Məhkəmə qərarları › İş №2-1(102)-3409/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3409/2019

10.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-3409/2019 10.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: dürüstləşmə aparılmaqla şəxs hesab vərəqinə silinmiş vergi borcunun bərpa edilməsi, vergi borcunu müəyyən edən qərar (inzibati akt). GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili X1, cavabdehin nümayəndəsi Qafarzadə Orxan Kalam oğlunun və vəkili X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı vergi borcunun silinməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1823/2019 saylı iş üzrə 02 avqust 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 10 dekabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh AzərbaycanRespublikasıVergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hüquqi varis Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı firmasının şəxsi hesab vərəqəsinə bərpa edilmiş və hesablanmış 57.372.06 manat məbləğində vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 02 may 2016-cı il tarixli **********197500 saylı vergilərin hesablanması barədə qərarına əsasən 2014-cü ilin mənfəət vergisi üzrə kameral yoxlama nəticəsində müəssisəyə 156.780,85 manat məbləğində vergi borcu və həmin borca faizlər hesablanmışdır. İddiaçı tərəfindən həmin borc məhkəmə qaydasında mübahisələndirilmiş və son nəticədə qəbul edilmiş qərarlarla hesablanmış 156.780.85 əsas borc və həmin borca hesablanmış faizlər əsassız olduğundan ləğv edilmişdir. 14 yanvar 2017-ci il tarixədək müəssisəyə hesablan mış 83.923,88 manat faiz borcu Azərbaycan Respublikasının 30 dekabr 2016-cı il tarixli 474-VQ saylı Qanuna əsasən şəxsi hesab vərəqəsindən düzgün olaraq silinmişdir. 11.06.2018-ci il tarixli vergi orqanı tərəfindən məhkəmə qərarları icra edilmiş, müəssisəyə 02.05.2016-cı il tarixli qərarla kameral qaydada hesablanmış 156.780,85 manat borc şəxsi vərəqədən silinmişdir. 16 iyul 2018-ci il tarixə müəssisənin şəxsi vərəqə üzrə dövlət büdcəsinə 24.630,18 manat artıq ödəniş etdiyi təsdiq edilir. Müəssisəyə hesablamış borc şəxsi hesab vərəqəsindən də göründüyü kimi, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən silinmişdir. Lakin sonradan müəssisənin şəxsi hesab vərəqəsinə nəzər yetirdikdə müəyyən olunmuşdur ki, 23.07.2018-ci il tarixində vergi orqanı qanunsuz və əsassız olaraq silinmiş borc olan 83 923.88 manatın 57372.06 manat məbləğində olan hissəsi şəxsi hesab vərəqəsinə sözügedən qanuna dürüstləşmə adı ilə bərpa edilmişdir. Müəssisə tərəfindən AVİS kargüzarlıq sistemi vasitəsi ilə 26.07.2018-ci il tarixli Lokal Gəlirlər Departamentinə müraciət ünvanlanmış və silinmiş faiz borcunun şəxsi hesab vərəqəsinə bərpa edilməsinin qanunsuz olduğu bildirilmişdir. Lakin müraciətə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının 30.12.2016-cı il tarixli 474-VQ nömrəli Qanuna əsasən İddiaçı MMC-nin şəxsi vərəqəsi üzrə faiz borcu silinmişdir. Kameral qaydada hesablanmış vergi məbləği ləğv edildiyindən, təkrar silinmiş vergi məbləği qanunamüvafiq qaydada bərpa olunmuşdur. Beləliklə, Azərbaycan Respublikasının 30.12.2016-cı il tarixli 474VQ nömrəli Qanunu ilə şəxsi hesab vərəqəsindən silinmiş borcun bərpa edilməsi qanunsuzdur, əsassızdır və qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Lokal Gəlirlər Departamenti tərəfindən həmin 57372,06 manat məbləğində borcun şəxsi vərəqəyə bərpa edilməsi və borcun hesablanması barədə müəssisəyə heç bir qərar təqdim edilməmiş, borcun hansı əsasla bərpa edilməsi əsaslandırılmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-223/2019 saylı, 11 fevral 2019-cu il tarixli qərarı (hakim - X.X.İmanov) ilə iddia təmin edilərək İddiaçı firmasının şəxsi hesab vərəqəsinə bərpa edilmiş və hesablanmış 57372.06 (əlli yeddi min üç yüz yetmiş iki manat 6 qəpik) manat məbləğində vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1823/2019 saylı, 02 avqust 2019-cu il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – K.N.Abiyeva, hakimlər – M.N.Tağızadə və Ü.A.Mayılov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-223/2019 saylı, 11 fevral 2019-cu il tarixli qərarı dəyişdirimədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən işin halları tam və hə rtərəfli araşdırılmamış, mübahisəyə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, 23.07.2018-ci il tarixdə dürüstləşmə nəticəsində bərpa edilmiş 57.372,06 manat məbləğ vergi ödəyicisinin mövcud vergi borcuna əlavə olaraq hesablanmış yeni vergi yükü olmadığından, qeyd edilən məbləğin şəxsi hesab vərəqəsində əks etdirilməsi üçün qərar qəbul edilməmişdir. Ümumən apellyasiya məhkəməsinin qərarına nəzər saldıqda məlum olur ki, məhkəmə tərəfindən dürüstləşmə nəticəsində bərpa edilmiş məbləğ aparılmış yoxlama nəticəsində hesablanmış əlavə vergi yükü kimi qəbul edilmişdir. Halbuki, keçirilmiş məhkəmə iclaslarında dəfələrlə 57.372,06 manat məbləğin vergi ödəyicisinin mövcud vəziyyətini ağırlaşdıran əlavə hesablama yox, texniki səhv olaraq təkrar silinmiş və bərpa edilməli olan vəsait olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş şikayətdə, eləcə də məhkəmə gedişatı zamanı verilmiş izahatlarda sadə riyazi hesablama aparılmaqla şəxsi vərəqədə bərpa edilmiş məbləğin qanuni olması öz təsdiqini tapır. Belə ki, şəxsi vərəqə üzrə 23.07.2018-ci il tarixədək, yəni 57.372,06 manat dürüstləşmə nəticəsində bərpa edilənədək, aparılmış hesablamalar, azalmalar və ödənişlər nəzərə alındıqda riyazi uyğunsuzluq aşkar olunur. Göründüyü kimi, iddia tələbinə yalnız formal hüquqi baxımından yanaşılması, edilmiş düzəlişin texniki xətanın aradan qaldırılmasına yönəldilmiş olmasının məhkəmə tərəfindən ümumiyyətlə araşdırılmaması iddia tələbinin məhkəmə tərəfindən təmin edilməsinə, bu hal da mübahisələndirilən məbləğin azaldılmasına və nəticədə büdcə daxilolmasında əsa ssız itkilərə səbəb olacaqdır. Onu da qeyd etmək lazımdır ki, şəxsi hesab vərəqədə 23.07.2018-ci il tarixdə “AR 30.12.2016-cı il tarixli 474-VQ nömrəli Qanunu (f) dürüstləşmə” əməliyyat adı ilə aparılan “Düzəliş(Silinmə)" əməliyyat növü vergi ödəyicisinin silinmiş faiz borcunun bərpası demək deyil. Belə ki, həmin əməliyyat hansı texniki xətanın vergi ödəyicisinin eyni borcunun iki dəfə silinməsinə əsas olduğunu, yəni hansı xətadan qaynaqlandığını göstərir. Apelyasiya instansiyası tərəfindən isə qeyd edilən sübutlar araşdırılmamış və qərarda münasibət bildirilməmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçının vəkili kassasiya şikayətinin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apelyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarından müəyyən olunur ki, İddiaçı firması cavabdeh inzibati orqana Azərbaycan R espublikası Vergilər Nazirliyinə müraciət edərək Lokal Gəlirlər Departamenti tərəfindən İddiaçı firmasının şəxsi hesab vərəqəsinə bərpa edilmiş və hesablanmış 57372.06 manat məbləğində borcun şəxsi hesab vərəqəsindən silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin müraciətə cavabdeh tərəfindən verilmiş cavabda göstərilmişdir ki, «..borc məbləğinin silinməsi ilə bağlı müraciətinizə Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentində baxılmışdır. Azərbaycan Respublikasının 30.12.2016-cı il tarixli 474-VQ nömrəli Qanununa əsasən İddiaçı MMC-nin şəxsi vərəqəsi üzrə faiz borcu silinmişdir. Kameral qaydada hesablanmış vergi məbləği ləğv edildiyindən, təkrar silinmiş vergi məbləği qanunamüvafiq qaydada bərpa olunmuşdur». İşin mübahisələndirilməyən hallarına görə ver gi orqanının 02 may 2016-cı il tarixli **********197500 saylı qərarına əsasən kameral yoxlamanın nəticəsi olaraq iddiaçıya 156 780,85 manat borc və 57 372,06 manat faiz borcu hesablanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 may 2018-ci il tarixli, 2-1(102)691/2018 saylı qərarından görünür ki, vergi orqanının həmin qərarının ləğvinə dair İddiaçı Firmasının iddiası təmin edilmişdir. Həmin qərar icraya yönədilmişdir. İddiaçıya məxsus şəxsi hesab vərəqindən aydın olur ki, 23 iyul 2018-ci il tarixində (i.v 25) iddiaçının şəxsi hesab vərəqəsinə «AR 30.12.2016-cı il tarixli 474-VQ nömrəli Qanunu (f) dürüstləşmə adı ilə vergi ödəyicisinin hesabına 57.372,06 manat məbləğində borc daxil edilmişdir. Həmin borcun vergi ödəyicisinin şəxsi hesab vərəqindən sil inməsinə dair iddiaçının dəlili ondan ibarətdir ki, 57.372,06 manat məbləğində borcun şəxsi hesab vərəqinə bərpa edilməsi və hesablanmasına dair vergi ödəyicisinə hər hansı qərar təqdim edilməmişdir. Cavabdeh iddiaya etirazında, eləcə də apellyasiya və kassasiya şikayətlərində ona istinad edir ki, iddiaçıya 02 may 2016-cı il tarixli **********197500 saylı qərar üzrə yaranmış borca hesablanmış 57 372,06 manat məbləğində faiz borcu həm məhkəmə qərarı, həm də “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmini məqsədilə texniki səhvə yol verilməklə təkrarən silindiyi üçün şəxsi hesab vərəqəsində dürüstləşmə aparılaraq bərpa edilmişdir. Kollegiya apellyasiya məhkəməsinin mövqeyi ilə razıla şır ki, ilk olaraq vergi orqanı tərəfindən inzibati icraat qaydalarına riayət edilib-edilməməsi yoxlanılmalı, başqa sözlə, inzibati orqanın şəxsin hüququna müdaxiləsinin qanuni olub-olmaması qiymətləndirilməlidir. Belə bir müdaxilə qanuni olduğu halda, inzibati orqan maddi-hüquqi əsaslardan çıxış etməklə inzibati icraatı aparmaq səlahiyyətinə malik olur. Əgər inzibati orqanın müdaxiləsi qanunsuz olmuşdursa, bu halda, artıq maddi-hüquq normalarının yoxlanılmasına zərurət aradan qalxmış olur. Vergi Məcəlləsinin 3.7-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasında vergilər yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Vergi Məcəlləsində isə hər hansı qərar qəbul edilmədən, «dürüstləşmə» adı ilə v ergi öəyicisinin şəxsi hesab vərəqəsinə vergi borcunun daxil edilməsi nəzərdə tutulmamışdır. Apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, vergi və inzibati icraat haqqında qanunvericiliyin tələblərinə əsasən vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə yalnız qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin (qərarının) icrası məqsədilə və ya inzibati orqanın özü tərəfindən qəbul edilmiş inzibati akt (qərar) əsasında müdaxilə edilməsi yolveriləndir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə görə inzibati orqan fiziki və ya hüquqi şəxslərin ərizəsi, özünün təşəbbüsü, habelə inzibati aktdan şikayət verildiyi halda inzibati icraata başlamalı (28-ci maddə), bu barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli (21- ci maddə), maraqlı şəxsi inzibati icraat materialları ilə tanış etməli (38-ci maddə), yazılı formada qəbul edilmiş inzibati aktı əsaslandırmalı (61-ci maddə), inzibati aktda həmin akta qarşı mümkün müdafiə vasitələrini əks etdirməlidir. Həmin Qanunun 61-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Hazırkı işin hallarından isə aydın olur ki, 23 iyul 2018-ci il tarixində iddiaçını n şəxsi hesab vərəqəsinə «AR 30.12.2016-cı il tarixli 474-VQ nömrəli Qanunu (f) dürüstləşmə adı ilə vergi ödəyicisinin hesabına 57.372,06 manat məbləğində borc bərpa edilərkən, bu barədə cavabdeh inzibati orqan tərəfindən hər hansı inzibati akt (qərar) qəbul edilməmiş, bununla da, vergi ödəyicisi həmin vergi borcunun müəyyən edilməsi əsaslarına qarşı müdafiə olunmaq hüququndan məhrum olmuşdur. Bu mənada, apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının şəxsi hesab vərəqinə mübahisəli vergi borcu inzibati icraatın aparılması qaydalarının tələbləri pozulmaqla, hər hansı qərar qəbul edilmədən daxil edildiyindən, iddiaçının tələbi, artıq formalhüquqi baxımdan əsaslı olmuşdur. Belə olan halda, sözügedən borcun şəxsi hesab vərəqəsinə yol verilmiş texniki səhvi aradan qaldırmaq üç ün riyazi olaraq düzgün bərpa edilib-edilməməsinin yoxlanılmasına zərurət qalmır. Beləliklə, iddiaçının hüquqi vəziyyətinə müdaxilə vergi və inzibati icraat haqqında qanunvericiliyin tələblərini pozmaqla müvafiq əsaslandırılmış inzbati akt qəbul edilmədən həyata keçirilmişdir. Bu hal isə həm vergi orqanı tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməməsinə səbəb olmuş, həm də iddiaçının hüquqlarının müdafiəsi imkanlarını məhdudlaşdırmışdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Res publikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-1823/2019 saylı iş üzrə 02 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar