Məhkəmə qərarları › İş №2-1(102)-340/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-340/2021

03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-340/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı «xxxx» Holding Kompani MMC-nin cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (müvəqqəti xarakterli müdafiə tədbiri barədə inzibati orqanın məktubunun icraatının dayandırılması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçı «xxxx» Holding Kompani MMC-nin cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı hərəkətlərin edilməsindən çəkinmə tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nın xx xxxxxx 2020 ci il tarixli, 2-1(103)-1871/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:

1. İddiaçı «xxxx» Holding Kompani MMC-nin cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan və bilavasitə onların hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiə edilməsi və inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsi və ya dayandırılması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. Həmçinin iddiaçı «xxxx» Holding Kompani MMC ərizə ilə məhkəməyə müraciət edərək işə mə hkəmə qaydasında baxılıb yekun məhkəmə aktı qəbul edilənədək Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsininbbb saylı, xx xxxxxx 2020-ci il tarixli məktubu ilə hər hansı bir tikintinin dayandırılmasına dair hərəkələrin edilməsi, məhkəmə mübahisəsi bitənədək Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qadağan edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

3. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-6248/2020 nömrəli (sədrlik edən hakim Şəlalə Həsənova) qərardadı ilə iddiaçının ərizəsinin təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsininbbb saylı, xx xxxxxx 2020-ci il tarixli məktubu ilə Bakı şəhəri, Nərimanov rayonu, AK.Həsən Əliyev prospekti, məhəllə 945 ünv anında hər hansı bir tikintinin dayandırılmasına dair hərəkələrin edilməsi cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qadağan edilməsini qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən İnzibati Prosessual Məcəllənin 40, 41, 43-cü maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddiaçının ərizəsi əsaslıdır.

5. Qərardaddan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 2-1(112)-6248/2020 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:

6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-1871/20 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Aida Hüseyn) qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 21(112)-6248/2020 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də tətbiq etdiyi İnzibati Prosessual Məcəllənin eyni maddələrinə (40, 41, 43-cü maddələr) istinad etməklə belə hesab etmişdir ki, hazırkı halda işin faktiki və hüquqi hallarının ilkin araşdırması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağından, cavabdehin hərəkətləri ilə əlaqədar mövcud vəziyyətin dəyişməsinin qarşısını almaq üçün ilkin tənzimlənmənin zəruriliyi baxımından iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müvəqqəti xarakterli tədbiri barədə ərizə qanuni və əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Kasasiya şikayətinin dəlilləri:

8. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, verilmiş apelyasiya şikayətində də, sözügedən tikintinin aparılmasının qeyri-mümkünlüyü, belə tikintinin aparılmasının şəhərsalma normalarının pozulmasına səbəb olacağı, Bakı Şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2015-ci il tarixli 13 nömrəli Sərəncamına əsasən tikintisi nəzərdə tutulan çoxmərtəbəli yaşayış binasının 2-ci girişinə münasibətdə tikintiyə icazə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx xxxxxx xx 2020-ci il tarixli 02 nömrəli Sərəncamı ilə ləğv edildiyi göstərilmişdir. Göründüyü kimi, sözügedən «tikintinin dayandırılması hər hansı məktubla həyata keçirilə bilməz» ki, bu tikintinin aparılmasına verilmiş icazə ləğv edildiyindən həmin tikinti işlərinin hüquqi əsası yoxdur. Mübahisə predmeti olan Komitənin xx xxxxxx 2020-ci il tarixli 05/09-PA/Kol-83/4-3180 nömrəli məktubu isə «mövcud vəziyyətin dəyişməsi» baxımından artıq heç bir hüquqi əhəmiyyət kəsb etmir və gələcəkdə tikintinin aparılıb-aparılmaması məsələsində təsiri yoxdur. Məhkəmənin qəbul etdiyi qərardad isə tikintiyə dövlət nəzarətini həyata keçirən orqanlarda çaşqınlıq yaradır, onların vəzifələrinin icrasına maneə kimi ola bilər.

9. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməs inin xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1871/2020 nömrəli qərardadının ləğv edilməsi və «X1» MMC-nin müvəqqəti xarakterli müdafiə tədbiri ilə bağlı ərizəsinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.

11. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. ( xx xxxxxx 2021-ci ildə müvafiq bildiriş göndərilmişdir) Əsaslandırıcı hissə:

12. Azərbaycan Respublikasının İnzibati Proses sual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

13. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.

14. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-1871/2020 nömrəli qərardadla və həmin qərardaddan cavabdeh tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə hesab edir ki, cavabdehin xx xxxxxx 2020-ci il tarixli,bbb saylı məktubu ilə hər hansı bir tikintinin dayandırılmasına dair hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi barədə iddiaçının sözügedən ərizə ilə məhkəməyə müraciət edilməsinə səbəb olmuş cavabdehin yuxarıda göstərilmiş məktubu təhlil edilərək araşdırılmalı və ona hüquqi qiymət verilməlidir.

15. Belə ki, məlum olduğu kimi, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx xxxxxx 2020-ci il tarixli, 05/09-PA/kol83/4-3210 nömrəli, məktubunun surətindən görünür k i, Bakı şəhər İcra Hakimiyyətinin xx xxxxxx 2015-ci il tarixli, 13 nömrəli sərəncamı ilə sözügedən binaya dair tikintiyə icazə və xx xxxxx 2015-ci il tarixli, 088 nömrəli xüsusi nişan verilmişdir. Lakın, ayrılmış torpaq sahəsində tikilməsi nəzərdə tutulan binanın yaxınlığında, layihə üzrə baş planda nəzərdə tutulmayan 18 mərtəbəli yaşayış binasının artıq mövcud olması müəyyən edilmişdir. Halhazırda həmin binada yaşayış var və sakinləri planlaşdırılan tikintiyə öz etirazlarını bildirir. Layihə üzrə nəzərdə tutulmayan 18 mərtəbəli bina tikinti ərazisində artıq mövcud olduğundan həmin layihə, o cümlədən onun baş planı üzrə tikinti işlərinin aparılması qeyrimümkündür və verilmiş tikintiyə icazəyə uyğun icra oluna bilməz.

16. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən məktub aşkar şəkildə məl umat xarakterli olmaqla iddiaçının üzərinə hər hansı bir öhdəliklər qoymamaqla yanaşı, inzibati tədbirlərin görülməsini də nəzərdə tutmamışdır.

17. Sadəcə olaraq bu məktubda yazılmış faktın mövcudluğunun təsdiq edilməsidir.

18. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının müvəqqəti xarakterli tədbirlərinin görülməsi barədə ərizəsi mübahisənin mahiyyətinə təsir etməməklə, həmin məsələdə hər hansı bir əhəmiyyət də kəsb etmir.

19. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iddiaçının sözügedən ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini r əhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 21(103)-1871/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı «X2» MMC-nin müvəqqəti xarakterli tədbirlərin görülməsi barədə ərizəsi rədd edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar