Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3407/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: kompensasiya ödənilməsi GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 10.12.2019 Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı qeyri-yaşayış sahəsinin iddiaçının sahibliyə verilməsi tələbinə dair Bakı Apellyasiya M əhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1043/2019 saylı iş üzrə 25 iyul 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 10 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində «Dəmiryolçular» parkı ilə üzbəüz ticarət obyektinin (su köşkü) sökülərək həmin ərazidə yerində inşa edilmiş ticarət cərgəsindən iddiaçının sökülmüş obyektinin (su köşkü) parametrlərinə uyğun iddiaçının payına düşən hissədə ticarət obyektinin iddiaçının sahibliyinə verilməsi, bununla bağlı cavabdeh tərəfindən yeni ticarət obyekti barədə iddiaçının adına sərəncam verilməsi, həmçinin bu illər ərzində həmin mağaza işləmədiyi üçün gəlirdən məhrum olduğu üçün kirayə haqqının əvəzinə cavabdeh tərəfindən 60 000 manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ticarət obyekti (su köşkü) İddiaçı xüsusi mülkiyyətində olmuşdur. Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən Biləcəri qəsəbəsində aparılan abadlıq-quruculuq işləri zamanı mərkəzi yolların kənarında görkəmi pis vəziyyətdə olan mağaza, köşk və digər tikililər sökülərək yenisi ilə əvəz olunmuşdur. Bu işlər yerinə yetirilərkən ona məxsus əmlak da Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən sökülərək yerində yeni ticarət obyekti tikilmişdir. Lakin yerində yen i ticarət obyekti tikilməsinə baxmayaraq bu günədək ticarət obyekti ona təhvil verilməmişdir. Dəfələrlə bununla bağlı İcra Hakimiyyətinə müraciət etsə də, həmin müraciət müsbət həllini tapmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-180/2019 saylı, 31 yanvar 2019-cu il tarixli qərarı (hakim - T.Ə.Əsədova) ilə iddia qismən təmin edilərək İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu,Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində «Dəmiryolçular» parkı ilə üzbəüz ticarətobyektinin (su köşkü) sökülərək həmin ərazidə yerində inşa edilmiş ticarət cərgəsindəniddiaçının sökülmüş obyektinin (su köşkü) parametrlərinə uyğun iddiaçının payına düşənhissədə ticarət obyektinin iddiaçının sahibliyinə verilməsi, bununla bağlı cavabdehtərəfindən yeni ticarət obyekti barədə iddiaçı nın adına sərəncam verilməsi, həmçinin buillər ərzində həmin mağaza işləmədiyi üçün gəlirdən məhrum olduğu üçün kirayəhaqqının əvəzinə cavabdeh tərəfindən 60.000 manat ödənilməsi məsələsinəməhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması vəzifəsinin Binəqədi Rayon İcraHakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan həm iddiaçı, həm də cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1043/2019 saylı, 25 iyul 2019-cu il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – H.Ü.Həmidov, hakimlər – E.E.Nağıyeva və V.Ə.Baxışova) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-180/2019 sayl ı, 31 yanvar 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia qismən təmin olunaraq İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində yerləşən “Dəmiryolçular” parkı ilə üzbəüz ticarət obyektinin (su köşkü) sökülərək yerində inşa edilmiş ticarət cərgəsindən iddiaçının payına düşən hissədə - 15,65 kv.metr qeyri-yaşayış sahəsinin iddiaçının sahibliyinə verilməsi vəzifəsi Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib iddiaçının tələblərinin rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki,mövcud qanunvericiliyin tələblərinə əsasən Bakı şəhərində rayon icra hakimiyyətlərinin qeyri-yaşayış obyektləri ilə əlaqədar hər hansı bir qərar vermək səlahiyyətləri yoxdur. Belə olan halda məhkəmə qəbul edilmiş qərarın necə icra olunacağını nəzərə almamışdır. Bu tipli digər hallarla əlaqədar məhkəmədə məsələ qaldırılsa da, qərarın icra baxımından gələcək aqibəti ilə bağlı qərar verilmədi. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.11.11-ci bəndinə əsasən "Memarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci, 4-cü, 7-ci və 12-ci maddələrinə əsasən aşağıdakıları həyata keçirmək səlahiyyətləri müəyyən edilmişdir. Əsasnamənin 4.11.11.5-ci bəndinə əsasən İ-ci (dövlət əhəmiyyətli) və İİ-ci (sahibkarlıq fəaliyyəti) məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təs diq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti Bakı Şəhəri İcra Hakimiyyətinə verilmişdir. Belə ki, Əsasnamənin 4.18-ci bəndinə əsasən rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilməyən vəzifə və səlahiyyətlər müəyyən edilmişdir - 4.18.2. Bu Əsasnamənin 4.5.4-cü, 4.7.8-ci, 4.11.11.5-ci, 4.11.17-ci, 4.12.3-1- ci, 4.13.6-cı, 4.15.2-ci, 4.16.4-cü yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Əsasnamənin tələbinə əsasən Rayon İcra Hakimiyyətlərinin səlahiyyətlərinə yalnız İİİ (fərdi yaşayış evləri) məsuliyyət səviyyəli tikililərə münasibətdə (məlumatlandırma icraatı qaydasında) razılıq verilməsi müəyyən olunmuşdur. Bundan əlavə, “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmə nin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti 1 avqust 2018-ci il tarixli Fərmanına əsasən “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi” yaradılmışdır. Qeyri-yaşayış obyektlərinə münasibətdə hər hansı bir hərəkətlərin aparılması Bakı şəhəri İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərinə aid edilmişdir. Belə ki, Biləcəri qəsəbə nümayəndəliyi tərəfindən verilmiş məktubu Rayon İcra Hakimiyyətinin mövqeyi kimi qeyd etmək məntiqi və qanunvericilik baxımdan düzgün deyildir. Bundan başqa, iddiaçı su köşkünün harada yerləşməsini sübut edə bilməmişdir. Belə ki, bu tipdə Biləcəri qəsəbəsində dəmir yol vağzalının ətrafında istənilən obyektdə iddiaçının payının olmasını iddia etmək olar. Tər əflərin izahatları İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına vəkilsiz gəldikləri üçün MPM-in 67ci maddəsinə əsasən işə onların izahatları dinlənilmədən baxılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə kassasiy a baxışının həddləri ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən kassasiya şikayəti verilmədiyi üçün iddianın rədd edilmiş hissələri üzrə apellyasiya məhkəməsinin qərarının yoxlanılması həyata keçirilmir. Hazırkı kassasiya baxışının predmetini yalnız iddianın təmin edilmiş hissəsində apellyasiya məhkəməsinin qərarının qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 000937 saylı, 28 dekabr 2011-ci il tarixli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamədə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində yerləşən su köşkünün İddiaçı və X2 mülk iyyətində olduğu göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeyri-yaşayış sahəsinin texniki pasportunda isə sözügedən obyektin sahəsinin 31,3 kv.m olduğu göstərilmişdir. İddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan obyektin Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində aparılan abadlıq və quruculuq işləri çərçivəsində söküldüyünü, həmin ərazidə yeni ticarət obyektləri cərgəsinin tikilməsinə baxmayaraq bu günədək özünə məxsus olmuş ticarət obyektinin ona təhvil verilmədiyini bildirməklə hazırkı iddianı qaldırmışdır. Beləliklə, iddiaçı pozulmuş mülkiyyət hüququnun bərpasına dair iddia qaldırmışdır. “Daş ınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mülki Məcəllənin 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razıl aşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Kollegiya qanunvericiliyin qeyd edilən normalarını nəzərə almaqla ilk növbədə qeyd edir ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində yerləşən su köşkünün ½ hissəsinin paylı mülkiyyətçisi kimi qəbul edilməlidir. Belə ki, şəhadətnamə ilə onun mülkiyyət hüququna malik olduğu təsdiq edilir. Həmin şəhadətnamənin özündə isə iki nəfər mülkiyyətçi kimi göstərilən şəxslərin payları ayrıca müəyyən edilmədiyindən, qanunvericiliyin tələblərinə əsasən paylar bərabər hesab olunmalıdır. Bu mövqeyinə uyğun olaraq kollegiya hesab edir ki, iddiaçı özünə məxsus hissədə pozulduğunu güman etdiyi mülkiyyət hüququnun bərpası ilə bağlı hazırkı iddianı qaldırmağa dair subyektiv hüququn sahibi kimi qəbul edilə bilər. Aşa ğıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, iddianın təmin edilmiş hissəsi üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərənc am vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnzibati icraat haqqında” Qanun 89-cu maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi cavabdehin iddiaçının mülkiyyət hüququnun pozuntusuna görə məsuliyyətinin müəyyən olunması üçün üç əsas şərtin məcmu halda mövcudluğu tələb olunur: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmi n əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Apellyasiya məhkəməsi tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, cavabdehin bunu inkar etməsinə baxmayaraq iddiaçının paylı mülkiyyətində olan qeyri-yaşayış obyekti ərazidə aparılan abadlıq işləri çərçivəsində Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Söküntünün cavabdeh tərəfindən aparıldığı iş materiallarında olan Binəqədi rayon İcra Hakimiyyətinin başçısının birinci müavini və Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Biləcəri qəsəbə İnzibati Ərazi Dairəsiüzrə nümayəndəsi tərəfindən imzalanmış məktublarla təsdiq olunur. Belə ki, iddiaçının ona məxsus ticarət obyektinin sökülməsi ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətinə ünvanladığı müraciət Binəqədi rayon İcra Hakimiyyətinin başç ısının birinci müavini tərəfindən imzalanmış 15-Q-39/1 saylı, 21 aprel 2014-cü il tarixli məktubla araşdırılması və müvafiq tədbirlər görülməsi üçün Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Biləcəri qəsəbə İnzibati Ərazi Dairəsiüzrə nümayəndəliyinə göndərilmişdir. Həmin Nümayəndəlik tərəfindən iddiaçıya ünvanlanmış 267 saylı, 21 may 2014-cü il tarixli cavab məktubunda isə qeyd olunmuşdur ki, Binəqədi rayon icra Hakimiyyətinin rayonərazisində, o cümlədən Biləcəri qəsəbəsində aparılan abadlıq quruculuq işləri zamanımərkəzi yolların kənarında görkəmi pis vəziyyətdə olan mağaza, köşk və digər tikililərsökülərək yenisi ilə əvəz olunmuşdur. İddiaçıya məxsus olan mağaza da tamam plansızşəkildə olduğundan sökülərək yenidən planlı şəkildə tikilmişdir. Yeni tikilmiş mağazalarınyaxın vaxtlarda müva fiq sənədləşməyə uyğun olaraq sahiblərinə verilməsi nəzərdətutulmuşdur. Göründüyü kimi, cavabdeh orqanın qəsəbə nümayəndəliyi iddiaçıya məxsus su köşkünün Binəqədi rayon icra Hakimiyyətinin rayonərazisində, o cümlədən Biləcəri qəsəbəsində aparılan abadlıq quruculuq işləri zamanı söküldüyünü etiraf etmiş və yeni tikilmiş mağazaların yaxın vaxtlarda sahiblərinə təhvil veriləcəyini qeyd etmişdir. Ona görə də, kollegiya hesab edir ki, apellyasiya məhkəməsi kifayət qədər mötəbər sübuta əsaslanmaqla söküntünün cavabdeh tərəfindən aparıldığı nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə olan halda, cavabdeh söküntü nəticəsində iddiaçının mülkiyyətinə vurduğu zərərin əvəzini ödəməlidir. Cavabdeh həmçinin hazırkı halda ancaq iddiaçının müvafiq tələblə çıxış etdiyini nəzərə alaraq yalnız onun malik olduğ u itirilmiş pay həcmində vurulmuş zərərin əvəzini ödəməlidir. Sözügedən obyektin sahəsinin 31,3 kv.m olduğunu, iddiaçının isə su köşkünün ½ hissəsinin paylı mülkiyyətçisi kimi qəbul edilməli olduğunu nəzərə almaqla vurulmuş zərərin əvəzi kimi ona verilməli olan sahənin ölçüsünün 15,65 kv.m təşkil etməli olduğu ilə bağlı apelyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya həmçinin hesab edir ki, vurulmuş zərərin əvəzinin naturada ödənilməli olduğu ilə bağlı nəticəyə gəlməkdə, yəni itirilmiş sahənin verilməsi kimi təmin etməkdə də məhkəmə haqlı olmuşdur. Belə ki, Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qeyd edilən normanın mənasına görə zərərin əvəzinin ödənilməsi ilk növbədə naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) formasında təmin edilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair işlərdə yanaşma ondan ibarət olmalıdır ki, ilk növbədə ilkin vəziyyət, yəni zərər vurulmamışdan öncəki hal bərpa olunmalıdır. İşin xüsusi halları ilkin vəziyyəti bərpa etməyə açıq-aşkar imkan vermədikdə vurulmuş zərərin əvəzi pulla ödənilməlidir. Hazırkı işin hallarından isə belə xüsusi hal müəyyən olunmur, cavabdeh buna dair hər hansı sübut təqdim etməmişdir. Cavabdehin kassasiya şikayətində istinad etdiyi dəlil ondan ibarətdi r ki, Bakı şəhərində rayon icra hakimiyyətlərinin qeyri-yaşayış obyektləri ilə əlaqədar hər hansı bir qərar vermək səlahiyyətləri yoxdur. Bununla bağlı olaraq isə kollegiya qeyd edir ki, hazırkı tələbində iddiaçı cavabdehdən ona yeni bir qeyriyaşayış sahəsinin verilməsini tələb etmir. Əksinə o, özünün mövcud olmuş qeyri-yaşayış sahəsinin qanunsuz olaraq sökülməsinə görə vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil edir. Qanunvericiliyin tələblərinə görə isə bu zərər onu vurmuş şəxs tərəfindən kompensasiya edilməlidir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılm alıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1043/2019 saylı iş üzrə 25 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-3407/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-3407/2019
10.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver