Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-342/2020 19.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri, Nərimanov rayon şöbəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: 3-cü qrup əlil kimi pensiyanın yenidən hesablanması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, İddiaçı və vəkili Emil Qanbayevin iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı iddiaçının dövlət qu lluğunun xüsusi növündə işləməyi nəzərə alınmaqla 3-cü qrup əlil kimi hüquqlarının yarandığı tarixdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2057/2019 nömrəli iş üzrə il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 19 avqust 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1974-cü ildə İmişli şəhərində anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsi olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinə qarşı iddiaçının dövlət qulluğunun xüsusi növündə işləməyi nəzərə alınmaqla 3-cü qrup əlil kimi hüquqlarının yarandığı tarixdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1974-cü il tarixdə İmişli şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası Sosial Təminat Nazirliyi şəhadətləndirilməyi barədə aktından 059124 saylı çıxarışda göstərilmişdir ki, uşaqlıqdan əlil kimi 09.04.1993-cü il tarixdən ona ömürlük 3-cü əlillik dərəcəsi verilmişdir. Əmək fəaliyyətinə 12.09.1991-ci il tarixdə başlamış, X1 və Xalça məmulatları şöbəsində böyük satıcı vəzifəsinə işə qəbul edilmiş, 25.08.1994-cü il tarixdə tutduğu vəzifədən azad edilmişdir. 19.09.1994-cü il tarixdə Nərimanov rayon X2 və Hesabat şöbəsinin fiziki şəxslər bölməsinə müvəqqəti olaraq böyük dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmiş, daha sonra vergi orqanlarında müxtəlif vəzifələrdə işləməklə, 10.01.2018-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmiş və Vergilər Nazirliyinin sərəncamına verilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirinin 12.12.2018-ci il tarixli əmri ilə sərəncamdan çıxarılmışdır. 01.01.2006-cı il tarixdə qəbul edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci, 12.1-ci maddələrini, həmin Qanuna 10 mart 2017-ci il tarixdə edilmiş dəyişikliyi rəhbər tutaraq 2019-cu ilin yanvar DSMF-nin Nərimanov rayon şöbəsinə ərizə ilə müraciət edərək 3-cü qrup əlil kimi əmək pensiyası almaq hüququ yarandığı tarixdən ona pensiya təyin edilməsini xahiş etmişdir. Həmin müraciəti ilə əlaqədar ona əmək pensiyası təyin edilsə də, pensiyası düzgün hesablanmamış, dövlət orqanlarında iş stajları nəzərə alınmamış, təyin edilmiş pensiya almalı olduğu pensiyadan dəfələrlə aşağı olmuşdur. Belə olan halda 2019-cu ilin mart ayında yenidən DSMF-nin Nərimanov rayon şöbəsinə ərizə ilə müraciət edərək ona təyin edilmiş pensiyanın yenidən hesablanması, yaranmış fərqin ödənilməsini xahiş etmişdir. Sonuncu müraciətinə verilmiş 01.04.2019-cu il tarixli cavabda pensiyanın yenidən hesablanması və fərqin ödənilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsinin il tarixli, 2-1(82)-1802/2019 nömrəli (sədrlik edən hakim Etibar Mustafayev) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı dövlət qulluğunun xüsusi növündə işlədiyi illər nəzərə alınmaqla 3-cü qrup əlil kimi hüquqlarının yarandığı tarixdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin il tarixli qəra rının ləğv edilməsibarədə yeni qərarınqəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) il tarixli, 2-1(103)-2057/2019 nömrəli (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Cahangir Yusifov) qərarı ilə birinci instansiya məhkəməsinin il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının 01.01.2006-cı il tarixindən etibarən dövlət qulluqçusu kimi əmək pensiyası almaq hüququ yaranmışdır. Lakin məhz bu tarixi nəyə əsasən müəyyənləşdirdiyini əsaslandırmamışdır.İddiaçının 21.11.2018-ci ilə qədər dövlət qulluqçusu kimi əmək pensiyası almaq hüququ yaranmamışdır. Belə ki, iddiaçı həmin tarixə qədər dövlət qulluqçusu olmuşdur. Dövlət qulluqçularının əmək pensiyası isə işlədiyi dövrdə deyil, işdən çıxdıqdan sonra təyin edilir. Yəni iddiaçı həmin dövrdə dövlət qulluğunda olduğu üçün onun dövlət qulluqçusu kimi pensiya almaq hüququ yox idi. Məhkəmənin qərarından isə belə çıxır ki, iddiaçıya dövlət qulluqçusu kimi işlədiyi dövrlər üçün də müvafiq əlavələr ödənilməlidir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin il tarixli, 2-1(103)-2057/2019 nömrəliqərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili E.Qanbayev kasasi ya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı da vəkili E.Qanbayevin çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiya sı Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, iddiaçının 01.01.2006-cı il tarixindən etibarən dövlət qulluqçusu kimi əmək pensiyası almaq hüququ yaranmışdır. Lakin məhz bu tarixi nəyə əsasən müəyyənləşdirdiyini əsaslandırmamışdır.İddiaçının 21.11.2018-ci ilə qədər dövlət qulluqçusu kimi əmək pensiyası almaq h üququ yaranmamışdır. Belə ki, iddiaçı həmin tarixə qədər dövlət qulluqçusu olmuşdur. Dövlət qulluqçularının əmək pensiyası isə işlədiyi dövrdə deyil, işdən çıxdıqdan sonra təyin edilir. Yəni iddiaçı həmin dövrdə dövlət qulluğunda olduğu üçün onun dövlət qulluqçusu kimi pensiya almaq hüququ yox idi. Məhkəmənin qərarından isə belə çıxır ki, iddiaçıya dövlət qulluqçusu kimi işlədiyi dövrlər üçün də müvafiq əlavələr ödənilməlidir. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı 09.04.1993-cü il tarixdən ömürlük 3cü qrup əlildir. 12.09.1991-ci il tarixdən - 25.08.1994-cü il tarixədək X1 və Xalça məmulatları şöbəsində böyük satıcı vəzifəsində, 19.09.1994-cü il tarixdən - 10.01.2018-ci il tar ixədək Nərimanov rayon X2 və Hesabat şöbəsində, sonra vergi orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı ona dövlət qulluğunun xüsusi növündə işləməyi nəzərə alınaraq, 3-cü qrup əlil kimi dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh orqan 3-cü qrup əlil kimi dövlət qulluğundan azad edildiyi 21.11.2018-ci il tarixdən dövlət qulluqçusu pensiyası almaq hüququnun olmadığına istinad edərək, onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası “Dövlət qulluğu haqqında” Qanununun 2.3-cü maddəsinə əsasən prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci m addəsinin İ hissəsinə görə hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətini n məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. 01.07.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası 19 yaşınadək əlil və ya sağlamlıq imkanları məhdud olmuş sığortaolunana 1 il sığorta stajı olduqda, 19 yaşından sonra əlil olmuş sığortaolunana isə 1 il sığorta stajı və əlavə olaraq yaşın üstünə gələn hər tam il üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İş materiallarından göründüyü kimi, iddiaçı pensiya hüquqları artıq 01.01.2006-cı il tarixdə qüvvədə olan normalara əsasən yaranmı şdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ö dənilir. Bu səbəbdən də Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, qanunvericiliklə hüquqi vəziyyəti yaxşılaşdırmayan normaların geriyə tətbiqini qadağan olunsa da, cavabdeh dövlət orqanı bu tələbə zidd olaraq iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kolle giyasının il tarixli,2-1(103)-2057/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-342/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-342/2020
19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver