Məhkəmə qərarları › İş №2-1(102)-3393/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3393/2019

10.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3393/2019 10.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: əmək pensiyasının sığorta hissəsinə əlavələr. GİRİŞ HİSSƏ: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı və vəkili Vəkil, cavabdehin vəkili X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbayc an Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinəqarşı əmək pensiyasının sığorta hissəsinə əlavələr nəzərə alınmaqla pensiyasının yenidən hesablanması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1731/2019 saylı iş üzrə 24 iyul 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 10 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1226/2019 saylı, 12 aprel 2019-cu il tarixli qərarı (hakim - M.T.Hacıbəyova)ilə iddia təmin edilərək İddiaçı pensiyasına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanu nun 19.1.7.2-ci maddəsinə əsasən əlavələrin hesablanması ilə pensiyasının yenidən hesabanması və ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə (hüquqi varisi Xüsusi Şərtlərlə Təyinat İdarəsi) həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1731/2019 saylı, 24 iyul 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – V.M.Ağayev, hakimlər – A.B.Nuriyeva və C.A.Yusifov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 2-1(81)-1226/2019 saylı qərarı ləğv olunaraq iş üzrə yeni qərar qəbul olu nmaqla iddiaçı Abdullayev Oqtay Əhməd oğlunun iddiası təmin edilməmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 iyul 2019-cu il tarixli qərarını ləğv edib iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Belə ki,Mülki Prosessual Məcəllənin 386-cı maddəsinin tələblərini pozaraq məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7-ci maddəsini səhv başa düşmüş (izah etmiş) və buna görə səhv qərar qəbul etmişdir. Bu maddədə deyilir ki, yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (X3 veteranları istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlillərə əmək pensiyas ının sığorta hissəsinə əlavələr hesablanır. Qeyd etmək lazımdır ki, məhkəmə səhvən hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7-ci maddəsinin birinci hissəsində ərizəçinin tələbi yaşına görə pensiyaçı olmaması səbəbindən təmin edilmir, ikinci hissəsi isə linqvistik səbəblərə və dövlət dilinin xüsusiyyətlərinə görə ərizəçiyə şamil edilmir. Müharibə əlillərinin yalnız bir yaşa və ya yaşa görə təqaüdə çıxması, digər əlil şəxsin isə “Əmək pensiyaları haqqında” Qanunun 12.2-ci maddəsinin tələblərinə əsasən həmin yaşa və iş stajına malik olmamasına əsaslanaraq pensiya əlavələri almaq hüququndan məhrum edilməsi məntiqli deyildir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçı və onun vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdil ər. Cavabdehin vəkili kassasiya şikayətinin təmin olunmadan, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarından müəyyən edilir ki, iddiaçıya 30 senty abr 2013-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup müddətsiz əlillik və buna uyğun olaraq isə daha sonra ona əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hazırkı tələbində “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7.2-ci maddəsinin onun barəsində tətbiq olunmasını və həmin maddə ilə nəzərdə tutulmuş 77 manat məbləğində əlavə nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını iddia edir. “Əmək pensiyaları haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsinə aşağıdakı əlavələr hesablanır: (...) 19.1.7. yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (X3 əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlillərə: (...) 19.1.7.2. İİ qrup əlillərə 77 manat məbləğində;... Normanın məzmunund an göründüyü kimi, iddia olunan əlavə o şəxs barəsində tətbiq olunur ki, həmin şəxs: 1) müharibə əlilidir, lakin ona pensiya yaşa görə təyin edilmişdir; 2) müharibə iştirakçısıdır, lakin onun əlilliyi müharibədə iştirakla bağlı deyil. İddiaçıya isə əmək pensiyası onun müharibədə iştirakı ilə bağlı əlilliyə görə təyin edilmişdir. Həmin kateqoriyadan olan şəxslərə isə güzəştlər (əmək pensiyasına əlavələr), “Əmək pensiyaları haqqında” Qanunun 20.16, 20.16.1-ci maddələrində nəzərdə tutulmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.16-cı maddəsinə əsasən, bu qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.16.1. İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin - 100 faizi, İİ qrup müharibə əlillərinə - 80 faizi, İİİ qrup müharibə əlillərinə 55 faizi;... İşin hallarından isə müəyyən edilir ki, iddiaçıya pensiya hesablanarkən sözügedən qulluq stajına görə əlavələr nəzərə alınmışdır. Beləliklə, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 19.1.7.2-ci maddəsinin onun barəsində tətbiq olunmasını və həmin maddə ilə nəzərdə tutulmuş əlavə nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını iddia etməkdə haqlı deyildir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən edilmiş hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı isə də yişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1731/2019 saylı iş üzrə 24 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar