Məhkəmə qərarları › İş №2-1(102)-341/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-341/2023

17.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-341/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy inin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1807/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. 2. ЗТ 037835 nömrəli diploma əsasən iddiaçı 1982-ci ildən 1985-ci ilədək S.Ə.Dadaşov adına Kirovabad baza inşaat texnikumunda təhsil almışdır. 3. ИТ-İ ******* nömrəli əmək kitabçasının məlumatlarına əsasən o: xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixə dək Konserv zavodunun istehsalat sexində fəhlə; xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Vİİİ distansiyada fəhlə; xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Vİ-cı distansiyada fəhlə işləmiş; xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş; xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək texnikumda təhsil almış; xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin X2 ordenli 4 saylı Trestinin 45 saylı Tikinti İdarəsində betonçu; xx.xx.1988-ci il tarixdən xx.xx.1999-cu il tarixədək həmin İdarədə elektrik qaynaqçısı; xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək “Azneftyağ” İB İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsində elektrik qaynaqçısı; xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il t arixədək həmin İdarədə suvaqçı-rəngsaz; xx.xx.2003-cü il tarixən xx.xx.2006-cı il tarixədək elektrik qaynaqçısı; xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək Azərbaycan Dizaynerlər İttifaqı X1 16 saylı inşaat istehsalat trestində qaynaqçı; xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək həmin trestdə elektrik qaynaqçısı; xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “X3” MMC-də Binəqədi rayon ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi peşələrində işləmişdir.

4. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 12 nömrəli arayışında göstərilmişdir ki, iddiaçı həqiqətən “Azərsənayetikinti” 4 №-li Trestin 45 №-li Tikinti idarəsində xx.xx.1985-ci ildə 3-cü dərəcəli betonçu işinə qəbul edilmiş, xx.xx.1988-ci ildə 3-cü dərəcəli de lektrik qaynaqçı işinə keçirilmiş, xx.xx.1989-cu ildə 4-cü dərəcə; xx.xx.1991-ci ildə 5-ci dərəcəli elektrik qaynaqçışı (əl ilə) işləmiş, xx.xx.1999-cu ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-İi Qərarına əsasən 35 №-li bölmənin: “Ümumi peşələr” - elektrik qaynaqçıları və 29 №-li bölmənin: Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması,texniki təchizatı,bərpası və təmiri”- a) bəndi -fəhlələr: (bənnalar briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar”) və b) bəndi - rəhbərlər və mütəxəsislər: “tikinti və quraşdirma işləri üzrə ustalar, iş icraçıları” güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. xx.x x.1995-ci il tarixindən 4 №-li Trest və onun nəzdində olan tikinti idarələri ləğv olunmuş və onun bazasında “Bakısənayetikinti” Birliyi yaradılmış, xx.xx.2001-ci il tarixindən “Bakısənayetikinti” Birliyi ləğv olunmuş və onun bazası əsasında "Dərnəgülsənayetikinti” ATSC-i yaradılmışdır. xx.xx.2004cü il tarixindən "Dərnəgülsənayetikinti” ATSC Ədliyyə Nazirliyinin xx.xx.2004-cü il tarixli 0104P 51-39852 №-li sərəncamı ilə "xxxx" ASC-yə keçmişdir. Bununla "xxxx" ASCəmiyyəti 4 №-li Trestin və onun nəzdində olan tikinti idarələrinin hüquqi varisi olduğu üçün hər bir sənəd, o cümlədən arxiv sənədləri yeni ştampla və möhürlə təsdiq edilir.

5. İddiaçı 11 iyun 2021-ci il tarixdə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

6. Cavabdehin 18 iyu n 2021-ci il tarixli, **********1 nömrəli imtina məktubunda bildirilmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan az olduğundan, onun fərdi həsabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı 3 sentyabr 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı iddia ərizəsində yuxarıda qeyd o lunan əmək kitabçasında əks olunmuş məlumatları sadalamış, əlavə olaraq qeyd etmişdir ki, onun xx.xx.2006-cı il tarixədək 31 il ümumi iş stajı olmuşdur. Həmin stajın 17 il 2 ayını elektroqaynaqçı vəzifəsində işləyərək qazandığından, hesab etmişdir ki, ona cavabdeh tərəfindən 2006-cı ilədək qüvvədə olan qanunvericiliyə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir.

9. Cavabdeh iddia ərizəsinə qarşı mahiyyətcə imtina məktubunun dəlilləri ilə eynilik təşkil edən yazılı etiraz təqdim etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2284/2022 nömrəli, 10 fevral 2022-ci il tarixli qərarı ilə (hakim E.Ə.Əliyev) iddia tələbi təmin edilmiş, iddiaçıya xx.xx.2018-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyul ması qərara alınmışdır.

11. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının müvafiq bəndlərinə, həmçinin iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin arayışına istinad edərək qeyd etmişdir ki, iddiaçının xx.xx.2006-cı ilədək əmək kitabçasında qeyd edilən iş stajı (22 il 16 gün), həmçinin hərbi xidmət dövrü (2 il 01 ay 06 gün) və təhsil dövrü (02 il 08 ay) də nəzərə alınmaqla, 25 ildən artıq (26 il 09 ay 22 gün) ümumi iş stajı mövcud olmuşdur.

12. Həmçinin, məhkəmə qeyd etmişdir ki, iddiaçının izahatından da müəyy ən edilir ki, iddiaçı müxtəlif dövrlərdə “elektrik qaynaqçısı” peşəsində işləyərkən o, “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” kimi işləmişdir. Lakin cavabdeh orqan isə bunun əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

13. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “XXXİİİ. Ümumi peşələr” bölməsində “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” (kod 23200000— 19906) nəzərdə tutulmuşdur.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “ Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “35. Ümumi peşələr” bölməsində “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” nəzərdə tutulmuşdur.

15. Məhkəmə qeyd etmişdir ki, iddiaçının işlədiyi elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş müvafiq siyahıda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulmuşdur və iddiaçı həmin peşədə 16 il 03 ay 27 gün işlə mişdir.

16. Bundan başqa, cavabdeh tərəfindən mübahisələndirilən iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olması ilə bağlı məhkəmə qeyd etmişdir ki, “zəruri pensiya kapitalının mövcud olması” ilə bağlı tələb xx.xx.2017-ci il tarixdən qüvvədədir. İddiaçı isə pensiya hüququnu xx.xx.2006-cı il tarixəndək qazanmışdır. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz.

17. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1807/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və İ.Ə.Kərimli) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2284/2022 nömrəli, 10 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

20. Cavabdeh qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina mə ktubunun və iddia ərizəsinə qarşı təqdim edilmiş etirazın dəlilləri ilə eynilik təşkil edir.

22. Kassasiyaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.18, 3.1 və 9.1-ci maddələrinə, həmçinin xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə istinad edərək apellyasiya instansiyası məhkəməsinin qərarını əsassız hesab etdiyini qeyd etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət döv rlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hər bi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: XXXİİİ. “Ümumi peşələr” 23200000—19906 - “əl ilə qaynaq aparan elektrik qaynaqçıları”...

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı qüvvədən düşm üş hesab edilmişdir. Siyahının (xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “35. Ümumi peşələr” bölməsində “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” nəzərdə tutulmuşdur.

27. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsin i yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

28. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

34. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunv ericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

35. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

36. Belə ki, iş materiallarına əsasən iddiaçının xx.xx.1988-ci il tarixdən etibarən elektrik qaynaqçısı peşəsində işləməklə 01 yanvar 2006-cı ilədək tələb olunan 12 il 6 aydan artıq (16 il 03 ay 27 gün) güzəştli iş stajının mövcudluğu iş üzrə öz təsdiqini tapmış, eləcə də güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir.

37. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəra iti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda iddiaçının işlədiyi peşə nəzərdə tutulmuşdur: XXXİİİ. “Ümumi peşələr” (kod 23200000—19906) “əl ilə qaynaq aparan elektrik qaynaqçıları”.

38. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi inzibati icraat dövründə ətraflı araşdırma apararaq düzgün müəyyən etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixə kimi 25 ildən artıq (26 il 09 ay 22 gün) ümumi iş stajı mövcuddur. Bu, ona məxsus əmək kitabçası, diplom, hərbi bilet və iş yerindən təqdim edilmiş güzəştli arayışla öz təsdiqini tapmışdır.

39. Xüsusi olaraq qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sos ial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

40. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir. Odur ki, məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 24-27-ci (a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1807/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar