Məhkəmə qərarları › İş №2-1(102)-340/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-340/2019

13.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-340/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-340/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə qarşı güzəştli şərtlərlə ya şa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-1898/2018 saylı qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinəmüraciət edərək, 19721974-cü illərdə hərbi xidməti başa vurduqdan sonra “****” trestinin 3 və 6, “******” trestinin 4 - saylı Tikinti Quraşdırıma İdarələrində (“TQİ”) iş icraçısı, mühəndis, istehsalat rəisi kimi güzəştli pensiya hüququ verən vəzifələrdə çalışdığını, onun 36 ildən yuxarı ümumi iş stajı, 20 ildən yuxarı xüsusi stajının olduğunu, güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etdiyini, sonuncu, xxxx 2018-ci il tarixli məktubla “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən xxxx 2011-ci il tarixdən ona güzəştli şərtlərlə 320,34 manat məbləğində yaşa görə əmək pensiyasının düzgün olaraq təyin edildiyinə istinad etməklə, müraciətdən imtina etdiyini bildirərək, ona xxxx 2006-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiyanın yenidən hesablanması zamanı yaranacaq məbləğ fərqinin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1 (82)2126/2018 saylı qərarı ilə iddia tələbi təmin olunmuşdur (hakim – Z.M.Tağıyev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-1898/2018 saylı qərarı ilə (sədrlik edən C.A.Yusifov, hakimlər V.M.Ağayev və A.B.Nuriyeva) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ciil tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddiaçının əmək kitabçasında göstərilən işlərdə tam iş günü ilə məşğul olması barədə arayış, işinin xarakteri faktının aydınlaşdırılmasında və güzəştli pensiya hüququnun müəyyən edilməsində mühüm əhəmiyyətə malikdir, bu səbəbdən iddiaçıya güzəştli pensiyanın təyin edilməsi üçün ona çalışdığı təşkilatın verdiyi işin xarakterinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, xxxx 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 1 və ya 2 №-li siyahıya aid olması barədə arayış əsasdır, iddiaçıya çalışdığı İdarə tərəfindən heç bir təqdimat verilməmişdir. Tərəflərin izahatları İddiaçı və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilm əsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-1898/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 2 il (1972-1974) müddətli hərbi xidmətdə olmuş İddiaçı əmək kitabçasına əsasən “*****” trestində: 3 saylı Tikinti Quraşdırma İdarəsində (“TQİ”) - 11 ay 17 gün fəhlə, TQİ 6-da - 2 il 8 gün mühəndis və iş icraçısı, TQİ-2-də - 1 ay 17 gün mühəndis, yenidən TQİ 6-da 14 il 4 gün iş icraçısı, “****”də (ezam olunmuşdur) sahə rəisi, yenidən “*****” trestində TQİ 3-də - 1 il 5 ay 28 gün baş qayqnaqçı, TQİ 4-də - 13 il 1 ay 17 gün baş qaynaqçı vəzifələrində çalışmış (bundan sonra da dəniz neft tikinti quraşdırma sistemində çalışmaqda davam etmiş), iddiaçı, güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu, xxxx 2018-ci il tarixli məktubla “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən xxxx 2011-ci il tarixdən ona güzəştli şərtlərlə (xxxx 2006-cı ildən hüququnun yarandığı xxxx 2011-ci ilədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı nəzərə alınaraq) 320,34 manat məbləğində yaşa görə əmək pensiyasının düz gün olaraq təyin edildiyinə istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, qeyd olunan vəzifələr üzrə iş stajları cəmləndikdə, iddiaçının 2001-ci ilə qədər 25 ildən çox ümumi, 12 il 6 aydan çox isə - dəniz neft inşaatda müxtəlif tikinti quraşdırma idarələrində iş icraçısı və qaynaqçı kimi güzəştli pensiya hüququ verən vəzifələrdə çalışdığı müəyyən edilir, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xxxx 1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda iş icraçısı ******* şrifti altında, qaynaqçısı peşəsi isə ******* (qaz qaynaqçısı) və *******(elektrik qaynaqçısı) şriftləri ilə əmək şəraiti zərərli və ağır olan vəzifə və peşələrə aid edilmiş, belə olan halda 2-ci Siyahı üzrə vəzifə və peşələrdə çalışan şəxslərin pensiya yaş həddi 57 yaş təşkil edir və iddiaçı xx.xx.1948-ci ildə anadan olduğu nəzərə alınaraq, onun pensiya hüququ xxxx 2005-ci il tarixdən yaransa da, ona pensiya təyinatı xxxx 2006-cı il tarixindən aparılmalı, iddiaçı dəniz neft inşaatda müxtəlif tikinti quraşdırma idarələrində iş icraçısı və qaynaqçı vəzifəsində işləməsinə dair qeydləri olan əmək kitabçasını cavabdehə təqdim etmiş, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinə (57 yaş) çatdığı vaxt güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı toplamış, xxxx 2017-ci il tarixdən qüvvədə olan Qan unun 32.1.1-ci maddəsinin 2-ci hissəsində ödəmənin son üç ilə görə aparılması nəzərdə tutulsa da, sözügedən qayda konkret halda tətbiq oluna bilməz, cavabdeh inzibati orqan iddiaçıya, onun müraciətinə əsasən xxxx 2006-cı ildən güzəştli şərtlərlə əmək pensiyası təyin etməli olduğu halda hal-hazıradək bunu etməmiş, beləliklə, cavabdehin inzibati aktın qəbulundan imtinası qanuna zidd olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. xxxx 2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli v ə ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun xxxx 1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti xüsusilə zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir. Qanunun qeyd edilən 13-cü maddəsinə 1997-ci il tarixli ****** nömrəli Qanununla dəyişiklik edilərək yaş həddi 1997-ci ilin xxxx başlayaraq 2000-ci ilin xxxx hər il 6 ay artırılmışdır (2000-ci ildən artıq «Qanunun qeyd olunan «B bəndi ilə mü əyyən olunan yaş həddi 57 yaş olmuşdur. Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla, xxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. xxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birin-yeddinci hissələrinə müvafiq hesablanır. Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSR İ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xxxx 1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq e dilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda iş icraçısı **** şrifti altında, qaynaqçısı peşəsi isə ****(qaz qaynaqçısı) və ******(elektrik qaynaqçısı) şriftləri ilə - əmək şəraiti zərərli və ağır olan vəzifə və peşələrə aid edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun xxxx 2006-cı il tarixdən qüvvədə olan 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. xxxx 2017-ci il tarixdən qüvvədə olan Qanunun 32.1.1-ci maddəsinin 2-ci cümləsinə əsasən - ödəmənin son üç ilə görə aparılması nəzərdə tutulsa da, məhkəmə kollegiyası hesab edi r ki, sözügedən qayda həmin Qanunun 9.8-ci maddəsinin tələbi baxımından konkret halda tətbiq oluna bilməz. Məhkəmələr iş materiallarına istinad etməklə iddiaçıya xxxx 2006-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, yaranacaq məbləğ fərqinin hesablanaraq birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qanuni nəticəyə gəlmişlər. Qeyd olunanlara əsasən, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının 25 ildən artıq ümumi əmək stajına malik olduğunu və 12 il 6 aydan yuxarı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığı üçün, xxxx 2006-cı ildə 57 yaşı tamam olduqdan sonra, əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi hüququ olduğunu, onun zərərli əmək şəraitində işlədiyi icraçı, qaynaqçı peşələrin in Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xxxx 1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda (****** (qaz qaynaqçısı) və ******(elektrik qaynaqçısı) qeyd edildiyini nəzərə alaraq, məhkəmə tərəfindən qəbul edilmiş qərarın qanunsuz və əsassız olmaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarıldığı, işin hallarının tam və hərtərəfli araşdırılmadığı, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun hazırda qüvvədə olan müddəalarının tələblərinin pozulduğu barədə cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şi kayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 21(103)-1898/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103) -1898/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar