Məhkəmə qərarları › İş №2-1(102)-3405/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3405/2019

25.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3405/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-3405/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: şikayət üzrə apellyasiya icraatı mümkünlük şərtlərinə cavab vermir). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, N.Əhmədovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi y anında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1663/2019 saylı qərardadından cavabdeh və onun vəkili Rəfibəyli Fərhad Lətif oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, dövlət qulluğunda qulluq stajına görə 10% əlavə, dövlət qulluqçularına il ərzində ödənilən 3 aylıq vəzifə maaşı məbləğində mükafat və 1 aylıq vəzifə maaşı məbləğ ində müavinat və ixtisas dərəcəsinə görə əlavə nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və 2017-ci ilin xx ayından hazırki vaxtadək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli, 2-1 (81)-5343/2017 saylı qərarı ilə iddia təmin edilmiş, dövlət qulluğunda 7 il qulluq stajına görə 10% əlavə, dövlət qulluqçularına il ərizində ödənilən 3 aylıq vəzifə maaşı məbləğində mükafat və 1 aylıq vəzifə maaşı məbləğində müavinət və ixtisas dərəcəsi nəzərə alınmaqla, İddiaçı əmək pensiyasının xxxx 2017-ci il tarixdən yenidən hesabla nması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə həvalə edilmişdir (hakim – E.Məmmədov). İddiaçı xxxx 2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, həmin qərarın nəticə hissəsində texeniki səhv olaraq, qulluq stajınının 7 il qeyd edildiyini bildirərək, «7 il qulluq etdiyi» sözünün «5 ildən yuxarı qulluq stajı kimi» qeyd edilməsi» barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərardadı ilə həmin qərara düzəliş edilərək, qərarın nəticə hissəsi “İddia təmin edilsin. Dövlət qulluğunda 5 ildən yuxarı qulluq stajına görə 10% əlavə, dövlət qulluqçularına il ərizində ödənilən 3 aylıq vəzifə maaşı məbləğində mükafat və 1 aylıq vəzifə maaşı məbləğin də müavinət və ixtisas dərəcəsi nəzərə alınmaqla, İddiaçı əmək pensiyasının xxxx 2017-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə həvalə edilsin” kimi göstərilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1663/2019 saylı qərardadı ilə (sədrlik edən C.Yusifov, V.Ağayev vəA.Nuriyev) cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmamış, apellyasiya şikayətinin icraata qəbul olunmasından imtina e dilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərardadından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin icraata qəbul edilərək baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, sübutlara düzgün qiymət verilməmişdir. AR Konstitusiya Məhkəməsi Plenumunun xxxx 2014-cü il tarixli Qərarında göstərilir ki, AR Konstitusiyasının 60-cı maddəsinin İ-ci hissəsinə əsasən, hər k əsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm, Konstitusiyada təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də, AR-nın Qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarını və azadlıqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir.(Konstitusiya Məhkəməsi Plenumunun “Viktor Ozerovun şikayəti üzrə AR Ali Məhkəməsi MK-nm xxxx 2009-cu il tarixli qərarının AR Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” x xxx 2011- ci il tarixli Qərarı) Məhkəməyə müraciət etmək hüququ bu mənada xüsusi önəm daşıyır. Belə ki, sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq hüquqi dövlət prinsipləri baxımından təfsir olunmalı, iş üzrə tərəflərin açıq və aydın məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur. İddiaçı və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və b u Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsininməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbayc an Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, mə ruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1663/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki cavabdeh xxxx 2019-cu il tarixdə həmin qərardadı aldığı halda, ondan apellyasiya şikayətini xxxx 2019-cu il tarixində məhkəməyə təqdim etmiş, bununla da İPM-in 85.1-ci maddəsində nəzərdə tutulan 10 günlük apellyasiya şikayəti vermə müddətini ötürmüş, iddiaçı, məhkəmənin qərarında (nəticə hissəsində) yol verilən aşkar texniki səhvin aradan qalıdırılmasını məhkəmədən xahiş etmiş və məhkəmə tərəfindən onun ərizəsi təmin olunaraq qərara düzəliş edilməsi barədə qərardad çıxarı lmış, əmək kitabçasının surətinə əsasən, iddiaçının 7 il dövlət qulluğu stajı mövcud olmasa da, onun stajı 5 ildən çoxdur və beləliklə, məhkəmə aşkar surətdə texniki səhvə yol vermişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İPM-in 76.1-ci maddəsinə əsasən məhkəmə məhkəmə qərarının mətnində olan aşkar yazı və hesab səhvlərini və ya digər aşkar yanlışlıqları düzəltməyə borcludur. Həmin Məcəllənin 77.1-ci bu Məcəllənin 76.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə, məhkəmə qərarının təsviri hissəsində başqa yanlışlıqlar və aydın olmayan məqamlar olduqda, məhkəmə qərarının təqdim olunduğu gündən 2 həftə ərzində proses iştirakçıları tərəfindən zəruri düzəlişlərin e dilməsi barədə ərizə verilə bilər. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən məhkəmə sübutları araşdırmadan düzəlişlər barədə ərizəyə dair qərardad qəbul edir. Həmin qərardaddan şikayət verilə bilməz. Məcəllənin 83.3.6-cı maddəsində isə təsbit olunmuşdur ki, bu Məcəllənin 77.2-ci maddələrində nəzərdə tutulmuş hallarda apllyasiya şikayəti verilə bilməz. Belə olan halda, İPM-in 22.2-ci maddəsinin göndərişi baxımından, MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş müddət və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qay tarılır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə birinci instansiya məhkəməsinin 23.04.2019-cu il tarixli düzəliş barədə qərardadından cavabdehin verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatının mümkün sayılmaması, apellyasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin prosessual qanunvericiliklə müəyyən olunan mümkünlük şərtlərinə cavab vermədiyini, həmçinin şikayətin prosessual müddət ötürülməklə verildiyini nəzərə alaraq kassasiya şikayətinin buna dair dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilm əməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə prosessual hüquq normalarına uyğundur, işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1663/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqt isadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1663/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar