Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-340/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “COV İD-19 pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar ödənişlərin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 25 oktyabr tarixli, 21(103)-1961/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona COVİD-19 pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar ödənişlərin edilməsini xahiş etmişdir.
2. Cavabdeh 2020-ci il 30 aprel tarixli SMS vasitəsilə müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının ərinin adına aktiv müqaviləsi olması əsası ilə, iddiaçıya 190 manat birdəfəlik ödəmənin veril məsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2020-ci il 13 avqust tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin hərəkətinin qanunsuz hesab edilməsini xahiş etmişdir.
4. İddiaçı məhkəmə icraatı zamanı iddia tələbini dəyişərək COVİD-19 pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar ödənişlərin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, pandemiya ilə əlaqədar iddiaçıya 190 manat verilməsindən imtina edilmişdir. İmtinaya səbəb kimi onun ərinin əmək müqaviləsinin olması əsas götürülmüşdür. Halbuki, iddiaçı subaydır. Onun nikahı məhkəmə qaydasında pozulmuşdur. C avabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli, 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq Haqqında” Azərbaycan Respublikas ının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı Nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılır. Göstərilən Qaydaya uyğun olaraq iddiaçının müraciətinin elektron qaydada araşdırılması zamanı Ədliyyə Nazirliyinin və digər müvafiq informasiya sistemlərindən əldə edilən məlumat əsasında onun evli olması və həyat yoldaşının adına aktiv əmək müqavilə si bildirişinin olması aşkar edilmişdir. Bu səbəbdən də Qaydanın 3.4- cü bəndinə uyğun olaraq həmin şəxsə birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 28 aprel tarixli, 2-1(112)-1398/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar birdəfəlik ödəmənin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, Bakı şəhərində qeydiyyatdadır, heç bir yerdə işləmir, vergi ödəyicisi olan sahibkar qismində uçotda deyildir, subaydır, 2020-ci ilin aprel ayının 18-də işsiz kimi qeydiyyatdan keçmişdir. Cavabdehə 190 manat birdəfəlik ödəmənin verilməsi barədə müraciət etsə də, cavabdeh onun ərinin əmək müqaviləsi olduğunu bildirərək iddiaçının müraciətini təmin etməmişdir. Halbuki iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçı hal-hazırda subaydır. Belə olan halda cavabdeh tərəfindən əsassız olaraq iddiaçının müraciətindən imtina edilmiş, nəticədə iddiaçı COVİD-19 pandemiyası ilə bağlı ölkədə elan edilmiş sərt karantin rejimində vətəndaşların sosial təminatı üçün dövlət tərəfindən ödənilən birdəfəlik ödəmədən məhrum olmuşdur ki, bununla da iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş sosial təminat hüququ pozulmuşdur.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. b. apellyasiya instansiyas ı məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 25 oktyabr tarixli, 2-1(103)-1961/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 28 aprel tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, hazırda birdəfəlik ödəmənin verilməsi proqramı başa çatdırılaraq, icrası müddə ti bitmiş və bir aydan az müddət ərzində 600 min şəxsə bu ödəmə təyin olunaraq, ödənişlər həyata keçirilmişdir. Göründüyü kimi, bu sosial müdafiə tədbirinə cəlb etmə müddəti və cəlb olunan şəxslərin sayı üzrə konkret çərçivə müəyyən edilmişdir. Bu məqsədlə birdəfəlik şəkildə dövlət büdcəsindən cavabdehə vəsait ayrılmış və həmin dövrdə təyinatı üzrə istifadə olunmuşdur. Qərarın 1.2-ci bəndində açıq şəkildə göstərilmişdir ki, birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Qlobal pandemiyanın ilkin dövrlərində (2020-ci ilin aprel- may ayları) digər sahələrdə olduğu kimi əhalinin məşğulluğunun yeni çağırışlara uyğun tənzimlənməsi il ə bağlı qeyri-müəyyənliklər yaransa da, hazırkı məhkəmə işinə baxıldığı dövrdə, habelə iddia ərizəsi ilə məhkəməyə müraciət ünvanladığı zaman X1 tərəfindən işsiz şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi üçün xeyli məhdudiyyətlər aradan qalxmışdır.
14. Prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərti yerinə yetirildiyi halda yolveriləndir. Apellyasiya instansiyası məhkəməsi isə iddianın mümkün sayılmaması barədə qərardad qəbul etməli olduğu halda bunu etməmiş, iş üzrə iddiaçının tələbinə mahiyyəti üzrə baxaraq qərar qəbul etmiş, beləliklə də, prosessual pozuntuya yol vermişdir. b. işə məhkəmə iclasında baxılması üçün vəsatətin dəlilləri
15. Cavabdeh, həmçinin vəsatətlə mə hkəməyə müraciət edərək hazırkı işə şifahi məhkəmə iclasında baxılmasına xahiş etmişdir.
16. Vəsatət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli, 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli, 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nda Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi nəzərdə tutulmuş və müvafiq tədbirin icraçısı qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edilmişdir. Göründüyü kimi, bu sosial müdafiə tədbirinə cəlb etmə müddəti və cəlb olunan şəxslərin sayı üzrə konkret çərçivə müəyyən edilmişdir. Bu məqsədlə birdəfəlik şəkildə dövlət büdcəsindən Nazirliyə vəsait ayrılmış və həmin dövrdə müvafiq vəsaitdən təyinatı üzrə istifadə olunmuşdur. İnzibati Prosessual Məcəllənin 96.4 və Mülki Prosessual Məcəllənin 414.1-ci maddəsinə əsasən məhkəmənin hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasınd a baxılması barədə qərardad qəbul edərək bu barədə proses iştirakçılarına məlumat verməsi halı nəzərdə tutulmuşdur. Beləliklə, dövlətin maliyyə dayanıqlığının qorunması, sosial təminat sisteminin bütövlüyünün təmini, işin adekvat həllinə nail olunması, eləcə də, oxşar işlərə baxılmasında məhkəmə təcrübəsinin formalaşması baxımından müvafiq işə məhkəmə iclasında baxılması zəruri hesab olunur.
17. Məhkəmə kollegiyası cavabdehin vəsatətinin dəlillərini İPM-in 96.4-cü maddəsinin ikinci cümləsinin hazırkı mübahisəyə tətbiqinin əsası kimi qəbul etmir. Belə ki, həmin normanın tələbindən göründüyü kimi, işə məhkəmə iclasında baxılması barədə qərardad o hallarda qəbul edilir ki, hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsini zəruri edən əhəmiyyətli hallar mövcud olsun.
18. Hazırkı halda, xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq birdəfəlik ödəmənin verilməsi ilə bağlı iddianın hüquqi əsaslarına, habelə həmin məzmunda tələblərə məhkəmədə baxılmasının prosessual-hüquqi əsaslarına dair məhkəmə təcrübəsində vahid yanaşma formalaşmışdır.
19. Cavabdeh tərəfindən də hazırkı məzmunda tələblərə baxılmasında fərqli yanaşmaların olduğunu təsdiq edən, buradan, hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsini zəruri edən hallara dair hər hansı sübut təqdim etməmişdir. c. kassasiya şikayətinə etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses işti rakçılarına yardım etməyə borcludur. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞ İNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Şikayət qərarın ləğv edilməsi hissəsində təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
25. İşdən göründüyü kimi, iddiaçı ilkin iddia tələbində cavabdehin hərəkətinin qanunsuz hesab edilməsini, sonrakı – dəyişdirilmiş tələbində isə COVİD-19 pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar ödənişlərin edilməsi vəzifəsin in cavabdehin üzərinə qoyulmasını tələb etmişdir.
26. Birinci instansiya məhkəməsi iddiaçının dəyişdirilmiş tələbi üzrə qərar qəbul etsə də, iddiaçının həmin məzmunda tələbi qeyri-müəyyən olmuş, məhkəmənin qərarı da həmin qeyri-müəyyən tələb üzrə qəbul edilmişdir.
27. İddiaçının tələbində, eləcə də, məhkəmənin qərarında (bunun hüquqi əsasları göstərilməklə) cavabdehin məhz hansı ay və ya aylar üzrə ödənişləri icra etmək öhdəliyi daşıdığı göstərilməmiş, buradan, tərəflər arşında həmin ödənişlərlə bağlı yeni (o cümlədən, məhkəmə qərarının icrası ilə əlaqədar) mübahisənin baş verməsi üçün zəmin yaranmışdır.
28. İPM-in 13-cü maddəsinin tələbindən göründüyü kimi, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilmə sində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
29. Həmin normanın tələbinin təmin olunmaması, öz növbəsində işin hallarının araşdırılması prinsipinin tələblərinin də pozulmasına səbəb olmuşdur. Belə ki, işin faktiki halları məhz aydın şəkildə ifadə olunan tələb üzrə araşdırılmalı, cavabdehin də həmin tələb üzrə və hansı həcmdə öhdəlik daşıyıb-daşımadığı müəyyən edilməlidir.
30. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 13 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılmas ı və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın mümkün sayılmaması tələbinə dair hissədə təmin oluna bilməz.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 25 oktyabr tarixli, 2-1(103)-1961/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.