Məhkəmə qərarları › İş №2-1(102)-339/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-339/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-339/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək kitabçası, ümumi və xüsusi staj Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl iyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-267/2023 nömrəli, 05 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx xxxxxx 1963-cü il tarixdə anadan olmuşdur. 2. xx.xx.1981-ci il tarixli, 5633 nömrəli attestata əsasən o, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək Azərbaycan SSR Bakı 22 nömrəli şəhər texniki peşə məktəbində elektrik qaynaqçı peşəsi üzrə təh sil almışdır.

3. Bundan başqa iddiaçıya məxsus H3 seriyalı ******* nömrəli hərbi biletə və ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən müəyyən edilir ki, o, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1983-cü il tarixdən xx.xx.2005-ci il tarixədək və ondan sonra əmək fəaliyyəti ilə məşğul olmuşdur.

4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.

5. Cavabdeh 13 oktyabr 2021-ci il tarixli məktubla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina edərək bildirmişdir ki, 07 sentyabr 1983-cü il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasında xx.xx.1992-xx-xx.2000-ci il tarixləri arasındakı dövr ərzində işləməsinə dair aparılmış qeydlər arxiv ar ayışı əsasında təsdiq olunaraq müvafiq sənədlər Mərkəzi Filiala təqdim olunduqdan sonra baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1963-cü il tarixdə doğulmuş, 01 sentyabr 1979-cu il tarixdən 05 may 1981-ci il tarixinədək (1 il 8 ay 4 gün) Bakı şəhəri 22 №-li şəhər texniki peşə məktəbində təhsil almış, 05 may 1981-ci il tarixdən 28 may 1983-cü il tarixinədək (2 il 25 gün) Sovet Ordusu sıralarında həqiqi hərbi x idmət keçmiş, 01 sentyabr 1983-cü il tarixdən 05 iyul 1988-ci il tarixinədək (4 il 10 ay 4 gün) "xxxx" İB-nin Əli-Bayramlı İdarəsində elektrik qaynaqçısı peşəsində, 01 avqust 1988-ci il tarixdən 03 aprel 1989-cu il tarixinədək (8 ay 2 gün) Əli-Bayramlı şəhəri “Azqaztəmirtikinti” trestinin 3 nömrəli təmir-tikinti idarəsində elektrik qaynaqçısı peşəsində, 03 aprel 1989-cu il tarixdən 05 oktyabr 1992-ci il tarixinədək (3 il 3 ay 2 gün) Əli-Bayramlı Yeni Azərbaycan QRES-də elektrik qaynaqçısı peşəsində, 05 oktyabr 1992-ci il tarixindən 01 iyun 1993-cü il tarixinədək (7 ay 26 gün) "xxxx" AC-də elektrik qaynaqçısı peşəsində, 02 iyun 1993-cü il tarixindən 29 aprel 1994-cü il tarixinədək (10 ay 27 gün) Əli Bayramlı BTS-də elektrik qaynaqçısı peşəsində, 01 aprel 1994-cü il tarixdən 09 sentyabr 1994 -cü il tarixinədək (5 ay 8 gün) Salyan rayonu THTTS-də elektrik qaynaqçısı peşəsində, 12 sentyabr 1994-cü il tarixindən 19 oktyabr 1995-ci il tarixinədək (1 il 1 ay 7 gün) X9 İdarəsində elektrik qaynaqçısı peşəsində, 19 oktyabr 1995-ci il tarixindən 31 dekabr 1995-ci il tarixinədək (2 ay 12 gün) “Xüsusienerjitəmirquraşdırma” AC-də elektrik qaynaqçısı peşəsində, 02 yanvar 1996-cı il tarixindən 28 fevral 1997-ci il tarixinədək (1 il 1 ay 26 gün) "xxxx" QSC-də elektrik qaynaqçısı peşəsində, 04 mart 1997-ci il tarixindən 02 avqust 1999-cu il tarixinədək (2 il 4 ay 28 gün) "xxxx" Azərbaycan-Rusiya energetika birgə müəssisəsinin Əli-Bayramlı filialında elektrik qaynaqçısı peşəsində, 05 avqust 1999-cu il tarixindən 15 may 2002-ci il tarixinədək (2 il 9 ay 10 gün) Sumqayıt mexaniki yığma və boru əymə sexinin Əli-Bayramlı sahəsində elektrik qaynaqçısı peşəsində, 16 may 2002-ci il tarixindən 25 oktyabr 2002-ci il tarixinədək (5 ay 5 gün) "xxxx" ASC-də elektrik qaynaqçısı peşəsində, 05 avqust 2003-cü il tarixindən 01 yanvar 2006-cı il tarixinədək (2 il 4 ay 26 gün) “AzFen” birgə müəssisəsində elektrik qaynaqçısı peşəsində,01 yanvar 2006-cı il tarixindən 16 mart 2009-cu il tarixinədək “AzFen” birgə müəssisəsində elektrik qaynaqçısı peşəsində, 01 dekabr 2009-cu il tarixindən 01 oktyabr 2012-ci il tarixinədək "xxxx" ASC-də elektrik qaynaqçısı peşəsində, 01 may 2014-cü il tarixində 30 dekabr 2014-cü il tarixinədək “Sinerji” X2 Taaluit Sanayi ve Ticaret anonim şirkətinin Azərbaycan Respublikasındaki filialında elektrik qaynaqçısı peşəsində, 16 aprel 2015-ci il tarixindən 10 may 2017-ci il tarixinədək “AzFen” BM-də elektrik qaynaqçısı peşəsində, 01 oktyabr 2018ci il tarixindən 28 fevral 2019-cu il tarixinədək "xxxx" MMC-də qaynaqçı peşəsində, 01 mart 2019-cu il tarixindən 18 iyun 2019-cu il tarixinədək isə “X14" MMC-də qaynaqçı peşəsində işləmişdir. Çalışdığı bütün peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 №-li əlavə üzrə kod:2320000019906 kodla qeyd olunmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdir. Beləliklə, 01 yanvar 2006-cı il tarixinə kimi ümumi iş stajı 25 il 5 ay 12 (25 ildən artıq) gün təşkil etmiş, həmin staj illərindən 19 il 1 ay 25 gün müddətini 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13 -cü maddəsinin “b” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısına daxil olan işlərdə çalışmışdır. Bununla da həmin Qanunun tələblərinə cavab verən iş stajı toplamış, bu səbəbdən də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ qazanmışdır.

8. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi ş ərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli **********7 nömrəli cavab məktubunda xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək dövr ərzində işlədiyini təsdiq edən sənədlərin təqdim edildiyi təqdirdə yenidən baxılacağı qeyd olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığorta olunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixədək olan 22 il 9 ay 4 gün sosial sığorta stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 18507,45 manat müəyyən edilmişdir. İddiaçının xx.xx.2006-cı il tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 38832,75 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçı V.F.X3 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan aydın olur ki, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən azdır. (22 il 9 ay 4 gün) İddiaçının iş stajı 15 il 11 ay 12 gün (xx.xx.1983-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.1997-ci il, xx.xx.1999-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2002-ci tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

9. Daha son ra iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbinin “xx.xx.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilməsini xahiş etmişdir.

10. Şirvan İnzibati Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2-1(120)-978/2022 saylı qərardadı ilə iddia tələbinin dəyişdirilməsi qəbul edilmişdir.

11. Şirvan İnzibati Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2-1(120)-288/2023 saylı qərarı ilə (hakim X1) iddia təmin edilmiş, İddiaçı xx.xx.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoy ulmuşdur.

12. Məhkəmə qeyd etmişdir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, iddiaçının 25 il çox ümumi, 12 il 6 aydan çox güzəştli iş stajı mövcuddur.

13. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

14. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-267/2023 nömrəli iş üzrə 05 sentyabr 2023-ci il tarixli qərarı ilə (hakimlər X4 (məruzəçi), X6 və X7) apelyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2-1(120)-288/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.

16. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edir. Bundan əlavə kassasiya şikayətində qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixədək olan 22 il 10 ay 8 gün sosial sığorta stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 18507,45 manat müəyyən edilmişdir. İddiaçının xx.xx.2006-cı il tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 38832,75 manat pensiya kapitalı qeydə alınmışdır.

18. İddiaçı V.F.X3 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan aydın olur ki, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən azdır (22 il 10 ay 8 gün ). V.F.X3 təqdim etdiyi 07 sentyabr 1983-cü il tarixli əmək kitabçasında xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək dövr ərzində "xxxx" Azərbaycan-Rusiya energetika birgə müəssisəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı adıçəkilən müəssisənin xx.xx.1994-cü il tarixdən sonra fəal iyyətdə olmadığı müəyyən edilmişdir. Buna görə də qeyd olunan dövrü iddiaçının sosial sığorta stajına daxil etmək mümkün olmadığından tələb olunan sosial sığorta stajı tamamlanmamışdır.

19. Daha sonra qeyd edilir ki, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(106)-267/2023 nömrəli qərarında məhkəmə kollegiyası bildirmişdir ki, hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1997-ci il tarixindən xx.xx.1999-cu il tarixinə kimi olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir.

20. Bununla b ağlı məhkəmə kollegiyası qərarında müəssisənin qeydiyyatdan keçməsini və həmin dövrlərin əmək kitabçasında əks olunmasını əsas gətirərək əsassız olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbini təmin etmişdir. Lakin iddiaçının işlədiyini iddia etdiyi müəssisənin dövlət qeydiyyatına alınması, İddiaçı həmin müəssisədə işləməsi faktını təsdiq etmək üçün əsas hesab edilə bilməz.

21. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********901000 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsi dövlət reyestr məlumatlarına əsasən xx.xx.1994-cü il tarixdə 680 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-34/2-418/01-3/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsi 23 iyul 1997ci il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin dövlət reyestrində qeydiyyatdadır.

22. Göründüyü kimi iddiaçının işlədiyini iddia etdiyi Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin dövlət qeydiyyatına alınma tarixi ilə bağlı məhkəməyə ünvanlanan məktublar arasında ziddiyyət mövcud olmuşdur. Lakin məhkəmə kollegiyası tərəfindən həmin ziddiyyət araşdırılmadan, həmin müəssisədəki dövrlər əsassiz olaraq sosial sığorta stajına daxil edilmişdir. b) Kassasiya şikayətinə qa rşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 25. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Re spublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə

69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. 26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər (əvvəlki redaksiya) Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kit abçaları nəzərə alınır.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstəri lməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında v erilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

34. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

35. Kişilərin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin b bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün aşağıdakı şərtlər birlikdə mövcud olunmalıdır:

1. Qanunla müəyyən edilmiş yaşı tamam olmalı;

2. Siyahıda nəzərdə tutulan peşələrdə güzəştli iş stajı minimum 12 il 6 ay olmalı;

3. Ümumi iş stajı minimum 25 il olmalıdır.

36. İş materiallarına görə cavabdeh ümumi iş stajını mübahisələndir. Qeyd edilir ki, iddiaçının işlədiyi Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsi xx.xx.1994-cü il tarixdən so nra fəaliyyətdə olmadığı müəyyən edilmişdir. Buna görə də xx.xx.1997-xx.xx.1999-cu il dövrü iddiaçının sosial sığorta stajına daxil edilməməlidir.

37. Məhkəmə kollegiyası cavabdehin mövqeyini əsassız hesab edərək iş materiallarına və qanunvericiliyin müvafiq normalarına istinad etməklə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

38. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli, **********901000 nömrəli məktubunda qeyd edilmişdir ki, dövlət reyestr məlumatlarına əsasən xx.xx.1994-cü il tarixdə 680 nömrə ilə dövlət qeydiyyatına alınmış Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin hüquqi ünvanı ünvan 1ni təmsilçisi X5r.

39. Azərbaycan Respublikasının Dövlət S tatistika Komitəsinin birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin 23 iyul 1997-ci il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin dövlət reyestrində qeydiyyatda olduğu qeyd edilmişdir.

40. Bundan əlavə "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, Arxiv bölməsində əsilləri olan Kadrlar şöbəsinin İddiaçı məxsus 2 ədəd şəxsi vərəqəsində iddiaçının qeyd edilən dövrlərdə Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsində işlədiyi öz təsdiqini tapmışdır. ("xxxx" ASC öz istehsalat profilinə görə hazırda fəaliyyət göstərməyən və ləğv edilmiş "xxxx" və "xxxx" Azərbaycan Rusiya Birgə Müəssisəsi ilə eyni istehsalat profili üzrə ixtisaslaşdırılmışdır)

41. Eyni zamanda Azərbaycan Respublikası Əm ək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubuna əsasən Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin 1999-cu il üzrə məcburi dövlət sosial sığorta borcu olduğu, eləcə də tərəfindən 37.3 manat ödənişin edildiyi müəyyən edilmişdir.

42. Beləliklə, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının xx.xx.1997-xx.xx.1999-cu illərdə işləməsi əmək kitabçası, eləcə də yuxarıda qeyd edilən məktublarla təsdiq edildiyindən həmin dövr onun sığorta stajı kimi nəzərə alınmalıdır.

43. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçının Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsində işləməsi ilə bağlı dövrdə müəssisənin fəaliyyəti ilə bağlı qeydlərin tam olmaması on un iradə ifadəsindən asılı olan hal deyil və onun ziyanına şərh olunmamalıdır. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş sənədlər toplusundan görünür ki, iddiaçı həqiqətən də Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsində işləmiş və qeyd edilən dövrdə müəssisə fəaliyyət göstərmişdir. Göstərilən sənədlərin mötəbərliyi hər hansı şübhə doğurmamışdır. Lakin iddiaçının işlədiyini iddia etdiyi müəssisənin dövlət qeydiyyatına alınması, İddiaçı həmin müəssisədə işləməsi faktını təsdiq etmək üçün əsas hesab edilə bilməz.

44. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, mübahisəli dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək staj ının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin tələblərinə görə əmək kitabçası iş stajını təsdiq edən sənəddir. Odur ki, iddiaçının xx.xx.1997-xx.xx.1999cu illərdə işlədiyi müddəti onun iş stajına daxil etməklə məhkəmə haqlı olmuşdur.

45. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilir ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin dövlət reyestr məlumatlarına əsasən xx.xx.1994-cü il tarixdə 680 nömrə ilə dövlət qeydiyyatına alındığı göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda isə Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin 23 iyul 1997-ci il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin dövlət reyestrində qeydiyyatda olduğu bildirilmişdir. Göründüyü kimi iddiaçının işlədiyini iddia etdiyi Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin dövlət qeydiyyatına alınma tarixi ilə bağlı məhkəməyə ünvanlanan məktublar arasında ziddiyyət mövcud olmuşdur. Lakin məhkəmə kollegiyası tərəfindən həmin ziddiyyət araşdırılmadan, həmin müəssisədəki dövrlər əsassiz olaraq sosial sığorta stajına daxil edilmişdir.

46. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə razılaşaraq bildirir ki, həqiqətən də Azərbaycan-Rusiya "xxxx" Birgə Müəssisəsinin dövlət reyestrində qeydiyyatda alınması tarixləri ilə əlaqədar Azərba ycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məktubları arasında uyğunsuzluq vardır.

47. Lakin cavabdeh iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövrünü mübahisələndirdiyindən adı çəkilən müəssisənin 1997-ci ildən əvvəl qeydiyyata alınıb alınmaması iddianın həlli baxımından önəmli deyildir.

48. Beləliklə, iş materiallarına əlavə edilmiş arayışlarla məlum olur ki, iddiaçının 25 ildən çox ümumi və 12 il 6 aydan çox güzəştli iş stajı mövcud olduğundan yuxarıda istinad olunan normalara görə onun güzəştli şərtlərlə yaşa görə əmək almaq hüququ yaranmış və İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinin tə ləbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya pensiya təyin edilməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

49. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-267/2023 nömrəli, 05 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar