Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3403/2019 10.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: yeni açılmış hallar üzrə icraat, sonradan yeni sübutların və halların aşkar edilməsi. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlundan, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili, cavabdehin vəkili iştir akı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair iş üzrə cavabdeh tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəyə və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 avqust 2019-cu il tarixli, 2-1(103)-2031/2019 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 10 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2645/2018 saylı, 30 may 2018-ci il tarixli qərarı ( hakim – A.A.Abdullayeva) ilə iddia tələbi təmin edilərək Səbail rayon İcra Hakimiyyəti Başçısının 2478 saylı, 28.07.1994-cü il tarixli sərəncamı əsasında İddiaçı verilmiş ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə, həmçinin həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2124/2018 saylı, 12 oktyabr 2018-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – H.Ü.Həmidov, hakimlər – E.E.Nağıyeva və X.Ə.Sarıyev) ilə cavabdehin apellyasiya şikayəti t əmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2645/2018 saylı iş üzrə qəbul etdiyi 30 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)529/2019 saylı, 12 mart 2019-cu il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – İ.K.Hüseynov, hakimlər – N.İ.Rəsulbəyova və G.A.Quliyev) ilə cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2124/2018 saylı, 12 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2645/2018 saylı, 30.05.2018-ci il tarixli qərarı 12.03.2019-cu il tarixdə qanuni qüvvəyə minmiş və həmin məhkəmə qərarı icra olunması üçün cavabdeh A zərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Bundan sonra, cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə və qərarın icrasının dayandırılması haqqında vəsatətləmüraciət edərək, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 30 may 2018-ci il tarixli, 2-1(81)-2645/20178 nömrəli qərarının ləğv edilməsi, Bakı şəhər İcra Hakimiyyətinin, Səbail rayon İcra Hakimiyyətinin, X1 qızının, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reystri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetmə sinin Təşkili üzrə Dövlət Agentliyinin müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi, ekspertiza təyin edilməsi və işə sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla yenidən baxılaraq İddiaçı iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2645/2018 saylı, 04 iyun 2019-cu il tarixli qərardadı (hakim – A.A.Abdullayeva) ilə ərizə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2031/2019 saylı, 09 avqust 2019-cu il tarixli qərardadı (sədrlik edən və məruzəçi hakim – V.M.Ağayev, hakimlər – A.B.Nuriyeva və C.A.Yusifov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2645/2018 saylı iş üzrə 04 iyun 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 avqust 2019-cu il tarixli, 2-1(103)-2031/2019 nömrəli qərardadını ləğv edərək yeni açılmış hallarla bağlı ərizənin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Aparılmış təkrar araşdırmalar nəticəsində, həmçinin İdarənin mütəxəssisləri tərəfindən müvafiq ünvanda aparılmış təkrar yoxlama-ölçü işləri nəticəsində məlum olmuşdur ki, ümumi sahəsi 51,0 kv.m olmaqla mənzil kimi dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak sökülmüş və yerində ümumi sahəsi 214,0 kv.m olmaqla ikimərtəbəli və mansardlı fərdi yaşayış evi inşa edilmişdir. Lakin dövlət qeydiyyatından keçmiş əmlak ın məhv olması (sökülməsi) səbəbindən aparılmış qeydiyyatın ləğv edilməsi barədə ərizə, həmçinin yeni inşa edilmiş fərdi yaşayış evinə və torpaq sahəsinin qanuni əsaslarla ayrılmasına dair qanunvericiliyin tələblərinə uyğun olan hər hansı hüquq müəyyənedici sənəd İdarəyə təqdim edilməmişdir. Bundan başqa, İddiaçı adına qeydiyyatdan keçmiş mənzilin yerləşdiyi binada X1 qızının adına qeydiyyatdan keçmiş digər mənzil də mövcuddur. Bu səbəbdən də, müvafiq binanın yerləşdiyi torpaq sahəsi qanunvericiliyə əsasən binada yerləşən bütün mənzillərin mülkiyyətçilərinə ümumi paylı mülkiyyət hüququ ilə məxsus olduğundan müvafiq torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin vəkili kassasiya şikayətinin məzmu nuna uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçının vəkili kassasiya şikayətinin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərardadının dəyişidirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəy işdirilmədən saxlanılmalıdır. İnzibati Prosessual Məcəllənin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 101-ci maddəsinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 106-cı maddəsində isə təsbit edilmişdir ki, məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-c ü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Kollegiya ilk növbədə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı qanunvericilikdə nəzərdə tutulmuş iki şərtin məcmu halda birgə mövcudluğu zamanı təzələnə bilər – 1) sonradan yeni sübutların və ya halların aşkar olunması və 2) həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdi m olunmaması. Kollegiya qeyd edir ki, cavabdehin yeni açılmış hallar kimi istinad etdiyi hallar sonradan, yəni işə mahiyyəti üzrə məhkəmələrdə baxılıb qurtardıqdan sonra ortaya çıxmış hallar deyildirlər. Həmin hallara cavabdeh başından etibarən istinad etmiş və qəbul edilmiş yekun məhkəmə aktında onlara qiymət verilməklə mübahisə həll edilmişdir. Apellyasiya məhkəməsinin cavabdehin yeni açılmış hallar kimi istinad etdiyi halların əsassız olduğu ilə bağlı gəldiyi nəticə və buna dair məhkəmənin əsaslandırılması düzgün olmuşdur. Ona görə də, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəni təmin etməməkdə apellyasiya məhkəməsi haqlı olmuşdur. İPM-in 105.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi məhkəmə qərarının icrasını dayandırmır. Lakin vəsatət əsasında məhkəmə qərarın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Qeyd edilən maddəyə istinadla kollegiya hesab edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə təmin edilmədiyi üçün cavabdeh tərəfindən verilmiş məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatət də əsassız olmuşdur. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2031/2019 saylı iş üzrə 09 avqust 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-3403/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3403/2019
10.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver