Məhkəmə qərarları › İş №2-1(102)-339/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-339/2022

09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-339/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: pensiyanın yenidən hesablanması Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “pensiyanın yenidən hesablanması və yaranacaq fərqin birdəfəyə ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 21(103)-1915/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.1943-cü il təvəllüdlü iddiаçıyа 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, iddiaçı əmək fəaliyyətini davam etdirmiş, 20.05.2009-cu ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.

2. İddiaçı ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Pirallahı rayon şöbəsinə müraciət edərək 2008-ci il 01 yanvar tarixdən, h əmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun tələbləri əsasında, yəni son 24 (2004-2005-ci illər) ayın orta aylıq əmək haqqı nəzərə alınmaqla 1 nömrəli siyahı üzrə, 2008-ci il 01 yanvar tarixindən hal-hazırkı günə qədər pensiyanın yenidən hesablanmasını xahiş etmişdir.

3. Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Pirallahı rayon şöbəsi 29 aprel 2019-cu il tarixli məktubla bildirmişdir ki, iddiaçı 20 may 2009-cu il tarixdə işdən azad olunduqdan sonra pensiyanın məbləği 27.94 manat artırılaraq 228.89 manata çatdırılmışdır. Pensiya təyin olunan zaman son iki ilin əmək haqqı nəzərə alınaraq hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 4 iyul 2019-cu il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia əriz əsi ilə müraciət edərək 1 yanvar 2008-ci il tarixdən, həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun tələbləri əsasında son 24 (2004-2005-ci illər) ayın orta aylıq əmək haqqı nəzərə alınmaqla 1 nömrəli siyahı üzrə, 2008-ci il 01 yanvar tarixindən hal-hazırkı günə qədər pensiyanın yenidən hesablanması və yaranacaq fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ağır dəniz şəraitində işlədiyi üçün ona 17.02.1994-cü ildə 50 yaşından güzəştli şərtlərlə pensiya təyin edilmiş, lakin o 20.05.2009-cu il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdən azad olunduqdan sonra cavabdeh orqana müraciət edərək əmək pensiyasının 01.01.2008-ci il tarixdən, həmin tarixdə qüv vədə olan “Əmək pensiyaları haqqında” Qanunun tələbləri əsasında yəni, son 24 (iyirmi dörd) ayın orta aylıq əmək haqqı nəzərə alınmaqla 1 nömrəli siyahı üzrə yenidən hesablanması və yaranacaq fərqin birdəfəlik ödənilməsi üçün müraciət etmiş, ərizəsi təmin edilməmişdir. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X6, 2-1(82)-2719/2019 saylı iş) 31 iyul 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçının 01 yanvar 2008-ci il tarixdən, həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun tələbləri əsasında, yəni son 24 (2004-2005-ci illər) ayın orta aylıq əmək haqqı nəzərə alınmaqla 1 nömrəli siyahı üzrə, 2008-ci il 01 yanvar tarixindən hal-hazırkı günə qədər pensiyanın yenidən hesablanması və yaranacaq fərqin birdəfəyə ödənilməsi öhdəliyi cavabdehin üzərinə qo yulmuşdur.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyul tarixli, 320 saylı qərarına əsasən “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı”nda göstərilən elektrik montyoru 1020100a— 1753q təmirçi çilingərlər, əl ilə qaz qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları peşəsinə uyğun gəlir. İddiaçının 20 ildən çox ümumi əmək stajı ilə bərabər 10 ildən çox əmək şəraiti zərərli işlərdə işləmişdir. Lakin cavabdeh orqan iddiaçıya əsassız olaraq pensiya təyin edilməsindən imtina etmişdir. Məhkəmə, həmçinin iddianın pensiya məbləğinin həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən hesablanaraq, birdəfəlik ödənilməsi hissəsinə də qiymət verərək hesab etmişdir ki, iddia bu hissədə də əsaslıdır.

8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 oktyabr 2019-cu il tarixli, 2-1(103)-2457/2019 saylı qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Pirallahı rayon şöbəsi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir.

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X2məruzəçi, X7 və X9, 2-1(103)-2457/2019 saylı iş) 7 noyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 iyul 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 21 noyabr 2011-ci il tarixdə qəbul edilmiş 11 dekabr 2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə təyin edilmiş əmək pensiyalarının yenidən hesablanması Qaydaları” ilə Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək yaşa görə pensiyaya çıxmış və sonra əmək fəaliyyətini davam etdirmiş şəxslərin əmək pensiyalarının yenidən hesablanması qaydası müəyyən edilmiş və nəzərdə tutulmuşdur ki, bu zaman 2006-cı il yanvarın 1-dək pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib ol araq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə, 01 yanvar 2006-cı il tarixdən sonra isə fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyası yenidən hesablanır. Göründüyü kimi, 2006-cı il yanvarın 1-dək yaşa görə pensiyaya çıxmış və sonra əmək fəaliyyətini davam etdirmiş şəxslərin əmək pensiyasının əmək fəaliyyətinə xitam verildiyi tarixdən sonra pensiyaçının seçimi ilə istənilən dövrün orta aylıq əmək haqqı nəzərə alınmaqla yenidən hesablanması qaydası qanunda nəzərdə tutulmamışdır.

12. İddiaçı qərardan kasasiya şikayəti vermişdir. c) kasasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X3-məruzəçi, Quliyev Zakir Müslüm oğlu və X14, 2-1(102)-550/2020 saylı iş) 11 f evral 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 noyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat 14. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X10-məruzəçi, X15 və X27, 21(103)-2090/2020 saylı iş) 7 oktyabr 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayəti təmin etməmiş, birinci instansiya məhkəməsinin 31 iyul 2019-cu il tarixli qərarını qüvvədə saxlamışdır.

15. Cavabdeh qərardan kasasiya şikayəti vermişdir. e) kasasiya instansiyası məhkəməsindəki ikinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X11-mə ruzəçi, X4 və X1, 2-1(102)-735/2021 saylı iş) 27 aprel 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

17. Kasasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya 2006-cı il 1 yanvar tarixdən əvvəl əmək pensiyası təyin edildiyindən, apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırkı məzmunda irəli sürdüyü tələbin əsaslarını “Əmək pensiyaları haqqında” Qanunun 2008-ci il 1 yanvar tarixdən tətbiq edilməli olan 26.2-ci maddəsində və həmin maddənin “Qeyd”ində təsbit olunanlar nəzərə alınmaqla yoxlamalı idi. Həmin normaya görə: 26.2. Bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Qeyd: 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. Normanın məzmunundan da göründüyü kimi, qanunun həmin məzmunda tələbi o şəxslərə münasibətdə tətbiq olunur ki, onların əmək pensiyaları “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmışdır. Normanın tələbi nəzərə alınmaqla, məhkəmə iddiaçının pensiya işinin materiallarını tədqiq e tməli, iddiaçıya əmək pensiyası təyin edilərkən (hesablanarkən) onun orta aylıq əməkhaqqına məhdudiyyətin tətbiq olunub-olunmadığını, əgər məhdudiyyət tətbiq olunmuşdursa - “Əmək pensiyaları haqqında” Qanunun 2008-ci il 1 yanvar tarixdən tətbiq edilməli olan 26.2-ci maddəsinin tələblərinə əsasən, məhz məhdudiyyət tətbiq edilmiş həmin əməkhaqqının tam məbləği əsas götürülməklə əmək pensiyasının yenidən hesablanıb-hesablanmadığını, bu hesablamanın qanuna uyğun aparılıb-aparılmadığını yoxlamalı idi. Bundan başqa, məhkəmə iddiaçının əmək pensiyasının məhz 2004-2005-ci illərin orta aylıq əməkhaqqına görə hesablanmalı olduğuna dair tələbinin təmin olunmasının hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 2008-ci il 1 yanvar tarixdən tətbiq edilməli olan 26.2-ci maddəsinə o halda istinad edə bilərdi ki, iddiaçıya əmək pensiyası əvvəlki Qanunla məhz 2004-2005-ci illərin orta aylıq əməkhaqqına məhdudiyyət tətbiq edilməklə hesablanmış olsun. Belə bir hal hazırkı işdə müəyyən edilməyib. Beləliklə, İPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinin tələblərinin nəzərə alınmadığına dair şikayətin dəlilləri də əsaslıdır. Belə ki, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, «Əmək pensiyala rı haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. d) apelyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

18. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X8-məruzəçi, X12 və X13, 2-1(103)-1915/2021 saylı iş) 21 oktyabr 2021-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 iyul 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

19. Apelyasiya instansi yası məhkəməsi qeyd etmişdir ki, iddiaçının 1994-cü ildən təyin olunan əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun qeyd olunan norması tətbiq olunmaqla, 2008-ci ilin yanvarın 1-dən, yenidən orta aylıq əmək haqqının tam məbləğindən hesablanmış, nəticədə, onun əmək pensiyası 1,8 (164,26: 92,86 ) dəfə artmışdır. Belə olan halda, iddiaçının hazırda 01.01.2008-ci il tarixdən, həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun tələbləri əsasında əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlı hesab oluna bilməz. Çünki qeyd olunanlardan göründüyü kimi, həmin tarixdən onun əmək pensiyasının adıçəkilən Qanunun həmin tarixdən qüvvədə olan normasına müvafiq olaraq yenidən hesablandığı sübuta yetirilir. Bu baxımdan, cavabdehin pensiyasının yenidən hesablanmasından imti na etməsi onun hüquqlarının pozulması kimi qiymətləndirilməsi istisna olunur.

20. İddiaçı 18 noyabr 2021-ci il tarixdə qərarın surətini almış, 2 dekabr 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

21. Kasasiya şikayəti işin hallarına və iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 26, 38, 60-cı maddəsinə, “Əmək pensiyaları haqqında” Qanunun 9.8, 31.1-ci maddələrinə istinad edərək hesab edir ki, son 24 aylıq əmək haqqı nəzərə alınmaqla 1-ci siyahı üzrə ona 01.01.2008-ci il tarixindən bu günə qədər olan dövr yenidən hesablanmalı, yaranmış fərq birdəfəlik ödə nilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Cavabdeh kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 13. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2 017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 26. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması 26.1. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 26.2. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 28 noyabr 2006-cı il tarixli 184-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1019) ilə 26.3-cü, 26.4-cü, 29.3-cü maddələrdə “20.1.6-cı» sözləri «20.1.15-ci» sözləri ilə əvəz edilmişdir. 17 may 2011-ci il tarixli 128-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 09 iyun 2011-ci il, № 117, “Azərbaycan” qəzeti, 10 iyun 2011-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 465) ilə yeni məzmunda 26.3-1 – 26.3-3-cü maddələr əl avə edilmişdir. 01 oktyabr 2012-ci il tarixli 425-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2012-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1037) ilə 26.4-cü və 26.5-ci maddələrdə, 29.3-cü və 37.3.4-cü maddələrin birinci cümlələrində “20.1.19-cu” sözləri “20.1.21-ci” sözləri ilə əvəz edilmişdir. 31 may 2010-cu il tarixli 1017-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 iyul 2010-cu il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 579) ilə 26.4-cü, 26.5-ci maddələrdə “20.1.17-ci” sözləri “20.1.19-cu” sözləri ilə əvəz edilmişdir. 6 noyabr 2007-ci il tarixli 474-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunveric ilik Toplusu, 2007-ci il, № 12, maddə 1194) ilə 26.2-26.5-ci maddələr müvafiq olaraq 26.3-26.6-cı maddələr hesab edilsin və bu Qanuna 26.2-ci maddə əlavə edilmişdir. 6 noyabr 2007-ci il tarixli 474-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1194) ilə 26.2-ci maddəyə qeyd əlavə edilmişdir. 27 oktyabr 2009-cu il tarixli 904-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 noyabr 2009-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 879) ilə 26.2-ci maddə və həmin maddənin “Qeyd” hissəsi çıxarılmışdır. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə 26-cı maddə yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: Maddə

26. Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması 26.1. Bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə, Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığo rta hissəsi kimi müəyyənləşdirilir. 26.2. Bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Qeyd: 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. 26.3.Bu Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsinin məbləğindən aşağı olduqda, əmək pensiyasının ye ni məbləği əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsinin məbləğinə bərabər tutulur. 26.3-1. 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. 26.3-2. 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış və sonra əmək fəaliyyətini davam etdirmiş şəxslərin, onlara pensiya təyin edildiyi tarixdən 2006-cı il yanvarın 1-dək olan dövrdəki iş stajının hər ili üçün də 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilərək pensiyalarının sığorta hissəsinin 2011-ci il 01 iyul tarixindən yenidən hesablanmasında nəzərə alınır. 26.3-3. 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) yenidən hesablanması zamanı yenidən hesablanmış və mövcud pensiya məbləğlərindən daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür. 26.4. Bu Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş pensiyasının (bütün əlavələr və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən bu Qanunun qüvvə yə mindiyi günədək ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləği çıxıldıqdan sonra yerdə qalan məbləğ qulluq stajına görə əmək pensiyasına əlavə kimi müəyyənləşdirilir. 26.5. Bu Qanunun qüvvəyə mindiyi günədək ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilən baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ bu Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. 26.6. Bu Qanunun qüvvəyə minməsi ilə əlaqədar əmək pensiyasının baza hissəsinin üzərinə bu Qanunun 19-cu maddəsi ilə müəyyən olunmuş əlavələr hesablanır.

14. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən t am və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılma lıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

15. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhk əmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

16. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. İddiaçı ağır dəniz şəraitində işlədiyi üçün ona 1994-cü ildə güzəştli şərtlərlə pensiya təyin edilmiş, 20.05.2009-cu il tarixinədək əmək fəaliyyəti ilə məşğul olmuş, yaşı ilə əlaqədar olaraq öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş və işdən azad olunmuşdur. Hazırkı tələbi ilə bağlı məhkəməyə qədər ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncu 29.04.2019 cu il tarixli məktubu ilə onun ərizəsini təmin etməkdən imtina etmişdir.

19. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçıya cavabdehin (hüquq sələfinin) 17.02.1994-cü il tarixli qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 20.05.2009-cu il tarixdə iddiaçı işdən azad olunduqdan sonr a pensiyasının məbləği 27.94 manat artırılaraq 228.89 manata (75 manat baza hissəsi, 153,89 manat sığorta hissəsi, 27.94 manat yığım hissəsi) çatdırılmışdır. İddiaçıya pensiya təyin olunan zaman son iki ilin əmək haqqı nəzərə alınaraq hesablanmışdır. Pensiyanın sığorta hissəsi Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən hər ilin inflyasiya faizinə əsasən indeksləşdirilərək 377.91 manata çatdırılmışdır.

20. Mübahisə ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-735/2021 saylı 27.04.2021-ci il tarixli qərarının 28-34-cü bəndlərində aşağıdakıları qeyd etmişdir: 21. “...İşdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsində təkrar icraat zamanı iddiaçının pensiya işi (inzibati icraat materialları) məhkəmə tərəfindən araşdırılmayıb.

22. İd diaçıya əvvəlki qanunla əmək pensiyasının təyin edildiyi nəzərə alındıqda, hazırkı halda, ona yenidən əmək pensiyasının təyin edilməsi deyil, təyin edilmiş əmək pensiyasının yeni qanuna görə yenidən hesablaması, bu hesablamanın qanuna uyğun aparılıb-aparılmadığı araşdırmanın predmeti ola bilər.

23. İddiaçı da öz tələbində 2008-ci il 1 yanvar tarixdə qüvvədə olan qanuna istinadla əmək pensiyasının 2008-ci il 1 yanvar tarixdən yenidən hesablanmasını tələb edir.

24. Beləliklə, iddiaçıya 2006-cı il 1 yanvar tarixdən əvvəl əmək pensiyası təyin edildiyindən, apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırkı məzmunda irəli sürdüyü tələbin əsaslarını “Əmək pensiyaları haqqında” Qanunun 2008-ci il 1 yanvar tarixdən tətbiq edilməli olan 26.2-ci maddəsində və həmin maddənin “Qeyd”ində təsbit olun anlar nəzərə alınmaqla yoxlamalı idi.

25. Həmin normaya görə: 26.2. Bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əmək haqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Qeyd: 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir.

26. Normanın məzmunundan da göründüyü kimi, qanunun həmin məzmunda tələbi o şəxslərə münasibətdə tətbiq olunur ki, onların əmək pensiyaları “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanmas ı üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmışdır.

27. Normanın tələbi nəzərə alınmaqla, məhkəmə iddiaçının pensiya işinin materiallarını tədqiq etməli, iddiaçıya əmək pensiyası təyin edilərkən (hesablanarkən) onun orta aylıq əməkhaqqına məhdudiyyətin tətbiq olunub-olunmadığını, əgər məhdudiyyət tətbiq olunmuşdursa - “Əmək pensiyaları haqqında” Qanunun 2008-ci il 1 yanvar tarixdən tətbiq edilməli olan 26.2-ci maddəsinin tələblərinə əsasən, məhz məhdudiyyət tətbiq edilmiş həmin əməkhaqqının tam məbləği əsas götürülməklə əmək pensiyasının yenidən hesablanıb-hesablanmadığını, bu hesablamanın qanuna uyğun aparılıb-aparılmadığını yoxlamalı idi.

28. Bundan başqa, məhkəmə iddiaçının əmək pensiyasının məhz 2004-2005-ci illərin orta aylıq əməkhaqqına gö rə hesablanmalı olduğuna dair tələbinin təmin olunmasının hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 2008-ci il 1 yanvar tarixdən tətbiq edilməli olan 26.2-ci maddəsinə o halda istinad edə bilərdi ki, iddiaçıya əmək pensiyası əvvəlki Qanunla məhz 2004-2005-ci illərin orta aylıq əməkhaqqına məhdudiyyət tətbiq edilməklə hesablanmış olsun. Belə bir hal hazırkı işdə müəyyən edilməyib...”

29. Cavabdehin nümayəndəsi təkrar işə baxan apelyasiya məhkəməsinin iclasında bildirmişdir ki, 1994-cü ildə iddiaçıya təyin edilmiş əmək pensiyasının, 2008-ci ilin yanvar ayının 1-dən orta aylıq əmək haqqının tam məbləği əsas götürülməklə yenidən hesablanaraq 164, 26 manata çatdırılmışdır. 30. “Əmək pensiyaları haqqında” Qanunun 26.2-ci maddəsinə, 06.11.2007-ci il tarixli, 474-İİİQD №-li Qanunla e dilən dəyişiklikdən sonra 1 yanvar 2008-ci il tarixindən qüvvədə olan redaksiyası nəzərdə tuturdu ki, bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əmək haqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əmək haqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əmək haqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır.

31. İddiaçının iddia tələbindən göründüyü kimi, 01.01.2008-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun həmin tarixdə qüvvədə olan tələbləri əsasında, yəni, son 24 (2004-2005-ci illər) ayın orta aylıq əmək haqqı nəzərə alınmaqla 1 nömrəli siyahı üzrə, 01.01.2008-ci il tarixdən hal-hazırkı günə qədər pensiyanın yenidən hesablanması və yaranacaq fərqin birdəfəyə ödənilməsini cavabdehdən tələb edir.

32. İddiaçının pensiya işinin materiallarına əsasən məlum olmuşdur ki, o, 09.02.1994-cü il tarixdə pensiya təyin olunması üçün Bakı şəhər Əzizbəyov rayon pensiya şöbəsinə müraciət etmiş və şöbənin 17 fevral 1994-cü il tarixli qərarı ilə 09.02.1994-cü il tarixindən ona 54.397,00 (manat)rub) məbləğində pensiya təyin edilmişdir.

33. İddiaçıya əmək pensiyası əvvəlki qanunla təyin edilmişdir. Belə olan halda, hazırkı məhkəmə araşdırmasının predmetini iddiaçının tələbi üzrə onun 2004-2005-ci illərdə əmək haqqı nəzərə alınmaqla yenidən əmək pensiyası təyin edilməsi məsələsi deyil, yalnız təyin edilmiş əmək pensiyasının 01.01.2008-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun yeni normasına görə yenidən hesablanması və bu hesablanmanın qanuna uyğun aparılıb-aparılmaması təşkil et məlidir.

34. İddiaçının pensiya işinin materialları üzrə 17 fevral 1994-cü il tarixli qərardan aydın olur ki, iddiaçının əmək pensiyası 1992-1994-cü illər üzrə orta aylıq əmək haqqının 68.684,00 “rub” manat təşkil edən tam məbləğindən deyil, həmin məbləğin 66%-dən və həmin vaxt minimum əmək haqqı (9000 rub) nəzərə alınmaqla hesablanmışdır. 35. 1994-cü ildə iddiaçıya əmək pensiyası təyin olunarkən, onun 1992-1994-cü illərin orta aylıq əmək haqqının tam məbləğindən hesablanmamışdır. 36. “Əmək pensiyaları haqqında” Qanunun 26.2-ci maddəsinin 1 yanvar 2008-ci il tarixindən qüvvədə olan qeyd olunan norması baxımından bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əmək haqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əmək haqqının üçqat məbləğində) aradın qaldırılmaqla, iddiaçının pensiyasının yenidən hesablanıb-hesablanmamasını müəyyən etmək üçün tədqiq olunan pensiya işində mövcud olan hesablamalara və 01.01.2008-ci il tarixdən onun orta aylıq əmək haqqının tam məbləği nəzərə alınmaqla, yenidən hesablanma aparılıb-aparılmadığına aydınlıq gətirilməsi üçün cavabdehin işdə iştirak edən nümayəndəsinə (vəkil D.Novruzova) təmsil etdiyi orqanın izahlı arayışının məhkəməyə təqdim edilməsi həvalə olunmuş və onun tərəfindən apelyasiya məhkəməsinə təqdim olunmuş, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “müvafiq məlumatların göndərilməsi haqqında” 14 oktyabr 2021-ci il tarixli məktubunda məhkəməyə aşağıdakılar bildirmişdir: 37. “...Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vət əndaşların pensiya təminatı haqqında” Qanunun 78-ci maddəsinə əsasən pensiya hesablanarkən müvafiq icra hakimiyyəti orqanı tərəfindən respublika üzrə pensiya hesablanması üçün təsdiq olunan orta əmək haqqının üçqat məbləğindən artıq olmayan orta aylıq əmək haqqı nəzərə alınır. 6 noyabr 2007-ci il tarixli 474-İİQD nömrəli “Əmək pensiyaları haqqında” Qanunun üçüncü bəndinə əsasən “bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əmək haqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün ki, arayarayn məhkəməyə təqdim təsdiq olunmuş orta aylıq əmək haqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əmək haqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır.

38. Qeyd olunanları nəzərə alaraq, “Əmək pensiyaları haqqında” Qanuna edilmiş sözügedən dəyişikl iyə əsasən iddiaçının əmək pensiyası 01.01.2008-ci il tarixdən hesablanaraq 92,86 manatdan 164,26 manata artırılmışdır...”

39. İddiaçının 1994-cü ildən təyin olunan əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun qeyd olunan norması tətbiq olunmaqla, 2008-ci ilin yanvarın 1-dən, yenidən orta aylıq əmək haqqının tam məbləğindən hesablanmış, nəticədə, onun əmək pensiyası 1,8 (164,26: 92,86 ) dəfə artmışdır.

40. Belə olan halda, iddiaçının hazırda 01.01.2008-ci il tarixdən, həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun tələbləri əsasında əmək pensiyasının yenidən hesablanmasını tələbi haqlı sayıla bilməz. Belə ki, qeyd olunanlardan göründüyü kimi, həmin tarixdən iddiaçının əmək pensiyasının adıçəkilən Qanunun həmin tarixdən qüvvədə olan normasına müvafiq olaraq yenidən he sablandığı sübuta yetirilir.

41. Odur ki, iddiaçının şikayətinin dəlilləri əsaslı sayıla bilməz.

42. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kasasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1915/2021 saylı, 21 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar