Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-34/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)549/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsi, dalan 1-də 0.0213 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 8 otaqlı, 6 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə iddiaçıların xüsusi mülkiyyətindədir və onlara Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən MH seriyalı ******* saylı xx.xx.2007-ci il tarixli Çıxarış verilmişdir. Çıxarışa əsasən İddiaçı1 - 1/9 hissədə, İddiaçı3 1/9 hissədə, İddiaçı2 - 4/9 hissədə, X3 3/9 hissədə payı var. Xüsusi mülkiyyətlərində olan evin yerləşdiyi “Sovetski” adlanan ərazi söküntü zonasına düşdüyündən orada söküntü işləri gedir. Onların xüsusi mü lkiyyətlərində olan Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsi, dalan 1-də 0.0213 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 8 otaqlı, 6 nömrəli fərdi yaşayış evi Cavabdeh tərəfindən iddiaçıların razılıqları olmadan, kompensasiya ödənilmədən sökülmüşdür.
2. Qiymətləndirmə cədvəlləri və müqavilələrin surətlərindən görünür ki, ünvan 1 ünvanının faktiki mövcud olan sahəsi müstəqil qiymətləndirici qismində cəlb edilmiş "xxxx" MMC tərəfindən həmin əmlakın 2018-ci il iyun ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbayca n Respublikasının 2007-ci il 07 dekabr tarixli, 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20% və digər əlavələr nəzərə alınmaqla qiymətləndirilmiş, X4 və X10 27.040 manat, X11 və X5 43.182 manat, X1 20.775 manat, X12 59.850 manat, X6 22.960 manat, X2 27.904 manat, X7 26.635 manat, cəmi 228.346 manat məbləğində vəsait hesablanmışdır. Eyni zamanda əlavə olaraq iddiaçılar İddiaçı1 5.628 manat, İddiaçı3 5.628 manat, İddiaçı2 22.504 manat məbləğində vəsait hesablanmışdır. 3. "xxxx" MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə sözügedən evin paylı mülkiyyətçiləri olan iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 məxsus hissələrinin hər kv.m.-nin 400 manatdan qiymətləndirilməsinin səbəbi iddiaçıların həmin evdə yaşamaması ilə bağlı olmuşdur.
4. İddiaçılar daşınmaz əmlaka görə onlara təklif olunmuş kompensasiyanın məbləği ilə razılaşmayaraq cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onların tələblərinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçılara ünvanlanmış DK-kol-93152 saylı 05 sentyabr 2019-cu il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, yaşayış sahəsi ilə bağlı məsələnin araşdırılması üçün sənədlərlə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 28B ünvanında fəaliyyət göstərən müstəqil qiymətləndirici ekspertlərə, həmçinin hər həftənin 3-cü günü saat 15:00-dan 19:00-dək həmin ünvanda sakinləri qəbul edən Daşınmaz Əmlakın Alınması Qrupuna müraciət edilməsi tövsiyə olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİ Ş MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar 19 sentyabr 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətlərində olan evin razılıqları olmadan cavabdeh tərəfindən söküldüyünə görə dəymiş maddi və mənəvi zərərə görə İddiaçı1 50.000 manat kompensasiya və mənəvi ziyana görə 30.000 manat, İddiaçı3 50.000 manat kompensasiya və mənəvi ziyana görə 30.000 manat və İddiaçı2 200.000 manat kompensasiya və mənəvi ziyana görə 30.000 manat məbləğində pulun Cavabdeh tərəfindən ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
6. İddiaçılar İddiaçı1 və İddiaçı3 iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan evin razılıqları olmadan cavabdeh tərəfindən söküldüyünə görə dəymiş maddi zərərə görə İddiaçı1 evin söküldüyünə görə 50.000 manat kompensasiya, evin altındakı torpaq sahəsinə görə 50.000 manat kompensasiya və mənəvi ziyana görə 30.000 manat, cəmi 130.000 manat, İddiaçı3 evin söküldüyünə görə 50.000 manat kompensasiya, evin altındakı torpaq sahəsinə görə 50.000 manat kompensasiya və mənəvi ziyana görə 30.000 manat, cəmi 130.000 manat pulun tutulması, əlavə olaraq 20 faiz Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 07 dekabr 2007-ci il tarixli, 506-İİİQD saylı Qanununun tətbiq edilməsi haqqında” 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə əsasən pulun Cavabdeh tərəfindən onlara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
7. İddiaçı2 iddia ər izəsinə əlavə ilə məhkəməyə müraciət edərək, əvvəlki iddia ərizəsinə əlavə olaraq mülkiyyətində olan yaşayış evinin altında yerləşən, yuxarıda sadalanan qanunvericilik aktları ilə əvəzsiz olaraq onun mülkiyyətinə verilmiş torpaq sahəsinin qanunsuz olaraq cavabdehlər tərəfindən özgəninkiləşdirilməsinə görə əlavə olaraq 200.000 manat pulun tutulması, həmin 200.000 manat məbləğə, ilkin iddia ərizəsində tələb edilən 200.000 manata, yəni ümumi olaraq 400.000 manat məbləğə əlavə olaraq 20 faiz Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 07 dekabr 2007-ci il tarixli, 506-İİİQD saylı Qanununun tətbiq edilməsi haqqında” 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə əsasə n pulun Cavabdeh tərəfindən ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mənəvi zərərin ödənilməsi ilkin iddiada göstərilən həddə qalır.
8. İddia onunla əsaslandırılmışdır ki, hələ ev sökülməmişdən əvvəl dəfələrlə cavabdehə kompensasiya ilə bağlı müraciət etmişlər. Cavabdehin xx.xx.2018-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “Akademik A. Qarayev küçəsi, dalan 1,6 ünvanda yerləşən mənzilin satınalınması zamanı göstərilən məsələ nəzərə alınaraq komissiyanın iclası zamanı müzakirəyə çıxarılması üçün müraciətin surəti 64 saylı MKİS-nə göndərilmişdir”. Lakin dəfələrlə komissiyaya getmələrinə baxmayaraq onlara kompensasiya ödənilməmişdir. Məcbur olub təkrarən cavabdehə müraciət etmişlər. Cavabdeh inzibati orqanın xx.xx.2018-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “müraciət ilə əlaqədar olaraq bildiririk ki, paylı mülkiyyətçisi olduğunuz Yasamal rayonu, Akademik A.Qarayev küçəsi, dalan 1 ünvanda yerləşən 6 saylı fərdi yaşayış evi ilə bağlı cavabdeh tərəfindən yaradılmış Daşınmaz Əmlakın Alınması Qrupunda məlumat mövcud deyildir. Paylı mülkiyyətçisi olduqları ünvanın hüquq müəyyənedici sənədlərini ərazi üzrə MKİS-nə təqdim etdikdən sonra sizə kompensasiya ödənilməsi məsələsinə baxılacaq”. Göründüyü kimi, cavabdehin 2 məktubu bir-birinə ziddir. Birinci məktubda göstərilmişdir ki, müraciətin surəti 64 saylı MKİS-nə göndərilmiş, digərində isə göstərilir ki, sənədlər MKİSnə təqdim edildikdən sonra kompensasiya verilməsi məsələsinə baxılacaqdır. Bundan sonra iddiaçılar təkrarən xx.xx.2018-ci il tarixdə 64 saylı MKİS-nə, Cavabdehnə və Yasamal rayon MK TB-nə müraciət etmişlər və evə dair çıxarışın notarial təsdiq olunmuş surətini, İcra Hakimiyyətinin bir-birinə ziddiyyətli olan məktubların surətini ərizəyə əlavə edib göndərmişlər. Lakin buna baxmayaraq heç bir müsbət nəticə əldə etməmişlər. Nəhayət, onların razılıqları olmadan xüsusi mülkiyyətlərində olan Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsi, dalan 1-də 0.0213 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 8 otaqlı, 6 nömrəli fərdi yaşayış evi cavabdeh tərəfindən kompensasiya verilmədən, iddiaçıların razılığı olmadan sökülmüşdür. Evi onların razılığı olmadan söküləndən sonra görən zaman şok vəziyyətinə düşmüşlər, stress və sarsıntı keçirmişlər. Bunun nəticəsində iddiaçıların mülkiyyət hüquqları pozulmuş və onlara külli miqdarda ziyan dəymişdir. Bununla bağlı cavabdehə, Az ərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciətlər etmişlər, lakin müsbət nəticə əldə olunmamışdır. Maliyyə Nazirliyinin 6 avqust 2019-cu il tarixli cavab məktubunda göstərilmişdir ki, “5 ailənin üzvləri və ailə başçıları ilə uzun sürən müzakirədən sonra əmlak üçün ümumilikdə hesablanmış kompensasiya məbləğinin bir hissəsi Sizə saxlanılmış və qalan hissəsi isə ərazidə icrası nəzərdə tutulan layihənin vaxtında yekunlaşdırılması məqsədi ilə həmin ünvanda uzun müddət faktiki olaraq yaşamış, alınmanın təsirinə məruz qalan digər paylı mülkiyyətçilərə və istifadəçilərə müvafiq sənədlər əsasında notarial qaydada alqı-satqı aparılmaqla ödənilmişdir. Yasamal rayonu, Akademik A.Qarayev küçəsi, dalan 1, ev 6 ünvanda paylı mülkiyyətinizdə olan sahəni faktiki olaraq həmin ünvanda təqdim edə bilmə məyiniz, qeyd olunan ünvandakı yaşayış sahələrində uzun müddət digər payçıların yaşamaları (bu barədə məlumat MKİS-nin məlumatı) nəzərə alınaraq, faktiki olaraq ünvanda yaşayan, həmin ünvanda daşınmaz əmlaka xidmət göstərməklə onun istismara yararlı vəziyyətdə saxlanmasını təmin edən, kommunal xidmət haqlarını ödəyən mülkiyyətçilərlə müqayisədə aşağı qiymətlə hesablanmış kompensasiya məbləği Sizə təklif olunur”. Həmin məktubu 12 avqust 2019-cu il tarixdə almışlar. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Seriya MH, ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsi, dalan 1-də 0.0213 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 8 otaqlı, 6 nömrəli fərdi yaşayış evi 4 nəfərin adında paylı mülkiyyətdir. Maliyyə Nazirliyini n məktubunda isə göstərilir ki, guya həmin evdə 5 ailə yaşayıb və digər paylı mülkiyyətçilərə kompensasiya ödənilmişdir və guya iddiaçılara az da olsa kompensasiya məbləği saxlanılmışdır. Hesab edirlər ki, həmin məktub formal xarakter daşıyır və imtina kimi qəbul olunmalıdır. Çünki dəfələrlə ev sökülməmişdən əvvəl və söküləndən sonra da “Daşınmaz əmlakın alınması qrupu”na müraciət etmişlər, lakin onlara kompensasiya verilməkdən imtina edilmişdir. Cavabdehin 5 avqust 2019-cu il tarixli cavab məktubunda göstərilmişdir ki, “ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi ilə bağlı qeyd etdiyiniz məsələnin araşdırılması üçün sənədlərlə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28B ünvanında fəaliyyət göstərən müstəqil qiymətləndirici ekspertlərə, həmçinin hər həftənin 3-cü günü, sa at 15:00-dan 19:00-dək həmin ünvanda sakinləri qəbul edən Daşınmaz Əmlakın Alınması Qrupuna müraciət etmək tövsiyə olunmuşdur”. Cavab məktubunu poçt vasitəsi ilə 17 avqust 2019-cu il tarixdə almışlar. Hesab edirlər ki, cavabdehin məktubu digər məktubları kimi imtina kimi qəbul olunmalıdır, çünki hər dəfə müraciət etdikdə formal cavab məktubu göndərilir. Faktiki olaraq hər dəfə bir bəhanə göstərilir, nəticədə xüsusi mülkiyyətlərində olan evin sökülməsinə baxmayaraq, cavabdeh kompensasiyanı ödəməkdən yayınır. Hazırda xüsusi mülkiyyətlərində olan ev razılıqları olmadan söküldüyündən stress keçirmişlər və böyük sarsıntı içindədilər. Hesab edirlər ki, kompensasiya ilə birlikdə cavabdeh onlara mənəvi ziyana görə də pul ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixl i, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi, qanunun tələbinə əsasən həmin daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi həmçinin iddiaçıların mülkiyyəti olduğundan, yaşayış evi ilə yanaşı torpaq sahəsinə də kompensasiya ödənilməlidir. Torpaq sahəsinin kompensasiyasına görə hər birinə 50000 manat hesablanmalıdır.
9. Cavabdeh iddiaya dair etirazında göstərmişdir ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin ******* saylı çıxarışına əsasən ünvan 5 ünvanında yerləşən əmlakın ümumi sahəsi 126.6 kv.metrdir. Həmin çıxarışda mülkiyyətin 4/9 hissəsi İddiaçı2, 1/9 hissəsi İddiaçı1 və 1/9 hissəsi İddiaçı3 məxsus olsa da, Cavabdeh tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq təşkil edilmiş, müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən ünvan 5 ünvanında yerləşən əmlaka yerində baxış keçirilən zaman müəyyən edilmişdir ki, yuxarıda adları qeyd edilmiş şəxslərə məxsus yaşayış sahələri mövcud olmamış və onlara aid sahəni göstərə bilməmişlər. Bundan başqa, iddiaçılar həmin ünvanda yaşamamışlar. Buna görə də çıxarışda göstərilən sahələrə müvafiq olaraq hər kv.metr 400 manatdan hesablanmaqla İddiaçı2 22504 manat, İddiaçı1 5628 manat, İddiaçı3 isə 5628 manat kompensasiya məbləği müəyyən edilmişdir. İddiaçılar mənəvi ziyanın vurulması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli Qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı şəhəri Cavabdeh müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Cavabdeh “Torpaqların dövlət ehtiyacl arı üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir. ünvan 5 ünvanında yerləşən daşınmaz əmlak Nazirlər Kabinetinin 51 saylı 16 fevral 2018-ci il tarixli Qərarının təsirinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 saylı 29 dekabr 2018-ci il tarixli Qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş "xxxx" MMC-nin müs təqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla, 1500,00 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında qiymətləndirilir. Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun həyata keçirilir. Qeyd olunan kompensasiya məbləği iddiaçılara təqdim edilə bilər.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-293/2020 nömrəli, 9 iyun 2020-ci il tarixli qərarı ilə (hakim P.A.Hüseynov) iddia qismən təmin edilərək cavabdehdən 25.371,77 manat məbləğində pulun alınaraq İddiaçı1, 25.371,77 manatın İddiaçı3 və 101.487,11 manatın İddiaçı2 verilməsi, iddianın digər hissədə təmin edilm əməsi qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin normalarına əsasən mülkiyyətin dövlət ehtiyacları üçün alınması məqsədi ilə hesablanmış kompensasiya məbləği mülkiyyətçilərə ödənilməli idi. Ona görə də mülkiyyətin bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 07 dekabr tarixli, 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20% və digər əlavələr nəzərə alınmaqla hesablanmış məbləğin - 228.346 manatın mülkiyyətdəki paylarına uyğun hissəsi iddiaçılara ödənilməlidir. Buna uyğun olaraq 25.371,77 manat İddiaçı1 (mülkiyyətdəki payı 1/9 hissə), 25.371,77 manat İddiaçı3 (mülkiyyətdəki payı 1/9 hissə), 101.487,11 manat İddiaçı2 (mülkiyyətdəki payı 4/9 hissə) ödənilməlidir. İddiaçılar evin sökülməsinə görə vurulmuş maddi ziyanın digər hissəsi ilə əlaqədar, eləcə də mənəvi ziyanın vurulması ilə əlaqədar məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilmədilər. Bu səbəbdən, iddia tələbi həmin hissələrdə təmin edilməməlidir.
12. Bundan başqa, məhkəmə iddia tələbinin evin yerləşdiyi torpaq sahəsinə görə də kompensasiya ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçılar qeyd olunan torpaq sahəsinin onların mülkiyyətində olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi lər. Əksinə, iş materiallarında olan Azərbaycan Respublikası DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, torpaq sahəsi iddiaçıların mülkiyyətində deyil, yalnız həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə iddiaçıların mülkiyyətindədir.
13. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 9 iyun 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
14. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 9 iyun 2020-ci il tarixli qərarının dəyişdirilərək, iddiaçılar İddiaçı2 22.504 manat, İddiaçı1 5628 manat və İddiaçı3 5628 manat məbləğlərinin ödənilməsi və qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-126/2021 nömrəli, 21 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, N.Ş.Cəfərov və A.Ə.Hüseyn) iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 9 iyun 2020-ci il tarixli qərarı cavabdehdən iddiaçılara kompensasiya məbləğlərinin ödənilməsi hissəsində dəyişdirilmiş, cavabdehdən 23166 manat məbləğində pulun alınaraq İddiaçı1, 23166 manatın İddiaçı3 və 92666 manatın İddiaçı2 ödənilməsi, qə rarın qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi mövcud inzibati praktikaya əsasən sökülmüş fərdi yaşayış evinin əsas və köməkçi sahələri üçün hər kv.m.-ə görə 1500 manatla bütün kompensasiya növləri, o cümlədən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan əlavələrin də ehtiva olunduğunu nəzərə alaraq hesab etmişdir ki, mübahisəli Bakı şəhəri Yasamal rayonu Ak.A.Qarayev küçəsi dalan-1-də istifadədə olan 0,0213 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 8 otaqlı 82,7 kv.m. yaşayış, 56,3 kv.m. köməkçi sahədən ibarət olmaqla, cəmi 139 kv.m.-dən ibarət 6 nömrəli fərdi yaşayış evinin iddiaçılara məxsus hissəsi, yəni İddiaçı1 mülkiyyətindəki payının 1/9 hissə (139:9x1=15,4 kv.m.) olması nəzərə alınmaqla 23.166 manat (15,4 kv.m.x1500 manat=23.166 manat), İddiaçı3 mülkiyyətindəki payının 1/9 hissə (139:9x1=15,4 kv.m.) olması nəzərə alınmaqla 23.166 manat (15,4 kv.m. x 1500 manat = 23.166 manat) və İddiaçı2 mülkiyyətindəki payının 4/9 hissə (139:9x4=61,7 kv.m.) olması nəzərə alınmaqla 92.666 manat (61,7 kv.m. x 1500 manat = 92666 manat) kompensasiya ödənilməlidir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı cavabdehdən iddiaçıların xeyrinə kompensasiya məbləğlərinin tutulduğu hissədə dəyişdirilməlidir.
17. Məhkəmə kollegiyası iddiaçıların sökülmüş fərdi yaşayış evinin söküntüsü ilə bağlı daha çox kompensasiyanın onlara ödənilməli olması barədə dəlillərini əsassız saymış və onları qəbul etməmi şdir. İddiaçıların “mübahisəli fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinə görə kompensasiya” tələbinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin torpaq sahəsinin iddiaçıların mülkiyyətində olması faktı iş materialları ilə təsdiq olunmadığından və bu barədə iddiaçılar mötəbər sübut təqdim etmədikləri üçün əksinə, işdə olan daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışda mübahisəli evin 0,0213 ha istifadədə olan torpaq sahəsində yerləşdiyi göstərildiyindən birinci instansiya məhkəməsi həmin tələbi rədd etməkdə düzgün nəticəyə gəlmişdir.
18. İddiaçıların “mənəvi zərərin ödənilməsi” barədə tələbinə gəldikdə isə birinci instansiya məhkəməsinin həmin tələbin də rədd edilməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarından müəyy ən olunur ki, İddiaçı3 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3456/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhər, Yasamal rayonu, A.Qarayev küçəsi, dalan 1-də yerləşən yaşayış evinin mülkiyyətində olan 1/9 hissəsinə, İddiaçı2 isə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-180/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhər, Yasamal rayonu, A.Qarayev küçəsi, dalan 1-də yerləşən yaşayış evinin mülkiyyətində olan 4/9 hissəsinə köçürülmüşdür. Hazırki iş üzrə iddiaçılar mübahisəli evin sökülməsi zamanı həmin evdə yaşamalarını, gündəlik və yaşamaq üçün zəruri olan əşyalarının orada olmasını təsdiq edə biləcək hər hansı sübutu təqdim etmədikləri üçün bu hal söküntü işlərinin aparılması zamanı onların mənəvi sarsıntı və iztirab çəkmələri ilə bağlı mənəvi ziy an tələbinin təmin olunmasını istisna edir.
19. İddiaçılar kassasiya şikayəti verərək qərarın – “275.000 manat məbləğində və iddia qalan hissədə təmin edilməsin” hissəsində dəyişdirilməsi, yəni “493.257 manat məbləğində və iddia tam təmin edilsin” hissələri ilə əvəz edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1571/2021 nömrəli, 06 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər R.S.Nəbizadə /sədrlik edən və məruzəçi/, Z.M.Quliyev və S.Ə.Kərimov) cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-126/2021 saylı, 21 aprel 2021 -ci il tarixli qərarı iddianın təmin edilən hissəsində və mənəvi ziyana görə iddianın rədd edilən hissəsində dəyişdirilmədən saxlanılmış, qərar yaşayış evinin altında yerləşən torpaq sahəsinə görə kompensasiya ödənilməsinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, iddiaçıların kassasiya şikayəti qismən təmin edilmişdir.
22. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıların daşınmaz əmlak üzərində paylı mülkiyyət hüquqları olsa da, onların həmin evdə yaşamaması qanunla qorunan mülkiyyət hüquqlarının digər mülkiyyətçilərlə müqayisədə daha az müdafiə olunmalı və ya həmin daşınma z əmlaka görə ödənilməli olan kompensasiyanın məbləğinin daha az ödənilməli olması mənasına gəlmir. Belə ki, bu mənada mülki qanunvericilik mülkiyyətçi hüquqlarının müdafiəsi ilə bağlı fərqli qaydalar müəyyən etməmiş, həmçinin ödənilməli olan kompensasiya məbləğinin hər mülkiyyətçiyə münasibətdə fərqli olması ilə bağlı qanunvericilikdə hər hansı müddəa da əks olunmamışdır. Buna görə “qiymətləndirmə rəyində olan məbləğin kompensasiya kimi ödənilməsinin məqsədəmüvafiqliyi, iddiaçılara məxsus yaşayış sahələrinin mövcud olmaması, iddiaçıların onlara aid sahəni göstərə bilməməsi, yəni iddiaçıların mülkiyyət hüququnun formal xarakter daşıması” barədə cavabdehin dəlilləri əsaslı sayıla bilməz.
23. Bakı şəhərində aparılan abadlıq və yenidənqurma işləri ilə əlaqədar 2011-ci ildən başlayaraq şəhərin ayrı-ayrı ərazilərində, o cümlədən Bakı şəhərinin Yasamal rayonunda “Sovetski” adlanan ərazidə mənzil sahiblərinə hər kvadrat metri 1.500 manatdan olmaqla kompensasiya ödənilmişdir. Ayrı-ayrı məhkəmə mübahisələri üzrə qərarlarla da mənzil sahiblərinə kompensasiyanın hər kvadrat metri üçün maksimum 1.500 manatdan kompensasiya ödənilməsi qərara alınmışdır.
24. Bakı şəhəri Yasamal rayonunda torpaqların dövlət ehtiyacları üçün alınması barədə inzibati məhkəmə icraatında baxılmış işlərdə əmlakın dəyəri mövcud inzibati praktikaya əsasən hər kv.m-ə görə 1.500 manat müəyyən edildiyindən hər kvadrat metrə görə 2.000-2.500 manat kompensasiya ödənilməli olması barədə iddiaçıların şikayətlərinin dəlilləri əsaslı olmamışdır.
25. İddiaçılara mənəvi ziyan dəyməsi də apellyasiya icraatı zamanı sübut olun mamışdır.
26. Azərbaycan Respublikasının qanunvericilik aktlarına, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin Axverdiyev Azərbaycana qarşı iş üzrə 25 yanvar 2015-ci il tarixli qərarına əsasən iddiaçıların mülkiyyətində olan mənzilin altında və istifadələrində olan torpaq sahəsi 1 saylı Protokolun 1-ci maddəsinə əsasən onların “mülkiyyəti” olmuşdur və onlara mülkiyyətlərindən məhrum olduqları torpaq sahəsinə görə kompensasiya ödənilməlidir.
27. Cavabdehin hərəkətləri nəticəsində torpaq sahəsi ilə bağlı iddiaçılara vurulmuş ziyana görə cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. b) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
28. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-549/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, E.E.Nağıyeva və C.A.Yusifov) iddiaçıların apellyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2-1(112)293/2020 nömrəli qərarı qismən, ünvan 1 yerləşən torpaq sahəsinə görə kompensasiyanın ödənilməməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə qismən təmin edilmiş, cavabdeh Bakı şəhəri Cavabdehndən 8024 manat məbləğində pulun alınaraq İddiaçı1, 8024 manat məbləğdə pulun alınaraq İddiaçı3, 32164 manat məbləğdə pulun alınaraq İddiaçı2 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılar tərəfindən istifadəsində olduqları torpaq sahəsi üçün tələb edilən məbləğ nə mötəbər sübutlarla əsaslandırılmadığından, nə də məhkəmə sorğuları ilə öz təsdiqini tapmadığından göstərilən məbləğ şişirdilmiş hesab edilir.
30. Məhkəmə kollegiyası “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun olaraq Yasamal rayonu “Sovetski” adlanan ərazidə yerləşən torpaq sahələrinin bazar dəyərinin müəyyən edilməsi məqsədilə notariat ofislərinə sorğular vemişdir.
31. İş materiallarında olan müqavilələrdən göründüyü kimi, mübahisələndirilən ərazidə 91 kv.m torpaq sahəsi 45900 manata, yəni 1 kv.m 500 manatdan; 0,11289 ha torpaq sahəsi (yəni 1 kv.m 175,8 manat) 198.567 manat qiymətləndirilməklə Cavabdeh tərəfindən alınmışdır. Göründüyü kimi dövlət ehtiyacları üçün alınmış torpaq sahələrinin alıcı orqan tərəfindən alqı-satqı müqavilə ləri bağlanarkən həmin ərazidə torpaqların bazar dəyəri 1 kv.m-ə görə təxmini 340 manat (175,8+500:2= 340) dəyərində olmuşdur.
32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçılar tərəfindən onlara məxsus fərdi yaşayış evinin hər bir kv.m görə 1500 manatdan kompensasiya aldıgı da nəzərə alaraq yaşayış evinin altında yerləşən və istifadə hüququ əsasında onlara məxsus olan torpağın hər kv.m-nə görə 340 manat məbləğində kompensasiyanın verilməsi ədalətli və ağlabatandır. Bu səbəbdən, iddiaçılara evin yerləşdiyi torpaq sahəsinə görə istifadəsində olduqları paylara münasibətdə hər kv.m-ə görə 340 manatdan kompensasiyanın ödənilməsini məqsədəmüvafiqdir.
33. Cavabdeh kassasiya şikayəti verərək qərarın cavabdeh Bakı şəhəri Cavabdehndən 8024 manat məbləğində pul alınaraq İddiaçı1, 8024 manat məbləğ də pul alınaraq İddiaçı3, 32164 manat məbləğdə pul alınaraq X8 ödənilməsi” hissəsində ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməsin” hissəsində dəyişdirilmədən saxlanması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
34. İddiaçılar tərəfindən məhkəməyə torpaq sahəsi ilə bağlı hər hansı sənəd təqdim edilmədiyi üçün torpaq sahəsinə görə iddiaçıların kompensasiya almaq hüququ yoxdur. Analoji işlər üzrə torpaq sahəsinə dair kompensasiya məbləğinin ödənilməsi ilə bağlı artıq məhkəmə təcrübəsi yaranmış və məhkəmə, torpağa görə kompensasiya hüququnun olması ilə bağlı nəticəyə gəlməklə məhkəmə təcrübəsinin vahidiliyi pozulmuşdur. İddiaçıların torpaq sahəsinə dair istifadə, sahiblik və sərən cam vermək hüququ dövlət qeydiyyatına alınmadığı üçün kompensasiya tələb etmək üçün hüququ yaranmır.
35. Mülki Məcəllənin 178.6-cı maddəsinin dispozisiyasına görə əgər şəxs daşınmaz əmlaka fasiləsiz 30 il müddətində sahiblik və istifadə edərsə, mülkiyyətçi kimi hüququnu dövlət reyestrində qeydiyyata alınmasını tələb edə bilər. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.6-cı maddəsinin zamana görə qüvvəsi məsələsini nəzərdən keçirərkən Azərbaycan Respublikasının Ali Məhkəməsinin bununla bağlı izahı əsas götürülməlidir.
36. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 14 fevral 2003-cü il tarixli 2 nömrəli İzahının 17-ci bəndində qeyd olunur: “İzah edilsin ki, torpaq sahəsinə m ülkiyyət hüququnun əldə edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178-ci və 179-cu maddələrində müəyyən edilmiş müddətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin qüvəyyə mindiyi vaxtdan - 2000-ci ilin sentyabr ayının 1dən hesablanır və həmin tarixdən əvvəlki müddətlər nəzərə alınmır”.
37. Yəni Mülki Məcəllənin 178.6-cı maddəsində qeyd olunan 30 illik müddət məhz yeni Mülki Məcəllənin qüvvəyə mindiyi tarixdən, başqa sözlə 2000-ci ilin sentyabr ayının 1-dən hesablanmalıdır. Göründüyü kimi, iddiaçıların faktiki sahiblik etdiyi torpaq sahəsinə görə mülkiyyət hüquqları yaranmadığı üçün sözügedən torpaq sahəsinə görə iddiaçıların kompensasiya hüququ da yaranmır. Bununla yanaşı, sözügedən torpaq sahəsinin iddiaçılar tərəfindən Cavabdeh xeyrinə özgəninkiləşdirilməsi hüquqi baxımd an mümkün deyil. Belə ki, Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
38. Beləliklə, məhkəmə iddiaçıların torpaq sahəsinə görə kompensasiya hüququnun yaranması barədə nəticəyə gəlməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.6-cı maddəsinin tələblərini pozmaqla, eyni zamanda Azərbaycan Respublikasının Ali Məhkəməsinin yuxarıda qeyd olunan izahına da riayət etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
40. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
157. Mülkiyyətin müdafiəsi... 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiy yət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə
246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1.Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir.... 246.3. torpa ğın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir.... 246.5. bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir.... 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özün üidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 41. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1.Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hi drotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır.... Maddə
4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1.Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2.Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanund a alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə
5. Alına bilən torpaqlar 5.1.İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1.xüsusi mülkiyyətdə olan torpaqlar;... Maddə
23. Alınan torpağın qiymətləndirilməsi 23.1.Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1.alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlillər i toplayır və təhlil edir;... 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir;... Maddə
58. Bazar qiyməti 58.1.Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2.Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3.Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4.Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidi nə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 42. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
43. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə: Bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayı ş evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları isə hər bir kooperativ üzvünün mülkiyyətinə verilir.
44. Avropa İnsan Hüquqları Məhkəməsinin Axverdiyev Azərbaycana qarşı 25 yanvar 2015-ci il tarixli qərarı:... Doğrudur ki, ərizəçi evinə aid olan torpaq sahəsinə və həyətyanı sahəyə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də formal olaraq o, evin sökülməsi zamanı torpağa mülkiyyət hüququna m alik olmamışdır. Buna baxmayaraq, qüvvədə olan qanunvericiliyə uyğun olaraq ərizəçi evə mülkiyyət hüququ əsasında torpağın "qanuni istifadəçisi” olmuşdur. Bundan başqa, onun milli qanunvericiliyə əsasən torpağa əvəzsiz qaydada mülkiyyət hüququnun əldə olunmasına dair hüquqi gözləntisi var idi. Müvafiq olaraq, 8 oktyabr 2005-ci il tarixində ərizəçinin torpağın “mülkiyyət” qismində tanınması üçün kifayət qədər mülki marağa malik olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq Məhkəmə müəyyən edir ki, həm ev, həm də torpaq sahəsi 1 saylı Protokolun 1 -ci maddəsinə əsasən ərizəçinin “mülkiyyəti” olmuşdur....
45. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı
46. İnzibati Prosessual Məcəllə (İPM): a) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 1 2.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşd ırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayət in əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
47. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. 4
8. Apellyasiya məhkəməsinin qərarı iddianın qismən təmin edildiyi hissədə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
50. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kas sasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
51. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
52. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmı r.
53. Cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı qərarın 43-cü bəndində qeyd olunan maddi hüquq normalarının tələbləri və Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” iş üzrə 25 yanvar 2015-ci il tarixli qərarında əks olunan hüquqi mövqe baxımından iddiaçıların mülkiyyətində olan mənzilin altında və istifadələrində olan torpaq sahəsi onların “mülkiyyəti” olmuşdur və onlara mülkiyyətlərindən məhrum olduqları torpaq sahəsinə görə kompensasiya ödənilməlidir.
54. Bununla əlaqədar xüsusi olaraq qeyd olunmalıdır ki, hazırkı iş üzrə birinci kassasiya baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi göstərişlərinə uyğun olaraq ünvan 1 yerləşən torpaq sahəsinə münasibətdə apellyasiya inst ansiyası məhkəməsi tərəfindən hər bir iddiaçının payına mütənasib olaraq hazırkı qərarın 41-ci bəndində qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən müəyyən olunmuş bazar qiymətinə uyğun və ağlabatan kompensasiya məbləği müəyyən edilmişdir.
55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının 2-1(103)-549/2022 nömrəli, 06 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.