Məhkəmə qərarları › İş №2-1(102)-3395/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3395/2019

11.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3395/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin ödənilməsi, məhkəmə aidiyyəti, mümkünsüz iddia) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cü il 14 may tarixl i 2-1(103)-1208/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinin 2017-ci il 11 aprel tarixli “inzibati xəta haqqında iş üzrə qərarı” ilə İddiaçı İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətdiyinə görə 20 manat məbləğində cərimə olunmuşdur. İddiaçı həmin qərardan verdiyi şikayətə əsasən, Nərimanov Rayon Məhkəməsinin 2017-ci il 10 avqust tarixli qərarı ilə Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinin 2017-ci il 11 aprel tarixli “inzibati xəta haqqında iş üzrə qərarı” ləğv edilmiş, inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilmişdir. İddiaçı 2017-ci il 7 noyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 20 manat evakuasiya xidməti, 40 manat beş dəfə Bakı şəhər DYPİ-nə gəlib getdiyinə, 40 manat məhkəməyə gedib-gəlişə, 180 manat doqquz dəfə işdən ayrılıb araşdırmalara və məhkəməyə getdiyi üçün gəlirindən itirdiyinə görə, keçirdiyi əsəb, stress, sarsıntı, iztirab və mənəvi ziyana görə 2.000 manat, ümumilikdə 2.280 manat məbləğində dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək20 manat evakuasiya xidməti, 50 manat beş dəfə Bakı şəhər DYPİ-nə gəlib getdiyinə, 90 manat doqquz dəfə Nərimanov Rayon Məhkəməsinə gedib-gəlişə, 40 manat beş iclas 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə gedib-gəlişə 10 manat Bakı Apellyas iya Məhkəməsinə gediş-gəlişə, 500 manat iyirmi beş dəfə işdən ayrılıb araşdırmalara və məhkəmə iclaslarına getdiyi üçün gəlirindən itirdiyinə görə, keçirdiyi əsəb, stress, sarsıntı, iztirab və mənəvi ziyana görə 12.000 manat, ümumilikdə 12.710 manat məbləğində dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsi Nərimanov Rayon Məhkəməsinin 2017-ci il 10 avqust tarixli qərarından 2018-ci il 19 fevral tarixdə şikayət verdiyindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 15 mart 2-1(81)-343/2018 nömrəli qərardadı ilə iş üzrə icraat həmin şikayətə baxılanadək dayandırılmışdır. Nərimanov Rayon Məhkəməsinin 2017-ci il 10 avqust tarixli qərarından şikayət qanunla müəyyən edilmiş müddət ötürülməklə verild iyindən Bakı Apellyasiya Məhkəməsi hakiminin 2018-ci il 29 mart tarixli qərardadı ilə şikayət inzibati xəta haqqında iş üzrə materialla birlikdə birinci instansiya məhkəməsinə qaytarılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 31 avqust tarixli 2-1(81)343/2018 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmiş, həmin Məhkəmənin 2018-ci il 25 sentyabr tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 2 noyabr tarixli 2-1(103)-2659/2019 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişd ir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 21 fevral tarixli 2-1(81)1064/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının xeyrinə 20 manat evakuasiya xidməti və mənəvi ziyana görə 20 manat pulun cavabdehdən tutulması qərara alınmış, iddia qalan hissədə rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cü il 14 may tarixli 2-1(103)-1208/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə qərarında vurulmuş mənəvi ziyanı 1.000 manat məbləğində ağlabatan və ədalətli hesab edir, nəticədə isə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayır. Beləliklə, qərarın ədalətli olması böyük şübhə doğurur. Verilmiş qərarlar ancaq cərimə meydançasında baş verənlərin dəyəridir. İddiaçının məhkəməyə təqdim etdiyi X2 araşdırma ların nəticəsi, 6 fərqli prosesdə məhkəmə qərarları, bu iclasların keçirilmə tarixi barədə məhkəmələrdən alınmış arayışlar və Elektron Məhkəmə Portalından əldə olunmuş çıxarışlar var. İddiaçı məhkəmə iclasında iştirak etmək üçün işdən icazə almış, bunun nəticəsində ona maddi ziyan dəyməsi barədə məhkəməyə arayış təqdim etmişdir. Lakin məhkəmə bütün bunları nəzərə almamışdır. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. 2019-cu il 4 dekabr tarixli məhkəmə iclasında iddianın mümkünlüyünə dair məsələ iddiaçı ilə müzakirə olunmuş, iddianın mümkünsüzlüyünün hüquqi nəticələri iddiaçıya izah olunmuş və hazırkı məzmunda tələb (şikayət) üzrə öz mövqeyini dəqiqləşdirmək üçün ona vaxt verilmiş, məhkəmə iclasının davam etdirilməsi 2019-cu il 11 dekabr tarixə təxirə salınmışdır. İddiaçı məhkəmə koll egiyasına ərizə ilə müraciət edərək 2019-cu il 11 dekabr tarixə təyin edilmiş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmiş və zərərin əvəzi olaraq məhkəmə qərarları ilə təyin edilmiş məbləğin artırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansi ya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Normanın tələbindən göründüyü kimi inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən yalnız o mübahisələrə baxılır ki, bu, inzibati hüquq münasibətlərindən irəli gəlsin və həmin mübahisəyə b axılmasının qanunla başqa aidiyyət qaydası müəyyən edilməmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun preambulasına görə, bu Qanun təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya suiistifadəsi) nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın dövlət tərəfindən ödənilməsi hüququnun təmin edilməsinə yönəldilmişdir. Həmin Qanunun 1-ci maddəsinin müddəalarına əsasən, bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: (...) 8) şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtida i istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 4-cü maddəsinin müddəalarına əsasən, vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: (...) 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Qeyd edilən qanun normalarının məzmunundan göründüyü kimi, inzibati xəta haqqında icraat üzrə şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyanın ödənilməsi qaydası həmin normaların aid olduqları mülki qanunvericilik aktları ilə tənzimlənir. İddia tələbindən və işin müəyyən edilmiş hallarından göründüyü kimi, hazırkı iddia tələbi iddiaçı ilə inzibati orqan arasında yaranmış münasibətlə rdən irəli gəlsə də, bu münasibət bilavasitə inzibati icraatla deyil, inzibati xətalara dair iş üzrə icraatla bağlı və həmin icraatın iştirakçıları (subyektləri) arasında yaranmışdır. Qanunverici isə həmin münasibətləri inzibati icraatın nizamasalma predmetinə aid etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.2-ci maddələrində aşkar və qeyd-şərtsiz olaraq təsbit olunmuşdur ki, bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Məhkəmə kollegiyası istinad edilən normaların tələblərinə əsasən hesab edir ki, hazırkı mübahisə inzibati icraatın nizamasalma predmetinə aid olmadığından, məhkəmələr həmin mübahisəyə baxmaqda səlahiyyətli olmamışlar. Qeyd edilən səbəblərə görə hazırkı məzmunda iddia mümkünsüzdür. Nəticəvi hissə: Yuxarıda göstər ilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cü il 14 may tarixli 2-1(103)-1208/2019 nömrəli qərarı ləğv edilir. İddia mümkün sayılmır. İddiaçıya izah olunur ki, inzibati xətalara dair iş üzrə icraatla bağlı vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddia ilə mülki məhkəmə icraatı qaydasında səlahiyyətli məhkəməyə müraciət edə bilər. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar