Məhkəmə qərarları › İş №2-1(102)-341/2017

Ali Məhkəmə Qərar — İş №2-1(102)-341/2017

14.02.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-341/2017 14.02.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı Cavabdehə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamenti) qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-341/2017) Bakı şəhəri 14 fevral 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X3, X2 ibarət tərkibdə, İddiaçı nümayəndəsi X10, vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı(üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamenti)“xidmət illəri barədə məlumat vərəqəsinin tərtib edilərək üçüncü şəxsə təqdim olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1821/2016 saylı, 30 avqust 2016-cı il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 14 fevral 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 27 iyul 1964-cü ildə Zərdab şəhərində anadan olmuşdur, 17 noyabr 1983-cü ildən 15 dekabr 1985-ci tarixədək Silahlı Qüvvələrdə, 20 fevral 1989-cu ildən 21 noyabr 2003-cü il tarixədək daxili işlər orqanlarında xidmət etmişdir. İddiaçı Zərdab ray on polis şöbəsinin məsul növbətçisi vəzifəsində işləyərkən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdiyinə görə) və 10-cu (intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduğuna görə) maddələri ilə Daxili İşlər Nazirliyinin 21.11.2003-cü il tarixli müvafiq əmrinə əsasən Zərdab rayon polis Şöbəsinin “məsul növbətçisi” vəzifəsindən “polis kapitanı” xüsusi rütbəsində Daxili İşlər orqanlarında xidmətdən xaric olunmuşdur. 2003-cü ilin noyabrında daxili işlər orqanlarından xaric edilərkən xidmət müddəti təqvimi hesablama ilə 16 il, 07 ay, 03 gün, imtiyazlı (güzəştli) hesablama ilə 21 il, 05 ay, 22 gün təşkil etmişdir. İddiaçı cavabdeh orqanın rəhbərliyinə müraciət edərək ona xidmət illərinə görə pensiya təyin edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na uyğun olaraq müvafiq məlumat vərəqinin üçüncü şəxsə göndərilməsini xahiş etmişdir. Cavabdeh Baş Kadrlar İdarəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1 bəndinə istinad edilərək 07 mart 2016il tarixli iddiaçıya ünvanlanmış məktubla imtina cavabı verilmişdir. İddiaçı 11 avqust 2015-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkxidmət illərinə görə iddiaçıya güzəştli şərtlərlə pensi ya təyin edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na uyğun olaraq müvafiq “məlumat vərəqi”nin üçüncü şəxsə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində əsasən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2003-cü ildə olan redaksiyasına istinad edərək bəyan etmişdir ki, cavabdehin imtinası əsassızdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(81)-2168/2016 saylıiş) 24 iyun 2016-cı il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçı 2003-cü ildə xidmətdən xaric olunarkən “Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 144-cü maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 25 il və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər (imtiyazlı hesablama ilə). İddiaçı xidmətdən buraxılarkən 25 il xidmət müddəti olmadığından o, xidmət illərinə görə pensiya hüququna malik olmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 iyun 2016-cı il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X7məruzəçi, X12 və X5, 2-1(103)-1821/2016 saylı iş) 30 avqust 2016-cı il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. İddiaçı 23 sent yabr 2016-cı il tarixdə qərarın surətini almış, 23 oktyabr 2016-cı il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçı 2003-cü ildə Daxili İşlər orqanlarından xaric olunarkən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, bir sözlə bütün müvafiq icra hakimiyyəti orqanlarının, o cümlədən Daxili İşlər Nazirliyinin əməkdaşlarının pensiya təminatını müəyyən edən yeganə qanun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” 29 aprel 1992-ci il tarixli Qanun olmuşdur. Həmin Qanunun 1-ci maddəsində qeyd edilib ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşm ələrin zabit heyəti, gizirlərin, miçmanların və müddətdən artıq xidmət hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. Bu qanuna əsasən 13 sentyabr 2004-cü il tarixədək 20 il (güzəştli şərtlərlə) xidmət etmiş hərbi qulluqçular ömürlük pensiya hüququna malik idilər. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə 1 sentyabr 2004-cü il tarixli Qanunla 12-ci maddənin a) bəndində “20 il” sözləri “20 təqvim ili” sözləri ilə əvəz edilmişdir və bu dəyişikliklər 13 sentyabr 2004-cü il tarixdə qüvvəyə minmişdir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pe nsiyaları haqqında” qanunların bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 mart 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik aktlarına edilmiş dəyişikliklərlə hərbi qulluqçuların pensiya hüququnun əldə edilməsi ilə bağlı xidmət illərinin hesablanması qaydasının güzəştli şərtləri ləğv edilmişdir. Həmin dəyişiklikdən əvvəl xidmət illərinə görə pensiya hüququnun əldə edilməsi üçün ümumilikdə 20 il hərbi xidmət stajı (güzəştli hesablanma daxil olmaqla) tələb olunduğu halda, dəyişiklikdən sonra belə hüququn əldə edilməsi üçün 20 təqvim ili tələb olunurdu.Bu baxımdan, Plenum qeyd edir ki, 2004-cü il 1 sentyabr tarixli Qanun qüvvəyə mindiyi günədək (yəni 2004-cü il 13 sentyabr tarixi nədək) xidmət illərinə görə güzəştli şərtlərlə, ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunda müəyyən edilmiş tələblərə müvafiq olaraq həyata keçirilməlidir. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təm in olunmamasını və iş üzrə qəbul olunmuş qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. əsaslandırma hissəsi: Üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkü n sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət qismən əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.2-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı cavabdeh inzibati orqandan pensiya təyin edilməsi ilə bağlı məlumat vərəqinin verilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə məlumat vərəqinin üçüncü şəxsə göndərilməsi vəzifəsi qoyulmasını xahiş etmişdir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 33.1 və 33.2-ci maddələrinin tələ binə görə iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi halda, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçı polis əməkdaşı kimi daxili işlər orqanlarında xidmət etdiyindən onun xidməti fəaliyyəti və hüquqi vəziyyətinin əsasları iddiaçının ərizəsində göstərdiyi kimi “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə deyil, 21 iyun 2001-ci il tarixli 168-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə tənzimlənir. İddiaçı 2003cü ildə xidmətdən xaric oluna rkən “Azərbaycan Respublikasının Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 144-cü maddəsinə görə xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 25 il və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər (imtiyazlı hesablama ilə). Lakin iddiaçı xaric olunarkən xidmət müddəti imtiyazlı hesablama ilə cəmi 21 il, 05 ay, 22 gün təşkil etmişdir. Bu səbəbdən onun 25 il xidmət müddəti olmadığından o, xidmət illərinə görə pensiya hüququna malik olmamışdır. 01 sentyabr 2005-ci il tarixli Qanunla adı çəkilən Əsasnamənin 144-cü maddəsində “25 il” sözləri “20 təqvim ili” sözləri ilə əvəz olunmuşdur. İddiaçı xidmətdən xaric olunarkən təqvimi xidmət illəri 16 il, 07 ay, 03 gün təşkil etdiyindən o, təqvimi xidmət illərinə görə də bugünkü gündə pensiya hüququna malik deyildir. İddiaçı iddiasının əsası kimi 2003-cü ilin noyabr ayında daxili işlər orqanlarında xidmətdən xaric olunduğu gün xidmət müddəti təqvimi hesablama ilə 16 il, 07 ay, 03 gün, imtiyazlı (güzəştli) hesablama ilə 21 il, 05 ay, 22 gün təşkil etməsinə əsaslanaraq həmin vaxt qüvvədə olan qanunvericiliyin tətbiq edilməli olmasını bildirmişdir. 21 iyun 2001-ci il tarixli 168-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 144-cü maddəsi apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi məzmunda olsa da, Əsasnamənin 145-ci maddəsində qeyd edilir ki, daxili işlər orqanları əməkdaşlarının pensiya təminatı, pensiya təyin edilərkən xidmət müddətinin hesablanma qaydaları Azərbaycan Respublikası qanunverici liyinə müvafiq olaraq həyata keçirilir. 2003-cü ildə iddiaçı xidmətdən xaric olunarkən də pensiya təminatı “Hərbi qulluqçuların pensiya təminatı haqqında” qanunla tənzimlənirdi. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanun qüvvəyə minərkən onun preambulasında, habelə 1, 8, 43, 44 və 47-ci maddələrində “Azərbaycan Respublikasının Müdafiə Nazirlliyi, Milli Təhlükəsizlik Nazirliyi, X6 Komitəsi, Prezidenti mühafizə xidməti” sözləri 30 sentyabr 1997-ci il tarixli qanunla “müvafiq icra hakimiyyəti orqanları” sözləri ilə əvəz edilmişdir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 mart 2 014-cü il tarixli qərarında aşağıdakılar qeyd edilmişdir. “...Azərbaycan Respublikasında pensiya islahatlarının ilkin mərhələsində 29 aprel 1992-ci il tarixində “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanun, 23 sentyabr 1992-ci il tarixində isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “Vətəndaşların pensiya təminatı haqqında” Qanun) qəbul edilmişdir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunla Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, habelə müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti, onların ailələri üçün Azərbaycan Respublikasının ərazisində vahid dövlət pensiyaları sistemi müəyyən edilirdi. Hə min Qanunun 2-ci maddəsində pensiya təminatı hüququ olan hərbi qulluqçulara pensiyanın onlar hərbi xidmətdən buraxıldıqdan sonra bu Qanuna müvafiq surətdə təyin edilməsi və ödənilməsi nəzərdə tutulmuşdu. Qeyd olunan qanunvericilik aktlarında vətəndaşlara təyin edilən pensiyaların əmək və sosial pensiya növləri, o cümlədən əmək pensiyaları daxilində yaşa (qocalığa) görə, əlilliyə görə, ailə başçısını itirməyə görə və xidmət illərinə görə pensiya növləri müəyyən edilmişdi. Göstərilən qanunvericilik aktlarında nəzərdə tutulan xidmət illərinə görə pensiyanın mahiyyəti müəyyən əmək (fəaliyyət) sahələrinin spesifik xüsusiyyətləri ilə izah olunurdu. Bu, şəxsin uzun müddət gərgin və məsuliyyətli işi yerinə yetirdikdə, həmin fəaliyyəti müəyyən müddətdən sonra psixoloji və emosional ağırlığına görə davam etdirə bilməməsi ilə əlaqələndirilmişdi. Xidmət illərinə görə pensiyanın məqsədi belə şəxsləri əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar öz əvvəlki işini davam etdirmək zərurətindən azad etməkdir. Məhz bu baxımdan xidmət illərinə görə əmək pensiyasının təyin edilməsi üçün fərdin müəyyən yaş həddinə çatması faktı hüquqi əhəmiyyət kəsb etmirdi. Hərbi qulluqçulara xidmət illərinə görə pensiyaların təyin edilməsi şərtləri “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsində öz əksini tapmışdı. Həmin maddənin a) bəndinə əsasən xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər. Göründüyü kimi, hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququnun yaranması üçün başlıca hüquqi fakt kimi xüsusi əmək stajı çıxış edirdi. Əmək stajının bir növü olan xüsusi əmək stajı şəxsin müəyyən peşə və ya ixtisas üzrə əmək fəaliyyəti və ya əməyin xüsusi şəraitdə həyata keçirilməsi ilə müəyyən olunurdu. Xüsusi əmək stajı dedikdə, müəyyən əmək şəraitində və müəyyən vəzifələrdə həyata keçirilən işin müddəti başa düşülür. Həmin müddət xüsusi staja malik olan şəxslərə güzəştli şərtlərlə müəyyən sosial təminat növlərini, o cümlədən pensiya hüququnu əldə etmək imkanı verir. Xüsusi əmək stajının əldə edilməsi ilə bağlı hüquq münasibətləri, bir qayda olaraq, şəxsin pensiya yaşına çatmasından daha əvvəl başa çatır. Güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan əmək stajını əldə edən hərbi qulluqçu fəaliyyət növünü dəyişə bilər və yaxud əmək fəaliyyəti ilə məşğul olmaya bilər. Xidmət illərinə görə pensiya hüququndan istifadə etmək barədə qərar qəbul edərkən şəxs, xüsusi əmək stajının müddətini və zəruri staja malik olmanın hüquqi nəticələrini müəyyən edən həmin dövrdə qüvvədə olan qanunvericilik normalarının tələblərini nəzərə alır. Yuxarıda göstərilənlərdən irəli gələrək qeyd edilməlidir ki, əmək stajı pensiya təminatı sahəsində hüquq münasibətlərini əmələ gətirən hüquqi fakt kimi xüsusi əmək şəraiti ilə əlaqədar pensiya hüququnun əldə edilməsinin əsas hüquqi faktı qismində çıxış edirdi... Lakin “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu (bundan sonra – 2004-cü il 1 sentyabr tarixli Qanun) ilə həmin Qanunun 12-ci maddəsinin a) bəndində “20 il” sözləri “20 təqvim ili” sözləri ilə əvəz edilmiş, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququna malik olmaları müəyyən edilmişdir... Göründüyü kimi, yuxarıda qeyd olunan qanunvericilik aktlarına edilmiş bu dəyişikliklərlə hərbi qulluqçuların pensiya hüququnun əldə edilməsi ilə bağlı xidmət illərinin hesablanması qaydasının güzəştli şərtləri ləğv edilmişdir. Həmin dəyişiklikdən əvvəl xidmət illərinə görə pensiya hüququnun əldə edilməsi üçün ümumilikdə 20 il hərbi xidmət stajı (güzəştli hesablanma daxil olmaqla) tələb olunduğu halda, bu dəyişiklikdən sonra belə hüququn əldə edilməsi üçün 20 təqvim ili tələ b olunurdu... Bu baxımdan, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, 2004-cü il 1 sentyabr tarixli Qanun qüvvəyə mindiyi günədək (yəni 2004-cü il 13 sentyabr tarixinədək) xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir... Qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir: - 2004-cü il 1 sentyabr tarixli Qanun qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. - “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsi ilə hərbi qulluqçuların pensiyasına qulluq stajına görə əlavələr hesablanarkən“Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanun qüvvədə olduğu dövrdə hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmalıdır”. İddiaçı iddia ərizəsində olduğu kimi apellyasiya şikayətində də xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququna malik olması barədə “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinin (2003-cü il redaksiyasında) a) bəndinə istinad edərək onun pensiya hüququn un yarandığı üçün cavabdehin məlumat vərəqi verməli olmasını bildirsə də, apellyasiya instansiyası məhkəməsi İPM-in 87.8-ci maddəsinin tələbinə əsasən şikayətin həmin dəlilinə ətraflı münasibət bildirməmişdir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, şikayət təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1821/2016 saylı, 30 avqust 2016-cı il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Mə hkəməsinə göndərilsin. Qərar qətidir. Sədrlik edən: Hakimlər: İmza var İmza var İmza var “06” səhifə düzdür Hakim Rahib Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar