Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3395/2025 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” müddətsiz ikinci dərəcəli əlilliyin elektron altsistemdə bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.1994-cü il tarixli, **** nömrəli xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı olan xəstəliklə bağlı “Sağ pəncənin 1-ci, 2-ci, 3cü barmaqlarının falanqalarının daraq sümüyü səviyyəsində eksartikulyasiyası (##.##.1994). 1-ci, 2-ci, 3-cü, 4-cü barmaqların donvurmadan sonrakı vəziyyət” diaqnozu qoyulmuş, travmanın səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” kimi müəyyənləşdirilmiş, o, sülh dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir.
2. Iddiaçıya ilkin olaraq ## #### 1995 - aprel 1996, təkrar olaraq ## ##### 1996may 1997, ## ##### 1997- may 1998, ## ##### 1998 - may 1999, 1999-2000, 2000- 2001, 2001-2002, 2002-2003, 2003-2004, 2004-2005-ci illər üzrə səbəb əlaqəsi Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar olmaqla ikinci dərəcəli; ##.##.2005ci il tarixdən isə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir.
3. ** saylı Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2005-ci il tarixli qərarından görünür ki, iddiaçıya qeyd edilən tarixdə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcəli əlillik təyin edilərkən, diaqnozu “Sağ ayağın ll-lll-IV dərəcəli donvurması nəticəsində ankilotrofikonekrozu. Sağ pəncənin İ-II-III barmaqlarının daraq-falanqa oynağı səviyyəsində ekzartikulyasiyası, yerişin çətinləşməsi. Astenonevrotik sindrom” olmuşdur.
4. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, F-088 göndəriş olmadan ##.##.2022-ci il tarixdə iddiaçının əlilliyi əyani müayinə nəticəsində yenidən qiymətləndirilmiş, diaqnoz: “Sağ ayağın ll-lll-IV dərəcəli donvurması nəticəsində ankilotrofikonekrozu. Sağ pəncənin İ-II-III barmaqlarının daraqfalanqa oynağı səviyyəsində ekzartikulyasiyası. Astenonevrotik sindrom” qeyd edilmiş, əlilliyin təyin edilməsindən imtina edilmiş, səbəb: “Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmişdir.
5. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, F-088 göndəriş əsasında ##.##.2023-cü il tarixdə iddiaçının elektron qaydada əlilliyi “Aşıq-baldır oynağı nahiyəsi və ayağın toxumaların nekrozlaşan donvurması, hər iki aşıq-baldır oynağı nahiyəsinin və ayağın toxumalarının nekrozlaşan donvurması. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, sağ ayağın İ daraq sümüyünün orta 1/3 səviyyəsindən amputasiyası, II, III barmaqların ekzoartikulyasiya cərrahi müdaxiləsindən sonrakı vəziyyət (Hər iki aşıq-baldır oynağı nahiyyəsinin və ayağın toxumalarının nekrozlaşan donvurması ilə əlaqədar). Axım bifazik-trifazik.” diaqnozu əsasında yenidən qiymətləndirilmiş, sonda əlilliyin təyin olunmasından imtina edilmiş, səbəb: “Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmiş; ##.##.2023-cü il tarixdə iddiaçının əyani müayinəsi nəticəsində də “Diaqnoz əlillik əlaməti təyin etmir barədə” # #### 2023-cü il tarixli qərar qəbul edilmişdir.
6. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, F-088 göndəriş əsasında ##.##.2023-cü il tarixdə iddiaçının elektron qaydada əlilliyi “Aşıq-baldır oynağı nahiyəsi və ayağın toxumalarının nekrozlaşan donvurması, hər iki aşıq baldır oynağı nahiyəsinin və ayağın toxumalarının nekrozlaşan donvurması. Hipertrofik çapıq, sağ ayaq 1-ci, 2-ci, 3-cü barmaqların amputasion və ekzartikulyasion güdüllərdə hipertrofik dartıcı çapıqlar” diaqnozu əsasında yenidən qiymətləndirilmiş, sonda əlilliyin təyin olunmasından imtina edilmiş, səbəb: “Daqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmiş; ##.##.2023-cü il tarixdə iddiaçının əyani müayinəsi nəticəsində də “Diaqnoz əlillik əlaməti təyin etmir barədə” ## ###### 2023-cü il tarixli qərar qəbul edilmişdir.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1 ##.##.2024-cü il tarixli, T ***/**** nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilir ki, “...Səhiyyə Nazirliyi “xxxx” PHŞ müalicə müəssisəsi olmadığından, İddiaçı hazırda konkret olaraq hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün deyildir. Lakin İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı akademik M.A.Topçubaşov adına X2 müayinəyə göndərilmiş və ##.##.2024-cü il tarixdə Mərkəzdə aparılmış müayinələrə əsasən “I73.1- Obliterasiya edən trombanqit, hər iki aşağı ətrafda baldır arteriyalarının stenooklyuziyası. Sağ ayağın İ, II, III barmaqlarının amputasion güdülü. Hər iki aşağı ətrafda II-III dərəcəli xroniki işemiyası; R26.2-Sağ aşıq-daban oynağının kontrakturası. Yerimə funksiyasının pozulması.” diaqnozu müəyyən edilmişdir. Qeyd edilən diaqnoz ona ilkin müddətsiz əlillik təyin edilən zaman qoyulmuş diaqnozla ümumən eynilik təşkil edir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, Tibbi- 8. sosial Ekspert Komissiyasının ## ###### 2023-cü il tarixli, *******0004 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ## ###### 1974-cü il tarixdə Biləsuvar rayonunun Ağalıkənd kəndində doğulmuşdur. 1992-ci ilin oktyabr ayında Biləsuvar rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq hərbi hissəyə göndərilmişdir. Bir müddət Sumqayıtda, Bakıda, Giləzidə xidmət və təlim keçdikdən sonra N saylı hərbi hissənin tərkibində Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü ilin yanvar ayının 19-da Kəlbəcər bölgəsində düşmənlə üz-üzə olduğu döyüşlər zamanı kəllə-beyin travması, kontuziya almış və qarın həddən artıq çox yağmasına görə ayaqlarını III, IV dərəcəli don vurmuşdur. Bundan sonra döyüş nöqtəsindən çıxarılmış və əvvəlcə həmin əraziyə yaxın olan Toğana kəndində, sonra isə Gəncə şəhərində yerləşən *** saylı hərbi hospitalda ilk yardım göstərilmişdir. Bir müddət Gəncə hospitalında stasionar müalicə olunmuş, lakin ayaqları get-gedə qaraldığı üçün onu Bakı şəhərindəki Məlikov adına * saylı xəstəxanaya təxliyyə etmişlər. Bakıda ayaqlarını bir müddət müalicə etdikdən sonra ayağının sağalmayan hissəsini-sağ ayaq barmaqlarını amputasiya etmişlər. Beləliklə, həm ayaqlarına, həm də başına müalicələr başlamış və təqribən 13 ay davam etmişdir. 1995-ci ilin mart ayında ordudan tərxis olunmuş və ona II dərəcəli Qarabağ müharibəsi əlilliyi təyin edilmişdir. Hər il 1 dəfə həkimekspert komissiyasının yoxlanışından keçməklə, 10 ildən sonra ayağında olan amputasiya və astenonevrotik sindrom diaqnozu olduğuna görə yerişində çətinlik çəkdiyi üçün ** saylı TSEK tərəfindən ## #### 2005-ci ildə əmək qabiliyyətsiz olması müəyyən edilməklə, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz II dərəcəli əlillik təyin edilmiş (surəti əlavə olunur) və həmin ilin mart ayından mütəmadi olaraq dövlətimin ayırdığı reabilitasiya vasitələrindən (ortopedik ayaqqabı, əsa, əl ağacı, dirsəkaltı, bel bandajı, avtomobil və s.) və müalicələrindən istifadə etmişdir. 2022ci ilin oktyabr ayında ortopedik ayaqqabı və əsa götürmək üçün Dövlət Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etmişdir. Lakin onu əsa və ortopedik ayaqqabı ilə təmin etmək əvəzinə, əlilliyini dayandırmışlar. Bundan təqribən bir ay sonra, yəni 2022-ci ilin noyabr ayında xəbər tutmuş və həmin vaxtdan etibarən aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Dövlət Tibbi-Sosial Ekspert Komissiyasına dəfələrlə müraciət edərək bildirmişdir ki, ona II dərəcəli əlillik 2005ci ildə müddətsiz təyin edilmişdir, komissiyanın yoxlanışına cəlb edilə bilməz və bunun üçün müraciət etməmiş, sadəcə olaraq, ortopedik ayaqqabı və əsa götürmək üçün müraciət etmişdir. Müraciətləri müsbət həll edilmədiyi üçün yenidən sənədlərini əlillik altsisteminə həkim vasitəsilə göndərmiş, lakin Dövlət Tibbi-Sosial Ekspert Komissiyası iki dəfə, sonuncu dəfə isə ## ###### 2023-cü il tarixli qərarla, guya, “Diaqnoz əlillik əlaməti təyin etmir” bəhanəsi ilə əlilliyinin bərpasından imtina etmişdir (surəti əlavə olunur). Cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Belə ki, istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na görə, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə görə, onun II dərəcəli əlilliyi müəyyən olunur. Sənədlərə və əyani şəkildə səhhətinə düzgün baxmadan cavabdeh orqan onu bir ildən yuxarıdır ki, əsassız yerə incidir, belə qeyd edir ki, “Nazirlər Kabinetinin qərarına uyğun olaraq yeni meyarlara uyğun gəlmir”. Halbuki, müddətsiz amputasiya olunmuş bədən əzası və başda problemi və astenonevrotik sindrom diaqnozu, bundan əlavə, “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu F.07.0” diaqnozu, sağ əlin tutma funksiyasının pozulması diaqnozu ola-ola haqsız olaraq əlilliyini dayandırmışlar. Hazırda ayağında və ümumi səhhətində ağırlaşmalar yaranmışdır və vəziyyətini ağırlaşdıran indiki yeni meyarlar ona heç vaxt şamil oluna bilməz. Hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi barədə 2023-cü ilin noyabr ayında etdiyi müraciətə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ## ###### 2023-cü il tarixli məktubla başdansovdu cavab verərək bildirmişdir ki, “şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “xxxx”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Təqdim edilən sənədlər və sağlamlıq vəziyyətinizin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adınıza rəsmiləşdirilən göndərişlərdə qeyd edilmiş diaqnozlar göndərişlərin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul olunmuşdur”. Göründüyü kimi, ona hələ 2005-ci ildə müddətsiz təyin olunmuş II dərəcəli əlilliyin dayandırıldığı gündən bərpa olunmasına əsas verəcək hallar iş materialları ilə öz təsdiqini tapsa da, cavabdeh inzibati orqan əsassız olaraq bundan imtina etmiş, öz səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. Onu da qeyd edir ki, əlilliyi dayandırıldığı gündən ailədə olan maddi-məişət problemləri artmışdır. Xəstəliyi müalicə və reabilitasiya olunmur. Əmək qabiliyyəti olmadığına görə işləyə də bilmir. Əlilliyin dayandırıldığı günə qədər II dərəcəli əlilliyə görə 350 manat Prezident təqaüdü, 302,81 manat pensiya alırdı. Aldığı həmin pensiya ailəsinin müəyyən işlərinə köməklik edirdi, lakin indi işləyə bilmədiyi üçün ailənin ümidinə qalmışdır. Son vaxtlar artıq psixi problemləri də yaranmışdır, bu barədə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "xxxx” X1 ## ####### 2023-cü il tarixli **** nömrəli rəyi də vardır və ona “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu F.07.0 diaqnozu qoyulmuşdur (surəti əlavə olunur).
10. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı Xəzər Tibb Mərkəzinin ##.##.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Aşıq-baldır oynağı nahiyəsi və ayağın toxumaların nekrozlaşan donvurması, Hər iki aşıq-baldır oynağı nahiyəsinin və ayağın toxumalarının nekrozlaşan donvurması. Hipertrofik çapıq, sağ ayaq 1, 2, 3-cü barmaqların amputasion və ekzartikulyasion güdüllərdə hipertrofik dartıcı çapıqlar Mərkəzə göndərilmənin/Imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi- Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə. Bakı şəhər sakini ##.##.1974-cü il təvəllüdlü İddiaçı (FINıOTSWGOZ) əlillik vəziyyəti DTSERA-da ##.##.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar verilmişdir. Daha sonra əlillik vəziyyəti DTSERA-da ##.##.2023-cü il tarixli G********NIN nömrəli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.1994-cü il tarixli, **** nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağ pəncənin 1.2.3-cü barmaqlarının falanqalarının daraq sümüyü səviyyəsində eksartikulyasiyası (##.##.1994). 1.2.3.4-cü barmaqların donvurmadan sonrakı vəziyyət diaqnozlu travmanın səbəb əlaqəsi Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməlidir ki, vətəndaş ##.##.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş. “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yerişin pozulmasından şikayətlənərək, sağ aşağı ətrafının protezləşməsini tələb etmişdir. Müayinə zamanı sağ pəncənin İ. II. III barmaqlarının ekzartikulvasiyası müşahidə edilmiş, aşağı ətraflarında tük örtüyü saxlanılmış, trofiki pozğunluq qeyd edilməmişdir” kimi qeyd olunmuş, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Yenidən, növbəti dəfə vətəndaş ##.##.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətraflarda keyləşmə və qıcolmalardan şikayətlənmişdir. Anamnezində dirsək nahiyəsindən travma aldığını, Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edərkən don vurduğunu bildirmişdir. Baxış zamanı sağ ayağın İ, II, III barmaqları amputasiya olunma vəziyyəti izlənmiş, hər iki ayaqarxası və topuqda dolğun nəbz hiss edilmişdir. Nevroloji müayinə zamanı sağ yuxarı ətrafın IV, V barmaqlarında hərəki məhdudluq, əlin qısa əzələlərinin atrofiyası müəyyən edilmiş, əlillik təyinatına əsas verməmişdir” kimi qeyd olunmuş, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, əsəbilik, başağrıları, yuxusuzluq, yaddaşsızlıq, aşağı ətraflarında qıcanma hissindən şikayətlənmişdir. Anamnestik məlumatlarında sağ yuxarı ətrafında sınıq olduğunu, adətən gecə saat 3-4 radələrində ağ paltarlı adamların gözünə göründüyünü bildirmiş, medikamentoz preparatlardan “Aktovegin”, “Depakin” qəbul etdiyini bildirmişdir. Müayinə zamanı sağ aşağı ətrafın İ, II, lll barmaqlarının ekzartikulyasiyası izlənilmiş, hər iki topuq və sol ayaqarxası nahiyədə nəbz kafi, sağ ayaqarxası nahiyədə isə nəbz zəif izlənilmiş, sağ dirsək oynağında 160 dərəcəyə qədər açma funksiyasını göstərmişdir. Nevroloji baxış zamanı yuxarı ətraflarda əzələ gücü və tonus normal, reflekslər canlı alınmış, əlin qısa əzələləri atrofik izlənilmişdir. Vətəndaşın klinik əlamətləri sağ dirsək sinirinin neyropatiyası kimi dəyərləndirilmişdir. Psixi statusunda ünsiyyət zamanı müfəssəllik nəzərə çarpmış, yuxu pozuntularından şikayətlənmişdir. Demonstrativ davranışları aktual, ön planda olmuş, mövzudan yayınmış, kliniki əhəmiyyətli sualların heç birinə cavab verə bilməmiş, psixiatrik müraciətləri əsaslandıra bilməmişdir. Parsial yaddaş itkilərindən bəhs etmiş, lakin bunu təsdiqləyən baş-beynin instrumental müayinə nəticəsində (MRT) amigdala, hippokamp zədələnmələr izlənilməmişdir. Vətəndaşın klinik əlamətləri şəxsiyyət üzvi mənşəli isterik tip inkişafı, demonstrativlik, patoloji müfəssəllik kimi dəyərləndirilmişdir. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institutunun ##.##.2023-cü il tarixli ********** nömrəli arayışında diaqnoz “Sağ bazu sümüyünün medial epikondilusunun və başlığının bitişmiş sınığı, sağ dirsək oynağının III (üçüncü) dərəcəli artrozu, açıcı-bükücü kontrakturası (aşma 145° bükmə 75°). Sağ əl barmaqlarının yarımbükülmüş vəziyyətdə qalması, tam bükülməməsi, açıcı-bükücü kontrakturası, sağ əlin tutma funksiyasının pozulması, Sağ pəncənin İ daraq sümüklərinin orta 1/3-i səviyyəsinin, II-III barmaqların ekzartikulyasiyasından sonra amputasiya güdülləri, sağ aşıq-baldır oynağının III dərəcəli artrozu, açıcı-bükücü kəskin kontrakturası (açma 100° bükmə 90°) daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Təqdim olunmuş ##.##.2023-cü il tarixli EMQ müayinəsinin nəticəsi “Bu göstəricilər sağ yuxarı ətrafda Ulnar sinirinin tam aksonal zədələnməsi. Median sinirin irəli dərəcədə Sensori-Motor Neyropatiyası ilə uyumlu olaraq dəyərləndirilir” kimi qeyd olunmuşdur. ** nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ##.##.2023-cü il tarixli Tibbi rəyində diaqnoz “Obliterasiyaedici trombangit. Hər iki aşağı ətrafda baldır arteriyalarının stenoklyuziyası. Aşağı ətrafların II-III dərəcə xroniki işemiyası. Sağ ayağın İ-II-III barmaqların amputasion güdülü. Sağ aşıq daban oynağının kontrakturası. Yeriş funksiyasının pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X3 ##.##.2023 ##.##.2023-cü il tarixli Reabilitasiya kartasından Çıxarışda diaqnoz “Sağ ayağın ll-lll-IV dərəcəli donvurması nəticəsində ankilotrofikonekrozu. Sağ pəncənin İ-II-III barmaqlarının daragfalanqa oynağı səviyyəsində ekzartikulyasiyası. Astenonevrotik sindrom” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. xxxxnın ##.##.2023-cü il tarixli, **** nömrəli Tibbi Rəyində diaqnoz “Üzvi (İ Qarabad müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Diaqnostika Mərkəzinin ##.##.2023-cü il tarixli Kranial MRT müayinəsinin nəticəsi “Hər iki serebral hemisfer fronto-parietal paylarda tək tək mm-lik qeyri-spesifik ocaq. Sinusit əlamətləri” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. DTSERAda ##.##.2023-cü il tarixli aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi “Magistral arteriyaların aterosklerozu. 1, 2, 3 barmaq amputasiyalı” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, “Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmişdir.
11. Şirvan Inzibati Məhkəməsinin (hakim Ş.C.Musayev) ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı barəsində qəbul edilmiş Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitasiya Agentliyinin ## ###### 2023-cü il tarixli, *******0004 nömrəli qərarı ləğv edilmiş və 65-80 faiz olmaqla “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” müddətsiz əlillik elektron altsistemdə bərpa edilmişdir.
12. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın mümkün hesab edilməməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli 2-1(106)-495/2025-ci il tarixli qərardadı ilə iddiaçının “iddiaçı İddiaçı barəsində qəbul edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2022-ci il, ##.##.2023-cü il və ##.##.2023-cü il tarixli qərarların ləğv edilməsi və ##.##.2005-ci il tarixdə təyin edilmiş “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” müddətsiz ikinci dərəcəli əlilliyinin ##.##.2022-ci il tarixdən elektron altsistemdə bərpa edilməsi”nə dair iddianın dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.
14. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli 2 1(106)-495/2025-ci il tarixli qərardadı ilə iddiaçı İddiaçı Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitasiya Agentliyinin ##.##.2022-ci il və ##.##.2023-cü il tarixli qərarlarını mübahisələndirmək üçün iddiaçı tərəfindən prosessual müddətin ötürülmə səbəbi üzrlü hesab edilərək, müddət bərpa edilmişdir.
15. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: C.Ə.Quliyev /sədrlik edən və məruzəçi/, S.F.Həsənov və Q.V.Əliyev) ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Inzibati Məhkəməsinin ## ##### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmiş, iddia təmin edilmiş, iddiaçı İddiaçı barəsində qəbul edilmiş Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitasiya Agentliyinin ##.##.2022, ##.##.2023 və ##.##.2023-cü il tarixli qərarları ləğv edilmiş, iddiaçıya ##.##.2005-ci il tarixdə təyin edilmiş “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” ikinci dərəcəli müddətsiz əlillik ##.##.2022-ci il tarixdən elektron altsistemdə bərpa edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 16.1. Iddiaçının əlillik vəziyyəti ##.##.2023-cü il tarixli göndəriş əsasında elektron qaydada aparılmış qiymətləndirilmə nəticəsində ##.##.2023-cü il tarixli əlilliyin təyinindən imtina edilmiş (diaqnoz əlillik təyin etmir), iddiaçıya həmin qərar barəsində telefon (SMS) vasitəsi ilə ##.##.2023-cü ildə məlumat verilmiş, lakin hüquqi müdafiə vasitələri izah edilməmişdir. Iddiaçının müraciəti əsasında ##.##.2023-cü il tarixdə əyani müayinə həyata keçirilmiş, “diaqnoz əlillik əlaməti təyin etmir” barədə ## ###### 2023-cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərarın iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir. Belə bir vəziyyətdə kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlili olan müddətlə bağlı iddianın mümkünlüyü məsələsi ödənilmiş hesab edilməlidir. ##.##.2022 və ##.##.2023-cü il tarixli qərarlara münasibətdə (müddətlə bağlı) kollegiya qeyd edir ki, ##.##.2022-ci il tarixli qiymətləndirmə qərarının iddiaçıya təqdim edilməsi (SMS vasitəsi ilə olsa da) barədə cavabdeh orqan məhkəməyə heç bir sübut təqdim etməmiş, o cümlədən əlilliyin qiymətləndirilməsi barədə verilmiş qərardan şikayətə əsasən ## ###### 2022-ci il tarixli qərar qəbul edilmiş, həmin qərarın da iddiaçıya nə zaman təqdim edilməsi ilə bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmiş və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilməmişdir. Iddiaçının müraciəti əsasında ##.##.2023-cü il tarixdə də əyani müayinə həyata keçirilmiş, “diaqnoz əlillik əlaməti təyin etmir” barədə # #### 2023-cü il tarixli qərar qəbul edilmiş, həmin qərarın da iddiaçıya nə zaman təqdim edilməsi ilə bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmiş və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilməmişdir. ##.##.2023-cü il tarixli elektron qaydada qiymətləndirmə qərarı barəsində iddiaçıya ##.##.2023-cü il tarixdə telefon (SMS) vasitəsi ilə məlumat verilmiş, lakin hüquqi müdafiə vasitələri izah edilməmişdir. Iddiaçının müraciəti əsasında ## ###### 2023-cü il tarixdə əyani müayinə həyata keçirilmiş, “diaqnoz əlillik əlaməti təyin etmir” barədə ## ###### 2023 cü il tarixli qərar qəbul edilmiş, həmin qərarın da iddiaçıya nə zaman təqdim edilməsi ilə bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmiş və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilməmişdir. Göstərilən səbəblərdən ##.##.2025-ci il tarixli *- *(***)-***/**** saylı qərardad ilə ##.##.2022 və ##.##.2023-cü il tarixli qərarları mübahisələndirmək üçün iddiaçı tərəfindən buraxılmış prosessual müddət üzrlü hesab edilərək, müddət bərpa edilmişdir. 16.2. Müddətsiz əllilik təyinatı ilə bağlı qərarın sonradan ləğv edilməsinin mümkünlüyü qiymətləndirilərkən ilk növbədə, fərqləndirilməli olan məsələ inzibati orqanın istinad etdiyi halla bağlıdır. Başqa sözlə, diqqət yetirilməli məqam ondan ibarətdir ki, inzibati orqan müddətsiz əlillik təyinatı ilə bağlı özünün əvvəlki qərarını qanunsuz, yoxsa qanuni əlverişli inzibati akt kimi ləğv etmişdir. Baxılan iş üzrə kollegiya qeyd edir ki, inzibati orqan qanunsuz əlverişli inzibati akt hesab etdiyi qərarı ləğv etmişdir. Belə ki, cavabdeh şəxsin xəstəliyinin əlillik təyinatına əsas verməməsi qənaətinə gəlməklə müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarını ləğv etmişdir. Bu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq “Inzibati icraat haqqında” Qanunun 3.3-cü və 67-ci maddələrinin, eləcə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsbit edilmiş “xxxx”nın 3.7-ci bəndinin müvafiq müddəaları nəzərə alınmaqla həll olunmalıdır. “xxxx”nın 3.7-ci bəndində qanunverici inzibati orqana müəyyən şərtlər daxilində əvvəllər şəxsə müəyyən olunmuş əlilliklə bağlı qərarın dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək imkanı tanımışdır. Istinad olunan normanın dispozisiya şərtlərinə görə, bunun üçün iki şərt (birgə) ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə görə, inzibati orqan istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliyin müəyyən olunması ilə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “xxxx”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. “Əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar”ın mövcudluğu ilə bağlı məsələ qiymətləndirilərkən nəzərə alınmalıdır ki, burada əsaslı şübhədən kənar sübut standartı tətbiq olunmalıdır. Yəni müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar ortaya çıxmış olmalıdır. Yalnız belə tələblərə cavab verən əsasların mövcudluğundan çıxış edilməklə müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın qanuniliyinin yoxlanılmasına dair icraata başlanıla bilər. Digər tərəfdən, belə əsaslar həm qərarın özü çıxarılarkən mövcud olan, lakin inzibati orqana bəlli olmayan hallar ola biləcəyi kimi, sonradan yaranmış, lakin qərarın qanuniliyinə təsir edə bilən hallar da ola bilər. Bundan başqa, sözügedən hallar konkret iddiaçı ilə birbaşa bağlı hallar olmalı, məhz ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsaslar müəyyən edilmiş olmalıdır. Belə mübahisələr həll edilərkən “Inzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddəaları da nəzərə alınmalıdır. Buna görə, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Nəzərə alınmalıdır ki, iddiaçının əlilik ilə bağlı sənədləri illərlədir ki, cavadeh orqandadır. 16.3. Hazırkı iş üzrə müəyyən edilir ki, inzibati orqan qanunsuz əlverişli inzibati akt hesab etdiyi qərarın ləğv edilməsinə əsas ola biləcək hər hansı bir əsas olmadan, ortopedik ayaqqabı və əsa ilə təmin edilməsi üçün müraciət etmiş şəxsi tibbi göndəriş olmadan ##.##.2022-ci ildə əyani müayinəyə cəlb etmiş və nəticədə şəxsin müddətsiz əlilliyini diaqnoz əlillik əlaməti təyin etməməsi əsası ilə ləğv etmişdir. Qanunvericilik inzibati orqanın qanunsuz əlverişli inzibati aktını ləğv etməsini müəyyən şərtlər daxilində tanıyır. Bunun üçün ilk növbədə, qanunla müəyyən edilmiş əsas olmalı, belə əsas olduqda inzibati icraat təzələnməli və qanunvericiliyə uyğun inzibati icraat aparılmalıdır. Yoxsa, heç bir əsas olmadan, şəxsin hər hansı səbəbdən bir məsələ ilə bağlı cavabdehə müraciət etməsi, inzibati orqan tərəfindən icraatın təzələnməsi, şəxsin əyani müayinəyə cəlb edilməsi üçün əsas ola bilməz. Bunun əksi o anlama gələr ki, cavabdeh orqan əlilliyi olan şəxsi istədiyi vaxt əyani müayinəyə cəlb edə bilər. Bu isə inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə ziddir. Məhkəmə tərəfindən qeyd edilən məsələnin aydınlaşdırılması məqsədi ilə göndərilmiş sorğuya cavabdeh orqan ##.##.2025-ci il tarixli yazılı məlumatında bildirmişdir ki, iddiaçının inzibati orqana müraciəti əsasında əyani müayinə həyata keçirilmişdir. Lakin belə bir müraciətlə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Iddiaçı isə iddia ərizəsində cavabdeh orqana ortopedik ayaqqabı və əsa ilə təmin edilməsi üçün müraciət etməsini göstərmiş, həmçinin məhkəmə iclasında vəkili əgər həqiqətən də təyin edilmiş əlillik qərarı (##.##.2005) narazılıq doğursaydı, hazırda olduğu kimi keçən bu 17 il müddətdə bununla bağlı məhkəməyə müraciət edilə bilməsini bildirmişdir. Kollegiya qeyd edir ki, iddiaçının ortopedik ayaqqabı və əsa ilə təmin edilməsi üçün cavabdeh orqana müraciət etməsi hazırkı işdə olduğu kimi inzibati icraatın təzələnməsi və inzibati aktın ləğv edilməsi üçün əsas ola bilməz.
17. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayəti onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Iddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, cavabdehin kassasiya şikayətinin təmin olunmaması və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
20. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.6. Inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 28. Inzibati icraatın başlanılması üçün əsaslar 28.1. Inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. 28.5. Bu Qanunun 28.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu Qanunun VII fəslində müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla bu fəsildə müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir. Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. ... 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.
21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “xxxx”: ... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
23. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
26. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının barəsində qəbul edilmiş qərarların ləğv edilməsi və ##.##.2005-ci il tarixdə təyin edilmiş “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” müddətsiz ikinci dərəcəli əlilliyinin ##.##.2022-ci il tarixdən elektron altsistemdə bərpa edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
30. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
33. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “Inzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
34. Bu mənada, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur
35. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
36. Bu mənada kassasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
37. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.