Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-339/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun qeydə alınması, istismara qəbul aktının olmaması, tikilinin yolun mühafizə zolağına düşməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respub likası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “torpaq sahəsinə plan-ölçü verilməsi və orada inşa edilmiş qeyri-yaşayış obyektinə texniki pasport tərtib edilməsi, həmin torpağın və qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və texniki pasportun tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1641/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 886 nömrəli sərəncamına əsasən Pirallahı qəsəbəsi, 1 May küçəsindəki dayanacağın sökülüb təsdiq edilmiş layihə əsasında daşdan tikilməsi üçün iddiaçıya torpaq sahəsi ayrılmışdır.
2. Pirallahı qəsəbəsində avtobus dayanacağı-mağazasının layihəsi Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşdırılmışdır.
3. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi 18/03q8/1396 nömrəli məktubla iddiaçının çoxuşaqlı ana olmasını və maddi vəziyyətinin ağırlığını nəzərə alaraq köşklü dayanacağın təqdim edilmiş layihə əsasında daşdan tikilməsinə etiraz etməmişdir.
4. Cavabdehin xx.xx.2019-cu il tarixli məktubuna əsasən iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, 1 May küçəsində yerləşən qeyri-yaşayış binasına aid dövlət reyestri ndən çıxarışın verilməsi barədə müraciəti hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi və ünvanda yerləşən qeyri-yaşayış binasında idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmaması əsası ilə təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı xx xxxxxx 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 886 saylı sərəncamına əsasən Pirallahı qəsəbəsi, 1 may küçəsindəki dayanacağın sökülüb təsdiq edilmiş layihə əsasında daşdan tikilməsi üçün iddiaçıya ayrılmış torpaq sahəsinə plan-ölçü verilməsi və orada inşa edilmiş qeyri-yaşayış obyektinə texniki pasport tərtib edilməsi, hə min torpağın və qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və texniki pasportun tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 886 saylı sərəncamına əsasən Pirallahı qəsəbəsi, 1 May küçəsindəki dayanacağın sökülüb təsdiq edilmiş layihə əsasında daşdan tikilməsi üçün iddiaçıya torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin sərəncamda nəzərdə tutulduğu qaydada mağaza inşa etmişdir. Cavabdeh qanunsuz olaraq həmin torpağın və qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və texniki pasportun tərtib edilməsindən imtina etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim X2, 2-1(112)-881/2020 saylı iş) xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 886 saylı sərəncamına əsasən Pirallahı qəsəbəsi, 1 May küçəsindəki dayanacağın sökülüb təsdiq edilmiş layihə əsasında daşdan tikilməsi üçün iddiaçıya ayrılmış torpaq sahəsinə iddiaçının adına plan-ölçü verilməsi, iddiaçının həmin torpağın və qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, buna dair dövlət reyestrindən çıxarışın verilməsi və orada inşa edilmiş qeyri-yaşayış obyektinə texniki pasportun tərtib edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin faktiki hallarına əsasən iddiaçın ın üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi icra hakimiyyətinin sərəncamı ilə iddiaçının istifadəsinə verilmişdir, həmin torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinin layihəsi müvafiq icra hakimiyyəti ilə razılaşdırılmışdır və həmin qeyri-yaşayış sahəsinin inşa edilməsinə qanunla müəyyən edilmiş qaydada rəsmi icazə də verilmişdir. Beləliklə, iddiaçının üzərində mülkiyyət hüququnu qeydə alınmasını tələb etdiyi əmlakla bağlı qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərə iddiaçı malikdir.
9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Mə hkəməsinin İnzibati kollegiyası (hakimlər X6-məruzəçi, X3 və X4, 2-1(103)-1641/2020 saylı iş) xx xxxxxxx 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
11. Cavabdeh həmin qərarın surətini xx xxxxxxx 2020-ci il tarixdə almış, xx xxxxxx 2020-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsini barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
12. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, sözügedən qeyriyaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər (müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, tikinti obyektinin istismarına icazə) təqdim edilməmişdir.
13. Həmçinin xx.xx.2020-ci il tarixdə İdarənin mütəxəssisləri tərəfindən keçirilən yerli baxış zamanı obyektdə rekonstruksiya işlərinin aparıldığı məlum olmuşdur. Layihədə göstərilməyən sahəsi 25 kv.m olan əlavə zirzəmi inşa edilmiş, əlavə üç ədəd qapı açılmışdır.
14. Elektron kadastr məlumatlarına əsasən qeyri-yaşayış binası Pirallahı qəsəbəsində iki zolaqlı qəsəbə yolunun kənar xəttinə bitişik inşa olunub. Müvafiq torpaq sahəsi yolun 12.5 metrlik mühafizə zonasında yerləşir.
15. Yuxarıda qeyd olunan hallar əsassız olaraq apelyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış və qanunvericiliyin tətbiqində səhvə yol verilmiş, işə aid olan qanunvericilik normaları tətbiq edilməmiş, tətbiq edilən qanunvericilik normaları düzgün təfsir edilməmiş, iş materiallarında qeyd olunan əsaslar məhkəmə tərəfindən düzgün və ətraflı araşdırılmamış və nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir.
16. Şikayətin maddi hüquqi əsası kimi Torpaq Məcəlləsinin 59.2, İPM-in 28.1, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 11 və 23-cü maddələrinə istinad edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir.
19. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-); 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. xx xxxxxx 2015-ci il tarixli 1198İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, xx xxxx 2015-ci il, № 063, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 3, maddə 255) ilə 8.0.8-ci maddədə “obyektlərinin qanuni istifadədə olmasına dair” sözləri “obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən” sözləri ilə əvəz edilmişdir. Madd ə. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyr i-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının t ətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; (-)... Maddə 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar ara sında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə. 10.4. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsini n prosedur qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
21. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədlə ri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 87.8. Apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
22. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin t ələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
25. İddiaçı hesab edir ki, təqdim edilmiş layihə əsasında daşdan qeyri-yaşayış sahəsi tikilməsi üçün ona ayrılmış torpaq sahəsində layihə əsasında mağaza tikmişdir. Lakin cavabdeh əsassız olaraq mağazaya və onun yerləş diyi torpaq sahəsinə hüququn qeydiyyatından imtina etmişdir.
26. Cavabdehin etirazına görə yerli baxış zamanı rekonstruksiya işlərinin aparıldığı məlum olmuş, layihədə göstərilməyən sahəsi 25 kv.m zirzəmi inşa edilmiş, qeyriyaşayış sahəsi qəsəbə yolunun kənar xəttinə bitişik inşa edilmiş və mühafizə zonasında yerləşmişdir.
27. İşdə olan sənədlərə əsasən Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsində Pirallahı qəsəbəsində avtobus dayanacağı-mağazanın layihəsi xx xxxxxxx 1996-cı ildə razılaşdırılmış, idarənin məktubunda iddiaçıya köşklü dayanacağın təqdim edilmiş layihə əsasında daşdan tikilməsinə etiraz edilməmiş, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 886 nömrəli sərəncamına əsasən Pirallahı qəsəbəsi, 1 May küçəsindəki dayanaca ğın sökülüb təsdiq edilmiş layihə əsasında daşdan tikilməsi üçün iddiaçıya torpaq sahəsi ayrılmışdır.
28. Apelyasiya məhkəməsi iddiaçıya məxsus qeyri-yaşayış sahəsi və torpaq sahəsinə hüququn dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə istinad etmişdir. 29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə görə bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər hüququn qeydə alınması üçün əsasdır.
30. Normadan göründüyü kimi, norma qəbul edilənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqlar qeydə alına bilər.
31. Hazırkı vəziyyətdə iddiaçı müba hisə açdığı tikili və torpaq sahəsinə hüququn əldə edilməsini təsdiq edən sənəd təqdim etməmişdir.
32. İddiaçının istinad etdiyi sənədlər hüququn əldə edilməsinə yönəlik sübut hesab edilə bilər. 33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi inşa edilmiş tikiliyə hüququn dövlət qeydiyyatına alınması əsaslarını tikilinin inşa vaxtı ilə şərtləndirmişdir.
34. Qanunun müvafiq olaraq 8.0.9 və 8.0.10-cu maddələrində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair hüququn dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlər göstərilmişdir.
35. Apel yasiya məhkəməsi tikilinin inşa edilməsi vaxtını və bu vaxtdan asılı olaraq mübahisəni araşdırıb hüquqi qiymət verməmişdir.
36. Cavabdehin apelyasiya şikayətində tikiliyə baxış zamanı rekonstruksiya işlərinin aparıldığını, layihədə göstərilməyən sahəsi 25 kv.m zirzəmi inşa edildiyini, qeyriyaşayış sahəsinin qəsəbə yolunun kənar xəttinə bitişik mühafizə zonasında yerləşdiyini bildirib dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçülərinin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin xx xxxxxxxx 2015-ci il tarixli 298 saylı qərarına istinad etmiş, lakin apelyasiya məhkəməsi İPM-in 87.8-ci maddəsinin tələbinə əməl etməyərək apelyasiya şikayətinin dəlilinə münasibət bildirməmişdir.
37. İddia fiziki şəxs olan iddiaçı tərəfindən, apelyasiya şikayəti isə iddia çı tərəfindən deyil, cavabdeh inzibati orqan tərəfindən verilməsinə və iddianın dəlilləri ilə apelyasiya şikayətinin dəlillərinin fərqli olmasına baxmayaraq apelyasiya şikayətinin dəlilləri ilə iddianın dəlillərinin eyni olması, bu səbəbdən apelyasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma aparılmasına zərurət görməməsi barədə apelyasiya məhkəməsinin qərarında sərgilədiyi mövqe anlaşılan deyildir.
38. Apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, qeydə alınacaq tikili və torpağın sahəsi müəyyən edilməmişdir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır.
39. Odur ki, qərarın ləğv edilməsi barədə şikayətin dəlillə ri əsaslı olduğundan təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.
40. Apelyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apelyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi hissəsində təmin oluna bilməz.
41. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1641/2020 saylı, xx xxxxxxx 2020-ci tarixli qərarı ləğv edilsin. İş təkrar ba xılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.