Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-34/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdeh Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icarə müqaviləsinə əsasən şəxsi hesab vərəqəsində hesablanmış borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş idarəsinə qarşı “şəxsi vərəqəsində hesablanmış borcun silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati K ollegiyasının 2021-ci il 2 avqust tarixli, 2-1(103)1862/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Vergi orqanı tərəfindən 0079 nömrəli 2002-ci il 7 may tarixli torpaq icarə müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti, 533-cü məhəllədə yerləşən, 1120 kv. metr torpaq sahəsindən istifadəyə görə 2013-cü il tarixdən 2019-cu il tarixədək olan dövr üzrə "xxxx" ASC-yə 8.536,01 manat (səkkiz min beş yüz otuz altı manat, bir qəpik) məbləğində borc (torpaq icarəsi haqqı) hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı 2019-cu il 4 aprel tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia əri zəsi ilə müraciət edərək dövlət torpaq sahələrinin icarəsi üzrə şəxsi vərəqədə iddiaçıya hesablanmış 23.602 (iyirmi üç min altı yüz iki) manat borc məbləğinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 533-cü məhəllədə yerləşən 1120 kv. metr torpaq sahəsi üzrə iddiaçının şəxsi vərəqəsində hesablanmış 8.536,01 manat (səkkiz min beş yüz otuz altı manat, bir qəpik) məbləğində borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 21 yanvar tarixli, 2-1(112)-341/2021 nömrəli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsas landırması:
5. İddiaçı tələbini dəyişdirilməsi barədə ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra Bakı şəhəri ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzrə Bankın adına hesablanmış 15.066,31 manat məbləğində əsassız borc vergi orqanı tərəfindən artıq şəxsi vərəqədən silinmişdir. Lakin cavabdehin Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar pros., 533-cü məhəllədə yerləşən 1.120 kv. metr torpaq sahəsi üzrə hesabladığı 8.536,01 manat həcmində borc məbləği hazırkı vaxtadək Bankın şəxsi vərəqəsində qalmaqdadır. Vergi orqanı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pros., 533-cü məhəllədə yerləşən 1.120 kv. metr torpaq sahəsi üzrə 8.536,01 manat məbləğində borcun hesablanmasının 0079 nömrəli torpaq icarəsinə dair müqavilə ilə əsaslandı rmışdır. Halbuki, Bankla Bakı şəhər İcra hakimiyyəti arasında Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pros., 533-cü məhəllədə yerləşən torpaq sahəsinin icarəyə verilməsinə dair notariat qaydasında təsdiqlənmiş icarə müqaviləsi mövcud deyildir. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddia ərizəsində qeyd olunan hallar vergi orqanı tərəfindən araşdırılmışdır. Araşdırma nəticəsində iddiaçı tərəfindən vergi orqanına müraciət edildiyi, müraciətdə 2003-cü il 21 noyabr tarixli, 0252 nömrəli icarə müqaviləsi üzrə torpaq sahəsinin icarəsi ilə bağlı icarə haqlarının ödənildiyi, ödənişi təsdiq edən sənədlər müraciətə əlavə edilərək, borc məbləğinin silinməsinin xahiş edildiyi müəyyən edilmiş, buna müvafiq olaraq 2003-cü il 21 noyabr tarixli, 0252 nömrəli icarə müqaviləsi üzrə 2013-cü il tarixdən 2019-cu il tarixədək olan dövr üzrə hesablanmış məbləğlər (torpaq icarəsi haqları) vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən azaldılmışdır. Yasamal rayonu, İnşaatçılar prospekti, 533-cü məhəllədə yerləşən, 1120 kv. metr torpaq sahəsi üzrə hesablanmış borcun silinməsi ilə əlaqədar iddiaçı tərəfindən vergi orqanına müraciət edilməmiş, hesablanmış icarə haqlarının ödənilməsi və ödənişləri təsdiq edən sənədlər vergi orqanına təqdim olunmamışdır. Bakı şəhər İcra hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyət “İnterservis” tərəfindən vergi orqanına təqdim edilmiş məlumat əsasında sözügedən torpaq sahəsi üzrə vergi orqanı tərəfindən müvafiq hesablamalar aparılmışdır. Bundan başqa, “İnterservis” tərəfindən təqdim edilən məlumatda icarə müqaviləsi ilə bağlı məlumatlar da öz əksini tapmışdır. Belə ki, həmin məlumata əsasən torpaq sahəsinin 2002-ci il 7 may tarixli, 0079 nömrəli torpaq icarə müqaviləsi əsasında icarəyə verildiyi, icarə müqaviləsinin qüvvədə olma müddətinin 49 il olduğu, torpaq sahəsinin Yasamal rayonu, İnşaatçılar prospekti, 533-cü məhəllədə yerləşdiyi, icarəyə götürülmüş torpağın sahəsinin 1120 kv. metr olduğu və müqavilə üzrə torpaq icarəsi haqqının məbləğinin 1.219,43 manat olması barədə məlumatlar öz əksini tapmışdır. Həmçinin iddiaçı tərəfindən sözügedən torpaq sahəsi üzrə daimi istifadə hüququnun olması ilə bağlı Dövlət Aktı ilə əlaqədar vergi orqanına heç bir məlumat və təsdiqedici sənədlər təqdim olunmamışdır. Sözügedən torpaq sahəsi ilə bağlı icarə müqaviləsi “İnterservis”də mövcuddur və onun əsasında da vergi orqanı tərəfindən müvafiq hesablamalar aparılmışdır. Vergi orqanında torpaq sahəsi üzrə 2002-ci il 7 may tarixli, 0079 nömrəli icarə müqaviləsinə xitam verilməsi və ya torpaq sahəsinin bankın faktiki istifadəsində olmaması ilə bağlı məlumat yoxdur və bank tərəfindən bu hallar barədə vergi orqanına heç bir məlumat və təsdiqedici sənəd təqdim edilməmişdir. Vergi orqanında olan cari məlumatlara əsasən 2002-ci il 7 may tarixli, 0079 nömrəli icarə müqaviləsi qüvvədədir və həmin müqavilədə göstərilən şərtlər əsasında vergi orqanı tərəfindən müvafiq hesablamalar aparılmışdır. Dəqiqləşdirilmiş iddia ərizəsində göstərilən 2002-ci il 7 may tarixli, 0079 nömrəli icarə müqaviləsi üzrə hesablanmış torpaq icarə haqqı üzrə borc məbləğin in silinməsi ilə əlaqədar iddiaçı tərəfindən vergi orqanına müraciət edilmədiyi, hesablanmış icarə haqlarının ödənilməsi və ödənişləri təsdiq edən sənədlər vergi orqanına təqdim edilmədiyi üçün borc məbləğinin silinməsi həyata keçirilməmişdir. Cavabdeh inzibati orqan qeyd olunanlara nəzərə alınmaqla iddianın mümkün sayılmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 29 aprel tarixli, 2-1(112)-341/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 533-cü məhəllədə yerləşən 1120 kv. metr torpaq sahəsi üzrə İddiaçının şəxsi vərəqəsində hesablanmış 8.536 manat, 1 qəpik məbləğində borcun (torpaq icarəsi haqları) silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiy a məhkəməsi hesab etmişdir ki, Bakı şəhər İcra hakimiyyəti (“İcarəyə verən”) ilə Azərbaycan Beynəlxalq Bankı (“İcarəçi”) arasında Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 533 məhəllədə yerləşən 1120 kv. metr torpaq sahəsinin aylıq icarə haqqı 1.219,43 manat olmaqla 49 il müddətinə sonuncuya icarəyə verilməsinə dair 0079 nömrəli, 2002-ci il 7 may tarixli icarə müqaviləsi imzalansa da, həmin müqavilə üzrə qanunla müəyyən edilmiş qaydada icarə hüquq münasibətləri yaranmamışdır. Belə ki, işin araşdırılan hallarından da göründüyü kimi, qeyd olunan müqavilə Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmamışdır. Bundan əlavə, 2002-ci il 7 may tarixdə icarə müqaviləsinin predmeti olan torpaq sahəsinin iddiaçının daimi istifadə hüququna verilməsi barədə Dövlət aktı qeydiyyat kitabında 2001-ci il 12 oktyabr tarixdə qeydiyyata alınmış JN 768, KOD 01100003 nömrəli “Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı” mövcud olmuşdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, icarə hüquq münasibətlərinin yaranmadığı müqavilə üzrə hər hansı şəxsə (fiziki və ya hüquqi) şəxsə icarə haqlarının və müvafiq olaraq vergilərin (vergi borcunun) hesablanması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsində göstərilmişdir ki, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apelly asiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 2 avqust tarixli, 2-1(103)-1862/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 29 aprel tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçı mübahisələndirilən torpaq ica rəsi müqaviləsini Əmlak Məsələləri Dövlət Xidməti ilə deyil, Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlamışdır. Belə ki, vergi orqanı 2021-ci il 3 may tarixli, **********404100 nömrəli məktubla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək sözügedən torpaq icarəsi müqaviləsinin surətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə təqdim edilməsini xahiş etmiş, müraciət əsasında Bakı Şəhər İcra Hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət X1” tərəfindən 2002-ci il 7 may tarixli, 0079 nömrəli torpaq icarəsi müqaviləsinin surəti vergi orqanına göndərilmişdir. Sözügedən müqavilənin bir nüsxəsinin cavabdeh vergi orqanı tərəfindən məhkəməyə təqdim olunmasına baxmayaraq, məhkəmə tərəfindən müqavilə nəzərə alınmamış və ümumiyyətlə müqaviləy ə heç bir münasibət bildirilməmişdir. Həmçinin məhkəmə iddiaçının şəxsi hesab vərəqəsini araşdırmadan icarə münasibətlərinin mövcud olmadığı qənaətinə gəlmişdir. Belə ki, “Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqə"yə əsasən bildirilməlidir ki, mübahisəli icarə torpağı ilə əlaqədar 2013-cü ilədək hesablanmış icarə haqları iddiaçı tərəfindən ödənilmişdir. Halbuki, iddiaçının iddiasına əsasən həmin torpaq sahəsi 2001-ci il tarixdən ona daimi istifadəyə verildiyi bildirilmişdir. Bununla da məhkəmə qeyd olunan torpaq sahəsi ilə bağlı icarə münasibətlərinin mövcud olmadığı təqdirdə hansı əsasla hesablanmış icarə haqlarının ödənilməsini araşdırmadan yekun nəticəyə gəlmişdir.
14. Məhkəmə qərarında 2001-ci il 12 oktyabr tarixli “Torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktına istinad edər ək qeyd edilən torpaq sahəsinin iddiaçıya daimi istifadəyə verildiyini qeyd etmişdir. Bununla bağlı bildirilməlidir ki, məhkəmə tərəfindən torpaqdan daimi istifadəyə dair akta istinad edilsə də, məhkəmə iddiaçı ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında sonradan həmin torpaq sahəsi ilə bağlı 2002-ci il 7 may tarixli, 0079 nömrəli icarə müqaviləsinin bağlandığını nəzərə almamışdır. Həmçinin sözügedən torpaq icarəsi müqaviləsi hal-hazırda qüvvədədir. Bundan başqa, torpaq sahəsini icarəyə verən qurum icarəçinin torpaqdan istifadə hüququnu məhdudlaşdırmamış və ya bu hüquqa xitam verməmiş, bununla bağlı hər hansı qərar da qəbul etməmiş, həmçinin bu barədə sözügedən qurumdan vergi orqanına hər hansı məlumat da daxil olmamışdır. Əlavə olaraq, məhkəmə qərarında 2002-ci il 7 may tarixli, 0079 nömrə li torpaq icarəsi müqaviləsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmadığı buna görə də həmin müqavilə üzrə qanunla müəyyən edilmiş qaydada icarə hüquq münasibətlərinin yaranmadığı nəticəsinə gəlmişdir. Belə ki, qanunvericilikdə torpaqların icarəyə verilməsi zamanı torpaqdan istifadə hüququnun yalnız icarə müqaviləsinin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra həyata keçirilməsi ilə bağlı hər hansı bir göstəriş yoxdur. Buna əsasən də, məhkəmə qərarında torpaqdan istifadə hüququnun yaranmasının sözügedən müqavilənin əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması halı ilə şərtləndirilməsi tamamilə əsassızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəmənin 2006-cı il 4 avqust tarixli qərarına əsasən, konstitusiya şikayətinin dəlillərini nəzə rə alaraq qeyd olunmalıdır ki, icarə müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla yanaşı, əmlak kirayəsi müqaviləsidir. Əqdlərin digər növlərində olduğu kimi bu müqavilə də mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına səbəb ola bilən icarə müqaviləsinə əsasən bir tərəf (icarəyə verən) digər tərəfə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilən icarə münasibətləri bir qayda olaraq, Mülki Məcəllənin müddəaları əsasında tənzimlənir. Bununla belə, torpaq icarəsi münasibətlərinin xüsusiyyətlərini nəzərə alaraq qanunverici «Torpaq icarəsi haqqında» ayrıca qanun qəbul etmişdir. Lakin bu Qanu nun 2-ci maddəsində qeyd olunmuşdur ki, torpaq icarəsi haqqında qanunvericilik bu qanundan, Azərbaycan Respublikasının torpaq, mülki və digər qanunvericilik aktlarından ibarətdir.
15. Məhkəmə, “Torpaq icarəsi haqqında” Qanunun həmin dövrdə olan redaksiyasına istinad etmiş və torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş icarə hüquqlarının müdafiəsinə və toxunulmazlığına təminat verilmədiyi üçün həmin icarə müqaviləsinin hüquqi qüvvəsinin olmadığı nəticəsinə gəlmişdir. Bununla bağlı bildirilməlidir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Göründüyü kimi, qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına əsasən icarə müqaviləsi əsasında istifadə hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyi icarəyə götürənin üzərinə qoyulmuşdur. Başqa sözlə icarəyə verən torpaq üzərində istifadə hüquqlarını icarə müqaviləsi bağlamaqla təqdim etmiş hesab edilir. Nəticə etibarı ilə istifadə hüquqlarının dövlət qeydiyyatına alınmaması icarəyə götürülmüş torpaq sahəsindən istifadə edilməsini məhdudlaşdırmamışdır. məhkəmə qərar qəbul edərkən işin hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmiş, birinci instansiya məhkəməsi nin qərarında qeyd olunanları öz qərarına köçürməklə kifayətlənmiş və bununla da əsassız və yanlış qərar qəbul etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Həmçinin etirazda göstərilmişdir ki, iddiaçının şəxsi hesab vərəqəsində “Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqə”yə əsasən mübahisəli icarə torpağı ilə bağlı 2013-cü ilədək hesablanmış icarə haqları Bank tərəfindən ödənilmişdir. Halbuki, bankın iddiasına əsasən həmin torpaq sahəsi 2001-ci il tarixdən ona daimi istifadəyə verilmişdir. Belə ki, şəxsi vərəqədə əks olunan qeyd edilən ödənişlər (7,50 AZN, 140 AZN və 200 AZN) tamamilə başqa ərazilərdə yerləşən torpaq sahələrinin icarəsi ilə bağlıdır və bu nunla bağlı bank tərəfindən təqdim edilmiş müvafiq sənədlər iş materiallarına əlavə edilmişdir.
17. Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Müqavilə ümumiyyətlə notarial qaydada təsdiq edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda (Seriya RX N 909083) Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin X2 xüsusi mülkiyyətində olduğu qeyd edilmişdir. X4 ilə həmin qeyri-yaşayış sahəsinin icarəyə götürülməsi ilə bağlı 2009-cu il 01 fevral tarixli icarə müqaviləsi, həmin müqaviləyə 2017-ci il 1 yanvar tarixli əlavə həmin qeyri-yaşayış sahəsinin yenidən iddiaçı tərəfindən icarəyə götürülməsinə dair 2020-ci il 6 oktyabr tarixli icarə müqaviləsi bağlanılmışdır. Qeyd edilən müqavilələr, həmçinin bankın qeyd edilən ünvanda yerləşən Yasamal filialının Əsasnaməsi (Əsasnamədə filialın ünvanı göstərilməklə, X3 tərəfindən təsdiq edilməmişdir əvvəl maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırılır) də məhkəməyə təqdim edilmişdir. Bankın filialı mübahisəli torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsində fəaliyyət göstərir, həmin qeyri-yaşayış sahəsi isə xüsusi mülkiyyətində olan üçüncü şəxsdən icarəyə götürülmüşdür. Beləliklə, cavabdehin torpaq sahəsinin iddiaçının istifadəsində olmasına dair gətirdiyi dəlillər əsassızdır. Çünki həm torpa q sahəsinin uzunmüddətli Bank tərəfindən icarəyə götürülməsi, həm də həmin torpaq sahəsi üzərində yerləşən üçüncü şəxsin xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin icarəyə götürülməsi heç bir məntiqə uyğun deyil.
18. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2020-ci il 6 iyul tarixli və 2020ci il 19 avqust tarixli məktublarında qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsi üzrə icarə müqaviləsi dövlət qeydiyyatına alınmamışdır. Bu torpaq sahəsi ilə bağlı torpaqdan daimi istifadə hüququna dair JN 768, Kod 01100003 nömrəli Dövlət Aktı tərtib edilmişdir. Torpaq Məcəlləsinə əsasən torpağa dair daimi istifadə hüququ olduqda torpağın istifadəsinə görə icarə haqqı alınmamaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ 19.İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya lə ğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Şikayət aşağıdakı səbəblərə görə təmin ol una bilməz.
24. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********16 №li 2021-ci il 5 aprel tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş "xxxx" ASC-nin adına keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş və Dövlət aktı qeydiyyat kitabında 167 nömrə ilə 2001-ci il 12 oktyabr tarixdə qeydiyyata alınmış JN 768, KOD 01100003 nömrəli “Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı”ndan müəyyən olunur ki, Bakı şəhər İHB-nın 2001ci il 9 iyul tarixli, 481 saylı sərəncamına əsasən cizgidə göstərilən sərhəd daxilində (Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pros. 533-cü məhəllə) 1119,68 kv. metr torpaq sahəsi bina tikintisi üçün "xxxx" ASC-nin daimi istifadəsinə verilmişdir. 25. “Torpaq icarəsi haqqında” Azərbayc an Respublikası Qanununun 1-ci maddəsinə əsasən torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Qanunun 12-ci maddəsinin icarə müqaviləsi bağlanarkən qüvvədə olmuş redaksiyasına əsasən, torpaq icarəsi müqaviləsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Torpağa icarə hüququ həmçinin qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş icarə hüquqlarının müdafiəsinə və toxunulmazlığına təminat verilmir. Dövlət və bələdiyyə torpaqlarının icarəçilərinə torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr verilir.
26. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 50-ci maddəsinin müdd əalarına görə, torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur.
27. Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci bəndinin 2001-ci ildə (Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktının verildiyi vaxtda) qüvvədə olan redaksiyasına görə, torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir.
28. Məhkəmə kollegiyası istinad olunan normaların tələblərinə əsasən, hesab edir ki, iddiaçının torpaq sahəsindən istifadə hüququ “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən (həm də müvəqqəti olaraq) deyil, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin müddəalarına əsasən (həm də daimi olaraq) yaranmışdır.
29. Başqa sözlə, iddiaçının hazırkı məzmunda tələb hüququ Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktından irəli gəlir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır (Torpaq Məcəlləsinin 50-ci maddəsi). 30. “Dövlət torpaq sahələrinin icarəsi üzrə vərəqə"yə əsasən mübahisəli icarə torpağı ilə əlaqədar 2013-cü ilədək hesablanmış icarə haqlarının iddiaçı tərəfindən ödənildiyinə dair şikayətin dəlilinə gəldikdə, bu dəlil vəziyyəti cavabdehin xeyrinə dəyişmir. Belə ki, əvvəla, həmin dəlili iddia çı təkzib edərək, bu ödənişlərin digər icarə sahələrinə aid olduğunu bildirir. Digər tərəfdən, iddiaçının 2013-cü ilədək torpaq icarə haqqı ödəməsi faktı iddiaçının Dövlət Aktından irəli gələn daimi istifadə hüququna təsir etmir və onun üzərinə özü-özlüyündə hər hansı öhdəlik qoymur.
31. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 2 avqust tarixli, 2-1(103)-1862/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.