Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-34/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı xxx1nın cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-34/2020 Bakı şəhəri xx xxxxxx 2020-ci il Açar sözlər: ailə başçısının ititrməyə görə pensiyanın yenidən hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, iddiaçı xxx1nın və vəkili Nail Abdullayevin, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin vəkili Vəkil iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi Vəkil tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1366/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı xxx1 (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ailə başçısını itirməyə görə mərhum həyat yoldaşı X1 779,50 manat məbləğində təminat xərcliyinin 80 faizi hesabı ilə 623,60 manat pensiyanın hesablanması və 17 ay olmaqla hər ay üçün 350,67 manat fərqin, ümumilikdə 5961,39 manat vəsaitin ona ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, onun həyat yoldaşı X2 uzun müddət polis şöbəsində hərbi qulluqçu kimi işləmiş və 2014-cü ildə vəfat etmişdir. İddiaçıya onun mərhum həyat yoldaşının 779,50 manat təminat xərcliyinin 35 faizi miqdarında ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa xx xxxx 2017-ci il tarixli dəyişikliyə əsasən, iddiaçıya həyat yoldaşının təminat xərcliyini n 80 faizi, yəni 623,60 manat məbləğində ailə başçısını itirməyə görə pensiyanın ödənilməli olmasına baxmayaraq, iddiaçının cavabdehə çoxsaylı müraciətləri təmin olunmamış və ona əvvəlki qaydada 272,83 manat pensiyanın ödənilməsinə davam edilmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya xx xxx 2014-cü il tarixdə, qanunvericiliyin həmin dövrdə qüvvədə olmuş tələblərinə uyğun olaraq mərhum həyat yoldaşının təminat xərcliyinin 35 faizi məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçının istinad etdiyi əmək pensiyaları haqqında qanunvericiliyə edilmiş dəyişiklik xx xxxx 2017-ci il tarixdən qanuni qüvvəsini aldığından, iddiaçının əmək pensiyası hüququ isə bu tarixdən əvvəl yarandığından, həmin dəyişiklik iddiaçıya münasibətdə tətbiq oluna bilmə z. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)893/2019 saylı qərarı ilə (hakim Elvin Əliyev) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, əmək pensiyaları haqqında qanunvericiliyə xx xxxx 2017-ci il tarixdə edilmiş dəyişikliklə vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinə hərbi qulluqçunun təminat xərcliyinin 80 faizi miqdarında ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi nəzərdə tutulduğundan və göstərilən dəyişiklik iddiaçının vəziyyətini yaxşılaşdırdığından, qanunvericiliyin həmin tələbləri əsas götürülməklə iddiaçının mərhum ərinin təminat xərcliyinin 80 faizi miqdarına müvafiq olaraq onun ailə başçısını itirməyə görə əmək pensiyasının xx xxxx 2017-ci il tarixdən yenidən hesablanaraq ödənilməsindən cavabdehin imtinas ı qanunvericiliyin tələblərinə zidd olmuş və iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1366/2019 saylı qərarı ilə (sədrik edən Həmid Həmidov, hakimlər Elmira Nağıyeva və Vüsalə Baxışova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları öz qərarında təkrarlamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.17.2, Azərbaycan Respublikası Konstitusiyasının 149, “Normativ hüquqi aktlar haqqınd a” Azərbaycan Respublikası Qanunun 87.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsini və iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində iddiaya qarşı təqdim olunmuş ərizədə göstərilmiş əsasları təkrarlamış və bildirmişdir ki, iddiaçıya qanunvericiliyin onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı tarixdə qüvvədə olmuş tələblərinə uyğun olaraq mərhum ərinin təminat xərcliyinin 35 faizi miqdarında pensiya təyin olunmuşdur. İstinad olunan qanuna dəyişiklik xx xxxx 2017-ci il tarixdən qanuni qüvvəsini aldığından, iddiaçının pensiya hü ququ isə həmin tarixdən əvvəl yarandığından göstərilən dəyişiklik onun əmək pensiyasının hesablanmasına şamil oluna bilməz. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 4, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14.1.2-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişdirlər. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçının mərhum həyat yoldaşı X2 uzun müddət polis şöbəsində hərbi qulluqçu kimi işləmiş və ağır dərəcəli şəkərli diabet xəstəliyindən 2014-cü ildə vəfat etmişdir. Bundan sonra, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş və pensiyanın məbləği mərhum həyat yoldaşı X1 təminat xərcliyinin 779,50 manatın 35 faizi miqdarında hesablanaraq hər ay 272,83 manat pul şəklində ödənilmişdir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa xx xxxx 2017-ci il tarixdə edilən dəyi şikliklə əlaqədar olaraq ona təyin edilmiş əmək pensiyasının mərhum həyat yoldaşının təminat xərcliyinin 80 faizi miqdarında hesablanmasını xahiş etmiş, lakin cavabdeh inzibati orqan onun müraciətini təmin etməkdən imtina etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-n in 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını tam düzgün müəyyən etməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, əmək pensiyaları haqqında qanunvericiliyə xx xxxx 2017-ci il tarixdə edilmiş dəyişikliklə vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinə hərbi qulluqçunun təminat xərcliyinin 80 faizi miqdarında ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi nəzərdə tutulduğundan və göstərilən dəyişiklik iddiaçının vəziyyətini yaxşılaşdırdığından, iddiaçıya münasibətdə tətbiq olunmalıdır. Bu mövqeyi cavabdeh o əsasla mübahisələndirmişdir ki, iddiaçının pensiya hüququ Qanuna edilmiş də yişikliyin qüvvəyə mindiyi tarixdən əvvəl yarandığından, iddiaçıya həmin dövr qüvvədə olmuş maddəyə əsasən ailə başçısının itirməyə görə düzgün olaraq əmək pensiyası təyin edilmişdir. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. İşin hallarına görə iddiaçının həyat yoldaşı hərbi qulluqçular statusuna malik olmuş və ona ailə başçısının itirməyə görə əmək pensiyası 2014-cü ildə təyin edilmişdir. Həmin dövrə münasibətdə zamana görə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra – Qanun): - 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası — bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvə l aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir; - 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir; - 20.1-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.13. bu qanunun 17.2-ci maddəsinə(ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslər) əsasən əmək pensiyaçısı olan şəxslər; - 20.17-ci maddəsinə əsasən, bu qanunun 20.1.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.17.2. hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə—ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə müəyyənlə şdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. Maddələrin tələblərinə görə, vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinə ailə başçısını itirməyə görə pensiya hərbi qulluqçunun hərbi xidmətdən buraxıldığı günə aldığı məbləğin, yəni təminat xərcliyinin 35 faizi miqdarında təyin edilməlidir. Həmin məbləğ hərbi qulluqçunun ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədini daşımalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının xx xxxx 2017-ci il tarixli Qanunu ilə 20.17.2ci maddəyə dəyişiklik edilməklə aşağıdakı mətndə verilmişdir: - 20.17-ci maddəsinə əsasən bu qanunun 20.1.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiy asına əlavələr təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.17.2. hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə - ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən mə bləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. Qanununa edilmiş dəyişikliyin mahiyyətinə görə, vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyasıtəminat xərcliyinin 35 faizi miqdarında, lakin ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faiziməbləğinə çatdırılmaqla təyin edilməsi müəyyən edilmiş və bu qaydanın xx xxxx 2017ci il tarixindən qüvvəyə minməsi nəzərdə tutulmuşdur. İşin hallarından göründüyü kimi, iddiaçıya ailə başçısının ititrməyə görə vəfat etmiş hərbi qulluqçu olan həyat yoldaşının aldığı təminat xərcliyinin 35 faizi miqdarında pensiya təyin edilmişdir. Qanunda aparılmış dəyişikliyə uyğun olaraq iddiaçı xx xxxx 2017-ci il tarixindən həmin məbləğin təminat xərcliyinin 80 faiz miqdarına çatdırılmaqla ödənilməsini tələb etmişdir. Apellyasiya məhkəməsi iddiaçının tələbini təmin edərkən birbaşa olaraq Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Yİİ hissəsini tətbiq etmişdir. Həmin maddəyə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə kollegiyası bu hissədə apellyasiya məhkəməsinin hüquqi qiymətləndirilməsini aşağıdakılara əsasən düzgün hesab etmir. Belə ki, «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2 014-cü il tarixli qərarında eyni mahiyyətli məsələyə qiymət verilərkən göstərilmişdir ki, «hüquqi vəziyyət (status)» kateqoriyası hər hansı subyektin hüquq və vəzifələrinin məcmusunu xarakterizə edir. Bu anlayış qanun nöqteyi-nəzərindən subyektin cəmiyyətdə tutduğu mövqeyi və malik olduğu imkanları səciyyələndirir. «Hüquqi vəziyyət (status)» hüququn ayrı-ayrı subyektləri (həmin subyektlər sırasına dövlət də aiddir) arasında qarşılıqlı əlaqələrin qurulmasının hüquqi prinsiplərinin əsasını təşkil edir. Beləliklə, hüquqi vəziyyətin strukturunu bir-biri ilə dialektik əlaqədə olan şəxsiyyətin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquq nəzəriyyəsində «fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar» dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdud iyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Qanunun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş «hüquqi vəziyyətini yaxşılaşdıran» hal kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında ifadə edilmiş hüquqi mövqeyi əsas tutmaqla məhkəmə kollegiyası bildirir ki, ailə başçısının i tirməyə görə əmək pensiyası məbləğinin təminat xərcliyinin 35 faizindən 80 faizinə qədər artırılması şəxsin hüquqi vəziyyətini yaxşılaşdıran hal olmadığından, iddia tələbi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Yİİ hissəsinə əsasən təmin edilə bilməzdi. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinə münasibətdə Azərbaycan Respublikası Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinin və 25-ci maddəsinin tələbləri tətbiq edilməlidir. Belə ki, yuxarıda istinad edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında məsələ ilə bağlı bildiirlmişdir ki, Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyy əsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinin İ və İİİ hissələrində təsbit olunmuşdur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir... Həmçinin, həmin maddənin İV hissəsində qeyd olunur ki, heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Konstitusiya prinsipi olan bərabərlik prinsipi isə bərabər şərtlər daxilində hüquq subyektlərinin bərabə r vəziyyətdə olmalarını nəzərdə tutur və ən əsası eyni kateqoriyaya aid şəxslərə hər hansı obyektiv və ağlabatan izah olmadan ayrı-seçkiliyin tətbiq olunmasını qadağan edir. Əks təqdirdə, bu hal hərbi xidmət zamanı həlak olmuş (ölmüş), itkin düşmüş və sağlamlığını itirmiş şəxslər arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur. Qeyd edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, xx xxxx 2017-ci il tarixindən ailə başçısını itirməyə görə hərbi qulluqçuların ailə üzvlərinə təyin edilən əmək pensiyasının məbləği təminat xərcliyinin 80 faizini təşkil etdiyindən, eyni kateqoriyaya aid olan şəxslərə daha əvvəl təyin edilmiş pensiya məbləğinin təminat xərcliyinin 35 faizi miqdarında saxlanılması sonuncuların konstitusiya ilə təminat verilən bərabərlik hüququnun pozulması kimi qiymətləndirilə bilər. Habelə, Qanunun yuxarıda istinad edilmiş 1.0.1-ci maddəsinin mahiyyətinə görə ödənilməli olan pensiya məbləği ailənin itirilmiş gəlirinin kompensasiyası olduğundan, hərbi qulluqçuların təminat xərcliyinin 80 faizi bu gəlirə daha yaxın olan məbləğ kimi qiymətləndirilməlidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesa b edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı əsasən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial M üdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmine dilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1366/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-34/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-34/2020
29.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver