Məhkəmə qərarları › İş №2-1(102)-3399/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3399/2025

10.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3399/2025 10.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinə (üçüncü şəxs Üçüncü şəxs) qarşı “torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından üçüncü şəxs Üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI

1. Abşeron Rayon Icra Hakimiyyəti başçısının ##.##.1999-cu il tarixli, *** nömrəli sərəncamına əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır.

2. Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsinin X5 tərəfindən qəbul edilmiş ##.##.2003-cü il tarixli, ** nömrəli əmrdən çıxarışa əsasən, Abşeron Rayon Icra Hakimiyyəti başçısının ##.##.1999-cu il tarixli, *** nömrəli sərəncamı, tərəvəzçiliksüdçülük sovxozu (Azərbaycan Respublikasının Prezidenti Işlər Idarəsinin X5) Həmkarlar Təşkilatının ##.##.2003-cü il tarixli, ** nömrəli protokolunu nəzərə alaraq, Baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidə iddiaçıya 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.

3. Iddiaçıya (X6 üzrə) ##.##.2003-cü il tarixli, ** nömrəli əmrdən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0,10 ha hesab ilə 1831 kodlu torpaq sahəsi ayrılması, 1831 kodlu torpaq sahəsinin ölçüsünün sənəd üzrə uyğun olduğu və məhkəmə mübahisəsi olmadığına dair Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsinin X5 tərəfindən ##.##.2016-cı il tarixli, **** nömrəli arayış da verilmişdir.

4. Iddiaçı İddiaçı Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinə müraciət etmiş, lakin cavabdeh ##.##.2023cü il tarixli məktubla iddiaçının tələbinin təmin olunmasından imtina etmişdir.

IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə dair onun adına mülkiyyət hüququnu tanıdan çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Iddiaçı tələbini hazırkı qərarın 1-4-cü bəndində qeyd olunanlarla eyni məzmunda əsaslandırmışdır.

7. Cavabdeh tərəfindən verilmiş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, göstərilən torpaq sahəsi Prezidentin Işlər Idarəsinin X5 balansına ayrılmış torpaq sahəsinin ərazi hüdudlarından kənarda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərində yerləşir. Qeyd olunanlarla yanaşı, Buzovna Tərəvəzçilik- Südçülük sovxozunun direktorunun əmrinin əsli təqdim edilməmişdir, həmçinin, təqdim edilmiş yerləşmə cizgisində istinad məsafələri qeyd edilməmişdir.

8. Bakı Inzibati Məhkəməsinin (hakim: M.C.Qarayeva) ## ###### 2023-cü il tarixli, *-*(***)-*****/**** nömrəli qərardadı ilə Üçüncü şəxs üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.

9. Işin birinci instansiya instansiya məhkəməsində icraatı zamanı məhkəmənin sorğusu əsasında cəlb edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun ## ### 2003-cü il tarixli, ** saylı əmrinə əsasən İddiaçı istifadəsinə ayrılmış torpaq sahəsinin təqdim edilmiş sxemdə dəqiq istinad və məsafələrin qeyd olunmaması səbəbindən, sənəd üzrə yerləşmə mövqeyini müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Elektron kadastr məlumat bazasına əsasən iddia olunan torpaq sahəsi X7 Sovxozunun ayrıc aktından kənarda yerləşir, ARDNŞ-nin adına verilmiş ************* nömrəli kadastr planının baza məlumatları ilə üst-üstə düşür (Kadastr planı daimi istifadə hüququna dair verilmişdir).

10. Birinci instansiya instansiya məhkəməsinin ## ######## 2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə təqdim etdiyi ##.##.2024-cü il tarixli, *-**-**/*-**/**** nömrəli ekspert rəyinin məzmunu mütəxəssis rəyinin məzmunu ilə eynilik təşkil etmişdir.

11. Bakı Inzibati Məhkəməsinin (hakim: L.S.Musayeva) ## #### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya Abşeron Rayon Icra Hakimiyyəti tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılsa belə, iş üzrə cəlb edilmiş mütəxəssisin rəyindən, həmçinin, ekspert rəyindən müəyyən edilir ki, Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun ## ### 2003-cü il tarixli, ** saylı əmri ilə İddiaçı istifadəsinə ayrılmış torpaq sahəsinin təqdim edilmiş sxemdə dəqiq istinad və məsafələrin qeyd olunmaması səbəbindən, sənəd üzrə yerləşmə mövqeyini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, elektron kadastr məlumat bazasına əsasən, iddia olunan torpaq sahəsi Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun ayrıc aktından kənarda yerləşməklə ARDNŞ-nin adına verilmiş kadastr planının baza məlumatları ilə üstüstə düşür. Təhlükə potensiallı obyektlərin ətrafında xüsusi (qoruyucu, sanitariya və sair) hüquqi rejimli mühafizə zonalarının yaradılmasının məqsədləri əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması olduğundan həmin ərazilər yaşayış üçün nəzərdə tutulmamışdır. Odur ki, həmin ərazidə Abşeron Rayon Icra Hakimiyyəti başçısının ##.##.1999-cu il tarixli, *** nömrəli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasından imtinaya dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz və iddiaçının hüquqlarına həmin müdaxilə X1 Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinin 3-cü qaydasına uyğun olmuşdur (mülkiyyətdən isitifadəyə nəzarət). Belə ki, müdaxilə qanuni olmuş, qanuni məqsəd daşımış (əhalinin təhlükəsizliyinin təmin olunması) və zəruri olmuşdur (borunun istismarına lazımi şərait yaradılması).

13. Iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və K.H.Əkbərov) ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinə dair iddiaçı İddiaçı mülkiyyət hüququ qeydə alınmaqla, bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinə həvalə edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması:

16. Iddiaçının 0,10 ha torpaq sahəsi üzərində hüququnun əsası Abşeron Rayon Icra Hakimiyyəti başçısının ## ##### 1999-cu il tarixli, *** nömrəli sərəncamıdır. Həmin sərəncamla Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun işçilərinə, hər ailəyə 0,10 ha hesabı ilə, həyətyanı torpaq sahələrinin ayrılması qərara alınmışdır. Eyni sərəncam əsasında iddiaçı ilə yanaşı digər şəxslərin də torpaq sahələri üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və onlara reyestrdən çıxarışlar verilmişdir. Bu hal cavabdeh orqanın eyni hüquqi və faktiki vəziyyətdə olan şəxslərə münasibətdə müvafiq inzibati praktikasının formalaşdığını göstərir. Digər tərəfdən, aparılmış araşdırmalar zamanı sovxozun ayrıc aktının aşkar edilmədiyi və mübahisəli torpaq sahəsinin həmin ayrıcın sərhədi üzərində yerləşdiyi müəyyən edilmişdir. Torpaq sahəsinin sonradan Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi ilə əlaqəsi də iddiaçının hüququnun 1999cu ildə, həmin ərazinin üçüncü şəxsin istifadəsinə verilməsindən əvvəl yaranması baxımından qiymətləndirilməlidir. Mübahisəli torpaq sahəsinin yaşayış massivində yerləşməsi və yaxın ərazilərdəki torpaqların da yaşayış məntəqələrinin torpaqları kimi qeydiyyata alınması onun faktiki vəziyyətini təsdiq edən hallardandır. Kadastr və texniki sənədlərdəki sərhəd və koordinat uyğunsuzluqları isə torpaq sahəsinin faktiki yerinin dəyişməsi kimi qiymətləndirilə bilməz və qanunvericiliyə uyğun olaraq aidiyyəti inzibati orqan tərəfindən aradan qaldırılmalıdır. Belə olan halda, eyni hüquqmüəyyənedici sənədə və oxşar faktiki hallara malik digər şəxslərin hüquqları qeydiyyata alındığı halda, iddiaçıya münasibətdə bundan fərqli yanaşmanın tətbiqi Konstitusiyanın 25-ci maddəsində təsbit edilmiş bərabərlik prinsipinə uyğun deyildir. Buna görə də, iddiaçının təqdim etdiyi sənədlər torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün kifayət etdiyi halda, cavabdehin qeydiyyatdan imtinası əsaslı hesab edilə bilməz.

17. Üçüncü şəxs Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

18. Mübahisəli 0,10 ha torpaq sahəsi Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun ayrıc aktından kənarda və Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş torpaq sahəsinin hüdudlarında yerləşir. Mütəxəssis və ekspert rəyləri, elektron kadastr məlumatları və ortofoto görüntülər də bu halı təsdiq edir. Buna görə məhkəmənin iddiaçının həmin torpaq sahəsi üzərində hüququnun 1999-cu ildə yarandığı barədə nəticəsi əsassız hesab edilir. Kassasiya şikayətinə görə, məhkəmə mübahisəli torpaq sahəsini sovxozun ayrıc aktı daxilində yerləşən və eyni sərəncamla digər şəxslərə ayrılmış torpaqlarla əsassız olaraq eyniləşdirmişdir. Halbuki, həmin şəxslərin torpaq sahələri sovxozun ayrıc aktının daxilində, mübahisəli sahə isə SOCAR-ın daimi istifadəsinə verilmiş ərazidə yerləşir. Məhkəmənin 2016-cı il tarixli *** nömrəli Fərmana istinadı da əsaslı sayıla bilməz, çünki həmin Fərman texniki sərhəd, yerləşmə və koordinat uyğunsuzluqlarının aradan qaldırılmasını nəzərdə tutur, başqa şəxsə ayrılmış torpaq sahəsinin zəbt edilməsinə və həmin sahəyə mülkiyyət hüququnun tanınmasına əsas vermir. Bu səbəbdən, məhkəmənin koordinat və sərhəd uyğunsuzluğu barədə yanaşması iş üzrə mövcud sübutların məzmununa uyğun deyil. Eyni zamanda, digər şəxslərə verilmiş çıxarışların mübahisəli torpaq sahəsinə münasibətdə bərabər yanaşmanın əsası kimi qəbul edilməsi də düzgün deyil, çünki həmin torpaqlar fərqli ərazi hüdudlarında yerləşir. Kassasiya şikayətində vurğulanır ki, üçüncü şəxsin daimi istifadəsinə verilmiş torpağın zəbt edilməsi qanuni mülkiyyət hüququnun yaranmasına əsas verə bilməz. Bu baxımdan, məhkəmənin bərabərlik və etimadın qorunması prinsiplərinə istinad etməsi də əsassız olmuş, iş üzrə hüquqi müəyyənliyi təmin edən nəticəyə gəlinməmişdir.

b) kassasiya şikayətinə qarşı etiraz:

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

23. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

24. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən iddiaçının hüququnun Abşeron Rayon Icra Hakimiyyəti başçısının ##.##.1999-cu il tarixli, *** nömrəli sərəncamı və Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsinin X5 ##.##.2003-cü il tarixli, ** nömrəli əmri ilə yarandığını, eyni sərəncam əsasında digər şəxslərin torpaq sahələri üzərində hüquqlarının dövlət qeydiyyatına alındığını, mübahisəli torpaq sahəsinin yaşayış massivində yerləşdiyini, habelə sovxozun ayrıc aktının aşkar edilmədiyini nəzərə almışdır. Məhkəmə, həmçinin, iddiaçının hüququnun SOCAR-a mübahisəli ərazinin verilməsindən əvvəl yaranmasını və kadastr sənədlərindəki uyğunsuzluqların onun hüququnun dövlət qeydiyyatına alınmasına maneə təşkil etmədiyini əsas götürmüşdür.

25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, həmin nəticəyə gəlinməsi üçün iş üzrə əhəmiyyətli faktiki hallar tam və hərtərəfli araşdırılmamış, mövcud sübutlar qarşılıqlı əlaqədə qiymətləndirilməmişdir. Iş materiallarından görünür ki, iddiaçının adına Buzovna Tərəvəzçilik- Südçülük 26. Sovxozu ərazisindən 0,10 ha torpaq sahəsinin ayrılması ilə bağlı Abşeron Rayon Icra Hakimiyyəti başçısının ##.##.1999-cu il tarixli, *** nömrəli sərəncamı və Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsinin X5 ##.##.2003-cü il tarixli, ** nömrəli əmri mövcuddur. Həmin sənədlər iddiaçıya müəyyən torpaq sahəsinin ayrılması barədə hüquqi əsasın mövcudluğunu göstərsə də, bu sənədlərin konkret olaraq hazırda iddiaçının naturada göstərdiyi 0,10 ha torpaq sahəsinə aid olduğunu müəyyən etməyə imkan verməsi müəyyən edilmir.

27. Belə ki, torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici sənədin mövcudluğu ilə yanaşı, həmin sənəddə göstərilən torpaq sahəsi ilə, dövlət qeydiyyatına alınması tələb olunan torpaq sahəsinin eyniliyi müəyyən edilməlidir. Başqa sözlə, hüququn yaranmasına əsas olan sənədin mövcudluğu özözlüyündə həmin hüququn istənilən konkret torpaq sahəsinə şamil edilməsinə əsas vermir.

28. Hazırkı işdə isə məhz bu mühüm məsələ – iddiaçıya 1999-cu və 2003-cü illərdə ayrılmış torpaq sahəsinin hazırda onun tərəfindən naturada göstərilən torpaq sahəsi ilə eyniliyi – mötəbər və kifayət qədər sübutlarla müəyyən edilməmişdir.

29. Belə ki, birinci instansiya məhkəməsinin sorğusu əsasında verilmiş mütəxəssis rəyində və həmin rəy əsasında verilmiş məhkəmə tikinti-texniki ekspertizasının ##.##.2024-cü il tarixli, *-**-**/*-**/**** nömrəli rəyində qeyd edilmişdir ki, ##.##.2003-cü il tarixli, ** nömrəli əmrlə iddiaçıya ayrılmış torpaq sahəsinin sənəd üzrə yerləşmə mövqeyini müəyyən etmək mümkün olmamışdır. Buna səbəb, təqdim edilmiş sxemdə torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən dəqiq istinad və məsafələrin göstərilməməsidir. Eyni zamanda, naturada iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin koordinatlarının müəyyən edildiyi və həmin sahənin elektron kadastr məlumatlarına əsasən Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun ayrıc aktından kənarda yerləşdiyi, SOCAR-ın adına verilmiş ************* nömrəli kadastr planının baza məlumatları ilə üstüstə düşdüyü müəyyən edilmişdir.

30. Həmçinin, işdə olan ərazinin orto-foto xəritəsindən çıxar;şdan da görünür ki, iddia olunan torpaq sahəsi Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun torpaqlarının hüdudları daxilində deyil, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində olan torpaqlara aiddir.

31. Belə olan halda, mübahisənin düzgün həlli üçün ilk növbədə, iddiaçıya ayrılmış torpaq sahəsinin sənədlər üzrə yerləşmə mövqeyinin müəyyənləşdirilməsi zəruri olmuşdur. Bunun üçün isə Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun ayrıc aktının və torpaq sahəsinin yerləşmə mövqeyini müəyyən etməyə imkan verən digər ilkin sənədlərin araşdırılması mühüm əhəmiyyət kəsb edir.

32. Lakin apellyasiya instansiyası məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin ## #### 2025-ci il tarixli məktubundan görünür ki, aparılmış araşdırma nəticəsində Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun ayrıc aktı aşkar edilməmişdir.

33. Bununla bağlı apellyasiya məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC ## #### 2025-ci il tarixli məktubu ilə bildirmişdir ki, aparılmış araşdırma zamanı Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun ayrıc aktı aşkar edilməmişdir.

34. Bununla belə, iş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsi tərəfindən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinə ünvanlanmış ##.##.2022-ci il tarixli, */**** nömrəli məktubdan görünür ki, “Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il ## ####### tarixli **** nömrəli Fərmanının 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsinin X5 ləğv edilmiş və ləğv edilmiş X5 arxivi Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsinin X8 təhvil verilmişdir. Hazırda sözügedən Fərmanın 12.3.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ####### tarixli *** nömrəli Fərmanının 2-ci hissəsinə uyğun olaraq, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün vətəndaşlara müvafiq arxiv arayışı və plan-cizginin Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsinin X8 vasitəsilə verilməsi təmin edilir.

35. Həmçinin, işdən görünür ki, cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsinin X5 tərəfindən müxtəlif fiziki şəxslərə ayrılmış torpaq sahələri barədə AR Prezidentinin Işlər Idarəsinin X8 sorğular verilmiş, Arxiv tərəfindən həmin sorğular ## ######## 2024-cü il tarixli məktubla cavablandırılaraq, sorğu edilən şəxslərə torpaq sahəsinin ayrılmasına əsas olmuş hüquqmüəyyənedici sənədlər və ayrılmış sahənin rekvizitləri (nömrəsi, sahəsi) barədə məlumat verilmiş, həmçinin, məktubda X5 direktorunun əmri əsasında torpaq sahəsi ayrılmış vətəndaşlara dair siyahıların AR Prezidentinin ## ###### 2015-ci il tarixli, *** nömrəli və ## ####### 2015-ci il tarixli, *** nömrəli Fərmanlarına uyğun olaraq ƏMDK-nə və AR Iqtisadiyyat Nazirliyinə təqdim edildiyi göstərilmişdir.

36. Göründüyü kimi, sovxozun ayrıc aktının iş materiallarına əlavə edilməməsi iddiaçıya ayrılmış torpaq sahəsinin sənəd üzrə yerləşmə mövqeyinin müəyyən edilməsini tamamilə mümkünsüz edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, müvafiq arxiv və dövlət orqanlarında həmin torpaq sahələrinin ayrılmasına dair siyahıların, əmrlərin, arayışların və plan-cizgilərin mövcud olması ehtimalı iş materialları ilə təsdiq edilir. Belə ki, AR Prezidentinin Işlər Idarəsinin X5 müvafiq əmrləri əsasında vətəndaşlara ayrılmış torpaq sahələrinə dair siyahılar AR Iqtisadiyyat Nazirliyində saxlanılır, bu torpaq sahələrinə dair plan-cizgilər isə Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsinin X8 vasitəsilə verilir.

37. Bu baxımdan, AR Prezidentinin Işlər Idarəsinin X5 tərəfindən iddiaçının adına torpaq sahəsinin həqiqətən ayrılıb-ayrılmadığının, həmin torpaq sahəsinin hansı ərazidə yerləşdiyinin və hazırda naturada göstərilən sahə ilə eyniliyinin müəyyənləşdirilməsi üçün qeyd olunan sənədlərin əldə edilərək tədqiq edilməsi zəruri olmuş, lakin apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə araşdırmanı tamamlamadan mübahisə üzrə yekun nəticəyə gəlmişdir.

38. Odur ki, təkrar apellyasiya baxışı zamanı ilk növbədə, X5 direktorunun əmrləri əsasında torpaq sahəsi ayrılmış şəxslərin siyahılarının Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyindən, iddiaçıya ayrılmış torpaq sahəsinin sənəd üzrə yerləşmə mövqeyini müəyyən etməyə imkan verən plan-cizgi və digər arxiv sənədlərinin isə Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsinin X8 əldə edilməsi təmin edilməlidir. Yalnız qeyd olunan faktiki hallar müəyyən edildikdən sonra iddiaçının hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsasların mövcudluğu, eləcə də cavabdehin qeydiyyatdan imtinasının qanuniliyi barədə nəticəyə gəlmək mümkündür.

39. Iddiaçının adı bu siyahıda olduğu, yəni, həqiqətən də, ona Azərbaycan Respublikası Prezidentinin Işlər Idarəsinin X5 tərəfindən X6 ərazisindən torpaq sahəsi ayrıldığı və bu sahənin sənəd üzrə yerləşmə yeri müəyyən edildikdən sonra həmin torpaq sahəsinin iddia olunan torpaq sahəsi ilə eyniliyinin müəyyələşdirilməsi, bu sahələrin döngə nöqtələrinin koordinatlarının üst-üstə düşüb-düşməməsinin müəyyənləşdirilməsi üçün cavabdeh orqandan mütəxəssis rəyi alınmalıdır.

40. Həmçinin, mütəxəssis qarşısında həm sənəd üzrə torpaq sahəsinin, həm də iddia olunan torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları daxilində yerləşib-yerləşmədiyinə dair suallar da qoyulmalı, eləcə də, 4 torpaq sahəsinin – 1) iddia olunan, 2) sənəd üzrə iddia olunan, 3) DNŞ-nin istifadəsində olan 69.000 kv.m. və 4) X5 direktorunun əmrləri əsasında ayrılmış ümumi torpaq sahələrinin hüdudlarının göstərildiyi müqayisəli, rəngli, orto-foto xəritədən çıxarış tələb olunaraq tədqiq edilməlidir.

41. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan halları aydınlaşdırmadan iş üzrə yekun nəticəyə gələrək, iddiaçının iddia olunan torpaq sahəsinə dair hüququnu 1999cu ildə, SOCAR-a isə iddia olunan torpaq sahəsinin də yerləşdiyi 69.000 kv.m. torpaq sahəsinin 2010-cu ildə verildiyini əsas gətirərək iddianı təmin etmişdir.

42. Kollegiya qeyd edir ki, məhkəmənin bu arqumenti yalnız o halda əhəmiyyətli olardı ki, iddiaçının 1999/2003-cü il sənədləri üzrə əldə etdiyi torpaq sahəsinin məhz hazırda naturada göstərilən sahə olduğu sübut edilsin.

43. Eyni səbəbdən, apellyasiya məhkəməsinin Azərbaycan Respublikası Prezidentinin 2016-cı il tarixli *** nömrəli Fərmanına istinad etməsi də hazırkı mərhələdə əsaslı hesab edilə bilməz. Həmin Fərmanın tənzimləmə predmetinin əvvəllər ayrılmış torpaq sahələri ilə bağlı sərhəd, yerləşmə və konfiqurasiya uyğunsuzluqlarının aradan qaldırılması olduğu nəzərə alınmaqla, bu mexanizmin başqa hüquq sahibinin istifadəsində olan və iddiaçıya ayrılmış torpaq sahəsindən fərqli olduğu müəyyən edilən torpaq sahəsinə mülkiyyət hüququnun tanınması üçün tətbiq edilə bilməsi məsələsi ilk növbədə həmin sahələrin eyniliyinin müəyyən edilməsindən asılıdır.

44. Bərabər yanaşma və etimadın qorunması prinsipləri də bu halda tətbiq edilə bilməz. Çünki bu prinsiplərin tətbiqi üçün müqayisə edilən şəxslərin həm hüquqi, həm də faktiki vəziyyətlərinin mahiyyət etibarilə eyni və ya oxşar olması müəyyən edilməlidir ki, hazırkı vəziyyətdə bu sübut olunmamışdır.

45. Həmçinin, apellyasiya məhkəməsi qərarında ziddiyyətli mövqe nümayiş etdirərək, bir tərəfdən iddia olunan sahənin sovxoz ayrıcından kənarda və SOCAR-ın kadastr planı ilə üst-üstə düşdüyünü göstərən sübutları qeyd etmiş, digər tərəfdən həmin sübutların hüquqi nəticəsini kifayət qədər əsaslandırmadan iddianı təmin etmişdir.

46. Işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, onun xidməti vəzifəsindən irəli gəlir.

47. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan, hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçılara aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır.

48. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, barəsində şikayət verilən qərar ləğv edilməli, IPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş təkrar apellyasiya baxışına qaytarılmalı, əlavə araşdırmaya zərurət olduğundan iddianın rədd edilməsi hissəsində şikayət təmin edilməməlidir.

50. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar