Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3390/2025 22.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsi cavabdeh X3 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: Siyahıya alınmış əmlakın satılması, siyahıya alınmış alınmış əmlakın vergi ödəyicisinə məxsus olmaması; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin cavabdeh X3 qarşı “siyahıya alınmış əmlakının satılması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçının ## ##### 2024-cü il tarixli qərarı ilə cavabdehin əmlakı siyahıya alınmışdır.
2. Əmlakının siyahıya alınması barədə ## ##### 2024-cü il protokoldan və ona əlavə edilmiş siyahıdan görünür ki, cavabdehin əmlakı kimi 2000 manat dəyərində “VAZ 21041” markalı, **-BL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi siyahıya alınmışdır.
3. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ##.##.2024-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 2000 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə onun 2000 manat dəyərində siyahıya alınmış əmlakının vergi orqanının müəyyən etdiyi ticarət şəbəkəsində satılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədilə cavabdehə bildiriş verilmişdir. Lakin cavabdeh tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Borc məbləğinin ödənilməsinin təmin edilməsi məqsədi ilə Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən öhdəliyin yerinə yetirilməsi üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə ##.##.2024-cü il tarixli qərar qəbul edilmişdir. Qərar əsasında cavabdehin ##.##.2024-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 2720,05 manat borcuna görə 2000 manat dəyərində əmlakı siyahıya alınmış və bu barədə, ##.##.2024-cü il tarixli *********** saylı protokol tərtib edilmişdir. Siyahıya alınmış əmlakın siyahısı protokola əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc məbləği ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə ##.##.2024-cü il tarixli xəbərdarlıq məktubları göndərilmişdir. Cavabdehin ##.##.2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 2000 manat məbləğində ödənilməmiş borcu qalmışdır.
5. Cavabdehin iddia tələbinə qarşı etirazı daxil olmamışdır.
6. Sumqayıt Inzibati Məhkəməsinin (hakim: L.E.Mirzəyeva) ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsi tərəfindən daxil olmuş ## #### 2025-ci il tarixli cavab məktubuna əlavə edilmiş sənədlərdən aydın olur ki, cavabdeh X3 ona məxsus “VAZ 21041” markalı, **-BL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini alqı-satqı müqaviləsi əsasında başqa şəxsə satmışdır. Göründüyü kimi, iddiaçı Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən cavabdehin siyahıya alınmış “VAZ 21041” markalı, **-BL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ əsasında sonuncuya məxsus deyildir.
8. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/, V.E.Əzizova və İ.R.Quliyev) ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qərarını onunla əsaslandırmışdır ki, vergi qanunvericiliyinin yuxarıda istinad olunan normalarının tələbinə əsasən vergi ödəyicisi müvafiq vergi öhdəliklərini icra etmədiyi halda, məhz ona məxsus olan əmlak siyahı alınmaqla, satılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı iddia tələbinin əsası kimi məhz cavabdehin iddiaçı qarşısında yerinə yetirilməli olan 2720,05 manat məbləğində borc öhdəliyinin mövcud olmasına istinad etmişdir. Həmçinin, iddiaçı həmin hala istinad edərək, əmlakın siyahıya alınması barədə ## ##### 2024-cü il tarixli qərar qəbul etmiş, bu barədə, əmlakın siyahıya alınması haqqında ## ##### 2024-cü il tarixli protokol tərtib edilmişdir. Qeyd edilən protokolun məzmunundan görünür ki, siyahıya alınan əmlak qismində iddiaçıya məxsus olan nəqliyyat vasitəsi qeyd edilmiş, onu dəyəri 2000 manat qeyd edilmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı tərəfindən bu barədə cavabdehə xəbərdarlıq məktubu ünvanlanmışdır. Eləcə də, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehin borc öhdəliyinin icrasının təmin edilməsi məqsədilə siyahıya alınmış və satılmasını tələb etdiyi əmlak xüsusi mülkiyyət hüququ əsasında başqa şəxsə (X2) məxsusdur. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçı tərəfindən siyahıya alınmış əmlak hazırda cavabdehə məxsus olan əmlak qismində çıxış etmədiyindən, onun vergi borcu öhdəliyinin icrasının təmin edilməsi ilə bağlı hazırkı iddia tələbi Vergi Məcəlləsinin 89-cu maddəsinin dispozitiv şərtləri ilə uzlaşmır. Belə ki, qeyd edilən normanın məzmunundan görünür ki, vergi ödəyicisinin yerinə yetirməli olduğu borc öhdəliyinin icrasının təmin edilməsi məqsədilə məhz ona məxsus olan əmlak siyahıya alına bilər. Iddiaçının siyahıya aldığı və satılmasını tələb etdiyi əmlakın cavabdehə məxsus olması halı müəyyən edilməmiş, bu hal iş materialları əsasında təkzib olunmuşdur. Indiki halda iddiaçının həmin əmlaka münasibətdə tətbiq etdiyi tədbir, ilk növbədə, başqa şəxsin mülkiyyət hüququnun müdafiəsi və mülkiyyətin toxunulmazlığı prinsiplərinin mahiyyətinə və məqsədinə ziddir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçı inzibati orqan cavabdehin borc öhdəliyinin icrasının təmin edilməsi məqsədilə başqa şəxsə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan əmlakın satılmasını tələb etməkdə haqlı olmamışdır.
11. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
12. Məhkəmə kollegiyası hesab edir ki, IPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, HYPERLINK "https://supremecourt.gov.az/storage/pages/1970/kassasiya-sikayetinin-mumkunluyu- 06112023-yenilenmis-son-1.pdf" Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqeyə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
13. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91-ci və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
14. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
15. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.
16. Belə ki, iddiaçının satılmasını xahiş etdiyi siyahıya alınmış əmlak (onun hansı tarixdə özgəninkiləşdirilməsindən asılı olmayaraq) hazırda cavabdehin deyil, başqa şəxsin mülkiyyətindədirsə və əmlakın özgəninkiləşdirilməsinə dair müqavilənin etibarsız hesab edildiyinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı yoxdursa, başqa şəxsin mülkiyyətində olan həmin əmlakın satılmasına dair tələb əsaslı hesab edilə bilməz. Hazırkı halda iddia təmin edilsə belə, buna dair məhkəmə qərarı icra keyfiyyətinə malik olmayacaqdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *- *(***)-****/**** nömrəli qərarları).
17. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin əqdin etibarsızlığı ilə bağlı dəlilinə münasibətdə əlavə olaraq qeyd edir ki, əqdin etibarsızlığı mülki məhkəmə icraatı qaydasında müəyyən edilməlidir. Iddiaçı sözügedən əqdin etibarsızlığının mülki məhkəmə icraatı qaydasında müəyyən edilməsinə nail olduqdan sonra siyahıya alınmış əmlakın satılması barədə iddia qaldıra bilər.
18. Işin birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə tərəfindən bu məsələ ilə bağlı araşdırma aparılmış və Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinə sorğu verilmiş, sorğuya cavab olaraq bildirilmişdir ki, cavabdeh X3 ona məxsus “VAZ 21041” markalı, **-BL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini alqı-satqı müqaviləsi əsasında başqa şəxsə satmışdır. Göründüyü kimi, iddiaçı Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən cavabdehin siyahıya alınmış “VAZ 21041” markalı, **-BL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ əsasında sonuncuya məxsus deyildir. Belə olan halda məhkəmə düzgün olaraq qeyd etmişdir ki, cavabdehin vergi borcunun ödənilməsinin təmin edilməsi üçün hazırda başqa şəxsin mülkiyyətində olan əmlakın siyahıya alınaraq satılması yolverilməzdir.
19. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən iddiaçı üçün əlçatan və bəlli olmuşdur.
20. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
21. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin təkrar edilən dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Bundan başqa, hazırkı iş üzrə IPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
23. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI :
Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.