Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3408/2025 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; malların statistik idxal dəyəri əsasında hesablanmış vergi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## #### tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” ##.##.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin qeyd olunan qərarı ilə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2023-cü il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı dəyişdirilmədən saxlanılmışdır və qeyd edilmişdir ki: - Uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın ##.##.2021-ci il tarixdə dövlət qeydiyyatına və həmin tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların topdan satışı”ndan ibarət olduğu, ünvan 1 ünvanında “Anbar” adlı təsərrüfat subyektinin (obyektinin) vergi orqanında ##.##.2021-ci il tarixdən qeydiyyatda olduğu müəyyən edilmişdir. - Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı ##.##.2021-##.##.2023cü il tarixlərə qədər elektron qaimə-faktura üzrə 0,00 manat, elektron alış aktı üzrə 0,00 manat yük-gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə 2944722,29 manat mallar aldığı, keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı sənədli mal qalığının olmadığı, ticarət əlavəsinin isə 15 faiz olduğu müəyyən edilmişdir. Vergi nəzarəti tədbirlərinə qədər elektron qaimə-faktura və nəzarət kassa aparatı üzrə satış dövriyyə məbləği 1795836,18 manat təşkil etdiyi üçün 2023-cü ilin iyun ayı üzrə 286307,0 manat ƏDV məbləğində malların əskik gəldiyi və təqdim edilmiş ƏDV bəyannamələrinin göstəriciləri ilə müqayisədə kənarlaşmanın olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” ##.##.2023-cü il tarixli **************** nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş uyğunsuzluq məktublarına əsaslandırılmış cavab verilmədiyi, məlumatlar tam təqdim olunmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü ilin iyun ayı üzrə 286307,0 manat əlavə dəyər vergisi məbləği hesablanması barədə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" ##.##.2023-cü il tarixli **************** nömrəli qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. - İnzibati araşdırma zamanı kameral vergi yoxlaması ilə Cəmiyyətin ##.##.2021-ci il tarixində ƏDV qeydiyyatına alınması, ##.##.2021-##.##.2023-cü il tarixləri aralığında elektron alış aktı üzrə 0,0 manat, elektron qaimə-faktura üzrə alınmış malların dəyəri 0,00 manat, yük- gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə alınmış malların 2944722,29 manat gömrük dəyəri, keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edilən mal qalığı olmaması, malların təqdim edilməsi zamanı tətbiq edilən 15,0 % ticarət əlavəsi, vergi nəzarəti tədbirinə qədər ƏDV bəyannamələrində əks etdirilmiş elektron qaimə-faktura və kassa üzrə 623371,17 manat satış dövriyyəsi nəzərə alınmaqla yaranmış kənarlaşmaya əsasən aparıldığı müəyyən edildi. Belə ki, qeyd olunanlar nəzərə alınmaqla 2023-cü ilin iyun ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinə 286307,0 manat ((2944722,29+15%)- 1795836,18 manat (bəyannamələrdə ƏDV dövriyyəsi))*18%= 286307,0) vergi məbləği hesablanmışdır. - Vergi ödəyicisinin faktiki mal qalığının müəyyənləşdirilməsi üçün “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” vergi orqanının ##.##.2023-cü il tarixli ************** nömrəli qərarı ilə Cəmiyyətin sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 2 ünvanında “Anbar” adlı təsərrüfat subyektində (obyektində) “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin sahibliyində mal qalığının olmadığı, 15% ticarət əlavəsi və 18% ƏDV tətbiq etməklə 986742,92 manat dəyərində malların elektron qaimə-faktura təqdim etmədən digər vergi ödəyicilərinə satıldığı üçün Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozulduğu müəyyən edilmiş və operativ vergi nəzarəti tədbirinin nəticəsi barədə ##.##.2023-cü il tarixli DVX seriyalı ****** nömrəli akt rəsmiləşdirilmiş, akt vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmışdır. - Tərtib edilmiş akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2023-cü il tarixli ************** nömrəli qərarı ilə Cəmiyyətə 98764,30 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. - Operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi X1 təqdim etdiyi ##.##.2023-cü il tarixli arayışda malların 15% ticarət əlavəsi ilə satıldığı qeyd edilmişdir.
2. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli 241912********** nömrəli qərarından müəyyən olunur ki, 2023-cü ilin iyun ayının əlavə dəyər vergisi üzrə; - Təqdim edilmiş bəyannamə, hesabat üzrə İddiaçı MMC tərəfindən hesablanmış vergi və sığorta haqqı – 0,00 manat; - Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı – 0,00 manat; - Vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlama nəticəsində müəyyən edilmiş vergi və sığorta haqqı – 286307,00 manat. - Kameral yoxlama nəticəsində: Əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 286307,00 manat; Verginin azaldılmış məbləği və ya sığorta haqqı – 0,00 manat; Bəyannamə və hesabat təqdim edilməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı – 0,00 manat müəyyən olunmuş və qeyd olunan nəticə aşağıda göstərilənlərlə əsaslandırılmışdır: ##.##.2021-ci il tarixində dövlət qeydiyyatı və ƏDV qeydiyyatı qüvvəyə minmiş, ##.##.2021-##.##.2023-cü il tarixlərə qədər elektron alış aktı üzrə 0 manat, elektron qaimə-faktura üzrə 0 manat, yük-gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə 2944722,29 manat mal alışı olmuşdur. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı sənədli mal qalığının olmadığı, ticarət əlavəsinin isə 15 faiz olduğu müəyyən edilmişdir. ƏDV bəyannamələrində əks etdirilmiş vergi nəzarəti tədbirlərinə qədər elektron qaimə-faktura, ixrac və kassa üzrə satış dövriyyə məbləği 1795836,18 manat təşkil etdiyindən, 2023-cü ilin iyun ayı üzrə 286307 manat vergi məbləği qədər malların əskik gəlməsi istiqamətində kənarlaşmalar yaranmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC (VÖEN: (**********) barəsində qəbul edilmiş ##.##.2023-cü il tarixli, **************** nömrəli qərarın ləğv edilməsi və hesablanmış 286307.00 (iki yüz səksən altı min üç yüz yeddi manat 00 qəpik) AZN məbləğində borcun şəxsi hesab vərəqəsindən silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. Daha sonra iddiaçı İddiaçı MMC ##.##.2024-cü il tarixdə məhkəməyə yenidən İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı İddiaçı MMC (VÖEN: **********) barəsində qəbul edilmiş ##.##.2024-cü il tarixli, 241912********** nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. İddiaçıda dövlət qeydiyyatına alındığı tarixdən hal-hazırkı dövrə qədər bir neçə dəfə vergi yoxlaması aparılmış, müəssisənin sahibkarlıq fəaliyyəti dövründə heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə vaxtlıvaxtında aparılmışdır. İddiaçı eyni analoji iş və xidmətlərin aparılması ilə məşğul olmuş və fəaliyyətində heç bir vergilərin azaldılması faktı aşkarlanmamışdır. İddiaçının şəxsi hesab vərəqəsinə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən hesablanmış 286307.00 (iki yüz səksən altı min üç yüz yeddi manat 00 qəpik) AZN məbləğində borc tamamilə yanlışdır. Kameral hesablama barədə xəbərdarlıq məktubu müəssisə tərəfindən alınarkən, vaxtında müvafiq tələb olunan sənədlərin vergi orqanına göndərilməsinə baxmayaraq hesablamalar qanunsuz olaraq aparılmışdır. Belə ki, İddiaçı MMC tərəfindən vergi orqanına müvafiq müraciətlər ünvanlanaraq, sənədlər təqdim edilərək obyektiv araşdırmanın aparılması xahiş edilmişdir. Bunlara baxmayaraq, yuxarıda göstərilən kameral məbləğ vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilmişdir. Eyni zamanda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə edilmiş müraciətlə əlaqədar iddiaçının kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə ##.##.2024-cü il tarixli inzibati şikayəti təmin edilməmişdir, ##.##.2024-cü il tarixli № 241912********** saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qərar ##.##.2024-cü il tarixində Vergi Xidməti tərəfindən iddiaçının onlayn kargüzarlığına əlavə edilmişdir. İddiaçı MMC qərarı ##.##.2024-cü il tarixində əldə etmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 2023-cü ilin iyun ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinə kameral vergi yoxlaması ilə ##.##.2023-cü il tarixli, **************** nömrəli Qərarla əlavə 286307.00 AZN vergi məbləği hesablanmışdır. Hesablamanın əsası idxal etdiyi malları statistik, yəni gömrük dəyəri ilə qiymətləndirib, operativ vergi yoxlaması zamanı müəyyən edilmiş mal qalığını çıxaraq, qalan məbləğə ticarət əlavəsi tətbiq edərək bəyan etdiyi dövriyyələrlə müqayisə edilmişdir. Lakin əvvəla, tərəflərindən malların dəyəri Vergi Məcəlləsinin 143-cü maddəsinə əsasən invoys dəyəri ilə uçota alınır. Statistik dəyər isə Gömrük qanunvericiliyinə müvafiq olaraq Gömrükdə ƏDV-nin hesablanmasına əsasən müəyyən edilən dəyərdir. Həmçinin, Vergi Məcəlləsində malların statistik dəyərlə qiymətləndirilməsi nəzərdə tutulmamışdır. Bundan əlavə, tərəflərindən qeyd etdiyi dövrlər üzrə YGB əsasında idxal edilmiş malların dəyəri cavabdehin qeyd etdiyi kimi, 2944722.29 AZN deyil, 1133736.85 AZN təşkil edir ki, burada da 1810985.44 AZN malların dəyərində cavabdeh İddiaçı MMC tərəflərindən əlavə şişirdilmiş qiymət qeyd edilmiş görünür. Nəticədə isə bu, şirkətə 286307.00 AZN kameral vergi məbləğinin hesablanmasına səbəb olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 2023-cü ilin iyun ayı üçün kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi xahiş edilmişdir. Eyni zamanda, “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə əsasən yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırılma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Bu fakt vergi orqanı tərəfindən onun üzərinə qoyulmuş vəzifənin tələblərinə əməl olunmadığını təsdiq edir. Vergi Məcəlləsinin 24.0.2-ci maddəsinə görə vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifəsidir. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Göründüyü kimi, vergi qanunvericiliyinə görə vergi ödəyicisinin gəlir və xərclərinə dair məbləğlər müvafiq qaydada sənədləşdirildikdən sonra həm mühasibatlıq, həm də vergi uçotunda əks oluna bilər. Ciddi hesabat bankları, müqavilələr, təhvil-təslim aktları və digər maliyyə sənədləri ilə təsdiq olunan gəlir və xərc məbləğləri vergi qanunvericiliyi tərəfindən qəbul olunur.
6. Cаvаbdеh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, əsasən iddiaçı tərəfindən təqdim edilmiş 2023-cü ilin iyun ayı ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. Belə ki, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən ##.##.2023-cü il tarixli ************** saylı “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərar əsasında iddiaçıda ##.##.2023-cü il tarixdə OVN tədbiri keçirilmişdir. Keçirilən OVN tədbiri zamanı iddiaçının sahibliyində mal qalığının olmadığı və malların satışı zamanı 15% ticarət əlavə tətbiq edildiyi müəyyən edilmişdir. İddiaçının dövlət və ƏDV qeydiyyatına alındığı ##.##.2021-ci il tarixdən OVN tədbirinin keçirildiyi ##.##.2023cü il tarixədək elektron alış aktı üzrə 0,00 manat, elektron qaimə-faktura üzrə 0,00 manat, yük gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə 2944722,29 manat, mal alışı və qeyd olunan dövr ərzində 1795836,18 manat satış dövriyyəsi olduğundan 2023-cü ilin iyun ayı üzrə (2944722,29*1.151795836,18) 286307,0 manat vergi məbləği qədər malların əskik gəlməsi səbəbi ilə kənarlaşmalar yaranmışdır. Kənarlaşmalar ilə əlaqədar iddiaçıya ##.##.2023-cü il tarixli **************** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi məktublarda qeyd olunan müddət ərzində kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83cü maddələrinə əsasən vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 2023-cü ilin iyun ayı üzrə ƏDV bəyannaməsi üzrə 286307,0 manat əlavə vergi məbləği hesablanmışdır. Hesablanmış vergi məbləği barədə iddiaçıya ##.##.2023-cü il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Həmçinin, iddiaçı vergi orqanına inzibati şikayət ilə müraciət edərək 2023-cü ilin iyun ayı ƏDV bəyannaməsi üzrə hesablanmış 286307,0 manat vergi məbləğinin azaldılmasını xahiş etmişdir. İnzibati araşdırma zamanı uçot-baza məlumatlarına əsasən iddiaçının ##.##.2021-ci il tarixdə dövlət qeydiyyatına və həmin tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “avtomobillər üçün hissələrin, qovşaqların və ləvazimatların topdan satışı”ndan ibarət olduğu, ünvan 1 ünvanında “Anbar” adlı təsərrüfat subyektinin (obyektinin) vergi orqanında ##.##.2021-ci il tarixdən qeydiyyatda olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı ##.##.2021- ##.##.2023-cü il tarixlərə qədər elektron qaimə-faktura üzrə 0,00 manat, elektron alış aktı üzrə 0,00 manat yük-gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə 2944722,29 manat mallar aldığı, keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı sənədli mal qalığının olmadığı, ticarət əlavəsinin isə 15 faiz olduğu müəyyən edilmişdir. Vergi nəzarəti tədbirlərinə qədər elektron qaimə-faktura və nəzarət kassa aparatı üzrə satış dövriyyə məbləği 1795836,18 manat təşkil etdiyi üçün 2023-cü ilin iyun ayı üzrə 286307,0 manat ƏDV məbləğində malların əskik gəldiyi və təqdim edilmiş ƏDV bəyannamələrinin göstəriciləri ilə müqayisədə kənarlaşmanın olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” ##.##.2023-cü il tarixli, **************** nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş uyğunsuzluq məktublarına əsaslandırılmış cavab verilmədiyi, məlumatlar tam təqdim olunmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü ilin iyun ayı üzrə 286307,0 manat əlavə dəyər vergisi məbləği hesablanması barədə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2023-cü il tarixli **************** nömrəli qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü və 52.3-cü maddələrinə əsasən inzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə inzibati şikayətlərin icra müddəti uzadılmış və bu barədə fərdi sahibkara ##.##.2023-cü il tarixli **************** nömrəli, ##.##.2023-cü il tarixli **************** nömrəli, ##.##.2023-cü il tarixli 2317020196600400 və ##.##.2023-cü il tarixli **************** nömrəli məktublarla məlumat verilmişdir. Cəmiyyət müraciətlərində hesablamanın əsası kimi idxal edilmiş malların statistik dəyərinin, yəni gömrük dəyəri ilə qiymətləndirib, operativ vergi yoxlaması zamanı müəyyən edilmiş mal qalığının dəyəri çıxılaraq müəyyən olunan məbləğə ticarət əlavəsi tətbiq olunmaqla bəyan edilmiş dövriyyələrlə müqayisə edilməsinə etiraz edildiyini qeyd etmiş, etirazının əsası olaraq malların dəyərinin VM 143-cü maddəsinə əsasən invoys dəyəri ilə uçota alınmalı olduğunu, statistik dəyərin Gömrük qanunvericiliyinə müvafiq olaraq ƏDV-nin hesablanması üçün müəyyən edildiyini, Vergi Məcəlləsində malların statistik dəyərlə qiymətləndirilməsinin nəzərdə tutulmadığını göstərmişdir. Eyni zamanda müraciətlərə əlavə olaraq idxal edilmiş mallar üzrə 20 (iyirmi) sayda yük gömrük bəyannamələrinin invoys dəyərini əks etdirən excell cədvəl məlumatları təqdim edilmişdir. Araşdırma zərurəti ilə əlaqədar olaraq vergi ödəyicisinə ##.##.2023-cü il tarixli **************** nömrəli “Sənədlərin təqdim edilməsi haqqında” məktub göndərilərək müraciətin təmin edilməsinə əsas verən faktiki və hüquqi hallar barədə təsdiqedici sənədləri (nəzarət kassa aparatından çıxarış, alınmış və təqdim edilmiş malların (işlərin, xidmətlərin) tərkibi, malların hərəkəti cədvəli (excell formada), malların alışı və satışı ilə əlaqədar kassa mədaxil-məxaric sənədlərini, nağd ödənişlər zamanı tərtib edilmiş digər sənədləri və müvafiq dövr üzrə banklarda olan bütün valyutalar üzrə hesablaşma hesablarından çıxarışları (bankın möhürü ilə təsdiq olunmuş formada) və araşdırma üçün zəruri hesab olunan digər sənədlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada surətlərini onlayn kargüzarlıq vasitəsilə araşdırmaya təqdim edilməsi xahiş edilmişdir. Kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması ilə bağlı vergi ödəyicisinin müraciətinin birgə araşdırılması məqsədilə ##.##.2023-cü il tarixli **************** nömrəli "Araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə” məktub göndərilərək Cəmiyyətin rəhbəri (və ya səlahiyyətli nümayəndəsi) ##.##.2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmiş, lakin Cəmiyyətin rəhbərinin (və ya səlahiyyətli nümayəndəsinin) araşdırmada iştirakı təmin edilməmişdir. Qeyd olunan hal aktla rəsmiləşdirilmiş, müraciətə vergi ödəyicisinin iştirakı olmadan baxılmışdır. Şikayət üzrə işin faktiki halları, gətirilmiş dəlililər və toplanmış materiallar (sənədlər) əsas götürülməklə, habelə qanunvericiliyin müddəaları rəhbər tutulmaqla belə nəticəyə gəlinmişdir ki, iddiaçının şikayəti təmin edilməməlidir. Belə ki, iddiaçının faktiki mal qalığının müəyyənləşdirilməsi üçün “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” vergi orqanının ##.##.2023-cü il tarixli ************** nömrəli qərarı ilə Cəmiyyətin sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 1 ünvanında “Anbar” adlı təsərrüfat subyektində (obyektində) “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin sahibliyində mal qalığının olmadığı, 15% ticarət əlavəsi və 18% ƏDV tətbiq etməklə 986742,92 manat dəyərində malların elektron qaiməfaktura təqdim etmədən digər vergi ödəyicilərinə satıldığı üçün Vergi Məcəlləsinin 58.13cü maddəsinin tələblərinin pozulduğu müəyyən edilmiş və operativ vergi nəzarəti tədbirinin nəticəsi ##.##.2023-cü il tarixli DVX seriyalı ****** nömrəli akt rəsmiləşdirilmiş, akt vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmışdır. Tərtib edilmiş akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2023-cü il tarixli ************** nömrəli qərarı ilə Cəmiyyətə 98764,30 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi X1 təqdim etdiyi ##.##.2023-cü il tarixli arayışda malların 15 % ticarət əlavəsi ilə satıldığı qeyd edilmişdir. İnzibati araşdırma zamanı kameral vergi yoxlaması ilə Cəmiyyətin ##.##.2021-ci il tarixində ƏDV qeydiyyatına alınması, ##.##.2021-##.##.2023-cü il tarix aralığında elektron alış aktı üzrə 0,0 manat, elektron qaimə-faktura üzrə alınmış malların dəyəri 0,00 manat, yük- gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə alınmış malların 2944722,29 manat gömrük dəyəri, keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edilən mal qalığı olmaması, malların təqdim edilməsi zamanı tətbiq edilən 15,0 % ticarət əlavəsi, vergi nəzarəti tədbirinə qədər ƏDV bəyannamələrində əks etdirilmiş elektron qaimə faktura və kassa üzrə 623371,17 manat satış dövriyyəsi nəzərə alınmaqla yaranmış kənarlaşmaya əsasən aparıldığı müəyyən edildi. Belə ki, qeyd olunanlar nəzərə alınmaqla 2023-cü ilin iyun ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinə 286307,0 manat ((2944722,29+15%)-1795836,18 manat (bəyannamələrdə ƏDV dövriyyəsi)) * 18%= 286307,0) vergi məbləği hesablanmışdır. İnzibati araşdırma zamanı vergi ödəyicisinin ##.##.2021-ci il tarixdən ##.##.2023-cü il tarixə qədər elektron elektron qaimə-fakturalara əsasən 5085,45 manat dəyərində yük gömrük bəyannaməsinin tərtibatı və daşıma ilə bağlı alışının olduğu, idxal əməliyyatları üzrə 35 sayda yük-gömrük bəyannamə məlumatına əsasən alınmış malların gömrük dəyərinin 2944722,29 manat (ƏDV-siz) olduğu, 2023-cü ilin iyun ayı daxil olmaqla təqdim edilmiş ƏDV bəyannamələrində (vergi nəzarəti tədbirindən sonra satılmış mallar nəzərə alınmaqla) dövriyyəsinin 1795836,18 manat olduğu müəyyən edildi. Aparılan araşdırma zamanı Cəmiyyət tərəfindən ##.##.2023-cü il tarixdə müvafiq ərizə ilə müraciət olunaraq fəaliyyətinin ##.##.2098-ci il tarixədək (75 il müddətinə) dayandırdığı, ##.##.2021-ci il tarixdən ##.##.2023-cü il tarixədək gömrük dəyəri 2944722,29 manat (ƏDV-si 528453,04 manat) təşkil edən müxtəlif çeşiddə avtomobil ehtiyat hissələri idxal edildiyi, elektron qaimə fakturalar əsasında mallar (xidmətlər əldə edib) alınmadığı, təqdim edilmiş ƏDV bəyannamələrində idxal zamanı ödənilmiş ƏDV məbləğlərinin tam əvəzləşdirildiyi müəyyən edildi. Beləliklə, Dövlət Gömrük Komitəsindən vergi orqanına təqdim edilmiş elektron baza məlumatlarına əsasən Cəmiyyət tərəfindən ##.##.2021-##.##.2023-cü il tarixədək gömrük dəyəri 2944722,29 manat (ƏDV-siz) təşkil edən idxal əməliyyatlarının (avtomobil ehtiyat hissələrinin) aparıldığını, qeyd edilən dövr ərzində malların əldə edilməsi ilə bağlı elektron qaimə-fakturalarla mallar alınmadığını, idxal edilmiş mallara görə gömrük orqanlarına ödənilmiş ƏDV məbləğinin tam qaydada əvəzləşdirdiyini, Cəmiyyətin faktiki mal qalığının müəyyənləşdirilməsi üçün Dövlət Vergi Xidmətinin İdxal- İxrac Əməliyyatları üzrə Nəzarət Baş “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” ##.##.2023-cü il tarixli qərarı ilə Cəmiyyətin sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 1 ünvanında yerləşən “Anbar” adlı təsərrüfat subyektində keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı mal qalığının aşkar edilmədiyini, Cəmiyyətin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilmiş arayışa əsasən satılmış mallar üzrə tətbiq olunmuş ticarət əlavəsinin 15,0% təşkil etdiyini, qeyd olunan dövrlər üzrə ƏDV bəyannaməsində dövriyyənin 1795836,18 manat bəyan edildiyini, bununla da kameral vergi yoxlaması ilə Cəmiyyətin ƏDV qeydiyyatına alındığı tarix, ##.##.2021-##.##.2023-cü il tarix aralığında elektron alış aktı, elektron qaimə-faktura ilə və yük-gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə alınmış malların gömrük dəyəri, keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edilən mal qalığı məlumatı, malların təqdim edilməsi zamanı tətbiq edilən ticarət əlavəsi, vergi nəzarəti tədbirinə qədər ƏDV bəyannamələrində əks etdirilmiş elektron qaimə-faktura və nəzarət kassa aparatı üzrə satış dövriyyəsi nəzərə alınmaqla yaranmış kənarlaşmaya əsasən hesablamanın aparıldığını, inzibati araşdırma zamanı şikayətin təmin edilməsinə əsas olan hallar üzrə təsdiqedici sənədlərin müəyyən edilmədiyini nəzərə alaraq, Cəmiyyətin inzibati şikayəti təmin edilməmiş və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2023-cü il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur.
7. Bakı İnzibati Məhkəməsinin(hakim N.İ.Abıyev) e-*-*(***)-****/**** saylı ## ###### 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir.
8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə görə vergitutma məqsədləri üçün mallar invoys dəyəri ilə uçotda əks etdirilməlidir. Lakin cavabdeh göstərilən normaların tələblərinə zidd olaraq malların alışını invoys dəyəri ilə nəzərə almamışdır. Qeyd olunmalıdır ki, malın invoys dəyərinin əsas götürülməsi ilə bağlı oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi qərarlarında da belə əsaslandırılmışdır (2-1(102)- ****/**** saylı ##.##.2022-ci il tarixli və 2-1(102)- ****/**** saylı ##.##.2022-ci il tarixli qərarlar). Beləliklə, hazırkı mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, vergi ödəyicisinə əlavə verginin hesablanması haqqında mübahisələndirilən qərar cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir.
9. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X.A.Cəmilova (məruzəçi), R.Ə.Səmədov və O.N.İsmayılov) 2025-ci il ## #### tarixli, **(***)-****/**** nömrəli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər daxil edilir. Yəni, vergitutma məqsədləri üçün mallar invoys dəyəri ilə uçotda əks etdirilməlidir. Lakin cavabdeh göstərilən normaların tələblərinə zidd olaraq malların alışını invoys dəyəri ilə nəzərə almamışdır. Həmçinin, iddiaçının idxal etdiyi mallar araşdırılarkən müxtəlif çeşiddə malların mövcud olduğu müəyyən edilmişdir. Belə olan halda, bütün malların üzərinə ayrı-ayrı dövrlər üzrə bazar qiyməti müəyyən edilmədən 10 faiz ticarət əlavəsinin tətbiq edilməsi vergi qanunvericiliyinin tələblərinə ziddir. Vergi Məcəlləsinin 139.2-ci və 143-cü maddələrinin tələblərinə əsasən vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikasına mallar idxal olunarkən gömrük orqanları tərəfindən malların dəyərinin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur
12. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 37. Kameral vergi yoxlaması. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 139. Əmtəə-material ehtiyatlarının uçotu qaydası 139.2. Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Maddə 143. Aktivlərin dəyəri
143. Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və bu Məcəllənin 108-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır. 162.1. Vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. 162.2. Bu Məcəllənin 171.2-ci maddəsinə uyğun olaraq idxalın bir hissəsi kimi sayılan xidmət göstərildikdə, onun ƏDV nəzərə alınmadan dəyəri bu Məcəllənin 162.1-ci maddəsində göstərilən dəyərə əlavə edilir. 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir..
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Hazırda iddiaçı cavabdeh inzibati orqan tərəfindən onun barəsində qəbul edilmiş Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024cü il tarixli 241912********** nömrəli qərarını mübahisələndirir.
21. İşin hallarından müəyyən olunur ki, iddiaçı tərəfindən ##.##.2021-ci il tarixdən ##.##.2023-cü il tarixədək gömrük dəyəri 2944722,29 manat (ƏDV-si 528453,04 manat) təşkil edən müxtəlif çeşiddə avtomobil ehtiyat hissələri idxal edildiyi, elektron qaimə fakturalar əsasında mallar (xidmətlər əldə edib) alınmadığı, təqdim edilmiş ƏDV bəyannamələrində idxal zamanı ödənilmiş ƏDV məbləğlərinin tam əvəzləşdirildiyi müəyyən edilmişdir.
22. Vergi Məcəlləsinin 139.2-ci və 143-cü maddələrinin tələblərinə əsasən, əmtəə material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur.
23. Digər tərəfdən, “Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.5-ci maddəsinə əsasən malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsidir. Həmin Qanunun 3.5-ci maddəsinə əsasən gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Qeyd olunan Qanunun 4.1.1-ci maddəsinə əsasən advalor gömrük rüsumu malların gömrük dəyərinə nisbətən faizlə hesablanır. Gömrük dəyərinin müəyyən edilməsinin üsulları “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə görə gömrük dəyərinin müəyyən edilmə üsullarının ardıcıllığı baxımından ilkin üsul Qanunun 13-cü maddəsində təsbit edilmiş malların sövdələşmə qiyməti üsulu olsa da, digər üsullar da (eyni malların sövdələşmə qiyməti ilə, eynicinsli malların sövdələşmə qiyməti, dəyərin çıxılması üsulu, dəyərin toplanması üsulu, ehtiyat üsulu) nəzərdə tutulmuşdur.
24. Yuxarıda qeyd olunan qanunverici normalardan da görünür ki, gömrük və vergi məqsədləri baxımından malın dəyəri qanunvericilikdə fərqləndirilmişdir. Yəni vergitutma məqsədləri üçün mallar invoys dəyəri ilə uçotda əks etdirilməlidir. Lakin cavabdeh istinad edilən normaların tələblərinə zidd olaraq malların invoys dəyəri ilə alışını nəzərə almamışdır.
25. Bundan əlavə, cavabdeh tərəfindən oxşar mübahisələrə dair işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi də nəzərə alınmamışdır. Həmin hüquqi mövqeyə görə, cavabdeh tərəfindən statistik dəyər əsasında vergilərin hesablanması barədə qəbul edilmiş qərarlar qanunsuz sayılmalı və ləğv olunmalıdır (bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (*-*(***)-****/**** saylı ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** saylı ##.##.2024-cü il tarixli, *-*(***)****/**** saylı ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** saylı ##.##.2022-ci il tarixli və *-*(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qərarlar).
26. Hazırkı iş üzrə qiymət verilməli digər məsələ vergi orqanının operativ vergi yoxlaması zamanı aşkar etdiyi və əskik gəldiyini müəyyən etdiyi malların dəyərini müəyyən edərkən yeganə əsas kimi vergi ödəyicisinin nümayəndəsinin yoxlama zamanı verdiyi izahatda əks olunan ticarət əlavəsi ilə bağlı məlumata əsaslanmasının qanuniliyidir.
27. Qeyd edilməlidir ki, vergi ödəyicisinin izahatında göstərilən 15 faiz ticarət əlavəsi konkret bir əməliyyata və ya müəyyən edilmiş sabit göstəriciyə deyil, yalnız təxmini diapazona işarə edir. Bu halda, vergi orqanının həmin diapazon daxilində öz mülahizəsinə əsasən 15 faizi seçməsi iqtisadi əməliyyatların real nəticələrinin müəyyən edilməsi baxımından kifayət qədər əsaslandırılmış metod hesab edilə bilməz.
28. Doğrudur, vergi ödəyicisinin təqdim etdiyi izahat inzibati icraatda sübutlardan biri kimi çıxış edir. Lakin izahat təkbaşına bütün hallarda yeganə və qəti sübut hesab edilə bilməz və xüsusilə də izahatda göstərilənlər təxmini xarakter daşıyırsa, habelə vergi ödəyicisi tərəfindən mübahisələndirilirsə, vergi hesablamasının yeganə əsası ola bilməz. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə verilmiş izahatda təqdimetmə zamanı mallara orta hesabla 15% ticarət əlavəsi qoyulduğu göstərilib. Belə hallarda vergi öhdəliyinin düzgün müəyyənləşdirilməsi baxımından izahatın mövcudluğu vergi orqanını digər əlaqədar və mötəbər sübutların toplanması və qiymətləndirilməsi öhdəliyindən azad etmir. Başqa sözlə, vergi ödəyicisinin izahatı inzibati icraatda müəyyən sübut dəyərinə malik olsa da, bu izahat bütün hallarda mütləq və mübahisələndirilən halı təsdiq edən əsas fakt kimi qəbul edilə bilməz, sonradan digər sübutlarla mübahisələndirilə və ya dəqiqləşdirilə bilər.
29. Əks yanaşma, inzibati orqanın işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmaq öhdəliyinə ziddir. Bu, “İnzibati icraat haqqında" Qanunun 24-cü maddəsindən irəli gəlir. Odur ki, hazırkı halda vergi orqanı izahatdakı məlumatlardan savayı eyni dövrdə vergi ödəyicisi tərəfindən satılmış digər mallar üzrə faktiki satış sənədlərinin təhlilini aparmaqla həmin mallar və ya oxşar mallar üzrə ticarət əlavəsinin real səviyyəsini müəyyən edə bilərdi.
30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## #### tarixli, **(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.