Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3403/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: fiziki şəxslər tərəfindən bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Şəfiyev Ispəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə (üçüncü şəxs Üçüncü şəxs MTK) qarşı “əlavə dəyər vergisinin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il ## #### tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraatda baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. ## ###### 2022-ci il tarixli, **** nömrəli payçı müqaviləsinə əsasən Üçüncü şəxs MTK və “Payçı” adlanacaq İddiaçı şəxsində olmaqla, “MTK” pay qismində çıxış edən ünvan 1 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 10-cu binasında, 10-cu blok, 4-cü mərtəbə, * nömrəli, 2 otaqlı mənzili tikib “Payçı”nın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.
2. ## ###### 2022-ci il tarixli, **** nömrəli payçı müqaviləsinə əsasən Üçüncü şəxs və “Payçı” adlanacaq İddiaçı şəxsində olmaqla, “MTK” pay qismində çıxış edən ünvan 1 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 3-cü binasında, 3-cü blok, 4-cü mərtəbə, * nömrəli, 1 otaqlı mənzili tikib “Payçı”nın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.
3. ## ###### 2022-ci il tarixli, FJB************* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən AVNT**** saylı müqavilə üzrə ilkin 105.714 AZN ödəniş edilmişdir. ## ###### 2022-ci il tarixli, FJBFJB************* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən AVNT-**** saylı müqavilə üzrə ilkin 25.024 AZN ödəniş edilmişdir. ## ###### 2022-ci il tarixli, BPM************ nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən AVANT PARK üçün 49.000 AZN ödəniş edilmişdir. ## ###### 2022-ci il tarixli, BPM************ nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 1 faiz komissiya üçün 490 AZN ödəniş edilmişdir.
4. Üçüncü şəxs MTK-nın ## ###### 2022-ci il tarixli maliyyə arayışına əsasən bildirilmişdir ki, ünvan 2 ünvanda yerləşən “AVANT PARK” layihəsinin 10-cu binasında, 10-cu blok, 4-cü mərtəbə, * saylı, 2 otaqlı, 75.51 kv.m mənzil Üçüncü şəxs MTK-ya məxsusdur. ## ###### 2022 tarixli, **** saylı Payçı müqaviləsinə əsasən 10-cu bina, 10cu blok, 4-cü mərtəbə, * saylı, 2 otaqlı mənzilin pay dəyəri tam olaraq payçı İddiaçı tərəfindən ödənilmişdir.
5. ƏDV qaytarmaq ərizəsindən imtina barədə bildirişdən görünür ki, ##.##.2023-cü il tarixli **************** nömrəli “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı” elektron ərizə üzrə ƏDV-nin geri qaytarılmasından imtina edilmişdir.
6. **************** nömrəli, ## ####### 2023-cü il tarixli “Inzibati şikayətin baxılmamış saxlanılması haqqında” qərara əsasən, vətəndaş İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması barədə Dövlət Vergi Xidmətinə verdiyi ##.##.2023-cü il tarixli inzibati şikayətinin baxılmamış saxlanılması qərara alınmışdır.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsindəki icraat
7. Iddiaçı məhkəməyə müraciət edərək cavabdehin üzərinə Üçüncü şəxs Mənzil-Tikinti Kooperativi ilə onun arasında ## ###### 2022-ci il tarixdə bağlanmış **** №-li payçı müqaviləsinə əsasən ünvan 1 ünvanında tikilməkdə olan “AVANT Park” Yaşayış Kompleksinin 3-cü binasında, 3-cü blok, 4-cü mərtəbə, * nömrəli, birotaqlı mənzilə və ## ###### 2022-ci il tarixdə bağlanmış **** №-li payçı müqaviləsinə əsasən ünvan 1 ünvanında tikilməkdə olan “AVANT Park” Yaşayış Kompleksinin 10-cu binasında, 10-cu blok, 4-cü mərtəbə, * nömrəli, ikiotaqlı mənzilə görə ona qaytarılacaq əlavə dəyər vergisinin yekun məbləği (payçı müqavilələrinin ümumi dəyəri olan 179738 manatın 32352,84 manat əlavə dəyər vergisinin 30%-nin (9705,85 manatın) barədə məlumatın banka ötürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ## ###### 2022-cü il tarixdə Üçüncü şəxs Mənzil Tikinti Kooperativi ilə **** №-li Payçı müqaviləsi bağlayaraq ünvan 1 ünvanında tikilməkdə olan “AVANT Park” Yaşayış Kompleksinin 3-cü binasında, 3-cü blok, 4-cü mərtəbə, * nömrəli, birotaqlı mənzili 74024 manata və ## ###### 2022-ci il tarixdə isə **** №-li Payçı müqaviləsi bağlayaraq ünvan 1 ünvanında tikilməkdə olan “AVANT Park” Yaşayış Kompleksinin 10-cu binasında, 10-cu blok, 4-cü mərtəbə, * nömrəli, iki otaqlı mənzili 105714 manata alınması barədə razılaşmışlar. **** №-li Payçı müqaviləsi üzrə ünvan 1 ünvanında tikilməkdə olan “AVANT Park” Yaşayış Kompleksinin 3-cü binasında, 3-cü blok, 4-cü mərtəbə, * nömrəli, birotaqlı mənzilə görə 74024 manatı 11 və ## ###### 2022-ci il tarixlərində, **** №-li Payçı müqaviləsi üzrə “AVANT Park” Yaşayış Kompleksinin 10-cu binasında, 10-cu blok, 4-cü mərtəbə, * nömrəli, ikiotaqlı mənzilə görə 105714 manatı müqavilə bağlanan günü ## ###### 2022-ci il tarixdə ödəmişdir. ünvan 1 ünvanında tikilməkdə olan yaşayış kompleksinin 3-cü binasında, 3cü blok, 4-cü mərtəbə, * nömrəli, birotaqlı mənzilə və həmin Kompleksin 10-cu binasında, 10-cu blok, 4-cü mərtəbə, * nömrəli, ikiotaqlı mənzilə görə maliyyə arayışı tərtib edilərək iddiaçıya verilmişdir. ## ###### 2023-cü il tarixdə iddiaçı Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə müraciət edib, Azərbaycan Respublikası Prezidentinin ## ### 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydasının tələblərinə uyğun olaraq iddiaçıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürürülməsini xahiş etmiş, işi ilə əlaqədar döyüş bölgələrinə ezam olunduğundan, telefon və noutbukdan istifadə etməsi qadağan edildiyindən hesabına yaşayış sahələrini aldığına görə ödəniləcək pulu yoxlamaq imkanı olmamışdır. 2023-cü ilin sentyabr ayının sonlarında Üçüncü şəxs Mənzil Tikinti Kooperativi ilə əlaqə saxlayıb ƏDV qaytarılması ilə maraqlanmış, oradan telefon vasitəsi ilə iddiaçıya bildirilmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən ƏDV-nin qaytarılmasından imtina edilmişdir. Bundan sonra iddiaçı tərəfindən Dövlət Vergi Xidmətinə ƏDV-nin qaytarılması ilə bağlı müraciət edilmiş, ## ####### 2023-cü il tarixdə Dövlət Vergi Xidmətinin Inzibati Şikayətlərə baxılması Baş Idarəsi tərəfindən iddiaçının etdiyi şikayətə baxılmasının baxılmamış saxlanması barədə məktub daxil olmuşdur. Eyni zamanda, 2023-cü ilin sentyabr ayının 25-də AR IN yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında **************** nömrəli qərar qəbul edilmişdir. Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən ƏDV-nin qaytarılmaması belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin ## ### 2022-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin iddiaçı yaşayış sahəsinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməmişdir. Bu tamamilə əsassız bir bəhanədir. Hər bir halda iddiaçı ƏDV-ni dövlət büdcəsinə ödəmiş və bu əsasa görə istehlakçıya ƏDV-nin qaytarılmaması qanunvericiliyə ziddir. Həmin müraciətdə cavabdeh orqan özü də təsdiq edir ki, iddiaçı tərəfindən ƏDV ödənilmiş, lakin Azərbaycan Respublikası Prezidentinin ## ### 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə uyğun ödəniş edilməmişdir. Iddiaçı tərəfindən yaşayış sahəsinin qiyməti ƏDV daxil hesablanıb, lakin ƏDV depozit hesabına və satıcının hesabına ödənilməsi məsələsi satıcı tərəfindən ayrılmalı idi. Əgər satıcı bunları ayrı hesablar altında müəyyənləşdirməyibsə, istehlakçını günahlandırmaq tamamilə qərəzli və qeyri-obyektiv bir yanaşmadır. Iddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
9. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinə yazılı etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin ## ### 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğu halda, alıcı İddiaçı (FIN:*******) tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Odur ki, cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
10. Məhkəmənin ## ###### 2024-cü il tarixli qərardadı ilə Üçüncü şəxs MTK məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
11. Bakı Inzibati Məhkəməsinin (hakim M.T.Hacıbəyova) *-*(***)-****/**** nömrəli, ## ######## 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Üçüncü şəxs MTK ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsdir. Iddiaçı ilə Üçüncü şəxs MTK arasında bağlanılmış müqavilələrə əsasən mənzillərin dəyərini tam ƏDV ilə birlikdə 105714 AZN və 25024 AZN məbləğlərini satıcıya, yəni Üçüncü şəxs MTK-nın (ƏDV-siz) nağdsız qaydada MTK-nın bank hesabına, ƏDV məbləğini isə MTK-nın ƏDV depozit hesabına tam şəkildə ödəmişdir. Işin faktiki hallarından müəyyən olunur ki, iddiaçı tərəfindən yaşayış sahəsinin dəyəri satıcıya tam şəkildə ödənildikdən sonra, 90 gün müddətində əlavə dəyər vergisinin qaytarılması məqsədilə müvafiq qaydada (əlavə dəyər vergisinin qaytarılması məqsədilə portaldan qeydiyyatdan keçərək) cavabdeh inzibati orqana müraciət etmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV-nin qaytarılması ilə bağlı müraciət olunarkən 10 iş günü müddətində iddiaçı tərəfindən təqdim olunan sənədlər yoxlanılmalı və çatışmazlıqlar barədə müvafiq olaraq iddiaçıya məlumat verilməlidir. Lakin hazırkı iş üzrə cavabdeh orqan tərəfindən sənədlərdəki çatışmazlıqlar barədə hər hansı məlumat verilmədən iddiaçıya münasibətdə ƏDV-nin qaytarılmasından imtina olunması barədə qərar qəbul edilmişdir. Nəticədə isə iddiaçı çatışmazlıqlar barədə məlumatlandırma və çatışmazlıqların aradan qaldırılması hüququndan məhrum edilmişdir.
13. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Inzibati Məhkəməsinin *- *(***)****/**** nömrəli, ## ######## 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
b) apelyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər R.Ə.Səmədov (məruzəçi), X.A.Cəmilova və O.N.Ismayılov) 2025-ci il ## #### tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ######## 2024-cü il tarixli qərarı ləğv edilmiş və iddia tələbi rədd edilmişdir.
15. Apelyasiya instansiyası məhkəməsinin sorğusuna cavab olaraq, cavabdeh vergi orqanın təqdim etdiyi *-**-*-*/*-******/**** nömrəli, ## ### 2025-ci il tarixli məktubda qeyd edilir ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı portal hazırlanaraq ## ###### 2022-ci il tarixindən istifadəyə verilmişdir. Həmçinin ƏDV məbləğinin müəssisənin ƏDV depozit hesabına ödənilməsində məhdudiyyət nəzərdə tutulmamışdır (2-ci cild iş v. 50-51).
16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmamış və qeyd etmişdir ki, ## ### 2022-ci il tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na əsasən, ƏDV məbləği satıcının ƏDV depozit hesabına ödənilməlidir. Iddiaçı isə ƏDV məbləğini satıcının bank hesabına (ƏDV daxil olmaqla) ödəmişdir ki, bu da qanunvericiliyin tələblərinə uyğun deyil. Həmin dövrdə ödənişin depozit hesaba edilməsi üçün texniki imkanlar mövcud olmuşdur.
17. Iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) Kassasiya şikayətinin dəlilləri
18. Iddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlillərini təkrarlamışdır. Əlavə olaraq qeyd etmişdir ki, ƏDV-nin depozit hesabına ödənilməsi tələbi formal tələbdir və bu tələbə əməl olunmaması imtina üçün əsas ola bilməz. Apellyasiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış və vahid məhkəmə təcrübəsini nəzərə almamışdır. Operator (Dövlət Vergi Xidməti) portalın və proqram təminatının yaradılması, habelə alıcıların məlumatlandırılması üzrə vəzifələrini lazımi qaydada icra etməmişdir. Mənzilin alındığı dövrdə elektron qaimə-fakturanın kəsilməsi mümkün olmamışdır ki, bu da iddiaçının iradəsindən asılı olmayan bir haldır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdehin kassasiya şikayətinə etirazında göstərilmişdir ki, iddiaçı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri (ƏDV daxil) satıcının bank hesabına ödənilmişdir. Iddiaçının bildirdiyi kimi portalın istifadəsinin ƏDV depozit hesabına ödəniş edilməsi imkanının məhdudlaşdırılmasına aidiyyəti yoxdur. ƏDV depozit hesabına ödəniş imkanı həmişə mövcud olmuşdur. Bu barədə nümunələr qoşmaya əlavə edilmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 165. Verginin sıfır (0) dərəcəsi ilə tutulması 165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyriyaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.
21. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## ### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”: 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. 2.0. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); 2.0.8. portal – bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi; 3.1. Operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 3.1.2. aşağıdakı tələblərə cavab verən proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini təmin edir:
1. alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaiməfakturaların tərtib edilməsi və həmin elektron qaimə-fakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsi; 4.1. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin Internet Vergi Idarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDVnin qaytarılmasına yol verilmir. 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDVnin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.
6. Keçid müddəası 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il ######ın #-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. 6.2. Bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş hallar üzrə alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir.
22. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir..
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Işin halları ilə müəyyən edilir ki, Üçüncü şəxs Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında 10-## ###### 2022-ci il tarixlərində bağlanmış 0447 və **** №-li payçı müqavilələrinə əsasən iddiaçı “AVANT Park” Yaşayış Kompleksində aldığı birotaqlı və ikiotaqlı mənzillərə görə ona qaytarılacaq əlavə dəyər vergisinin yekun məbləğinin (payçı müqavilələrinin ümumi dəyəri olan 179738 manatın 32352,84 manat) əlavə dəyər vergisinin 30%-nin (9705,85 manatın) ödənilməsi ilə bağlı cavabdeh vergi orqanına müraciət edilmiş, ƏDV-nin geri qaytarılmasından imtina edilmişdir. Iddiaçı ilə Üçüncü şəxs MTK arasında müqavilələr ## ###### 2022-ci il və ## ###### 2022-ci il tarixdə imzalanmışdır. Həmçinin müəyyən edilir ki, mənzillərin ödənişi ## ###### 2022-ci il - ## ###### 2022-ci il tarixlərində tam şəkildə həyata keçirilmişdir.
28. Məhkəmə kollegiyası apellyasiya instansiyasının mövqeyi ilə razılaşır ki, hazırkı iddia tələbinə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## ### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” tətbiq edilməlidir (## ### 2022-ci il tarixdən sonra yaranan münasibətlərə).
29. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən Qaydaya əsasən ƏDV-nin geri qaytarılması üçün alıcı mənzilin ƏDV-siz dəyərini satıcının bank hesabına, ƏDV məbləğini isə mütləq satıcının ayrıca "ƏDV depozit hesabına" ödəməlidir (5.1.2-ci bənd). Iddiaçının ödənişləri 2022-ci ilin 10-12 avqust tarixlərində yəni, yeni qaydalar qüvvəyə mindikdən sonra edilsə də, iddiaçı ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməyib. Iddiaçı həmin vaxt portalın işləmədiyini və depozit hesabına ödəniş üçün texniki imkan olmadığını iddia etsə də, Dövlət Vergi Xidmətinin məlumatına və məhkəməyə təqdim edilmiş digər şəxslərin ödəniş qəbzlərinə əsasən sübuta yetirilmişdir ki, həmin dövrdə bank vasitəsilə MTK-nın ƏDV depozit hesabına ödəniş etmək üçün heç bir məhdudiyyət olmamışdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iş materiallarına əlavə etdiyi ödəniş tapşırıqları və hesab fakturalardan da bank vasitəsilə MTK-ların ƏDV depozit hesablarına ödəniş edilməsinin mümkünlüyü müəyyən edilmişdir.
30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın rədd edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.
Qərar qətidir.