Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3402/2025 22.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar iddiaçı1 Böyük-Kişi qızı və iddiaçı2 Böyük-Kişi oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçılar iddiaçı1 Böyük-Kişi qızı və iddiaçı2 Böyük-Kişi oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Üçüncü şəxs) qarşı “çıxarışın ləğv olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı iddiaçı1 Böyük-Kişi qızının hüquqi varisi hüquqi varis2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçılar iddiaçı1 Böyük-Kişi qızı və iddiaçı2 Böyük-Kişi oğlu cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında yerləşən * saylı mənzilə dair X1 adına aparılmış ilkin qeydiyyat əsasında verilmiş qeydiyyat vəsiqəsinin (##.##.2000-ci il tarixli reyestr kitabı 1112, səhifə 167068, qeydə alınma 3/167068 üzrə qeydə alınmış) ləğv olunmasını xahiş etmişlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
2. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2016-cı il tarixli qərardadı ilə Üçüncü şəxs üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
3. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2016-cı il tarixli, *-*(**)- ****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 3 ünvanında yerləşən * saylı mənzilə dair X1 adına aparılmış ilkin qeydiyyat əsasında verilmiş ##.##.2000-ci il tarixli (reyestr kitabı 1112, səhifə 167068, qeydə alınma 3/167068 üzrə qeydə alınmış) Qeydiyyat vəsiqəsi ləğv edilmişdir.
4. Həmin qərar icra edilərək X1 adına aparılmış ilkin qeydiyyat əsasında verilmiş ##.##.2000-ci il tarixli (reyestr kitabı 1112, səhifə 167068, qeydə alınma 3/167068 üzrə qeydə alınmış) qeydiyyat vəsiqəsi ləğv olunmuşdur.
5. Eyni zamanda, iddiaçı1 Böyük-Kişi qızın və iddiaçı2 Böyük-Kişi oğlunun “X1 ilə Üçüncü şəxs arasında Bakı şəhəri, Azərbaycan prospekti (H.Hacıyev) * saylı evin * saylı mənzilinə dair bağlanmış ##.##.2011-ci il tarixli bağışlama müqaviləsinin etibarsız sayılması”na dair iddia tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə təmin edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra vərəqəsinə əsasən cavabdeh tərəfindən üçüncü şəxs Üçüncü şəxs adına olan MA seriyalı ******* nömrəli ##.##.2012ci il tarixli
6. çıxarış ləğv edilmişdir.
7. Üçüncü şəxs Üçüncü şəxs ##.##.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2016-cı il tarixli, *- *(**)-****/**** nömrəli qərarının rəsmi olaraq ona təqdim olunmasını xahiş etmiş, ##.##.2024-cü il tarixdə qərarın surətini almışdır.
8. Qərardan narazı qalan üçüncü şəxs Üçüncü şəxs ##.##.2024-cü il tarixdə apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
b) apellyasiya instansiya məhkəməsində birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə hüquqi varis1 və hüquqi varis2 iş üzrə iddiaçı1 Böyük-Kişi qızının prosessual hüquq varisləri kimi tanınmışlar.
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı (hakimlər M.Tağızadə – məruzəçi, K.Əkbərov və S.Səlimova) ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmiş, * saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin ##.##.2016-cı il tarixli, *-*(**)-****/**** nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
11. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddiaçı1 Böyük-Kişi qızının X1 adına həyata keçirilən özəlləşdirmənin və onun adına verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab olunmasına dair iddia tələbi təmin edilməmiş və qərar qanuni qüvvəsini almışdır. İddiaçı iddiaçı1 Böyük-Kişi qızının iddiasına münasibətdə qeyd edilmişdir ki, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnamələri mövcud olduğundan hazırkı iddia mümkün sayılmamlıdır. İddiaçı iddiaçı2 Böyük-Kişi oğlu hələ 2001-ci ildə hazırkı iddia tələbinin predmeti olan ünvan 2 ünvanında yerləşən * saylı mənzilə dair hüquqlarını itirdiyindən, həmin mənzillə bağlı sonradan aparılan özəlləşməni mübahisələndirmək üçün subyektiv hüququ olmamışdır.
12. hüquqi varis2 həmin qərardan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin təkrar araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
c) kassasiya instansiya məhkəməsində birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ##### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər K.Bədəlov – məruzəçi, N.Rəsulbəyova və Z.Quliyev) iddiaçı iddiaçı1 Böyük-Kişi qızının hüquqi varisi hüquqi varis2 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə üçüncü şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarından təxminən 08 (səkkiz) il sonra apellyasiya şikayəti vermişdir. İşdəki sənədlərdən görünür ki, * saylı Bakı İnzibati- İqtisadi14. Məhkəməsinin *-*(**)-****/**** nömrəli işin icraatı zamanı Üçüncü şəxs üçüncü şəxs kimi cəlb edilsə də, icraat zamanı göndərilmiş məhkəmə sənədləri (bildiriş, məhkəmə aktı və s.) ona təqdim edilməmişdir. Bununla belə, hüquqi müəyyənlik prinsipi baxımından, apellyasiya instansiyası məhkəməsi üçüncü şəxsin ötən 08 il ərzində mübahisələndirilən qərardan məlumatlı olub-olmaması ilə bağlı işin hallarını İPM-in 12.1ci maddəsinin tələbləri baxımından qiymətləndirməli idi. Belə ki, üçüncü şəxsə * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-****/**** nömrəli işin icraatı zamanı məhkəmə sənədləri təqdim edilməmiş olsa da, iş materiallarından görünür ki, inzibati məhkəmə icraatından sonra bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı tərəflər arasında mülki məhkəmə icraatı olmuş və hazırkı iş üzrə üçüncü şəxs həmin iş üzrə cavabdeh olmuşdur. Həmin işdə bağışlama müqaviləsinin etibarsızlığına əsas, məhz hazırkı iş üzrə qeydiyyat vəsiqəsinin ləğv edilməsi olmuşdur. İşə baxan apellyasiya instansiyası məhkəməsi üçüncü şəxsin həmin mülki iş üzrə cavabdeh olmasını nəzərə almaqla, həmin işin icraatı zamanı hazırkı işin nəticəsi barədə məlumatlı olub-olmamasını, hazırda mübahisələndirilən qərarın həmin mülki iş materiallarında olub-olmamasını, beləliklə də üçüncü şəxsin işdən məlumatlı olub-olmamasını araşdırmalı idi.
ç) apellyasiya instansiya məhkəməsində ikinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakimlər C.Məmmədov – məruzəçi, P.Hüseynov və E.Əliyev) ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmiş, * saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin ##.##.2016-cı il tarixli, *-*(**)-****/**** nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kassasiya instansiyası məhkəməsinin qərarında qeyd olunan halın araşdırılması məqsədi ilə Üçüncü şəxs ##.##.2016-cı il tarixdən ##.##.2024-cü il tarixinədək olan sərhəd keçmə məlumatları Dövlət Sərhəd Xidmətindən, iddiaçı1 Böyük-Kişi qızının cavabdeh Üçüncü şəxs ilə X1 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə *(***)-***/**** nömrəli mülki işin materialları tələb edilmişdir. Aparılan araşdırmanın nəticəsi olaraq Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-****/**** nömrəli, ##.##.2016-cı il tarixli qərarından üçüncü şəxs Üçüncü şəxs tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülməmiş hesab edilmiş və qərardan verilmiş apellyasiya şikayətinə baxılması üçün şifahi məhkəmə baxışı iclası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzə kollegiyasının *MK-****/**** nömrəli, ## ###### 1999-cu il tarixli qətnaməsi ilə müəyyən edilir ki, iddiaçı2 Böyük-Kişi oğlu və hüquqi varis1 mübahisəli mənzilə, yəni ünvan 1 ünvanında yerləşən * saylı mənzilə dair yaşayış hüququnu Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ####### 1999-cu il tarixli qətnaməsi əsasında itirmiş, qətnamədən apellyasiya şikayəti verilsə də, apellyasiya məhkəməsinin sözügedən qətnaməsi ilə şikayət təmin edilməyərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ## #### 2014cü il tarixli, *-*(**)-***/**** nömrəli qərarında (5-ci vərəq) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft və Qazçıxartma İstehsalat Birliyinin Mənzil Kommunal Kontorunun 05.11.20001-ci il tarixli, **** saylı arayışına istinad edilmiş və həmin arayışla müəyyən edilmişdir ki, iddiaçı1 Böyük-Kişi qızı və X1 mübahisəli mənzil Qasımov Böyük-Kişi İbrahim oğluna ayrılan vaxt orderdə adları qeyd edilmiş və bununla da həmin mənzilə qeydiyyata düşmüşlər. ##.##.1990-cı ildə iddiaçı iddiaçı1 Böyük-Kişi qızı Bakı şəhəri, H.Hacıyev küçəsi ev 3, mənzil 7-dən qeydiyyatdan çıxmışdır. İş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli,##.##.2020-ci il tarixli qərarı ilə müəyyən edilir ki, iddiaçı1 Böyük-Kişi qızının mübahisəli mənzilə pasport qeydiyyatına alınmışdır. Qeyd olunanlardan bəlli olur ki, iddiaçı1 1990-cı ildən 2020-ci ilə qədər mübahisəli mənzildə pasport qeydiyyatında olmamışdır. iddiaçı1 və iddiaçı2 mübahisəli mənzildə qeydiyyatda olmayan ərəfədə Üçüncü şəxs atası Elman Qasımov həmin mənzili öz adına özəlləşdirmişdir. Həmin qərardan apellyasiya şikayəti verilsə də, mənzilin özəlləşdirilməsinin etibarsız hesab edilməsinin rədd edilməsi hissəsində qüvvədə saxlanılmışdır. Mübahisəli mənzilin özəlləşdirməsinin qanuni olması barədə qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasına baxmayaraq, iddiaçı1 və iddiaçı2 tərəfindən məhkəmədə yeni iddia qaldırılmış və məhkəmənin ## #### 2016-cı il tarixli qərarı ilə X1 adına mübahisəli mənzilə dair verilmiş ##.##.2000-ci il tarixli qeydiyyat vəsiqəsi ləğv edilmişdir. Göründüyü kimi, iddiaçı iddiaçı2 Böyük-Kişi oğlu hələ 2001-ci ildə hazırkı iddia tələbinin predmeti olan ünvan 2 ünvanında yerləşən * saylı mənzilə dair hüquqlarını itirdiyi, iddiaçı1 isə 1990-cı ildən mübahisəli mənzildən pasport qeydiyyatından çıxdığı vaxtdan həmin mənzillə bağlı sonradan aparılan özəlləşməni mübahisələndirmək üçün subyektiv hüquqlara malik olmamışlar.
17. hüquqi varis2 həmin qərardan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin təkrar araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri, birinci instansiya məhkəməsinin və kassasiya instansiyası məhkəməsinin qərarlarının əsaslandırma hissələrinin dəlilləri ilə eynilik təşkil edir.
19. Kassator əlavə olaraq göstərmişdir ki, üçüncü şəxs Üçüncü şəxs * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-****/**** nömrəli, ##.##.2016-cг il tarixli qərarından vermiş olduğu apellyasiya şikayəti qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməklə verildiyindən apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir.
20. Üçüncü şəxs Üçüncü şəxs mütəmadi olaraq Azərbaycana gəlib-getmiş və sözügedən məhkəmə aktlarından məlumatlı olmuşdur. Lakin o bilirdi ki, atası Elman Qasımov mübahisəli Azərbaycan prospekti (H.Hacıyev), ev 3 ünvanında yerləşən * saylı mənzili tək öz adına qeydə alınması üçün kirayəçi olaraq yalnız özünü və ailə üzvü olaraq isə yalnız onun arvadının olduğunu göstərmiş, ## ### 1956-cı il tarixli, *** saylı orderdə adları qeyd edilən digər ailə üzvlərinin, o cümlədən hazırkı iş üzrə iddiaçılar iddiaçı1 Böyük-Kişi qızının və iddiaçı2 Böyük-Kişi oğlunun adları gizlədilmişdir. Hazırkı işin yeni apellyasiya baxışı zamanı işə baxan məhkəmə kollegiyası qeyd edilən göstərişləri tam olaraq araşdırmamış, qeyd edilən inzibati işə tərəflərin iştirakı ilə baxış keçirilməsini, mübahisələndirilən qərarın həmin iş materiallarında olubolmamasını
21. araşdırmamışdır. Halbuki, tərəflər arasında olan əvvəlki məhkəmə mübahisələri zamanı üçüncü şəxs Üçüncü şəxs həmin məhkəmə proseslərində onu təmsil etmək üçün vəkilinə Azərbaycanda etibarnamə vermişdir. Bu isə o deməkdir ki, həmin dövrlərdə üçüncü şəxs Üçüncü şəxs ölkə ərazisində olmuşdur.
22. Kassasiya şikayətində İnzibati Prosessual Məcəllənin 1.1, 1.2, 13, 20.1, 20.3, 22.1, 24.1, 24.2, 85.1, 90 və 91-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 130.1, 135.1, 135.2 və 135.5-ci maddələrinə istinad edilmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
25. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunmamışdır. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, apellyasiya şikayəti mümkün sayılmamalıdır.
28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvini və üçüncü şəxs Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün sayılmamasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
29. Hazırkı işə birinci dəfə baxmış və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadını ləğv edərək işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarmış kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi üçüncü şəxsin ötən 08 il ərzində mübahisələndirilən qərardan məlumatlı olub-olmaması ilə bağlı işin hallarını İPM-in 12.1-ci maddəsinin tələbləri baxımından qiymətləndirməli idi.
30. Ali Məhkəmənin İnzibati Kollegiyasının göstərişləri əsasında işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi Üçüncü şəxs ##.##.2016-cı il tarixdən ##.##.2024cü il tarixədək olan sərhədkeçmə məlumatlarını Dövlət Sərhəd Xidmətindən tələb etmiş, habelə, iddiaçı1 Böyük-Kişi qızının cavabdeh Üçüncü şəxs ilə X1 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə *(***)-***/**** saylı mülki işin materiallarını araşdırmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Üçüncü şəxs ##.##.2023-cü ildə ölkə ərazisinə giriş barədə məlumat var. Səbail Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi Üçüncü şəxs ##.##.2024-cü ildə təqdim edilmişdir. ## #### 2024-cü ildə Üçüncü şəxs Səbail Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən, ##.##.2024-cü ildə isə * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-****/**** nömrəli, ##.##.2016-cı il tarixli qərarından apellyasiya şikayəti vermişdir. Üçüncü şəxs maraqlarına toxunan məhkəmənin qərarlarından yalnız ##.##.2024-cü ildə məlumatlı olmuş və həmin qərarların mübahisələndirilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürməmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, əgər inzibati məhkəmə icraatının iştirakçıları qanunla nəzərdə tutulmuş müddəti bu və ya digər səbəbdən ötürmüşlərsə, müddətin üzrsüz səbəbdən ötürülməsi və ya ötürülmədiyi barədə müvafiq sübutlar təqdim etməli, eyni zamanda müddətin bərpa edilməsinə dair vəsatət verməlidirlər. Belə sübutlar təqdim edilmədiyi halda ötürülmüş müddətin bərpa edilməsinə yol verilmir.
32. “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu ## ###### 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir.”
33. “X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu ## ### 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, «... qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.”
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında göstərilən mövqelərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxs tərəfindən * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2016-cı il tarixli, *-*(**)-****/**** nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün müəyyən edilən müddətin üzürlü səbəblərdən buraxılmasına dair onun özünün iradəsindən asılı olmayan, habelə, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxan sübutlar təqdim edilməmişdir.
35. Belə ki, apellyasiya instansiyası məhkəməsi üçüncü şəxsin ##.##.2023-cü ildə ölkə ərazisinə gəldiyini, onun maraqlarına toxunan məhkəmə qərarından yalnız ##.##.2024-cü ildə məlumatlı olduğunu və məhkəmə qərarını ##.##.2024-cü ildə (təxminən 08 il sonra) əldə etdiyini göstərsə də, bu halların üzürlü səbəb hesab edildiyini əsaslandırmamışdır.
36. Halbuki, iş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı və üçüncü şəxs arasında mübahisə predmeti olan mənzilə dair 2015-ci ildən etibarən müxtəlif məhkəmə mübahisələri olmuş, həmin mübahisələrdə Üçüncü şəxs iddiaçı və ya cavabdeh qismində iştirak etmişdir. Belə ki, üçüncü şəxs Üçüncü şəxs mübahisə predmeti olan mənzillə bağlı iddiaçı iddiaçı1 ilə çoxsaylı məhkəmə mübahisələrinin mövcudluğunu nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxs Üçüncü şəxs keçən 08 il ərzində * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2016-cı il tarixli, *-*(**)-****/**** nömrəli qərarından məlumatlı olmaması ağlabatan görünmür.
37. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı1 ilə çoxsaylı məhkəmə mübahisələrinin mövcudluğu fonunda üçüncü şəxsin * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2016-cı il tarixli, *-*(**)-****/**** nömrəli qərarından 08 il ərzində məlumatlı olmaması və buna görə də apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan müddətin ötürülməsi real olsa belə, üçüncü şəxs ötürülən müddətin hansı üzürlü səbəblərdən ötürüldüyünü əsaslandırmamış, buna dair hər hansı sübut təqdim etməmişdir.
38. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında göstərildiyi kimi qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın.
39. Hazırkı iş üzrə üçüncü şəxs * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2016-cı il tarixli, *-*(**)-****/**** nömrəli qərarından apellyasiya şikayəti verməsi üçün nəzərdə tutulan prosessual müddətin 08 il ötürülməsinin üzürlü səbəblərini göstərmədiyindən və buna dair müvafiq sübutlar təqdim etmədiyindən prosessual müddətin bərpası mümkün hesab edilməməlidir.
40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hüquqi varisi hüquqi varis2 kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilməli, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2016-cı il tarixli, *-*(**)-****/**** nömrəli qərarından üçüncü şəxs Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı: İddiaçının hüquqi varisi hüquqi varis2 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2016-cı il tarixli, *-*(**)-****/**** nömrəli qərarından üçüncü şəxs Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Qərar qətidir.