Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3406/2025 22.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Bakı şəhəri Binəqədi rayon Binəqədi bələdiyyəsi) qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2006-cı il tarixli *** saylı qərarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində, 5/200 kv.m ** saylı yaşayış binasının yanında uzun müddət icarə əsasında istifadə etdiyi torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün əlavə edilmiş cizgiyə uyğun olaraq, alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə ayrılmışdır.
2. Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış ##.##.2006-cı il tarixli müqaviləyə əsasən bələdiyyə tərəfindən 200 kv.m. torpaq sahəsinin alıcıya verilməsi öhdəliyi müəyyən edilmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək, qeyd edilən torpaq sahəsinə dair üzərində onun mülkiyyət hüquqlarının qeydə alınmasını xahiş etmişdir.
4. Cavabdeh ##.##.2022-ci il tarixli, ************ nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmış torpaqların alqı-satqısına dair akt təqdim edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, *** saylı qərarı ilə adına ayrılmış 7ci mikrorayon, S.S.Axundov küçəsi, */** saylı yaşayış binasının yanında 200 kv.m. torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının müraciətinə əsasən Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, *** saylı qərarı ilə 7-ci mikrorayon, Axundov küçəsi, */** saylı yaşayış binasının yanında sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün 200 kv.m. torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaq sahəsi əvvəllər Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında bağlanmış icarə müqaviləsi əsasında uzun illər iddiaçının istifadəsində olmuşdur. ##.##.2006-cı il tarixdə iddiaçı ilə Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında bələdiyyənin ərazisində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında *** nömrəli müqavilə bağlanmış və sözügedən torpaq sahəsinə plan cizgi təqdim edilmişdir. Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin xüsusi bank hesabına 1000 manat vəsait keçirilmişdir. İddiaçı ##.##.2022-ci il tarixdə həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müraciət etmiş, cavabdehin ##.##.2022-ci il tarixli, ************ saylı məktubu ilə müraciəti təmin edilməmişdir.
7. Cavabdeh iddiaya dair yazılı etirazında göstərmişdir ki, sözügedən torpaq sahəsinə dair ləğv edilmiş X3 Komitəsi tərəfindən təsdiq edilmiş torpaqların alqı-satqısına dair akt təqdim edilməmişdir. Bundan əlavə, İdarənin elektron kadastr baza məlumatlarında göstərilən torpaq sahəsinin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Qeyd olunanlarla yanaşı, təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən torpaq sahəsinin mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsi S.S.Axundov küçəsi yolkənarı ərazidə asfalt örtüklü ümumi istifadədə olan sahədə, 5 mərtəbəli yaşayış binasından 0.6 metr məsafədə yerləşir.
8. Birinci instansiya məhkəməsinin qərardadı əsasında əldə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023-cü il tarixli, **/**** nömrəli ekspert rəyində göstərilmişdir ki, mütəxəssis rəyi təqdim edilmədiyinə görə Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, *** saylı qərarı ilə İddiaçı ayrılmış, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, */** saylı yaşayış binasının yanında 200 kv.m torpaq sahəsinin ayrılmamışdan əvvəl dövlətin və ya bələdiyyənin mülkiyyətində olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin, “kadastrportali.az” elektron kadastr portalı məlumat bazasına əsasən, baxış zamanı iddiaçı tərəfindən təqdim olunan torpaq sahəsinin “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla, bələdiyyə mülkiyyətində olduğu müəyyən olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, iddiaçı tərəfindən faktiki iddia olunan torpaq sahəsinin yerləşmə vəziyyətinin, ölçüsünün və konfiqurasiyasının iş materiallarında olan situasiya planında göstərilmiş torpaq sahəsinə uyğun gəldiyi müəyyən olunmuşdur. “kadastrportali.az” elektron kadastr portalı məlumat bazasına əsasən, baxış zamanı iddiaçı tərəfindən təqdim olunan torpaq sahəsinin “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla, dövlət mülkiyyətində olduğu müəyyən olunmuşdur.
9. Ekspert rəyindəki uyğunsuzluqla bağlı suallara cavab verilməsi üçün ekspert X2 ##.##.2024-cü il tarixli məhkəmə iclasında dəvət edilmişdir. Ekspert verilmiş suallara cavab olaraq bildirmişdir ki, mütəxəssis rəyi təqdim edilmədiyindən ekspert rəyini situasiya planı əsasında tərtib etmişdir, ikinci sual üzrə cavabda dövlət torpağı yazılması texniki səhvdir. Cavabın bələdiyyə torpağı kimi nəzərə alınmasını xahiş etmişdir, “kadastrportali.az” elektron kadastr portalı məlumat bazasına istinadən bələdiyyə torpağı olduğu görünür. “kadastrportali.az” elektron kadastr portalı məlumat bazasına çıxış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təmin edilmişdir.
10. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Cəmiyyətində “kadastrportalı.az” elektron kadastr portalı məlumat bazası mövcud deyildir.
11. Cavabdehin ##.##.2023-cü il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, vahid elektron kadastr məlumat bazasında şərti sərhədlərlə göstərilən sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Təqdim edilmiş cizgidə istinad və məsafələr qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün deyildir. Sahə çoxmərtəbəli yaşayış binasından 0.6 metr məsafədə yol ilə bina arasında qalan ümumi istifadədə olan sahədir.
12. Bakı İnzibati Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ekspert rəyi (məhkəmə iclasında edilmiş düzəliş nəzərə alınmaqla) digər sübutlarla yanaşı qiymətləndirilərək mötəbər sübut kimi nəzərə alınmamalıdır. İddia olunan torpaq sahəsi dövlət mülkiyyətində olduğundan və bələdiyyənin dövlət mülkiyyətində olan torpaq sahəsinə sərəncam vermək hüququ olmadığından, bələdiyyənin həmin qərarı iddia olunan torpaq sahəsinə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edə bilməz.
14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiya məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı (hakimlər X.Cəmilova – sədrlik edən, R.Səmədov və O.İsmayılov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki: - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin ##.##.2023-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, */** saylı yaşayış binasının yanında yerləşən 200 kv.m torpaq sahəsinin iddiaçıya ayrılması ilə bağlı rəyin alınması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilib-edilməməsi, edilmişdirsə bununla bağlı rəyin verilibverilməməsinə dair məlumat Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin arxivində aşkar edilməmişdir. - Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialının ##.##.2023-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, iddiaçı barəsində Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2006-cı il tarixli *** saylı qərarı, ona əlavə edilmiş müqavilə və cizgi sənədi Dövlət Arxivinin Bakı filialında mövcuddur. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsinin müraciəti və müvafiq orqanların rəyi Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. - Cavabdeh qurum tərəfindən # ##### 2025-ci il tarixli *-**-*-**/*-*****/**** nömrəli məktubla iddia olunan torpaq sahəsinin 30 metrlik radius aralığında hər hansı daşınmaz əmlakın qeydiyyata alınmasına dair məlumatın aşkar edilmədiyi bildirilmişdir. - İddiaçının vəkili tərəfindən elektron kabinetə yüklənmiş ********** qeydiyyat nömrəli ##.##.2021-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X1 küçəsi, ev 5/34 ünvanında yerləşən 173.8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınmışdır. Mülkiyyət hüququ ilə iddiaçıya məxsus sözügedən qeyri-yaşayış sahəsi çoxmənzilli yaşayış binasının birinci mərtəbəsində yerləşir. Belə olan halda, həmin faktın hazırkı mübahisənin həllində cavabdeh qurum tərəfindən eyni faktiki vəziyyətdə olan subyektə (konkret halda iddiaçıya) münasibətdə bərabərlik hüququnun tətbiqi baxımından nəzərə alınması məqsədəmüvafiq deyil. - İddiaçının dövlət reyestrində qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi çoxmərtəbəli yaşayış binasından 0.6 metr məsafədə yol ilə bina arasında qalan yaşayış binasının ümumi istifadəsində olan torpaq sahəsidir. İddiaçının tələbinin təmin olunmasından cavabdehin etdiyi imtina qanuna zidd olmamış, iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığı üçün bu hal cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələb etdiyi inzibati aktın qəbul edilməsi barədə öhdəliyin qoyulmasını istisna edir.
17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.
19. Kassator əlavə olaraq göstərir ki, torpaq sahəsinə dair X3 Komitəsi tərəfindən təsdiq edilmiş torpaqların alqı-satqısına dair akt təqdim edilməməsi və ya aktın arxiv idarəsinə təhvil verilməməsi halı özlüyündə iddiaçının öhdəliyi və məsuliyyəti ilə bağlı olan hal olmamaqla, bu hal iddiaçının ziyanına şərh edilə bilməz. Çünki, müvafiq aktı qeydə almaq iddiaçının öhdəliyi deyil, səlahiyyətli dövlət orqanlarının vəzifəsidir. Bu halın iddiaçının adına müvafiq torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir.
20. İddiaçının adına ayrılmış 200 kv.m. torpaq sahəsi yaşayış binasının yaxınlığında yerləşsə də, onun ümumi istifadədə olan ərazi kimi nə görünüş, nə də ki, buna dair müvafiq sənəd mövcud deyil. Belə ki, sözügedən torpaq sahəsi binanın yan tərəfindədir və giriş-çıxış, meydança ya da keçid kimi istifadə olunan ərazi olmadığı aydın görünür. Məhkəmə tərəfindən bununla bağlı cavabdeh orqana müvafiq suallar ünvanlanmış, lakin cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin ümumi istifadədə olan sahə kimi göstərdiyi arqumenti sübut edəcək heç bir sənəd məhkəməyə təqdim olunmamışdır. Beləliklə, iddiaçının adına ayrılmış 200 kv.m. torpaq sahəsi binanın tərkib hissəsinə (ümumi istifadədə olan sahəyə) aid deyil və cavabdeh tərəfindən irəli sürülmüş arqument həqiqəti əks etdirmir.
21. Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 13 və 25-ci maddələrinə, Torpaq Məcəlləsinin 66, 67 və 84-cü maddələrinə, Mülki-Prosessual Məcəllənin 8, 9, 14 və 88-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 12.1 və 58.7-ci maddələrinə, “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.1 və 6.2-ci maddələrinə, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarına, ““xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının # ###### 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2016-cı il tarixli qərarına istinad edilmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
25. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2006-cı il tarixli *** saylı qərarı ilə ayrılmış 200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
32. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.
34. Qanunun mənasından da göründüyü kimi icra hakimiyyəti və ya bələdiyyə orqanları müstəsna olaraq özlərinə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qərarlar qəbul edə bilərlər.
35. İş materiallarına əlavə edilmiş mütəxəssis rəyində Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, *** saylı qərarı ilə iddiaçıya ayrılmış 200 kv.m torpaq sahəsinin bələdiyyə ərazisi olmasına dair vahid elektron kadastr məlumat bazasında hər hansı məlumatın aşkar edilmədiyi göstərilmiş, habelə, həmin torpaq sahəsinin çoxmərtəbəli yaşayış binasından 0.6 metr məsafədə yol ilə bina arasında qalan ümumi istifadədə olan sahə olması qeyd edilmişdir.
36. İddiaçı ona ayrılmış torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olması ilə bağlı əldə edilmiş ekspert rəyinin mötəbərliyinin tanınması tələbi ilə çıxış etsə də, məhkəmə kollegiyası qeyd edir ki, həmin ekspert rəyində “kadastrportali.az” elektron kadastr portalı məlumat bazasına istinad olunduğu göstərilmişdir. Lakin ekspertin istinad etdiyi həmin portalın mötəbər mənbə olması aşağı instansiya məhkəmələrinin araşdırmaları ilə öz təsdiqini tapmamışdır.
37. Odur ki, iddia olunan torpaq sahəsi bələdiyyənin mülkiyyətinə ayrılmış torpaq sahəsi olmadığından və bələdiyyənin öz mülkiyyətində olmayan torpaq sahəsinə sərəncam vermək hüququ olmadığından, bələdiyyənin həmin qərarı iddia olunan torpaq sahəsinə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edə bilməz.
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi qeyd olunanları, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmasını nəzərə alaraq, cavabdehin imtinasının qanuna uyğun olması barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.