Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-341/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X üsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1255/2021 nömrəli, 27 sentyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1966-cı il təvəllüdlü iddiaçı ona 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 08 aprel 2020-ci il tarixli **********9 saylı məktubla bildirmişdir ki, iddiaçının 01.01.2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən az təşkil etdiyindən (belə ki, iddiaçının 01.09.1995-ci ildən 01.01.2006-cı ilədək “Azərkimya” X1-Polietilen zavodunun təmir quraşdırma sexində işlədiyi quraşdırıcı çilingər vəzifəsi güzəştli siyahıda nəzərdə tutulmamışdır), eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmaya pensiya təminatına imkan vermədiyindən müraciət təmin edilə bilməz. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 01 sentyabr 1983-cü il tarixdən 21 aprel 1985-ci il tarixədək və 01 sentyabr 1987-ci il tarixdən 30 iyun 1989-cu il tarixədək Azərbaycan SSR X2 Təhsili Komitəsinin Sumqayıt şəhər 41 nömrəli orta texniki peşə məktəbində təhsil aldığı dövrü və “Azərkimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodu tər əfindən verilmiş 19 oktyabr 2018-ci il tarixli 345, 346 nömrəli arayışlarını nəzərə almaqla 52 yaşdan, yəni 08 noyabr 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 01.09.1983-cü ildən 01.01.2006-cı il tarixədək 22 il 4 ay ümumi və 11 il 18 gün güzəştli iş stajı var. İddiaçının ümumi iş stajı əmək kitabçası, hərbi bilet, diplom, güzəştli iş stajı isə işlədiyi müəssisələr tərəfindən verilmiş arayışlarla təsdiq edilir.
4. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.
5. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(112)-5134/2020 saylı qər arı ilə (hakim: R. Kərimli) iddia təmin edilmiş, iddiaçıya 1983 – 1985-ci illərdə və 1987 – 1989-cu illərdə Sumqayıt şəhər 41 nömrəli texniki peşə məktəbində təhsil müddəti, ARDNŞ “Azərkimya” İB “Etilen-polietilen” zavodunun arayşlarında qeyd olunan 24 iyul 1989-cu il tarixdən 11 aprel 1990-cı il tarixədək zavodun butadien-stirol kauçukunun ayrılması sexində aparatçı, 1 sentyabr 1995-ci il tarixdən 31 sekabr 2005-ci il tarixədək zavodun Təmir quraşdırma sexinin quraşdırma sahəsində butadin, spirt və kauçuk istehsalı avadanlıqlarının quraşdırılması üzrə quraşdırıcı çilingər işlədiyi müddətlər sığorta stajına daxil edilməklə, 52 yaşdan təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdi r ki, iddiaçı 1 yanvar 2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən 20 ildən artıq ümumi, o cümlədən 10 ildən artıq əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə iş stajına malik olduğundan, onun «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq 52 yaşı tamam olduğu vaxt güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Belə ki, iddiaçının işlədiyi peşələr 1 nömrəli Siyahıda 1080A010 kodu ilə nəzərdə tutulmuşdur.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1255/2021 n ömrəli iş üzrə 27 sentyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: R.Ə.Qurbanov və V.Ə.Baxışova) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajının minimum 10 il olması şərti yerinə yetirilmir. Belə ki, SOCAR “Etilen-Polietilen” Zavodunun 24.06.2021-ci il tarixli 235 və 236 nömrəli arayışlarına əsasən, iddiaçı müvafiq olaraq “Azərkimya” İB “Etilen-Polietilen” Zavodunun Butadien-stirol kauçukunun ayrılması sexində 24.07.1989-11.04.1990-cı il tarixlərdə aparatçı, 01.09.1995- 31.12.2005-ci il tarixlərdə Təmir-quraşdırma sexinin quraşdırma sahəsində butadien, spirt və kauçukun istehsalı avadanlıqlarının quraşdırılması üzrə quraşdırıcı çilingər işləmişdir və həmin peşələr 1 nömrəli Siyahının 1080A010 koduna uyğundur. Lakin 1 nömrəli Siyahıda 1080A010 kod üzrə aparatçı və quraşdırıcı çilingər peşələri nəzərdə tutulmamışdır.
10. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə qanuni və əsaslı deyildir. Belə ki, iddiaçının işlədiyi vəzifələr həqiqətən də ona güzəştli şərtlərlə əmək pensiyası təyin etməyə imkan verir. Məhkəmə, iddiaçının çalı şdığı peşələrin 1 nömrəli Siyahının Vİİİ Bölməsinin 1-ci bəndinin 1080A010 şifrində göstərilən hansı peşənin funksiyaları ilə eynilik təşkil etdiyi, iddiaçının işlədiyi quruducu aparatçı və quraşdırıcı çilingər peşələrinin adı çəkilən Siyahıda hansı kod altında olan peşəyə uyğun gəldiyini müəyyən etmək üçün ’’Azərkimya” İB “Etilen-polietilen Zavoduna sorğu ilə müraciət etmiş, ”Azərkimya” İB-niıı “Etilen-polietilen Zavodu tərəfindən verilmiş 24 iyun 2021-ci il tarixli, 235-236 saylı izahlı araşdırıcı arayışlarda iddiaçının işlədiyi vəzifələrin həqiqətən də ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün əsas olduğu qeyd edilmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə sübutlara düzgün qiymət verilməmişdir. 12.Həmçinin şikayətdə qeyd edilir ki, apellyasiya instansiya məhkəm əsi Ali Məhkəmənin İnzibati Kollegiyasının oxşar mübahisələrlə bağlı bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyini nəzərə almamış, iddiaçının güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsinə imkan verən Siyahılarda nəzərdə tutulmuş sahə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün həmin peşənin siyahıya uyğun olmasını ətraflı araşdırmamış, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməmiş, isin xarakterinə dair əlavə məlumatlar almamış və nəticədə qanunsuz qərar qəbul edərək birinci instansiya məhkəməsinin qərarını ləğv etmişdir.
13. Bundan əlavə, pensiya kapitalı ilə bağlı qeyd edilən tələb 01.07.2017-ci il tarixdən qüvvədədir. İddiaçı is ə pensiya hüququnu 01.01.2006-cı il tarixədək qazanmışdır. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə 67.İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsi l müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barə də məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan la zımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə tərkibi hesab edir ki, şikayət əsaslıdır, odur ki, təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
20. Hazırkı iş üzrə iddiaçı 52 yaşı tamam olduğu tarixdən, yəni 08.11.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
21. İddiaçıya 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üç ün onun 01.01.2006-cı il tarixədək 20 il ümumi, 10 il xüsusi (güzəştli) stajı olmalıdır.
22. İddiaçının 01.01.2006-cı ilədək 20 il ümumi stajının olması tərəflər arasında mübahisələndirilmir (iş materiallarında olan əmək kitabçası ilə bu hal təsdiq edilir).
23. İşin tərəflər arasında yeganə mübahisələndirilən halı iddiaçının güzəştli stajı ilə bağlıdır. Belə ki, iddiaçı müxtəlif müəssisələrdə, o cümlədən 24.07.1989-cu il tarixdən 29.06.2010-cu il tarixədək Sumqayıt “Sintezkauçuk” zavodunda işləmişdir (24.07.198911.04.1990-cı il tarixlərdə aparatçı və 01.09.1995-31.12.2005-ci il tarixlərdə Təmirquraşdırma sexinin quraşdırma sahəsində butadien, spirt və kauçukun istehsalı avadanlıqlarının quraşdırılması üzrə quraşdırıcı çilingər - 01.01.2006-cı ilədək olan staj araşdırıldığından digər illər qeyd edilməyib). Bu hallar, yəni iddiaçının qeyd olunan müəssisədə, göstərilən peşələrdə işləməsi tərəflər arasında mübahisələndirilmir, həm əmək kitabçası, həm də iş yerindən arayışla təsdiqlənir. 24.Cavabdeh iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli qərarı təsdiq edilmiş 1 nömrəli Siyahısında (konkret olaraq 1080A010 kod altında) nəzərdə tutulmadığına istinad etmiş, apellyasiya instansiyası məhkəməsi bu dəlillə razılaşmışdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi 1080A010 kod altında qeyd olunan istehsalatların və işlərin adlarının iddiaçının işlədiyi peşələrlə ad olaraq eyniliyinin olmaması nəticəsinə gəlmiş və iddiaçının işlədiyi peşələrin siyahıda nəzərdə tutulmadığını bildirmişdir.
25. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının güzəştli stajı ilə bağlı işdə olan sübutlara düzgün qiymət verməmişdir.
26. Belə ki, “Azərkimya” İB-in “Etilen-Politilen” Zavodu tərəfindən verilmiş 24 iyun 2021-ci il tarixli, 235-236 saylı izahlı arayışlarda bildirilmişdir ki, keçmiş “Sintezkauçuk” zavodunun E-2 (Butadien-stirol kauçukunun ayrılması) sexində quruducu aparatçı, Mexaniki təmir sexində təmirçi çilingər (spirt, divinil, kauçuk istehsalatları üzrə), Mexaniki təmir və quraşdırma sexində quraşdırıcı çilingər (spirt,divinil, kauçuk istehsalatları üzrə) peşəsində işləmiş İddiaçı quruducu aparatçı kimi müxtəlif tipli quruducu aparatlarda sintetik kauçukun çoxgedişli quruducu aparatlarda qurudulması prosesinin aparılmasını, Mexaniki təmir sexində təmirçi çilingərə aid olan funks iyaları - spirt, divinil, kauçuk istehsalatlarında olan xüsusən mürəkkəb, iriqabaritli, nadir, eksreimental avadanlıqlarınaparatların, kalonların, aqreqat və maşınların, kompressor və nasosların təmiri, quraşdırılması, sökülməsi, sınanması, tənzimlənməsi və təmirdən sonra təhvil verilməsi, avadanlığın təmiri və istismarı prosesində yoxlanması, qüsurların aşkar olunub aradan qaldırılması işlərini yerinə yetirmişdir. Quraşdırıcı çilingər kimi isə onun işi orta mürəkkəblik dərəcəsində olan ümumi təyinatlı texnoloji avadanlıqların və ona bağlı konstrusiyaların (spirt, divinil, kauçuk istehsalatlarında) sökülməsi və quraşdırılması işlərinin yerinə yetirilməsindən ibarət olmuşdur. Adları çəkilən sexlərdə iş şəraiti ağır və zərərli iş şəraitinə aid olduğundan ( Stirol, divinil, karbohidrogen, qəl əvi buxarı, səs səviyyəsinə görə) onun vəzifə (tarif) maaşına 1,12 əmsalı, yəni 12% əlavə əmək haqqı ödənilmişdir.
27. Həmçinin arayışda qeyd edilmişdir ki, iddiaçının keçmiş “Sintezkauçuk” zavodunun E-2 (Butadien-stirol kauçukunun ayrılması) sexində quruducu aparatçı, Mexaniki təmir sexində təmirçi çilingər (spirt, divi kauçuk istehsalatları üzrə), Mexaniki təmir və quraşdırma sexində quraşdırıcı çilingər (spirt, divinil, kauçuk istehsalatları üzrə) peşəsində işləyərkən işlədiyi müddətdə iş şəraiti ağır və zərərli olduğu üçün göstərilən güzəştlərdən: əlavə məzuniyyət; aylıq tarif maaşına 12% əlavə; gündə bir dəfə olmaqla isti yeməklə; hər gün 0,5 litr südlə təmin olunmuşdur. Eyni zamanda, iddiaçının keçmiş “Sintezkauçuk” zavodunun E-2 (Butadien-stirol kauçukunun ayrılması) sexində qurud ucu aparatçı, Mexaniki təmir sexində təmirçi çilingər (spirt, divi kauçuk istehsalatları üzrə), Mexaniki təmir və quraşdırma sexində quraşdırıcı çilingər (spirt, divinil, kauçuk istehsalatları üzrə) peşəsində işləyərkən işlədiyi müddətdə iş şəraiti ağır və zərərli olduğu üçün o, aylıq tarif maaşının 12%-i miqdarında əlavə vəsaitlə və yuxarıda göstərilən əlavə məzuniyyətlə təmin edilmişdir.
28. Bundan əlavə, həmin arayışa iddiaçının işlədiyi peşələrin şifrəsi və müddətlərini özündə əks etdirən 2 arayış da əlavə edilmişdir. “Azərkimya” İB-in “Etilen-Politilen” Zavodu tərəfindən verilmiş 04.06.2021-ci il tarixli, 235 saylı arayışda iddiaçının 24.07.1989-cu ildən 11.04.1990-cu ilədək “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Politilen” Zavodunun butadin-stirol kauçukunun ayrılması sexində apar atçı vəzifəsində işlədiyi və bu vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 1 saylı siyahısının Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə uyğun gəldiyi, 236 saylı arayışda iddiaçının 01.09.1995-ci il tarixdən 31.12.2005-ci il tarixədək “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Politilen” Zavodunda təmir quraşdırma sexinin quraşdırma sahəsində butadin, spirt və kauçuk istehsalı avadanlıqlarının quraşdırılması üzrə quraşdırıcı çilingər vəzifəsində işlədiyi və bu vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 1 saylı siyahısının Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə uyğun gəldiyi qeyd edilmişdir.
29. Pensiya işləri ilə bağlı Ali Məhkəmənin aşağı instansiya məhkəmə lərinə göndərdiyi icmal məktubda qeyd edilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.
30. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.
31. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisə dən verilmiş güzəştli arayış icmal məktubda qeyd olunan tələblərə cavab vermiş, apellyasiya instansiya məhkəməsi isə güzəştli arayışı düzgün qiymətləndirməyərək iddiaçının güzəştli stajının olmaması qənaətinə gəlmişdir.
32. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıdakı 1080A010 kodu Siyahının Vİİİ bölməsinin “A” yarımbölməsinə (Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri) aiddir və həmin kod altında fərqli istehsalatlar nəzərdə tutulmuşdur ki, iddiaçının işlədiyi istehsalatlar da həmin kod altında mövcuddur.
33. Beləliklə, iddiaçı təhsil və hərbi xidmət dövrü də nəzərə alınmaqla 2006-cı ilin yanvar ayının 1-dək 20 ildən çox ümumi iş stajına, o cümlədən 10 ildən çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi peşələrə uyğun güzəştli iş stajına dair arayış təqdim edildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin a) bəndinə əsasən, onun 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
34. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla iş üzrə qərar qəbul edildiyindən, kassasiya şikayəti təmin edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməlidir.
35. Göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1255/2021 nömrəli, 27 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı 1983 – 1985-ci illərdə və 1987 – 1989- cu illərdə Sumqayıt şəhər 41 nömrəli texniki peşə məktəbində təhsil müddəti, ARDNŞ “Azərkimya” İB “Etilen-polietilen” zavodunun arayşlarında qeyd olunan 24 iyul 1989-cu il tarixdən 11 aprel 1990-cı il tarixədək zavodun butadien-stirol kauçukunun ayrılması sexində aparatçı, 1 sentyabr 1995-ci il t arixdən 31 sekabr 2005-ci il tarixədək zavodun Təmir quraşdırma sexinin quraşdırma sahəsində butadin, spirt və kauçuk istehsalı avadanlıqlarının quraşdırılması üzrə quraşdırıcı çilingər işlədiyi müddətlər sığorta stajına daxil edilməklə, 52 yaşdan, yəni 08 noyabr 2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulsun. Qərar qətidir.