Məhkəmə qərarları › İş №2-1(102)-341/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-341/2019

19.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-341/2019 19.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinin vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı ) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinə (bundan sonra cavabdeh) qarşı “pensiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2478/2018 saylı, 10 oktyabr 2018-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 19 fevral 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx.xx.1958-ci il tarixdə Lənkəran rayonunda anadan olmuşdur. Doğum haqqında şəhadətnamələrə əsasən iddiaçının 3 övladı (26.10.1979-cu il təvəllüdlü X2, 25.04.1981-ci il təvəllüdlü X3 və 11.11.1985-ci il təvəllüdlü X7) doğulmuşdur. Əmək kitabçasına əsas ən 01.06.1977-ci il tarixdən 12.05.1994-cü il tarixədək müxtəlif peşələrdə işlədiyindən onun ümumilikdə 16 ildən artıq stajı vardır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 01.06.2018-ci il tarixli məktubda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə (60 yaş 6 ay) çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğdən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Qeyd olunanlara əsaslanaraq bildirilmişdir ki, iddiaçı qanunla müəyyən olunmuş yaş həddinə (60 yaş 6 ay) çatmadığı üçün ona yaşa görə əmək pensiyası təyin etmək mümkün deyil dir. İddiaçı 8 iyun 2018-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, 51 yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə dəfələrlə yaşa görə pensiya təyin edilməsi üçün müraciət edilmiş və rədd cavabı almışdır. İlk müraciətində “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 14-cü maddəsinə (Çoxuşaqlı, əlil uşağı olan anaların və uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların pensiyaları) əsasən 3 uşağı olan, 51 yaşına çatmış və azı 16 il iş stajı olduqda qadınlar pensiya ilə təmin olunmalı idi. Şəxsiyyət vəsiqəsində vaxtilə Lənkəran rayon Qey diyyat Şöbəsi tərəfindən buraxılmış kobud səhvə görə doğum tarixində həm ay, həm də il səhv göstərildiyi üçün cavabdeh tərəf ona bir il daha gözləməyi tövsiyə etmişdir. Lakin cavabdeh məhkəməyə müraciət etdiyi halda bu səbəbə görə yanlışlığın düzəldilə biləcəyi barədə məlumat verilməmişdir. Ailəsində baş verən bir sıra çətinliklər və ailə üzvlərinin itirilməsi ilə əlaqədar pensiya üçün təkrar müraciət etməyə fürsət tapmamışdır. Tərəfindən edilmiş müraciətə görə ərizəsinə Binəqədi Rayon Məhkəməsi tərəfindən 13.11.2017-ci il tarixdə qətnamə qəbul edilmişdir. Qətnaməyə əsasən 24.12.1959-cu il dəyişdirilərək həqiqi doğum tarixi, yəni xx.xx.1958-ci il ilə əvəz edilməsi ilə ona yeni doğum haqqında şəhadətnamə verilməsi qət edilmişdir. Buna əsasən də tərəfindən təkrarən şəxsiyyət vəsiqəsində aidi yyəti quruma müraciət edərək düzəlişin aparılması üçün müraciət etmiş və nəticə öz müsbət həlini tapmışdır. Hal-hazırda vəsiqəsində doğum tarixinin doğru olmasına baxmayaraq cavabdeh daha bir bəhanə ilə müraciətinə 01.06.2018-ci il tarixli 09-1450 saylı məktubla rədd cavabı vermiş və məktubda indiki qanunvericiliyin tələbini əsas tutaraq qanunla müəyyən olunmuş yaş həddinin 60 yaş 6 ay olduğu qənaəti ilə yaşının çatmadığına irad bildirmişdir. Halbuki, pensiya təminatının qanunun tələbinə görə 51 yaşına çatdığı vaxtdan artıq təmin olunmalı idi. Bu baxımdan o, 51 yaşa çatdığı dövrdə yuxarıda göstərilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 14-cü maddəsinin tələbi, yəni 3 uşağı olan qadınların 51 yaşına çatdıqda və azı 16 il iş stajı olduqda pensiya ilə təmin edilməsi qüvvədə idi. Əmək kitabçasında qeyd olunduğu kimi əmək stajı 06.08.1997-ci il tarixdən fasiləsiz olaraq 12.05.1994-cü il tarixədək 17 il müəyyən edilmişdir. X8 ilə birgə nikahdan isə 3 övladı – 26.10.1979-cu il təvəllüdlü X2, 25.04.1981-ci il təvəllüdlü X3 və 11.11.1985-ci il təvəllüdlü X7 dünyaya gəlmiş, onları 8 yaşadək tərbiyə etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(81)-3066/2018 saylı iş) 17 iyul 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, 27 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsində qeyd edilir ki, 3 uşaq doğub onları 8 yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajına malik olan, 51 yaşına çatmış qadınlar yaşa görə əmək pen siyası hüququna malikdirlər. 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 iyul 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X6-məruzəçi, X9 və X4, 2-1(103)-2478/2018 saylı iş) 10 oktyabr 2018-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. Cavabdeh 29 oktyabr 2018-ci il tarixdə qərarın surətini almış, 20 noyabr 2018-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etm işdir. kassasiya şikayətinin dəlilləri: İddiaçının ərizəsi “Əmək pensiyaları haqqında” Qanunun 8 və 9-cu maddələrinə əsasən cavablandırılmışdır. Qanunun 8-ci maddəsinə əsasən, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmçinin ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən at aların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib, şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qayd ada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçı cavabdeh inzibati orqandan 3 uşağa görə güzəştli şərtlə yaşa görə ona əmək pensiyası təyin edilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə yaşa görə əmək pensiyası təyin edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olm uşdur. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 34.1-ci maddəsinin ikinci cümləsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı 1 avqust 1958-ci ildə doğulmuş, 51 yaşı 1 avqust 2009-cu ildə tamam olmuşdur. İddiaçının 51 yaşı tamam olan vaxt, yəni “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2010-cu ilədək qüvvədə olmuş 8.1-ci maddəsinin redaksiyasına əsasən üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların 51 yaşına çatdıqda yaşa görə əmək pensiyası hüququ vardır. İşin hallarından görünür ki, iddiaçı 1979, 1981 və 19 85-ci il doğumlu 3 uşaq doğub onları 8 yaşa qədər tərbiyə etmiş, 51 yaşı 1 avqust 2009-cu il tarixdə tamam olan vaxt həmin dövrə onun 5 ildən artıq (16 ildən çox) əmək stajı yaranmış, hər üç uşaq 8 yaşına çatmışdır. Göründüyü kimi, iddiaçının 3 uşaqlı ana kimi yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinə dəyişiklik olunana qədər, yəni 1 yanvar 2010-cu il tarixədək yaranmışdır. Beləliklə, iddiaçının 51 yaşı olan vaxt qüvvədə olmuş normaya görə onun pensiya hüququnun yaranması üçün 3 uşağı olmalı, onları 8 yaşadək tərbiyə etməli, ən azı 5 il sığorta stajı və 51 yaşı olmalı idi. Həmin vaxt, yəni iddiaçının 51 yaşı olduğu 1 avqust 2009-cu ildə bəhs olunan şərtlərin hamısı mövcud olmuşdur, sadəcə iddiaçı 51 yaşı olan vaxt deyil, qanunvericilikdə dəyişiklik edildikdən sonra ona pensiya təyin edilməsi barədə cavabdehə müraciət etmişdir. Məhkəmə kollegiyası həmçinin işin müəyyən edilən hallarını və sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, iddiaçının 51 yaşından yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan şərtlərin olması (üç uşaq anası, 01.08.2009-cu il tarixdə 51 yaşının tamam olması və 5 ildən artıq sığorta stajının olması) ona 1 avqust 2009-cu il tarixdən yaşa görə pensiyaya çıxmaq hüququnu qazandırır. İddiaçının əmək kitabçasında olan məlumatların həqiqiliyinin şübhə altına alınması üçün isə hər hansı əsas olmamışdır. Cavabdeh kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinin 1 yanvar 2010-cu ildən qüvvədə olan redaksiyasına əsaslanaraq hesab edir ki, iddiaçının 3 uşaqlı ana kim i yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 8.1-ci maddəsinin hazırkı redaksiyasına əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayar aq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Lakin cavabdeh nəzərə almamışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi vəziyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7.1-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ o lan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olan qanunvericilik onun çoxuşaqlı qadın kimi yaşa görə əmək pensiyası hüququ olmasını təsbit etdiyindən, həmin vaxt qüvvədə olan qanunvericilikdə nəzərdə tutulan hər üç element (uşaqların sayı və onların 8 yaşınadək tərbiyə olunması; iddiaçının sığorta stajı; yaşı) mövcud olduğundan kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və A zərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2478/2018 saylı, 10 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar