Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-342/2019 23.01.2019 ALİ MƏHKƏMƏ İş № 2-1(102)-342/19 Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri 2019-cu il 23 yanvar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1 iştirakı ilə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinə qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 28 sentyabr tarixli 2-1(103)2384/2018 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşa ğıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçıya 2013-cü il 15 noyabr tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək onun 1973-cü ildən 1979-cu ilədək Azərbaycan Neft və Kimya İnstitutunda təhsil aldığı illəri nəzərə almaqla əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 16 fevral tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, 1972-ci il 11 dekabr tarixdən 1975-ci il 18 aprel tarixədək və 1975-ci il 16 sentyabr tarixdən 1979-cu il 21 avqust tarixədək olan təhsil müddəti “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində qeyd olunan sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərində nəzərdə tutulmadığından, həm in dövrlər sığorta stajına daxil edilməmişdir. İddiaçı 2018-ci il 26 fevral tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun 1971-ci il 1 noyabr tarixdən 2014-cü il 9 iyun tarixə qədər yəni 42 il sosial sığorta stajının olduğuna görə, 2014-cü il tarixdən əmək pensiyası təyin olunduğu gündən hesablanmamış təhsil aldığı 6 il 2 ay 12 gün və 14 il 8 ay sosial sığorta stajının ümumilikdə 21 il sosial sığorta stajının 2014-cü il 9 iyun tarixdən staj kimi hesablanması və həmin 42 illik sosial sığorta stajına görə pensiyanın yenidən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun 1972-ci il 11 dekabr tarixdən 1979-cu il 21 iyul tarixədək Azə rbaycan Neft və Kimya İnstitutunda əyani təhsil aldığı 6 il müddətin sosial sığorta stajına daxil edilərək 2013-cü il 15 noyabr tarixdən pensiya məbləğinin yenidən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddianın əsaslarına görə, iddiaçıya 2013-cü il 15 noyabr tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, lakin pensiya təyin edilərkən onun 1973-cü ildən 1979-cu ilədək Azərbaycan Neft və Kimya İnstitutunda təhsil aldığı müddət nəzərə alınmamışdır. İddiaçı göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 60, 71-ci maddələrinə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 4.1 və 73-cü maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci ins tansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 15 may tarixli 2-1(82)1616/2018 nömrəli qərarıilə iddia təmin edilmiş, iddiaçının 1972-ci il 11 dekabr tarixdən 1979-cu il 21 iyul tarixədək Azərbaycan Neft və Kimya İnstitutunda əyani təhsil aldığı 6 il müddətin sosial sığorta stajına daxil edilərək 2013-cü il 15 noyabr tarixdən pensiya məbləğinin yenidən hesablanıb ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericilikdə mübahisələndirilən dövrün əmək stajına daxil edilməsi barədə konkret göstəriş olduğundan, iddiaçı bu hüquqdan məhrum edilə bilməz. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansi yası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 28 sentyabr tarixli 2-1(103)-2384/2018 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2018-ci il 19 oktyabr tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2018-ci il 19 noyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apel lyasiya instansiyası məhkəməsi İPM-in 68.1, 68.2-ci maddələrinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından nümayəndəsi çıxışlarda iştirak etmədi. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1- ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçının ali təhsil müəssisəsini bitirdikdən sonra - 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu ilə qanunverici ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddətini, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddətini onların iş stajının tərkibi kimi tanımış və təsdiq etmişdir (Qanunun 67-ci maddəsi). Buradan, iddiaçı həmin Qanunun qüvvəyə mindiyi vaxtdan ali təhsil müəssisəsindəki əyani təhsil müddəti də daxil olmaqla bu stajdan irəli gələn hüquqların (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda, 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, ali təhsil müəssisəsindəki əyani təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin müqəddəm şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 28 sentyabr tarixli 2-1(103)-2384/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-342/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-342/2019
23.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver