Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3408/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı “xxxx” MTK-nın cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRAR Açar söz: vergilərin hesablanması barədə qərarın mübahisələndirilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, İddiaçı “xxxx” MTK-nın cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı qərarın ləğv edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 01 oktyabr 2019-cu il tarixli, 2-1(103)-1723/2019 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əs asən işə 13 noyabr 2019-cu il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “xxxx” MTK-nın cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı cavabdehin “xxxx” MTK (VÖEN **********) 12.02.2019-cu il tarixli **********232600 saylı vergilərin hesablanması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 09 aprel 2019-cu il tarixli iş № 2-1(82)-1419/2019, (sədrlik edən hakim Z.Tağıyev) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 09 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbi nin rədd edilməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İş apelyasiya instansiyası məhkəməsinin icraatında olan zaman cavabdeh vəsatət verərək, iddiaçının iddia tələbi üzrə məhkəmə baxışının, vergi ödəyicisinə təyin edilmiş səyyar vergi yoxlaması və cinayət işi üzrə icraat başa çatana kimi dayandırılması barədə qərardadın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 01 oktyabr 2019-cu il tarixli iş № 2-1(103)-1723/19 (hakimlər - Vəkilov sədrlik edən və məruzəçi, S.Seyidova və V.Məmmədov) qərardadı iləcavabdehin məhkəmə baxışının vergi ödəyicisinə təyin edilmiş səyyar vergi yoxlaması və cinayət işi üzrə icraat başa çatana kimi da yandırılması barədə vəsatətin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçındə (VÖEN: **********) 2018-ci ilin yanvar- aprel ayları üzrə 310,24 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, kameral vergi yoxlaması ilə hesablanmış 2017-ci ilin 4-cü, 2018-ci ilin 1-ci rübləri üzrə 257875,77 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi olmaqla, ümumilikdə 258186,01 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə 22.06.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanmış, icraata qəbul edilərək ibtidai araşdırma aparılmışdır. cinayət işi üzrə istintaqın tam, hərtərəfli və obyektiv aparılmasını təmin etmək məqsədilə, İddiaçı MTK-nin 01.04.2015-ci il tarixdən 01.04.2019-cu il tarixədək olan dövr üzrə vergi öhdəlikləri və vergi borcunun dəqiqləşdirilməsi üçün növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi məqsədəmüvafiq hesab edilərək qərar qəbul edilmiş və icra olunması üçün Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə göndərilmişdir. Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda vergi orqanları tərəfindən növbədənkənar vergi yoxlamaları keçirilə bilər.Odur ki, cavabdeh tərəfindən Vergi M əcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilərin və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə iddiaçı üzrə aprel 2015 mart 2019-cu il vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və halhazırdamübahisələndirilən kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş qərarın əhatə etdiyi dövrlər üzrə səyyar vergi yoxlaması ilə araşdırılır. İnzibati Prosessual Məcəllənin 7.1-ci maddəsinə əsasən, mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətinin təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1723/2019 saylı iş üzrə 01.10.2019-cu il tarixli qərardadının ləğv edilməsini, vergi ödəyicisinə təyin edilmiş səyyar vergi yoxlaması və cinayət işi üzrə icraat başa çatana kimi dayandırılması barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şi fahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 01 oktyabr 2019-cu il tarixli, 21(103)-1723/2019 saylı qərardadla cavabdehin məhkəmə baxışının vergi ödəyicisinə təyin edilmiş səyyar vergi yoxlaması və cinayət işi üzrə icraat başa çatana kimi dayandırılması barədə vəsatətin təmin edilməməsi qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 7.1 və 50-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 254.1, 254.1.4-cü maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, cavabdeh tərəfindən verilmiş vəsatət təmin edilməməlidr. Məhkəmə kollegiyası cavabdehin kasasiya şikayətində göstərdiyi dəlillərini əsassız hesab edir belə ki, İnzibati Prosessual Məcəllənin 7.1-ci maddəsinə əsasən mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. Həmin Məcəllənin 50-ci maddəsinə müvafiq olaraq sədrlik edən hakim mübahisə ilə bağlı iş üzrə hazırlıq icraatında məhkəmə icraatının dayandırılması və ya təxirə salınması barədə məsələləri həll edir. Həmin Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraat dayandırmalıdır. Buda ona dəlalət edir ki, Azərbaycan Respublikası MPM-nin 254-ci maddəsində göstərilmiş məhkəmə tərəfindən iş üzrə icraatın dayandırılması barədə qərardadın qəbul edilməsi üçün cavabdeh hər hansı bir əsasını göstərməmişdir. Halbuki, MPM-nin 254-cü maddəsində göstərilmiş h alların mövcud olmasının sübut edilməsi, iş üzrə icraatın dayandırılmasının əsaslandırması, onun dəlillərini təsdiq edən sübutların təqdim edilməsi ərizəçinin üzərinə qoyulur. Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müvafiq cinayət işi aidiyyəti məhkəmənin icraatına göndərilməmişdir, həmin cinayət işi (cinayət təqibi) üzrə yekun qərar qəbul edilənədək hazırkı iş üzrə icraatın dayandırılması İPM-in 7.2-ci maddəsi ilə uzlaşmadığından icraatın dayandırılması ilə bağlı qeyd edilmiş dəlil əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq öz qərardadında “səyyar vergi yoxlamasının keçirilməsi” ilə bağlı qeyd etmişdir ki, göründüyü kimi həmin yoxlama qərarı birinci instansiya məhkəməsi tərəfindən ləğv edilmişdir. H əmin qərarın cavabdeh tərəfindən mübahisələndirilməsi və ya həmin məhkəmə qərarının ləğv edilərək qanuni qüvvəyə minməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli 2-1(103)1723/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə d
Məhkəmə qərarları › İş №2-1(102)-3408/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-3408/2019
13.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver