Məhkəmə qərarları › İş №2-1(102)-34/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-34/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-34/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh xxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı məqsədilə ödənilmiş vəsaitin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 25.01.2024 Hakimlər Dadaşov İlqar Ağababaş oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh xxxnə qarşı “ödənilmiş 71510 manat vəsaitin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2023-cü il tarixli, 2-1(103)-1081/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti ilə İddiaçı MMC arasında bağlanmış 17 fevral 2003-cü il tarixli, 19 nömrəli icarəyə verilmiş alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən 1387,90 kv.m qeyriyaşayış sahəsi cəmiyyət tərəfindən özəlləşdirilmiş və adına xx.xx.2003-cü il tarixli, 000507 nömrəli şəhadətnamə verilmişdir.

2. Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 2063/5-424 nömrəli, xx.xx.2006-cı il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən İddiaçı MMC-yə ve rilmiş xx.xx.2003-cü il tarixli, 004444 nömrəli və “Həsrət” kiçik müəssisəsinə verilmiş xx.xx.2003-cü il tarixli, 004692 nömrəli texniki pasportlar, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı MMC-yə verilmiş xx.xx.2003-cü il tarixli, 000507 nömrəli Şəhadətnamə etibarsız hesab edilmiş, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən “Həsrət” kiçik müəssisəsinə verilmiş xx.xx.2000-ci il tarixli, 001786 nömrəli texniki pasportun bərpa edilməsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin “Həsrət” kiçik müəssisəsinə verilmiş xx.xx.2000-ci il tarixli, 001786 saylı texniki pasporta əsasən “Həsrət” kiçik müəssisəsinə aid hissəsinin İddiaçı MMC tərəfindən boşaldılaraq “Həsrət” kiçik müəssisəsinə qaytar ılması qət edilmişdir. Qətnamədən verilən apellyasiya və kassasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin xx.xx.2008-ci il tarixli qərarı ilə təmin edilməmiş, qətnamə qüvvədə saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ödənilmiş 71.510 manat vəsaitin geri qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2003-cü il tarixdə Badamdar qəsəbəsi, 31“A” ünvanda yerləşən keçmiş Trolleybus parkını icarəyə götürərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və 4.150.000 manat icarə haqqı ödəmişdir. Daha sonra icarəyə verilmiş həmin əmlakı alqı-satqı müqaviləsi ilə özəlləşdirərək İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin hesabına “Azərbaycan Milli Bankı” vasitəsilə (KOD501004, VÖEN: 140033786, m/h **********031 **********031) cəmi 575.347.000 manat pul vəsaiti ödəyərək dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqda Şəhadətnamə almışlar. Fəaliyyətə başladıqdan bir müddət sonra İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının özəlləşdirilməsi Departamenti özəlləşdirilərək onlara təqdim etdiyi həmin sahə ilə bağlı məhkəmə mübahisələri başlamış, uzun sürən məhkəmə çəkişmələrindən sonra ona məxsus qeyri yaşayış sahəsinin 862,50 kv.m hissəsi alınaraq başqa şəxslərə verilmişdir. Müxtəlif vaxtlarda dəfələrlə müraciət etmələrinə baxmayaraq ödənilmiş vəsaitin geri qaytarılması mümkün olmamış və hə lə də ondan geri alınan sahəyə aid ödədikləri vəsaiti geri ala bilməmişdir. Həmin torpaq sahəsilə 18 ildir ki, torpaq vergisi və digər ödənişlərini iddiaçı etmişdir. Hazırda həmin sahə ilə bağlı dövlət büdcəsinə 18000 manat borc yaranmışdır.

5. Cavabdeh yazılı etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti ilə İddiaçı arasında bağlanmış 17 fevral 2003-cü il tarixli, 19 nömrəli icarəyə verilmiş alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən 1387.9 kv.m qeyri-yaşayış sahəsi sonuncu tərəfindən özəlləşdirilmiş və buna dair ona xx.xx.2003-cü il tarixli, 000507 saylı şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası 1 saylı Yerl i İqtisad Məhkəməsinin 2063/5-424 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən İddiaçı MMC-yə verilmiş xx.xx.2003-cü il tarixli, 004444 nömrəli və “Həsrət” kiçik müəssisəsinə verilmiş xx.xx.2003cü il tarixli, 004692 nömrəli texniki pasportlar, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı MMC-yə verilmiş xx.xx.2003-cü il tarixli, 000507 nömrəli şəhadətnamə etibarsız hesab edilmiş, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən “Həsrət” kiçik müəssisəsinə verilmiş xx.xx.2000-ci il tarixli, 001786 nömrəli texniki pasportun bərpa edilməsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin “Həsrət” kiçik müəssisəsinə verilmiş xx.xx.2000-ci il tarixli, 001786 saylı texniki pasporta əsasən “Həsrət” kiçik müəssisəsinə aid hissəsinin İddiaçı tərəfindən boşaldılaraq “Həsrət” kiçik müəssisəsinə qaytarılması qət edilmiş, qeyd olunan qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin xx.xx.2008-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. İddia müddəti ötürüldüyünə görə iddiaçı tərəfindən qeyd edilən əmlakın özəlləşdirilməsi ilə bağlı ödənilmiş vəsaitin ona qaytarılmasına dair tələb rədd edilməlidir.

6. Bakı İnzibati Məhkəməsinin 27 may 2022-ci il tarixli 2-1(112)-4485/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi barədə cavabdehin nümayəndəsinin şifahi vəsatəti təmin e dilməmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 27 may 2022-ci il tarixli 2-1(112)-4485/2022 nömrəli qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia təmin edilmiş, cavabdehdən 71.510 manat pulun tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia müddətinin tətbiqinə münasibətdə hazırki mübahisə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətləri ilə bağlıdır, odur ki, mülki qanunvericiliyin iddia müddəti ilə bağlı normaları hazırki münasibətlərə şamil edilə bilməz, bununla bağlı qanunvericilikdə ayrı qayda nəzərdə tutulmamışdır. Qüvvədə olan məhkəmə aktı ilə iddiaçının mülkiyyət hüququna müdaxilə həyata keçirilmiş, əmlakından məhrum edilmişdir və hazırda əmlakından məhrum edildiyi hissədə ödədiyi vəsaitin (bir hissəsinin) geri qaytarılmasını tələb edir. Əks yanaşma iddiaçının X1 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (ikinci qayda) pozulması hesab oluna bilər. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

9. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından və qərardadından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını, habelə qərardadın ləğv edilməsini və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2-1(103)-275 1/2022 nömrəli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 27 may 2022-ci il tarixli 2-1(112)-4485/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2023-cü il tarixli, 2-1(103)-1081/2023 nömrəli qərarı ilə (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 27 may 2022-ci il tarixli 2-1(112)-4485/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilm əsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayətinin dəlilləri və istinad olunan maddi hüquq normaları iddia ərizəsinə etirazın dəlilləri və istinad olunan maddi hüquq normaları ilə eynilik təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçının kassasiya şikayətinə etirazının dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 384.0.4. Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Maddə 572.1. Alıcının, üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək v əzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayət lə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiy a məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Apellyasiya instansiya məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallar ında olan sənədlər əsasında aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş işin mübahisələndirilməyən hallarından göründüyü kimi, hazırkı mübahisə predmeti olan 1387,9 kv.m qeyri-yaşayış sahəsi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti ilə İddiaçı MMC arasında bağlanmış 17 fevral 2003-cü il tarixli 19 nömrəli icarə müqaviləsi əsasında sonuncunun icarəsinə verilmiş, həmin hüquqi şəxsin adına xx.xx.2003-cü il tarixdə 000507 nömrəli Şəhadətnamə verilmişdir. Daha sonra Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 2063/5-424 nömrəli, xx.xx.2006-cı il tarixli qətnaməsi ilə İqtisadi İnkişaf Nazirliyinin Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən İddiaçı MMC-yə verilmiş 004444 nömrəli və “Həsrət” kiçik müəssisəsinə verilmiş xx.xx.2003-cü il tarixli, 004692 nömrəli texniki pasportlar, Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən İddiaçı MMC-yə verilmiş xx.xx.2003-cü il tarixli, 000507 nömrəli şəhadətnamə etibarsız hesab edilmiş, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən “Həsrət” kiçik müəssisəsinə verilmiş xx.xx.2000-ci il tarixli, 001786 nömrəli texniki pasportun bərpa edilməsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin “Həsrət” kiçik müəssisəsinə verilmiş xx.xx.2000-ci il tarixli, 001786 saylı texniki pasporta əsasən “Həsrət” kiçik müəssisəsinə aid hissəsinin İddiaçı MMC tərəfindən boşaldılaraq “Həsrət” kiçik müəssisəsinə qaytarılması qət edilmişdir.

25. Qətnamədən verilən apellyasiya və kassasiya şikayətləri müvafiq o laraq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin xx.xx.2008-ci il tarixli qərarı ilə təmin edilməmişdir.

26. Göründüyü kimi, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı ümumi sahəsi 1387, 9 kv.m olan qeyri-yaşayış obyektinin 862,5 kv.m ölçüdə olan hissəsində özəlləşdirmə ləğv edildiyindən həmin hissəyə görə cavabdehə ödədiyi 71.510 manat məbləğində pulun ona qaytarılmasından ibarətdir.

27. Kassasiya şikayətinin dəlillərini əsassız sayan məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, iddiaçı cəmiyyət 1387,9 kv.m qeyri-yaşayış sahəsinin adına özəlləşdirilməsi ilə bağlı İqtisadi inkişaf Nazirliyinin Dövlət Əmlakının özəlləşdirilməsi Departamentinin hesabına xx.xx.2003-cü il tarixli 19 nömrəli alqı-satqı müqaviləsi əsasın da 575.347.000 manat ödəmişdir. Belə ki, həmin məbləğdə pulun İqtisadi inkişaf Nazirliyinin Dövlət Əmlakının özəlləşdirilməsi Departamentinin hesabına ödənilməsi iş materiallarında olan müvafiq qəbzlərlə öz təsdiqini tapır.

28. İddiaçı tərəfindən köhnə Azərbaycan manatı ilə denominasiyadan əvvəl ödənilən 575347 AZM manat pul vəsaiti hazırki yeni manatla, yəni denominasiyadan sonra 115069 manat təşkil edir ki, belə olan halda 1387,9 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin 1 kv.m-i iddiaçıya 82,90 manata satılmışdır. Başqa sözlə, mübahisəli 862,50 kv.m hissəyə görə iddiaçı tərəfindən ödənilən məbləğ tələbdə qeyd edildiyi kimi, məhz 71510 manat təşkil edir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, adi hesablama qaydasında cavabdeh inzibati orqan tərəfindən iddiaçıya vurulmuş ziya nın hesablanması mümkün olduğundan xüsusi biliyə malik olan ekspertlər tərəfindən əlavə araşdırma aparılmasına zərurət olmamışdır.

29. Bundan əlavə məhkəmə kollegiyası iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin kassasiya dəlilinə münasibətdə onu qeyd edir ki, iddiaçının hazırkı tələbi cavabdehə ödədiyi pul vəsaitinin, başqa sözlə əmlakının geri qaytarılmasından ibarətdir.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Həmin Məcəllənin 572.1-ci maddəsinə əsasən alıcının, üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq ve rdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur.

31. Hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya satılan qeyriyaşayış sahəsi mübahisələndirilən hissədə cavabdeh inzibati orqanın əsassız qərarı, yəni xx.xx.2003-cü il tarixli 35 nömrəli sərəncamı və qanunsuz hərəkətləri, yəni xx.xx.2003-cü il tarixli 19 nömrəli alqı-satqı-müqaviləsini bağlaması cavabdeh tərəfindən təqsirli şəkildə iddiaçının xeyrinə özgəninkiləşdirilməklə, ona həmin sahəyə münasib olaraq ödədiyi pul vəsaiti həcmində real zərər vurmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, hazırki qərarın 16-cı bəndində sadalanan qanunvericilik normalarının tələbləri baxımından iddia əsaslı, iddianın təmin edilməsi ilə bağlı aşağı instansiya məhkəmələrinin gəldi yi nəticə düzgündür.

32. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2023-cü il tarixli, 21(103)-1081/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar