Məhkəmə qərarları › İş №2-1(102)-3399/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3399/2019

20.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3399/2019 20.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Bakı şəhəri Cavabdehə (üçüncü şəxslər “xxxx” MTK, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin iştirakı ilə) qarşı iş üzrə QƏRAR Açar söz: müvəqqəti xarakterli müdafiə tədbiri Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, İddiaçı6 və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Bakı şəhəri Cavabdehə (üçüncü şəxslər “xxxx” MTK, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin iştirakı ilə) qarşı “s ərəncamın ləğv edilməsi” tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 25 iyun 2019-cu il tarixli, 2-1(103)1657/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 20 noyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, X1, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 və İddiaçı12 cavabdeh Bakı şəhəri Cavabdehə (üçüncü şəxslər "xxxx" MTK, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) qarşı Bakı şəhəri Cavabdehin 27 dekabr 2016-cı il tarixli, 439 saylı sərəncamının ləğv edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə bi rinci instansiya məhkəməsi) müraciət etmişdir. Daha sonra iddiaçılar ərizə təqdim edərək, Bakı şəhəri, Cavabdehin 27 dekabr 2016-cı il tarixli 439 saylı sərəncamının ləğv edilməsinə dair iddia tələbinə baxılana və qəbul edilən qərar qanuni qüvvəyə minənə qədər "xxxx" MTK tərəfindən tikintisi aparılan 14 mərtəbəli yaşayış binasının tikintisinin aparılmasının cavabdehə və digərlərinə qadağan olunması barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 10.05.2019-cu il tarixli iş № 2-1(82)-1409/2019, (sədrlik edən hakim R.Daşdəmirov) qərardadı ilə ərizənin təmin edilməsi, “xxxx MTK tərəfindən tikintisi aparılan ünvan 1 ünvanda yerləşən 14 mərtəbəli yaşayış binasının tikintisinin aparılması cavabdeh Bakı şəhəri Cavabdehə və digərlərinə qadağan edilməsiqərara al ınmışdır. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 10.05.2019-cu il tarixli qərardadının ləğv edilməsini və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin rədd edilməsi barədə qərardadın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 25.06.2019-cu il tarixli iş № 2-1(103)-1657/2019 (hakimlər V.Ağayev - sədrlik edən və məruzəçi, A.Nuriyeva və C.Yusifov) qərardadı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəmənin 10 may 2019-cu il tarixli, 2-1(82)-1409/2019 saylı qərardadının ləğv edilməsi, iddianın təmini tədbiri barədə ərizənin tə min edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən İddiaçı6 və digər iddiaçılara ünvanlanmış 10 aprel 2018ci il tarixli 05/06-/Kol-11-634 saylı məktubunda bildirilmişdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2018-ci il tarixli, 86 saylı qərarına əsasən həyata keçirilən tədbirlər çərçivəsində Cavabdeh tərəfindən təqdim olunan “xxxx” MTK və “xxxx” MMC-nin birgə sifarişi ilə hazırlanmış Əliəşrəf Əlizadə, Əbdüləzəl Dəmirçizadə, Qarabağ və Əhmədbəy Ağaoğlu küçələrinin kəsişməsində əhatə etdiyi ərazinin planlaşdırma sənədi Komitənin 12 oktyabr 2017-ci il tarixli 02/05-1759 nömrəli məktubu ilə razılaşdırılmışdır. Aparılan araşdır ma zamanı müəyyən olmuşdur ki, sözügedən ərazidə Cavabdeh tərəfindən təsdiq edilmiş ərazi-planlaşdırma sənədində göstərilən qeyri-yaşayış obyektlərinin yerləşdirilməsi nəzərdə tutulan torpaq sahəsində Bakı şəhər İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamları ilə “xxxx” MTK-ya çoxmərtəbəli yaşayış binaların tikintisi üçün torpaq sahəsi ayrılmış, tikinti layihəsinin əsaslandırılması təsdiq edilərək tikinti işlərinin başlanılması üçün icazə verilmişdir. Eyni ərazi üçün ayrı-ayrı vaxtlarda ərazi planlaşdırması baxımından biri-biri ilə ziddiyyət təşkil edən iki planlaşdırma həllinin qəbul edilməsi nəticəsində ərazidə şəhərsalma və tikinti qanunvericiliyin tələblərinin pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq, yaranmış uyğunsuzluqların şəhərsalma və tikinti qanunvericiliyin tə ləblərinə uyğun olaraq aradan qaldırılması üçün Komitə tərəfindən Cavabdehə müvafiq müraciət edilmişdir”. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 08 may 2018-ci il tarixli cavab məktubda deyilir ki, “xxxx” MTK və “xxxx” MTK-ya çoxmərtəbəli binalarının inşası üçün tərtib edilmiş tikinti layihələrinin şəhərsalma əsaslandırılması sənədlərində yaranmış uyğunsuzluğun aradan qaldırılması üçün tədbirlər görülməyib. Cavabdeh tərəfindən “xxxx” MTK maraqlarına uyğun olaraq və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sözü gedən ərazi barədə qeyri-dəqiq, qeyri-düzgün, həqiqətdən uzaq olan məlumat verilməsi nəticəsində şəhərsalma və tikinti qanunvericiliyin tələblərinin ciddi pozulması hesabına “xxxx” MTK və “xxxx” MMC-nin bi rgə sifarişi ilə hazırlanmış Əliəşrəf Əlizadə, Əbdüləzəl Dəmirçizadə, Qarabağ və Əhməd bəy Ağaoğlu küçələrinin əhatə etdiyi planlaşdırma sənədi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 12 oktyabr 2017-ci il tarixli 02/05-1759 nömrəli məktubu ilə razılaşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında 51 saylı 21 fevral 2014-cü il tarixli və “Ara məsafələri ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında 72 saylı 11 mart 2014-cü il tarixli, “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”nın haqqında 5 saylı 12 yanvar 2015-ci il tarixli qərarlarını, habelə Azərbaycan Re spublikası Şəhərsalma və Tikinti Məcəlləsinin “Tikinti obyektlərinin arasında məsafələr və qonşuluq hüququ” 13 saylı fəslə daxil olan “Yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılması əsas şərtləri” 69.5.1-ci maddəsi kobud şəkildə pozulmuşdur. Apelyasiya məhkəməsinin tikintinin yekunlaşmasına istinad etməsi əsassızdır və qanuna ziddir. Hətta İş materiallarının içində tikintinin yekunlaşmasına dair heç bir dəlil sübut yoxdur. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 iyun 2019-cu il tarixli və iş № 2-1(103)-1657/2019 nömrəli qərardadının tam ləğv edilməsi, iş üzrə 2 saylı İnzibati-İqtisad Məhkəməsinin qəbul etdiyi 2-1(82)-1409/2019 saylı 10 may 2019-cu il tarixli qərardadının qüvvədə saxlanı lması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərardad qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 25.06.2019-cu il tarixliqərardadınınləğv edilməsi, iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi 10 may 2019-cu il tarixli qərardadının qüvvədə saxlanılması barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı6 da, o nun vəkili Nümayəndə çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 25.06.2019-cu il tarixliqərardadının ləğv edilməsi, iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi 10 may 2019-cu il tarixli qərardadının qüvvədə saxlanılması barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı2 və cavabdehin nümayəndəsi Hüsü Nuriyev məhkəmə iclasına vəkilsiz gəldikləri üçün, üçüncü şəxslərin nümayəndələri və digər iddiaçılar məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası mər uzəçi hakimin məruzəsini, iddiaçı və vəkilin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 25 iyun 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 25 iyun 2019-cu il tarixli, 21(103)-1657/2019 saylı qərardadla, cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 may 2019-cu il tarixli, 2-1(82)1409/2019 saylı qərardadının ləğv edilməsi, iddianın təmini tədbiri barədə ərizənin təmin edilməməsi qənaətinə gələr kən, İnzibati Prosessual Məcəllənin 40.1, 87.6-cı maddələrinə istinad etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməklə yanlış nəticəyə gəlmişdir, belə ki, tikintisinin dayandırılması istənilən 14 mərtəbəli yaşayış binasının tikintisi artıq yekunlaşmaq üzrədir və cavabdehin sözügedən inzibati aktı mübahisəli ərazidən köçürülməsi planlaşdırılan sakinlərinin mənzilməişət şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların kasasiya şikayətində göstərdiyi dəlillər əsassızdır. Belə ki, İnzibati Prosessual Məcəllənin məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirlərinə həsr edilmiş Vİİ fəslində yer alan 40.1-ci maddəsində deyilir ki, maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsini n ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə görə məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Həmin Məcəllənin 41.1-ci maddəsinə müvafiq olaraq inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. Həm in Məcəllənin 41.2-ci maddəsinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə, həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Eyni zamanda qeyd edilməlidir ki, həmin Məcəllənin 43-cü maddəsində məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçü n 2 əsas müəyyən edilmişdir. Belə ki, həmin Məcəllənin 43.1, 43.1.1, 43.1.2-ci maddələrinə müvafiq olaraq məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, istər iddiaçının iddia ərizəsindən, istərsə də kasasiya şikayətindən göründüyü kimi, iddiaçının həmin sənədlərdə göstərdiyi dəlillərin heç biri məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə b arədə qərardad qəbul edilməsi üçün İnzibati Prosessual Məcəllənin 43.1.1 və 43.1.2-ci maddələri ilə müəyyən edilmiş əsaslara uyğun gəlmir. Belə ki, iddiaçılar müvəqqəti xarakterli müdafiə barədə ərizəsində üçüncü şəxs tərəfindən aparılan tikinti işləri nəticəsində hüquqlarının pozulmalarını iddiaçıların konkret əsaslandıra bilməmişlər. Bunu yalnız binanın ətrafında böyük sıxlıqla əlaqələndirmişlər. Halbuki, üçüncü şəxs tikinti işlərini tam qanuni əsasla aparır və tikinti işlərinin aparılmasında hər hansı qanun pozuntusu müəyyən edilmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 2 9 iyun tarixli 292-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xətai rayonlarının ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarı qəbul edilmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun Dövlət Proqramının yeri nə yetirilməsi və sözügedən X2 icrasının təmin edilməsi məqsədilə Nərimanov RİH başçısının 27 dekabr 2016-cı il tarixli 439 nömrəli Sərəncamı ilə rayonun Ə.Əlizadə küçəsi 36 ünvanda yeni hündür mərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması və həmin ərazidə 0,25 hektar torpaq sahəsinin “xxxx” MTK-nın daimi istifadəsinə verilməsi qərarı alınmışdır. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Cavabdeh Başçısının 27 dekabr 2016-cı il tarixli 439 nömrəli çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında sərəncamına əsasən rayonun Ə.Əlizadə küçəsi 36 ünvanında yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə Ə.Əlizadə küçəsi 36 ünvanında yerləşən 0,25 hektar torpaq sahəsinin "x xxx" MTK-nın daimi istifadəsinə verilməsi qərara alınmışdır. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, bu məsələlərlə əlaqədar, Nərimanov RİH ilə "xxxx" MTK arasında 27 dekabr 2016-cı il tarixli Müqavilə imzalanmışdır. Müqavilə öhdəliyinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi ver ilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300–500 manat miqdarında kompensasiyaların verilməsi və digər xidmətlərin göstərilməsi “xxxx” MTK-ya həvalə edilmişdir. “xxxx” MTK tərəfindən bu istiqamətdə böyük işlər görülmüş, sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqları verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülmüşdür. Tikintisinin dayandırılması istənilən 14 mərtəbəli yaşayış binasının tikintisi artıq yekunlaşmaq üzrədir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçıların müvəqqəti xarakterli müdafiə tədbirlərinin görülməsi barədə ərizəsində göstərdiyi tələb, yəni, “xxxx” MTK tərəfindən tikintisi aparılan 14 mərtəbəli yaşayış binasının tikintisinin aparılmasının cavabdehə və digərlərinə qadağan olunması, müvə qqəti xarakterli müdafiə tədbiri kimi İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmamış, belə ki, İnzibati Prosessual Məcəllənin 41-ci maddəsində inzibati aktın icrasının dayandırılması şəklində müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsinin mümkünlüyü müəyyən edilmişdir. İnzibati Prosessual Məcəllənin yuxarıda göstərilən normalarından göründüyü kimi məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakı əsaslardan biri mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olmasıdır. Lakin üçüncü şəxs tərəfindən xeyli vaxtdır ki, həmin tikinti işləri aparılır və yaşayış binasının tik intisi artıq yekunlaşmaq üzrədir. Eyni zamanda üçüncü şəxs, yuxarıda artıq göstərildiyi kimi, qanuni əsaslarla torpaq sahəsində tikinti işləri aparır. Bu baxımdan məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisəyə mahiyyəti üzrə baxılarkən iddiaçıların iddiasının İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələblərinə cavab verib-verməməsi məsələsi də araşdırılmalı və buna hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı6 kasasiya şikayətində göstərdiyi dəlilləri əsassızdır. Belə ki, məlum olduğu kimi İnzibati Prosessual Məcəllənin Vİİ fəsli məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirlərinə həsr olunmuşdur. Həmin Məcəllənin 40.1-ci maddəsinə görə maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsini n ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Bilindiyi kimi, İnzibati Prosessual Məcəllənin maddəsi ilə müvəqqəti xarakterli müdafiə tətbiqi üçün 2 əsas müəyyən edilmişdir. Belə ki, həmin Məcəlləni n 43.1, 43.1.1, 43.1.2-ci maddələrinə müvafiq olaraq məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; ilkin məhkəmə araşdırması zamanı ərizəsinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Lakin iddiaçıların hazırkı iş üzrə verdiyi müvəqqəti xarakterli müdafiə tədbirlərinin görülməsi barədə ərizəsindən, eləcə də iddiaçının kasasiya şikayətindən göründüyü kimi, iddiaçılar üçüncü şəxsin sözügedən tikintini Şəhərsalma və Tikinti Məcəlləsinin normalarını pozmaqla aparmasını və inşaat işləri d ayandırılmazsa, bunun iddiaçıların mənafelərinə mühüm zərər vurulmasına səbəb olduğunu bildirsələr də, iddiaçının həmin dəlilini təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Bununla yanaşı iddiaçılar müvəqqəti xarakterli müdafiə barədə ərizəsində aparılan tikinti işlərinin onların hansı hüquqlarının pozulmalarına səbəb olduğunu əsaslandıra bilməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 25 iyun 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasi ya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 iyun 2019-cu il tarixli, 2-1(103)1657/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar