Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-3416/2024 29.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi (ümumi iş stajı və güzəştli iş stajı, pensiya kapitalı ); oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1962-ci il, FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-2854/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən təyin olu nması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh inzibati orqanın iddiaçıya pensiya təyin edilməsindən imtina dəlilləri ondan ibarətdir ki, Mərkəzi Filiala təqdim edilən xx.xx.1983-ci il tarixli ******* nömrəli əmək kitabçasında onun xx.xx.1988-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində SOCAR-ın “Bakı dərin özüllər zavodu”nda çeşidləyici, üyüdücü, qarışdırıcı, briketləyici, əridici və xırdalayıcı peşələrində işlədiyi qeyd olunmuşdur. İşlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensa tı, kömür va şistin emalı (10) bölməsində nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur.
3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-904/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.1962-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib ödənilməsi öhdəliyi qoyulmuşdur.
4. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2022-ci il il tarixdə 60 yaşı olmuş, həmin tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olmuşdur, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir.
5. Cavabdeh həmin qərardan apellyasiya şikayə ti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2654/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-904/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı, həmin qərarın nəticə hissəsində qeyd edilən “xx.xx.1962-ci il” ifadəsi “xx.xx.2022-ci il” ifadəsi ilə əvəz edilərək dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
7. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-777/2024 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103 )-2654/2023 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
9. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının qanunla tələb olunan yaş həddini, ümumi və güzəştli iş stajlarını nəzərə alsa da, fərdi hesabın sığorta hissəsində xx.xx.2022-ci il tarixə qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtlə bağlı hər hansı araşdırma apardığına dair məlumat işdə yoxdur. Belə bir məlumat apellyasiya instansiyası məhkəməsinin qərarında da göstərilməyib. Halbuki, işin bu halı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edir.
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-2854/2024 saylı qərarı ilə apel lyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-904/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı, həmin qərarın nəticə hissəsində qeyd edilən “xx.xx.1962-ci il” ifadəsi “xx.xx.2022-ci il” ifadəsi ilə əvəz edilərək dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqeyə əsasən kassasiya şikayəti mümkün sayılmamalı dır.
13. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzind ə davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”
14. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nət icədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
15. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.
16. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, xx.xx.2023-cü il tarixli, 2-1(102)1878/2023 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-52/2024 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası nın təyin edilməsinə imkan verən, Siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün həmin peşənin siyahıya uyğun olması ətraflı araşdırılmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar alınmalı, həmin sübutlara qiymət verməklə yekun qərar çıxarılmalıdır. Məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nə zərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.
17. Hazırkı mübahisəyə münasibətdə Heydər Əliyev adına Bakı Dərin Özülləri Zavodu tərəfindən verilmiş 19 iyun 2020-ci il tarixli arayışa əsasən iddiaçı Bakı Stasionar Dərinlik özülləri zavodunun 20 №-li sexinə xx.xx.1985-ci il tarixindən 3-cü dərəcəli çeşidləyici peşəsinə işə qəbul edilib. xx.xx.1988-ci il tarixindən xx.xx.199 0-cı il tarixinə qədər 20 №-li sexdə üyüdücü peşəsində çalışmış, zərərli və ağır əmək şəraitinə görə 16% əlavə əmək haqqı almışdır. xx.xx.1991-ci il tarixindən xx.xx.2003-cü il tarixinə qədər “Şelflayihətikinti” Layihə Sənaye Tikinti Birliyinin “Qaynaq” X1 üyüdücü peşəsində çalışmış, zərərli və ağır əmək şəraitinə görə 16% əlavə əmək haqqı almışdır. xx.xx.2007-ci il tarixindən xx.xx.2008-ci il tarixinə kimi H.Əliyev adına Bakı Dərin Özüllər zavodunun Qaynaq çubuqları istehsalı sexində briketləyici peşəsində çalışmış, zərərli və ağır əmək şəraitinə görə 12% əlavə əmək haqqı almışdır. xx.xx.2008-ci il tarixindən xx.xx.2013-cü il tarixinə qədər Qaynaq çubuqları istehsalı sahəsinə örtük komponentlərinin xırdalayıcı peşəsində, zərərli və ağır əmək şəraitinə görə 12% əlavə əmək haqqı almışdır. 1
8. İddiaçının işlədiyi müəssisə tərəfindən məhkəməyə təqdim edilmiş cavab məktubundan görünür ki, iddiaçının işləmiş olduğu çeşidləyici, üyüdücü, breketləyici və xırdalayıcı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il tarixli, 320 №-li və qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavənin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısı üzrə aşağıdakı peşə funksiyaları ilə eynilik təşkil edir: “Metal məmulatların istehsalı” adlı Vİ bölmənin (kod********), Ağır sürt ülən və keyfiyyətli elektrod və qaynaq üçün flüs (aşqarlar) istehsalı adlı 2-ci bəndinin (kod:********) “a” yarımbəndinin kod (2070200) - briketləşdiricilər (kod: 2070200a-11272); sürtmə komponentlərinin xırdalayıcıları (kod: 2070200a-11916); elektrod çeşidləyiciləri (kod: 2070200a-18705) və elektrodçu (kod:2070200A-19760).
19. Həmçinin apellyasiya instansiya məhkəməsi Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli Qərarında iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2022-ci il tarixə qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtinin təmin olunmasını yoxlanılması barədə göstərişinə(qeydinə) münasibətdə qeyd edir ki, xx.xx.2024-cü il tarixli 3-17-1/2153732/2024 №-li məhkəmənin sorğusuna cavab məktubuna əsasən iddia çının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq xx.xx.2022-ci il tarixinə ona münasibətdə 48.960,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 54.793,57 manat təşkil etməsi göstərilmişdir.
20. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda dava mlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.
21. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
22. İşin faktiki halları ilə bağlı ap ellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-2854/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.