Məhkəmə qərarları › İş №2-1(102)-339/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-339/2019

06.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-339/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə və üçüncü şəxs X1 qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-339/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı, cavabdehin nümayəndəsi X1, vəkili Vəkil 2 iştirakları, M.Həsənovanın katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə və üçüncü şəxs İsmayıllı rayon Talıstan bələdiyyəsinə qarşı faktiki istifadə sində olan 0,25 ha və 0,30 ha həyətyanı torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və torpaq sahəsinin planı və ölçüsü sənədlərinin verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)-197/2018 saylı qərarından İddiaçı və vəkili Vəkil1 Abdüləziz oğlu, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Noruz oğlu cavabdeh Daşınmaz Əmlakın D övlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə və üçüncü şəxs İsmayıllı rayon Talıstan bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xxxx 1966-cı il tarixdə X1 anadan olduğunu və hazırda həmin kənddə yaşamaqla pasport qeydiyyatında olduğunu, torpaq islahatı zamanı 0,25 ha həyətyanı torpaq sahəsini zəbt edib istifadə etdiyini, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xxxx 1998-ci il tarixli, 60 saylı qərarı ilə zəbt etdiyi 0,25 ha həyətyanı torpaq sahəsinin mülkiyyətinə verildiyini, əmsal tətbiq edilərək əmlak pay torpağından çıxıldığını, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının həmin qərarı ilə mərhum atası X2 da zəbt etdiyi 0,30 ha həyətyanı torpaq sahəsinin mülkiyyətinə verildiyini, əmsal tətbiq edilərək əmlak pay torpağından çıxıldı ğını, atası X2 vəfat etdikdən sonra mirası qəbul etdiyini, İsmayıllı rayon notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə varis müəyyən edildiyini, İsmayıllı rayonu Talıstan kəndi əmlak pay torpaqlarının mülkiyyətə verilməsinə dair dövlət aktlarının subyektlərə verildiyini, həyətyanı torpaq sahələrinin (o cümlədən zəbt paqları) mülkiyyətə verilməsinə dair şəhadətnamələrin verilmədiyini, 2011-ci ildə həyətyanı torpaq sahələrinin plan və ölçü sənədlərinin verildiyini, atasından miras qalmış həyətyanı torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınıb və müvafiq çıxarışın verildiyini, zəbt olunmuş torpaq sahələrinə dair sənədin isə verilmədiyini, İsmayıllı rayonu Talıstan kəndi üzrə əmlak pay torpağından çıxılmaqla mülkiyyətlə rinə verilmiş zəbt torpaq sahiblərinin siyahısının tərtib edildiyini, müvafiq idarə, təşkilatların rəhbərləri ilə razılaşdırılaraq 2014-cü ildə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edildiyini, mülkiyyətinə verilmiş 0,25 ha və atasından miras qalmış 0,30 ha həyətyanı torpaq sahələrinin xəritələrinin işləndiyini, faktiki olaraq tərəfindən istifadə edilib, vergisi ödənildiyini, başqa şəxslər tərəfindən mübahisələndirilmədiyini, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı ərazi idarəsinə ərizə ilə müraciət edib zəruri sənədləri təqdim etməklə İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,25 ha və 0,30 ha həyətyanı torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını, müvafiq çıxarışların, plan və ölçü sənədlərinin verilməsini xahiş et diyini, cavabdeh xxxx 2017-ci il tarixli məktubla qeyd edilən torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədləri təqdim edəcəyi təqdirdə ərizənin icrasına qanunvericilik qaydasında baxılacağını qeyd etməklə, imtina etdiyini bildirərək, İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən, faktiki istifadəsində olan 0,25 ha və 0,30 ha həyətyanı torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və torpaq sahəsinin planı və ölçüsü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli 2-1(84)-27/2018 nömrəli qərarı ilə iddia tələbi rədd edilmiş, məhkəmə xərci iddiaçıya aid edilmiş dir (hakim – R.Məcidov). Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)-197/2018 saylı qərarı ilə (sədrlik edən R.R.Rəfiyev, hakimlər G.Q.Аbbаsоv və E.Ş.Hüseynov) İddiaçı Noruz oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, inzibati iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi qismən təmin edilmiş, İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən, İddiaçı faktiki istifadəsində olan 30 ha torpaq sahəsinin 22,09 ha hissəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışların və plan və ölçüsü sənədlərinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, qalan hissədə iddia tələbi təmin edilməmiş, torpaq sahələrinin in ventarlaşdırılmasına dair 60 manat məbləğində ekspertiza xərci İddiaçı Noruz oğlundan tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin hesabına ödənilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından İddiaçı və vəkili Vəkil1 kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən, faktiki istifadəsində olan 0,25 ha və 0,30 ha torpaq sahəsinin qalan 22,09 ha hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və torpaq sahəsinin planı və ölçüsü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər. Həmin qərardan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi və vəkili Vəkil2 kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, torpaq islahatı zamanı qanuni istifadəsində olan torpaq sahəsindən artıq 0,10 ha həyətyanı torpaq sahəsini istifadə etmiş, həmin torpaq sahəsi “zəbt torpaq sahəsi” qiymətləndirilərək İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixli, 60 saylı qərarı ilə zəbt etdiyi 0,25 ha həyətyanı torpaq sahəsinə görə mülkiyyətinə verilməli əmlak pay torpağından məhru m edilmiş, həmçinin mərhum atası X1 da qanuni istifadəsində olan 0,25 ha həyətyanı torpaq sahəsindən əlavə 0,30 ha həyətyanı torpaq sahəsini zəbt etdiyi 1,2 əmsal tətbiq edilməklə mərhum anası ilə ona verilməli olan əmlak payından çıxılmış və cəmi iki subyektə 0,19 ha torpaq sahəsi verilmişdir. İsmayıllı rayonu Talıstan kəndi üzrə əmlak pay torpaqlarının mülkiyyətə verilməsinə dair dövlət aktları subyektlərə verilmiş, həyətyanı torpaq sahələrinin (o cümlədən zəbt torpaqları) mülkiyyətə verilməsinə dair şəhadətnamələr verilməmiş, sonradan, yəni 2011-ci ildə həyətyanı torpaq sahələrinin plan və ölçü sənədləri verilmiş, özünə məxsus və atasından miras qalmış həyətyanı torpaq sahələri üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış, müvafiq çıxarışlar verilmiş, zəbt torpaq sahələrinə dair sənəd isə verilməmiş, İsmayıllı rayon notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə o, varis müəyyən edilmiş, iddia edilən 0,25 ha və 0,30 ha həyətyanı torpaq sahəsi 1991-ci ildə hasara alınaraq hazıra kimi faktiki olaraq istifadə edilən torpaq sahələridir, məhz həmin torpaq sahələrinə görə əmlak pay torpağından məhrum olunmuşlar, Talıstan Bələdiyyəsi 2000-ci ildən başlayaraq həmin 0,55 ha həyətyanı torpaq sahəsinin vergisini hər il ondan tələb edərək almış, iddiaçı tərəf kimi həmin torpaq sahələrinə görə əmlak pay torpağından məhrum olmuşdur. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd olunan torpaq sahələri iddiaçı və mərhum atası tərəfindən 1991-ci ildə h asara alınaraq qanunsuz istifadə edilmiş, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il xxxxx tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xxxx 2015-ci il tarixli Fərmanında müəyyən edilir ki, Fərmanın 2-ci bəndində nəzərdə tutulan hallarda “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda, dövlət qeydiyyatı həyata keçirilir, İddiaçı iddia ərizəsində göstərilən torpaq sahələrinin onun və mərhum atasının qanuni istifadəsinə və ya mülkiyyətinə ayrılmasının əsaslarını təşkil edən sənədləri məhkəməyə təqdim etməməklə iş və mübahisə predmetinə dair ehtimal etdiyi subyektiv hüququnu sübut etməmiş, torpaq islahatı aparılan zaman İsmayıllı rayonu Talıstan kəndində iddiaçının qanuni istifadəsində cəmi 1452,58 kv.m, mərhum atasının isə 3927,03 kv.metr həyətyanı torpaq sahəsi olmuş, məhz həmin ölçüdə qeyd olunan torpaq sahəsi əvəzsiz olaraq onların mülkiyyətinə verilmişdir. Tərəflərin izahatları İdd iaçı məhkəmə kollegiyasının iclasında tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını, faktiki istifadəsində olan 0,25 ha və 0,30 ha torpaq sahəsinin qalan 22,09 ha hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və torpaq sahəsinin planı və ölçüsü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 və vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xa hiş etmişlər. Üçüncü şəxs İsmayıllı rayon Talıstan bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə k ollegiyası üçüncü şəxs İsmayıllı rayon Talıstan bələdiyyəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nə zərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, İddiaçı, cavabdehin nümayəndəsi X1, vəkili Vəkil2 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)-197/2018 saylı qərarı iddianın İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən, İddiaçı faktiki istifadəsində olan 30 ha torpaq sahəsinin 22,09 ha hissəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışların və plan və ölçüsü sənədlərinin verilməsi öhd əliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qərar digər hissədə dəyişdirilmədən saxlanılmalı, İddiaçı kassasiya şikayəti təmin edilməməli, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin kassasiya şikayəti qismən təmin edilməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan 0,25 ha torpaq sahəsinin bir hissəsi 345A nömrəli şəhadətnamə ilə üst-üstə düşməklə, 0.30 ha torpaq sahəsinin 0.791 ha hissəsi isə pivə zavodunun ərazisinə düşür, üçüncü şəxs Talıstan Bələdiyyəsinin sədrinin arayışına görə iddiaçının atası Abbasov Novruz Sovqat oğlu kəndin cənub-şərq hissəsində, pivə zavodunun yanında 0.30 ha torpaq sahəsi ni özbaşına metal torla hasara alaraq istifadə etdiyi üçün həmin torpaq sahəsi “zəbt torpaq sahəsi” kimi qiymətləndirilmiş, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixli, 60 saylı qərarı ilə zəbt etdiyi 0.30 ha həyətyanı torpaq sahəsi 1.4 əmsal tətbiq edilərək mülkiyyətinə verilmiş əmlak pay torpağından çıxılmış, hal-hazırda həmin torpaq sahəsinə İddiaçı sahiblik etməklə istifadə edir, həmin torpaq sahəsinə iddialı şəxs yoxdur və xxxx 2018-ci il tarixədək iddiaçının vergi borcu yoxdur, X4 Komissiyasının İsmayıllı rayon Talıstan kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə İddiaçı və onun mərhum atasının adı göstərilmiş, Aqrar İslahat Komissiyasının siyahısında İsmayıllı Rayonu Talıstan kəndi üzrə İddiaçı mərhum at ası X1 qaytanlanmış kitabda 0.25 ha torpaq sahəsi, faktiki isə 0,55 ha torpaq sahəsi mövcud olmuş, DƏDRX-in 9 saylı ərazi idarəsi xxxx 2018-ci il tarixli məktubuna əsasən, mütəxəssislər xxxx 2018-ci ildə İsmayıllı rayonu Talıstan kəndi ərazisində yerləşən mübahisəli torpaq sahəsinə iddiaçı və cavabdehin iştirakı ilə baxış keçirilmiş və GPS aləti vasitəsilə ölçü işləri aparmışlar, kameral qaydada mərkəzin elektron bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, birinci hissədə iddiaçı tərəfindən naturada göstərilən torpaq sahəsinin 0,248 ha hissəsi *** nömrəli şəhadətnamə ilə üst-üstə düşməklə qalan 0,22 ha hissəsi isə pivə zavodunun ərazisinə düşür, ikinci hissədə olan torpaq sahəsi metal torla hasara alınmış, 2-ci hissədə yerləşən torpaq sahəsi yaşayış məntəqəsi torpaqlarına aid olan ərazidə yerləşməklə hər hansı subyektin adına mülkiyyət hüququna dair sənəd verilməmiş, torpaq sahəsinin şərq və qərb tərəfləri kol çəpərlə hasara alınmış, cənub tərəfi qonşu tərəfindən mişar daşı ilə hasara alınmış şimal tərəfdən qonşu ilə sərhəd hasara alınmamış, ərazidə iddiaçı tərəfindən fin tipli bir mərtəbəli tikili inşa edilmiş, torpaq sahəsinin 0,791 ha hissəsi pivə zavodunun ərazisinə düşür, bundan başqa İsmayıllı rayonu Talıstan kəndinin kompleks yerquruluşu layihəsinə görə mübahisəli 0,55 ha həyətyanı torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla iddiaçının istifadəsindədir, torpaq islahatı zamanı iddiaçı 0,25 ha torpaq sahəsini, mərhum atası isə 0,30 ha torpaq sahəsini zəbt etmiş, həmin torpaq sahələri, əmsal tətbiq edilərək pay torpaq sahələrindən çıxılaraq mülkiyyətinə veri lmiş, atasının ölümündən sonra ondan miras qalmış əmlakı qəbul etmiş, lakin onun və atasının zəbtində olan həmin torpaq sahələrinə sənəd verilməmiş, iddiaçının atasına məxsus torpaq sahəsinin iddiaçıya məxsus olması mübahisələndirilmir, Talıstan bələdiyyəsinin xxxx 2018-ci il tarixli 26 nömrəli arayışına görə torpaq islahatı zamanı Talıstan kəndi üzrə hər bir subyektə kateqoriyasından asılı olaraq 0.25-0.30 ha əmlak pay torpağı verilmiş, 2011-ci ildə həyətyanı torpaq sahələrinin qanuni istifadədə olan hissəsinə aid plan və ölçü sənədləri sahiblərinə təqdim edilmiş, lakin əmlak pay torpağı ilə əvəzlənmiş zəbt torpaq sahələrinə dair heç bir hüquqmüəyyənedici, o cümlədən plan və ölçü sənədi verilməmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, İddiaçı 0.5 0 ha faktiki, 0.12 ha qaytanlanmış kitabda istifadə edilən, onun mərhum atası X1 isə 0.55 ha faktiki, qaytanlanmış kitabda isə 0.25 ha torpaq sahələri mövcuddur, İsmayıllı rayon Aqrar islahat komissiyasının qərarı ilə İddiaçı və onun mərhum atası X1 verilmiş olan torpaq sahələri bələdiyyə mülkiyyəti kimi göstərilmiş, İsmayıllı rayon Aqrar islahat komissiyası tərəfindən təsdiq edilmiş İsmayıllı rayonu, Talıstan kəndi üzrə pay almaq hüququ olan vətəndaşların siyahısında göstərilən ölçüdə İddiaçı və ailə üzvlərinə torpaq sahəsinin verilməsini təmin etsə də, inzibati orqanın səhvliyi ucbatından həmin torpaq sahələrinin təhkim aktı, ayrıc aktı tərtib edilməmiş, mübahisələndirilən torpaq sahələri Talıstan Bələdiyyəsinin torpaq sahəsi kimi göstərilsə də, lakin 2001-ci ildən əvvəl, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xxxx 1998-ci il tarixli qərarı ilə qeyd olunan torpaq sahələri İddiaçı və onun atası X1 mülkiyyətinə verilmiş, inzibati orqanın səhvliyi ucbatından 1992-ci ildən iddiaçının faktiki istifadəsində olmasına baxmayaraq, həyətyanı torpaq sahəsi onun adına rəsmiləşdirilməmiş, iddiaçının tələb etdiyi 0,25 ha torpaq sahəsinin bir hissəsi şəhadətnamə ilə üst-üstə düşməklə, qalan hissəsi isə tamamilə pivə zavodunun ərazisinə düşür, 0.30 ha torpaq sahəsinin isə yalnız 0,791 ha hissəsi pivə zavodun ərazisi kimi göstərilmiş, iddiaçıya məxsus torpaq sahənin bir hissəsi cavabdeh inzibati orqanın etdiyi texniki səhvlik ucbatından fərqli subyektlərin mülkiyyəti kimi görünməkdədir, mübahisələndirilən torpaq sahələri iddiaçı və onun ailə üzvləri tərəfindən mübahisələndirilmədən və heç bir şəxsin etirazı olmadan istifadə edilir, qeyd olunan torpaq sahələrində iddiaçı tərəfindən fin tipli bir mərtəbəli tikili inşa edilmiş və mübahisəli torpaq sahələri 1992-cı ildən iddiaçı tərəfindən hasarlanmış, İsmayıllı rayonu Talıstan kəndi ərazisindəki mübahisəli torpaq sahəsinin yerləşmə sxeminə görə həmin torpaq sahəsi S=31.3 ha kimi göstərilmiş, iddiaçı isə həmin hissədə 31.3 ha deyil, 30 ha torpaq sahəsi ilə bağlı iddia irəli sürmüş, hazırki vəziyyətdə iddia tələbinin təmin edilməməsi, mübahisələndirilən torpaq sahələrinin, yəni iddiaçının mülkiyyətində olan 0,25 ha torpaq sahəsinə dair iddia irəli sürməkdə haqlı olmasa da, 0,30 ha torpaq sahəsinin, pivə zavodunun ərazisinə düşən 0,791 ha hissəsi çıxılmaqla, qalan 0,22,0 ha hissəsinin iddiaçının adına rəsmiləşdirilməməsi iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnərdi. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il xxxx tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əl də edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndində yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri hüquqları təsdiq edən sənəd kimi göstərilmişdir. Qanunvericilik vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi ilə bərabər, həmin torpaqların vətəndaşların mülkiyyətinə o nların qanuni istifadəsində olan ölçüdə verilməsini tənzimləyir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə iddia tələbinin qismən rədd edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası, hüquqların qeydiyyata alınması tələb edilən, zəbt edilmiş torpaq sahələrinin iddiaçı və atasının istifadəsinə verilmədiyi üçün onların qanuni istifadəsində olan torpaq sahəsi kimi qiymətləndirilə bilmədiyini, bu hissədə "Torpaq İslahatı haqqında" Qanunun 9-cu və 10-cu maddələrinin onlara şamil edilə bilmədiyini nəzərə alaraq iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Bununla belə, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən iddia tələbinin digər hissəsi üzrə maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi, torpaq islahatı aparılan zaman İsmayıllı rayonu Talıstan kəndində iddiaçının qanuni istifadəsində cəmi 1452,58 kv.m, mərhum atasının isə 3927,03 kv.m həyətyanı torpaq sahəsi olmuş, məhz həmin ölçüdə qeyd olunan torpaq sahələri əvəzsiz olaraq onların mülkiyyətinə verilmiş, iddiaçının və mərhum atasının zəbtində olan mübahisəli torpaq sahələrinin onlara ayrılması barədə hər hansı qərar və ya digər hüquqi əsas mövcud deyil, cavabdeh orqanın 24.11.2017-ci i l tarixli məktubundan da göründüyü kimi, iddiaçının iddia etdiyi 0,55 ha torpaq sahəsinin bir hissəsi JN seriyalı 354 A nömrəli mülkiyyətin, bir hissəsi 1227 SS olan mülkiyyətin, qalan hissəsi isə ictimai ərazinin üzərinə düşür, həmin torpaq sahələri ilə bağlı müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya mülkiyyətçi tərəfindən iddiaçı ilə müqavilə (istifadə, icarə, alqı-satqı) bağlanmamış, bu torpaq sahələri onun qanuni istifadəsinə verilməmişdir. Mübahisəli torpaq sahəsi iddiaçının və mərhum atasının mülkiyyətinə verilmədiyindən, qanunvericilikdə sadalanan əsaslar iddiaçıya münasibətdə mövcud olmadığından, həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ yaranmadığı halda apellyasiya məhkəməsi cavabdeh inzibati orqanın, iddiaçının müraciətinin təmin edilməsindən imtinasını d üzgün qiymətləndirməmişdir. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşın maz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yol larla yaranır. Həmin Məcəllənin 111-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan edilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı əkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Qeyd edilən normalarda və “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində sadalanan əsaslardan hər hansı biri isə iş materiallarından müəyyən edilmir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qərar istinad edilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində icraa t zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, sübutlar düzgün qiymətləndirilməklə mübahisənin qanuni və obyektiv həlli təmin edilməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)197/2018 saylı qərarı iddianın -İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən, İddiaçı faktiki istifadəsində olan 0.30 ha torpaq sahəsinin 0.2209 ha hissəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövl ət reyestrində qeydə alınması, çıxarışların və plan və ölçüsü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qərar digər hissədə dəyişdirilmədən saxlanılmalı, İddiaçı kassasiya şikayəti təmin edilməməli, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin kassasiya şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.5 və 96.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)-197/2018 saylı qərarı iddianın -İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən, İddiaçı f aktiki istifadəsində olan 30 ha torpaq sahəsinin 22,09 ha hissəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışların və plan və ölçüsü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar digər hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin kassasiya şikayəti qismən təmin olunsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar