Həsənov /sədrlik edən və məruzəçi/, C.Ə.Quliyev və T.S.Kərimov) ## #### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən (qərarın ləğv edilməsi hissəsində) təmin edilmiş, Şirvan Inzibati Məhkəməsinin ## ### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, ##.##.2013-cü il tarixli, ** nömrəli qəbz əsasında İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına qeydə alınmış 5 (beş) manat məcburi dövlət sosial sığorta haqqının onun adından çıxarılaraq ##.##.2013-cü il tarixinə iddiaçı İddiaçı adına işlənməsi öhdəliyi cavabdeh DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
17. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 17.1. Məhkəmə kollegiyası işin faktiki hallarını yuxarıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən kənd təsərrüfatına yararlı pay torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqqının ödənilməsinə dair iddiaçıya aid qəbz mövcuddur və həmin qəbzin düzgünlüyü cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Həmin ödənişin onun fərdi hesabının sığorta hissəsinə köçürülməsində hüquqi marağı da aydın görünür. Belə ki, həmin ödəniş onun gözlənilən əmək pensiyası hüququnun təmin olunmasına xidmət edir. Belə ki, sığortaolunanlar və sığortaedənlərin uçota alınması, həmçinin onlar tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının həmin subyektlərin fərdi uçot hesabına köçürülməsi sığortaolunan və sığortaedənlərin sosial müdafiə hüquqlarının təminatına xidmət edir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən fərdi uçotun məqsədi əmək pensiyası təminatı və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün staj, məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsidir. Bu baxımdan iddiaçı tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının onun deyil, oğlu – İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs fərdi uçot hesabında qeydə alınması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı sosial müdafiə hüququnun məhdudlaşmasına səbəb olduğundan sosial təminat qanunvericiliyinin tələblərinə, habelə fərdi uçotun təşkilinin qanunvericiliklə nəzərdə tutulmuş məqsədlərinə ziddir. 17.2. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, iddiaçı “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar barədə (B3) məlumatları” DSMF-nin müvafiq qurumuna təqdim etməsə də, yuxarıda qeyd olunan 5 manat vəsaiti təyinatı üzrə ödədiyindən, o, inzibati orqana həyata keçirdiyi fəaliyyət sahəsi üzrə etimad göstərmişdir və yaranmış etimad hüququ qanunla qorunur. 17.3. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən cavabdeh quruma ##.##.2025-cil il tarixli, *-*(***)-**/**** nömrəli sorğu verilərək İddiaçı tərəfindən ##.##.2013-cü il tarixli, ** nömrəli qəbz ilə ##.##.2013-cü il tarixində ödənilmiş 5,40 manat məbləğində pulun 1 ildən artıq müddətdən sonra, yəni ##.##.2014-cü il tarixdə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına açılmış *********** saylı SUN hesabına ödənilməsinin əsasları barədə, o cümlədən İddiaçı tərəfindən təqdim edilmiş ##.##.2013-cü il tarixli, ** nömrəli qəbzdə əks olunan 09406306574 uçot nömrəsinin “Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi ##.##.2014-cü il tarixdə uçota alınmış İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs aid edilməsinin əsasları barədə məlumatları və həmin məlumatları özündə əks etdirən sənədlərin məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Lakin cavabdeh orqan belə sənədləri təqdim edə bilməmiş, əksinə məhkəmənin sorğusuna verdiyi ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli cavab məktubuna əlavə edilmiş sənədlərdə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs fərdi uçot hesabının ##.##.2014-cü ildə açıldığı barədə məlumat verilmişdir. Məhkəmə araşdırmasından göründüyü kimi, “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ##.##.2014-cü il tarixdə sığortaedən kimi uçota alınmış, lakin iddiaçı İddiaçı tərəfindən 5 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödənişi ##.##.2013-cü il tarixdə ödənilmişdir. Yəni, İddiaçı tərəfindən 5 manat məbləğ ##.##.2013-cü il tarixli, ** nömrəli qəbzlə ödənilən zaman İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına *********** saylı SUN hesab açılmamışdır. Belə olduğu halda, 5 manat məbləğin ödənildiyi ##.##.2013-cü il tarixdən 1 ildən artıq müddətdən sonra, yəni ##.##.2014-cü il tarixdə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına açılmış *********** saylı SUN hesabına pulun daxil edilməsi və ##.##.2013-cü il tarixli, ** nömrəli qəbzdə əks olunan 09406306574 uçot nömrəsinin “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi hələ uçota alınmamış İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs aid edilməsi anlaşılan deyildir və əsassızdır. Digər tərəfdən, məhkəmə iclasında iştirak edən üçüncü şəxs – İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs izahat verərək, ##.##.2013-cü il tarixli, ** nömrəli qəbzlə ödənilən 5 manat məcburi dövlət sosial sığorta haqqı məbləğinin atası İddiaçı tərəfindən ödənildiyini qeyd etmiş və həmin ödənişin atasının fərdi uçot hesabında qeydə alınmasını istəmişdir. Qeyd edilənlər əsasında məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ##.##.2013-cü il tarixli, ** nömrəli qəbzlə ödənilən 5 manat məcburi dövlət sosial sığorta haqqı iddiaçı tərəfindən ödənilmişdir, sadəcə olaraq, cavadeh inzibati orqanın səhvi nəticəsində başqa şəxsin adına işlənmişdir. Bu baxımdan, həmin səhv cavabdeh tərəfindən düzəldilməli və həmin ödəniş iddiaçıya avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi üçün onun fərdi uçot hesabına işlənilməlidir.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri:
19. Cavabdehin kassasiya şikayəti işin hallarına uyğun əsaslandırmış, həmçinin qeyd olunmuşdur ki, IPM-in 11-ci maddəsinin tələbinə görə, inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Apellyasiya icraatı zamanı iddia növünün dəyişdirilməsi isə proses iştirakçılarının Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququna xələl gətirər və onları pozulmuş hüquqlarını üçpilləli məhkəmə iyerarxiyasında mübahisələndirmək imkanından məhrum edər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası birinci instansiya məhkəmələrində işə baxılması ilə bağlı inzibati məhkəmə icraatına şamil olunur və inzibati apellyasiya icraatında tətbiq edilə bilməz.
20. Iddiaçı pay torpaq sahəsinə görə sığorta haqqı ödənilməsi ilə bağlı ** nömrəli ##.##.2013-cü il tarixli qəbz təqdim etmişdir. Lakin Nazirliyin “X3 Sitemində” İddiaçı aid ”Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi uçot məlumatları, “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”lar (Forma B2) və ona uyğun olaraq təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar”lar (Forma B3) aşkar edilməmişdir. Həmçinin, iş materiallarında olan məhkəmə sorğusu əsasında iddiaçı İddiaçı tərəfindən ## ###### 2013-cü il tarixli ** saylı qəbzlə ödənilmiş 5,40 manat (beş manat qırx qəpik) məbləğin hansı xəzinə hesabına ödənilməsi barədə məlumatların araşdırılması zamanı müəyyən edilmişdir ki, “09406306574” saylı uçot nömrəsi köhnə proqram təminatlarında iddiaçının oğlu İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs qeydiyyat nömrəsi kimi əks olunmuş və Nazirliyin X3 Sisteminin (bundan sonra – MEIS) “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaedənlərin reyestri” bölməsinin “Torpaq mülkiyyətçiləri” bölümündə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs *********** saylı SUN-la## ##### 2014-cü il tarixdə sığortaedən kimi uçota alınmışdır. MEIS-in “Sığorta” (Hesabat) altsistemində İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs yalnız 2014-cü ilə dair fəaliyyət növünün 0900 kodu üzrə (torpaq mülkiyyətçiləri) hesabatı əks olunmuş və sözügedən hesabat üzrə ödənilmiş cəmi 5,00 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ************* saylı fərdi şəxsi hesabında qeydə alınmışdır. MEIS-in “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaedənlərin reyestri” bölməsində İddiaçı torpaq (sığortaedən) və yaxud pay torpaq (ailə üzvü) mülkiyyətçisi kimi uçot məlumatı aşkar edilməmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
21. Iddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət.
23. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Sosial sığortanın iştirakçıları Sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Sığortaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir. Maddə 13. Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu 13.1. Sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. 13.2. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Maddə 14. Məcburi dövlət sosial sığorta haqqı 14.1. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir.
24. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 10. Sığortaçının hüquq və vəzifələri 10.1. Sığortaçı aşağıdakı hüquqlara malikdir: 10.1.1. Sığortaedəndən və sığortaolunandan bu Qanunla müəyyən edilmiş məlumatların vaxtında və dürüst təqdim edilməsini tələb etmək; 10.1.2. Sığortaedənin fərdi uçot barədə təqdim etdikləri məlumatların dürüstlüyünü yoxlamaq; 10.1.3. Sığortaedənin fərdi uçot qaydalarını pozan təqsirkar vəzifəli şəxslərinə ilk dəfə yazılı xəbərdarlıq etmək, növbəti qanun pozuntuları hallarında isə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət tədbirləri tətbiq etmək. 10.2. Sığortaçının vəzifələri aşağıdakılardır: 10.2.1. Sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək; 10.2.1-1. Sığortaedən tərəfindən təqdim edilmiş siyahıya uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqqını sığortaolunanlar üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqına münasibətdə proporsional bölüşdürərək fərdi şəxsi hesablarda qeydə almaq; 10.2.2. sığortaolunana onun müraciətinə əsasən fərdi şəxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək, habelə fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin etmək; 10.2.4. bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar vermək və səlahiyyətləri daxilində müvafiq normativ aktlar qəbul etmək.
25. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11. Qanunçuluq prinsipi 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. Inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
26. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn və kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə ##.##.2013-cü il tarixli, ** nömrəli qəbz əsasında İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına qeydə alınmış 5 (beş) manat məcburi dövlət sosial sığorta haqqının onun adından çıxarılaraq, ##.##.2013-cü il tarixinə iddiaçının adına işlənməsi öhdəliyinin cavabdeh DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üzərinə qoyulması ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir.
33. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
34. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.